Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4241/2024 05.12.2024 ALİ MƏHKƏMƏ. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, qanunla bu qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 2(103)5716/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlayaraq, MÜƏYYƏN ETDİ: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Mülki Prossesual Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiy yəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X4) 31 oktyabr 2024-cü il tarixli 2(103)5716/2024 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-281/2024 nömrəli qərardadı qismən, yəni Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V58 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnam ənin etibarsız hesab edilməsi tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş, mülki iş Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V58 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Cavabdeh bu qərardaddan kassasiya şikayəti vermişdir. Mülki prosessual qanunvericilikdə iş üzrə icraata xitam verilməsi barədə qərardadın ləğv edilməsindən işin sonrakı hərəkətinə mane olmadığı üçün kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından kassasiya şikayəti mümkün sayıla bilməz. MPM-in 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüquq u olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə görə işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)571 6/2024 saylı nömrəli iş üzrə 31 oktyabr 2024-cü tarixli qərardadından Cavabdeh verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4241/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-4241/2024
05.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver