Məhkəmə qərarları › İş №2(102)-4246/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4246/2020

15.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4246/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması” tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı “torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərard adından Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması” tələbinə dair ilk iddia ərizəsi ilə; Səlimov X1 Rahim Fərahim oğluna qarşı “torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Şəki rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim P.Hacıyev, iş № 2(075)-7/2020) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin «ünvan 1 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh aid 1/2 hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi» hissəsinə xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsni xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tari xli qərardadı ilə (hakim P.Hacıyev, iş № 2(075)-7/2020) Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət müzakirə olunması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov, iş № 2(107)726/2020) Cavabdeh şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli 2(075)07/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyas ı məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması” tələbinə dair ilk iddia ərizəsi ilə; Səlimov X1 Rahim Fərahim oğluna qarşı “torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Şəki rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin «ünvan 1 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh aid 1/2 hiss əsinə ayrıca reyestrdən çıxarışın verilməsi» hissəsinə xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsni xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim P.Hacıyev, iş № 2(075)-7/2020) Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-07/2020 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət müzakirə olunması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi verməkdə məqsədi sözügedən ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin özünə aid olan hissəsinin naturada ayrılması və bundan sonra həmin daşınmaz əmlakların ona aid olan hissəsi üzərində mülkiyyət hüquqlarının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsindən ibarətdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin aşağıdakı mövqeyi ilə razılaşmışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci madəsinə əsasən qanunla başqa aidiyyət qayd ası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəlləsinin 2.2.3-cü madəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarının İİİ bölməsinin İ bəndinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları, 31.1.4-ci bəndinə əsasən isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarələri inzibati orqan hesab edilir. “İnzibati v ə mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 6.1-ci bəndinə əsasən,torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin plenum qərarının 15.4-cü bəndinə əsasən, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müra ciət etmək hüququ izah olunmalıdır.” Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qərardadında qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...iddiaçı, həmin daşınmaz əmlaklar naturada bölündükdən sonra özünə aid olan hissənin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə müvafiq daşınmaz əmlakın dövlət reyestri orqanına müraciət etməli, əgər daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən onun müraciətindən imtina edilərdisə, bund an sonra həmin orqanın üzərinə öhdəlik qoyulması haqqında iddia ilə müvafiq məhkəməyə müraciət etməli idi. Cavabdeh isə göstərilənlərə riayət etmədən qeyd olunan tələblə birbaşa məhkəməyə qarşılıqlı iddia ərizəsi vermişdir ki, buda qanunvericiliyin tələblərinə uyğun deyildir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlillə ri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar