Məhkəmə qərarları › İş №2(102)-4245/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-4245/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4245/2024 05.12.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1228/2024 nömrəli mülki iş üzrə 28 oktyabr 2024-cü il tarixli qərardadından İddiaçı1 kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, kassasiya şikayəti Vəkil tərəfindən imzalansa da, iş materiallarına əlavə edilmiş orderin hazırkı iş üzrə kassasiya şikayəti tərtib olunmasından ötrü deyil, İddiaçı1 məlum olmayan digər işi üzrə verilmişdir. Order hazırkı mülki iş məhkəmə icraatına daxil olmamışdan altı ay əvvələ yazılmışdır. Belə olan halda hesab olunmalıdır ki, kassasiya şikayətinə vəkilin müvafiq orderi əlavə edilməmişdir. Mülki-Prosessual Məcəllənin 407.4-cü maddəsinə görə, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə qaytarılmalıdır. Göstərilənlərə əsasən İddiaçı1 kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli v ə şikayət geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı1 Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1228/2024 nömrəli mülki iş üzrə 28 oktyabr 2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar