Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4244/2020 27.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh1 və onun vəkili X1 iştirakı ilə, Cavabdeh1 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)2156/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ceyhun Məmmədov) 2(060)-248/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, İddiaçı məxsus olan Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2435E ünvanında yerləşən torpaq sahəsinin üzərində qanunsuz olaraq inşa edilmiş hasarın və qoyulmuş darvazanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2435E ünvanında yerləşən torpaq sahəsinin zəbt edilmiş 90 kvadrat metr torpaq sahəsinin boşaldılması, cavabdehlər tərəfindən ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Səyyad Qafari, Fuad Məmmədov) xx xxxxxx 2019-cu il tarixli q ətnaməsi iləCavabdeh1 apelyasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2435E ünvanında yerləşən torpaq sahəsinin zəbt edilmiş 90 kvadrat metr torpaq sahəsinin boşaldılması hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2435E ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsinin zəbt edilmiş 98,67 kvadrat metr sahənin boşaldılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən qanunsuz tikilmiş daş hasarın və qo yulmuş darvazanın sökülməsi və onun tərəfindən zəbt olunmuş ona məxsus 0,01 ha torpaq sahəsinin boşaldılaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi Sumqayıt şəhəri, Corat bağlar sahəsində yerləşməklə sahəsi 0,04 ha olan 2435 E saylı olmaqla şəxsi mülkiyyət hüququ əsasında DƏDRX 2 saylı ərazi idarəsində onun adına qeydə alınmış və onun adına mülkiyyət hüquqlarını təsdiqləyən RX ******* saylı çıxarış da verilmişdir. Cavabdehlər qonşu bağın sahibidirlər və onlar aldığı torpaq sahəsinin 0,01 ha hissəsini qanunsuz olaraq zəbt edərək öz torpaq sahəsinə qatmış, qanunsuz daş hasar çəkmiş və darvaza da qoymuşdur. O, həmin sahənin boşaldılmasını tələb etsə də, cavabdehlər onun sözünə əhəmiyyət verməmişlər və həmin torpaq sahəsini hasara alaraq onlara aid olduğunu bildirmişlər. Onun aldığı torpaq sahəsi 0,04 ha təşkil edir. Hal-hazırda cavabdehlər zəbt etdiklərinə görə torpaq sahəsi azalmışdır. Cavabdehlərin həmin torpaq sahəsində etdiyi özbaşına hərəkətlər onun mülkiyyət hüququnu pozur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kasasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi mübahisənin həllinə yalnız iddiaçının mülkiyyət hüququnun toxunulmazlığı prizmasından yanaşmış, cavabdehin isə fərdi yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılması, hətta qeyri-mümkün olması məsələsini nəzərə almamışdır. Belə ki, 2006-cı ildə cavabdeh sözügedən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlayıb. Tikinti prosesinin başa çatdığı 2008-ci il yanvarından etibarən isə həmin evdə yaşamış, hal-hazırda zəbt kimi qiymətləndirilən sahədən isə ictimai yola çıxış kimi istifadə etmişdir. Aidiyyəti orqanların məsuliyyətsizliyi nəticəsində torpaq sahəsinin verilməsi zamanı cavabdehin yola çıxış imkanı düzgün qiymətləndirilmədən sənədləşdirilmə aparılmışdır. Belə olduqda, cavabdeh, qonşuluqda yerləşən, hal-hazırda iddiaçıya məxsus orpaq sahəsinin əvvəlki sahibinə yaranmış qeyri-müəyyən halı bildirərək ona gediş-gəliş üçün şərait yaratmasını və bunun üçün də rəsmi q aydada onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən keçid üçün istifadə etməyinə etiraz etməməsi barədə müraciət etmişdir. Razılıq əldə edildikdən sonra normal qonşuluq münasibətləri çərçivəsində həmin torpaq sahəsindən ümumi yol kimi istifadə etmişlər. 2018-ci ildə mübahisələndirilən torpaq sahəsinin alqı-satqısı həyata keçirildikdə iddiaçı ümumi istifadə faktından məlumatlı olmuş və bu məsələyə münasibətdə narazılığını bildirməmişdir. Lakin iddiaçı alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsindən sonra ona məxsus torpaq sahəsinin boşaldılması tələbini irəli sürmüş və həyətinə yeganə girişdən istifadə etməyə imkan verməyəcəyini bildirmişdir. Dəfələrlə iddiaçıya mövcud vəziyyətlə əlaqədar həmin torpaq sahəsindən keçid yolu ayırmadan əsas yola çıxışın qeyri-mümkün olduğunu bild irsə də, buna heç bir əhəmiyyət verilməmişdir.Hazırki situasiyada hər hansı qanunsuz zəbtdən söhbət belə gedə bilməz. Tərəflərin izahatları: Cavabdeh1 və onun vəkili X2 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili X5 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndir ilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2435E saylı torpaq sahəsi xx.xx.2018-ci ildən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi RX ******* saylı çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Ekspertin rəyi əsasında müəyyən edilmişdir ki, torpaq sahəsi Cavabdeh1 (Cavabdeh2) tərəfində n zəbt edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əs asən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verilməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin predmeti olan qanunsu z tikilmiş hasarın yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Onun torpaq sahəsinə olan mülkiyyət hüququ sərbəst, heç kəsin müdaxiləsi olmadan həyata keçirməlidir. Belə ki, həm Azərbaycan Respublikasının milli qanunvericiliyi, həm də Azərbaycan Respublikasının tərəfdər çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri i lə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən İddiaçı və Cavabdeh2 məxsus olan çıxarışların plan ölçüsündə qeyd olunan döngə nöqtələrinin koordinatlarına əsasən torpaq sahələrinin sahələrinin sərhədləri müəyyən olunaraq qoşma sxemdə ayrı-ayrılıqda göstərilmişdir. İddiaçı məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 400.0 kv.metr çıxarışın ayrılmaz hissəsi olan torpaq sahəsinin plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən 68,58 kvadrat metr hissəsi Cavabdeh2 tərəfindən hasara alınmış və faktiki istifadəsindədir. İddiaçı məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 400.0 kv.metr çıxarışın ayrılmaz hissəsi olan torpaq sahəsinin plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən 30,09 kvadrat metr torpaq sahəsindən isə Cavabdeh2 və İddiaçı faktiki yol kimi istifadə edirlər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər iddiaçıy a məxsus cəmi 98,67 kvadrat metr torpaq sahəsindən istifadə edir, eləcə də hasar çəkmişlər. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehlər iddiaçıya məxsus 98,67 kv.metr torpaq sahəsini bohşaltmalıdırlar. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əsas y ola çıxışı ilə bağlı iddiaçıya qarşı servitut hüququnun həyata keçirilməsi ilə bağlı iddia qaldırmaq hüququ vardır. Müvafiq qurumların səhvi ucbatından onun uzun illərdir torpaq sahəsindən istifadə etməməsi və ziyan dəyməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələlər hazırki iş üzrə məhkəmə baxışının predmeti deyildir. Göstərilən hallar iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməsinin qarşısını alan, həmçinin qanuni və əsaslı məhkəmə qətnaməsini ləğvi üçün əsas olan hallar deyildir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1kasasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)-2156/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4244/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4244/2020
27.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver