Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-424/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(103)8524/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 206 saylı evin ¼ hissəsi X2, ¼ hissəsi X9, 12/40 hissəsi X5 və 8/40 hissəsi İddiaçı1 paylı mülkiyyətində olmuşdur.
2. X10 21.02.2020-ci ildə vəfat etmiş, qanun üzrə vərəsəlik haqqında 24.08.2020-ci il tarixli şəhadətnamə ilə X5 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 206 saylı evin 12/40 hissəsinə Cavabdeh, X1, X6, X4 hər birinin 3/40 hissəsində miras payı müəyyən edilmiş, 3/40 hissəsi açıq saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddi açılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, 206 saylı evdə özbaşına və heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, 206 saylı evdə qeydiyyatdadır və hal-hazırda da həmin ünvanda ailəsi ilə birgə yaşayır. İddiaçının qardaşı Cavabdeh bu ünvanda qeydiyyatda olmadığı halda özbaşına olaraq həyətdə qanunsuz ev tikdirir. Bu barədə iddiaçı Yasamal rayon İcra Hakimiyyətinə də müraciət etmiş və cavab məktubunda qanunsuz tikilinin məhkəmə qərarı əsasında sökülə biləcəyi bildirilmişdir. Həmçinin bildirir ki, ev bir qat özülsüz həyət divarlarının üstündə tikilmişdir, təhlükəsizlik tələblərinə əməl olunmamışdır. Bundan əlavə, həyətə giriş-çıxışa, nəqliyyat vasitəsinin həyətə girişinə və həyətin ümumi istifadəsinə maneə yaradır. Əlavə olaraq bildirir ki, tikili 2019-cu ildə tikilməyə başlamışdır. Anası razılıq verdiyindən anasının xətrinə tikiliyə etiraz etməmişdir. Anası vəfat etdikdən sonra keçən ildən tikiliyə etiraz edir.
5. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yaşadığı ev yüngül taxta materiallarından tikilmişdir və texniki pasportu da mövcuddur. Hesab edir ki, həmin ev təhlükəli deyildir və iddiaçılara heç bir maneə törətmir.
6. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahat verərək bildirmişdir ki, sözügedən tikili 2019-cu ildə tikilməyə başlamışdır. Həmin tikilinin altında o da yaşayır. Cavabdehə tikintini aparmağa anası icazə vermişdir. 2020-ci ilin fevral ayında isə anası rəhmətə getmişdir. Həmin tikilinin heç kimə maneəçiliyi yoxdur.
7. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında bildirmişdir ki, anası özü həmin tikiliyə icazə vermişdir. Həmin tikili tikilən zaman iddiaçı və cavabdeh arasında mübahisə yox idi. Sadəcə olaraq bacısı ilə hazırda iddiaçı olan Fikrət aralarında münaqişə yaşayaraq polisə düşmüşdülər. Balaca qardaşı, hazırda cavabdeh olan Tərlan isə polisdə şahidlik etmişdir. Bu hadisədən sonra bir-birləri ilə münasibətləri korlanmışdır. Həmin tikili heç kimə maneəçilik törətmir. Həmin tikiliyə bütün qardaş-bacılar və anası razılıq vermişdir.
8. Bakı şəh əri Yasamal Rayon Məhkəməsinin 2(004)-579/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia tələbi təmin olunmamışdır.
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 paylı mülkiyyətçidir və cavabdeh tərəfindən tikilinin tikilməsinə dərhal etiraz etməmişdir. Bu hal iş materiallarında olan İcra Hakimiyyətinin 10.07.2020-ci və 07.08.2020-ci il tarixli məktublarla, o cümlədən, üçüncü şəxlərin izahatı ilə öz təsdiqini tapmışdır. Sözügedən məktublardan da görünür ki, tikili uzun müddət əvvəl tikilmişdir. İddiaçı1 paylı mülkiyyətçi olaraq tikiliyə dərhal etirazını bildirməmişdir. Hazırda tikili mövcuddur və İddiaçı1, üçüncü şəxslər X7, X3 və X12 və cavabdeh evin paylı mülkiyyətçiləridir. Eyni zamanda mübahisəli evin naturada real bölgüsü həyata keçirilmədiyi üçü n, paylı mülkiyyətdə olan mübahisəli evdə inşa edilmiş özbaşına tikilinin sökülməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Həmin tikili yalnız paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılığı və tələbi ilə sökülə bilər.
10. Məhkəmə qeyd etmişdir ki, mübahisəli evin naturada bölgüsü aparılmadığı üçün, İddiaçı1 mübahisəli özbaşına tikilinin onun paylı mülkiyyət hüquqlarının pozduğunu iddia etməkdə haqlı hesab edilə bilməz. İddiaçının özbaşına tikilinin söklüməsi barədə tələbi o halda əsaslı hesab edilə bilərdi ki, evin naturada bölgüsü aparılmış olsun və həmin özbaşına tikili iddiaçının mülkiyyətinə ayrılmış hissədə mövcud olsun. Lakin evin naturada bölgüsü aparılmadığı üçün, özbaşına tikilinin mövcudluğu iddiaçının müllkiyyət hüquqlarına qəsd kimi qiymətləndirilə bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 215-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(103)-8524/2021 saylı qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, 206 saylı evin həyətyanı hissəsində Cavabdeh tərəfindən inşa edilmiş özba şına tikilinin onun öz vəsaiti hesabına sökülməsi, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ümumilikdə ödənilmiş 40 manat məbləğində dövlət rüsumlarının Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci olaraq 100 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Çünki Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi tərəflərə məxsus olduğundan, cavabdehin həmin torpaq sahəsində iddiaçının razılığı olmadan apardığı tikinti işləri iddiaçının torpaq sahəsindən istifadə hüququnu pozma kimi qiymətləndirilməli, buna gö rə birinci instansiya məhkəməsinin gəldiyi müvafiq nəticə qanuni hesab olunmalıdır. Belə ki, bu hal iş üzrə verilmiş ekspert rəyi ilə də öz təsdiqini tapır.
16. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mülki iş üzr ə tətbiq edilməli olmayan qanun normasını tətbiq etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinə istinad etsə də, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin tərəflərə məxsus olduğunu, cavabdehin həmin torpaq sahəsində iddiaçının razılığı olmadan apardığı tikinti işlərinin iddiaçının torpaq sahəsindən istifadə hüququnu pozma kimi qiymətləndirilməli olmasını qeyd etsə də, məhkəmənin həmin nəticəsi əsassız olmuşdur. Tikinti işləri iddiaçının anası sağ olarkən aparılmış və iddiaçı özünün izahatında göstərdiyi kimi buna etiraz etməmiş, həmin tikili miras kimi anası vəfat etdikdən sonra digər miras şərikləri kimi onların paylı mülkiyyətinə keçmiş və əmlak naturada bölünmədiyindən əmlakın yerləşdiyi torpaq sahəsindən ha mısının eyni dərəcədə istifadə hüquqları olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsində qeyd olunan özbaşına tikilinin əlamətləri də mövcud olmamışdır. Tikilinin yerləşdiyi torpaq sahəsi məhz tikinti üçün nəzərdə tutulmuş torpaq sahəsi olmaqla qeyd olunan həyətdə mübahisəli evdən başqa digər evlər də mövcuddur, həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/3732 nömrəli, 09.04.2021-ci il tarixli ekspert rəyində tikilinin şəhərsalma və tikinti norma və qaydalarına uyğun olmadığı qeyd edilmiş, bununla belə rəydə tikilinin iddiaçıların maraqlarına toxunduğu qeyd edilsə də, həmin halın nədən ibarət olması göstərilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olm amışdır. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görü ləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətl əndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyin in pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində apelly asiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
27. Belə ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi tərəflərə məxsus olduğundan, cavabdehin həmin torpaq sahəsində iddiaçının razılığı olmadan apardığı tikinti işləri iddiaçının torpaq sahəsindən istifadə hüququnu pozma kimi qiymətləndirilməlidir.
28. Lakin apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə mötəbər sübutlara əsaslanmır. Əvvəla mülki işin 16-cı vərəqinə tikilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış kserosurət olmaqla düzgünlüyü təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin tələbinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti verilir.
29. Qeyd olunan çıxarışda torpaq sahəsinin dövlət mülkiyyətində olduğu və istifadəyə verildiyi əksini tapır. Lakin evə dair 23 may 2007-ci ildə tərtib olunmuş fərdi yaşayış evinin texniki pasportunda torpaq sahəsinə aid bölmədə torpaq sahəsinin sənəd üzrə istifadədə olması göstərilməmişdir. İş materiallarından torpaq sahəsinin hansı hüquqi əsasla (keşmiş XDS-nin qərarı, bələdiyyənin qərarı, icarə m üqaviləsi və s.) istifadəyə verildiyi müəyyən olunmur.
30. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3732 nömrəli, 09.04.2021-ci il tarixli ekspert rəyində qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi, 206 ünvanında inşa olunmuş iki mərtəbəli tikilinin inşası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1-ci və 4.2-ci bəndlərində uyğun inşa olunmadığından tiki nti norma və qaydalarına uyğun olunmadığı və İddiaçı1 və İddiaçı2 istifadəsində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin daxilində iki mərtəbəli evin inşa olunduğunu nəzərə alaraq həmin tikilinin maraqlarına toxunduğu müəyyən edilmişdir.
31. Həmin rəydə istinad olunan «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4-cü bölməsində bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkilindən bəhs edir. Qaydaların 4.1-ci bəndində deyilir ki, sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövc ud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və “Dövlət Şəhərsalma və Arxitektura Komitəsi”nin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir.
32. Qaydaların 4.2-ci bəndində isə deyilir ki, şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir.
33. Göründüyü kimi, ekspert rəyində istinad olunan Qaydaların 4.1 və 4.2-ci bəndləri ümumiyyətlə xüsusi bilik tələb olunan məsələlərlə bağlı deyil, hüquqi dəyərləndirmə əsasında, ekspert rəyi olmadan müəyyən olunan hallara aiddir.
34. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin ekspert rəyinə istinadən iddianı təmin etməsi əsassızdır. Ekspert rəyi ilə iddianın təmin olunmasını şərtləndirən, xüsusi bilik tətbiq edilməklə aşkar edilmiş hal müəyyən olunmamışdır.
35. Mülki Məcəllənin 180-ci maddəsinin tətbiqi zamanı nəzərə alınmalıdır ki, özbaşına tikilinin sökülməsi barədə müraciət etmə hüququ müvafiq icra hakimiyyəti orqanlarına və ya maraqlı tərəfə aiddir. Bu baxımdan ilk növbədə iddiaçının həmin iddianı verməyə subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Bunun üçün Mülki Məcəllənin 180.4-cü maddəsində bəhs olunan “maraqlı tərəf” anlayışının məhz kimləri nə zərdə tutması müəyyən edilməlidir. Sözügedən normanın məzmununun təhlili o nəticəyə gəlməyə əsas verir ki, bu iddianı vermək üçün iddiaçının tikinti inşa edilən torpaq sahəsinə hər hansı hüquqa əsaslanan mənafeyi olmalı, inşaat zamanı pozulan şəhərsalma və tikinti normaları iddiaçının qanunla qorunan mənafelərinə toxunmuş olmalıdır.
36. İddiaçının torpaq sahəsinə hüququ ilə bağlı işə baxmış məhkəmənin araşdırmasının yarımçıq olması yuxarıda əsaslandırılmışdır.
37. İnşaat zamanı pozulan şəhərsalma və tikinti normalarının iddiaçının qanunla qorunan mənafelərinə toxunması da apellyasiya instansiyası məhkəməsi tərəfindən aydın şəkildə əsaslandırılmamışdır. İşdə olan ekspertin rəyi ilə mübahisəli tikili inşa edilərkən ara məsafəsi və sair kimi məcburi tələblərə əməl olunmadığı, tikilinin inşa edilməsi nəticəsində iddiaçının həyətinə giriş-çıxışın məhdudlaşması (tikilinin həyətin hansı hissəsində inşa edilməsi) və s. müəyyən olunmamışdır.
38. Bundan başqa, digər mülkiyyətçilər izahatlarında bildirmişdir ki, sökülməsi tələb olunan tikili analarının sağlığında inşa edilmişdir və iddiaçının buna hər hansı etirazı olmamışdır. Həmçinin cavabdehin iddiaya qarşı etiraz dəlillərindən biri də tikilinin daha əvvəl inşa edilməsi barədədir.
39. Bu halda məhkəmə tərəfindən həmin dəlillər araşdırılmalı, tikilinin nə vaxt inşa edildiyini müəyyən etməli idi. Lakin bu hal məhkəmə tərəfindən müəyyən edilməmişdir.
40. MPM-nin 88-ci maddəsində bəhs olunan sübutların qiymətləndirilməsi, məntiqi və hüquqi əsaslar üzərində qurulmuş təfəkkür prosesi olmaqla, məhkəmədən sübutların qanunun tələbinə uyğu nluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, mötəbərliyini müəyyən etməyi tələb edir. Həmçinin sübutların qiymətləndirilməsində obyektivlik və hərtərəflilik təmin edilməlidir.
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digər ləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).
42. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqus t 2021-ci il tarixli, 2(103)-8524/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.