Məhkəmə qərarları › İş №2(102)-4249/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-4249/2024

13.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4249/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı su yolunun açılması, su yolundan istifadəyə maneənin qadağan edilməsi və zərər tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması; kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşan ə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 qarşı su yolunun açılması, su yolundan istifadəyə maneənin qadağan edilməsi və zərər tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1291/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı Quliyev X4 rayonu Aşağı Çəmənli kəndində yaşayan cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Məhərəm oğlu, X1 birgə mülkiyyətində olan və KOD: 60700038 JN151A saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahə sindən əvvəllər təbii yola onun və ailə üzvlərinin mülkiyyətində olan, KOD: 60700038 JN=150A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş torpaq sahəsinə gələn su arxının açılması, həmin su yolundan istifadəyə cavabdehlər Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfındən olan maneələrin qadağan edilməsi, yol xərci üçün ödədiyi 100 (bir yüz) və dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Beyləqan Rayon Məhkəməsinin (hakim R.V. Nurullayev) 30 aprel 2024-cü il tarixli, 2(020) -12/2024 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Məhərəm oğlu, X2 tərəfindən KOD: 60700038 JN151A saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, torpaq sahəsinə gedən (65 kv.m) su arxı açılsın, həmin su yolundan istifadəyə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 tərəfındən olan maneə aradan qaldırılması, iş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması. mütəxəssis rəyinin dəyirini təşkil edən 95 manat və dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat cavabdehlər Cavabdeh3, Cavab deh2, Cavabdeh1, Cavabdeh4 müştərək qayadada alınıb İddiaçı verilməsi, iddia 100 (yüz) manat yol xərci tələbinə dair hissədə rədd edilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(020)12/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-1291/2024 nömrəli qətnaməsi ilə (hakimlər – T.X.Heydərov (sədrlik edən və məruzəçi), İ.Q. Əsgərov və S.İ.Mayılov) cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(020)-12/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:

5. Qətnamədən narazı qalan Cavabdeh1 (onun vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-1291/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

6. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

7. Ma ddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

8. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;

9. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması nın, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;

10. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

12. Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir.Cavabdeh1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir.

13. Azərbaycan Respublikasının MPM-ə Əlavə 3-lə kassasiya şikayətinin forması müəyyənləşdirilmişdir.Kassasiya həmin formaya uyğun tərtib edilməlidir.Formanın 5-ci hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mö vqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

14. Hazırki kassasiya şikayətində 5-ci hissəsində maddi hüquq normaları əvəzinə, prosessual hüquq normaları sadəcə sadalanmış, ümumiyyətlə həmin normaların pozuntusunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqe ifadə edilməmişdir.

15. Azərbaycan Respublikasının MPM-ə Əlavə 3-lə müəyyənləşdirilmiş kassasiya şikayətinin formasının 6-cı hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə if adə edən müvafiq izah verilməlidir.Lakin kassasiya şikayəti verilərkən göstərilən tələbə də əməl edilməmişdir.

16. Halbuki Azərbaycan Respublikasının MPM-in 407-ci maddəsinin tələbinə əsasən kassasiya şikayəti MPM-də nəzərdə tutulan formada verilməklə bərabər maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması formada nəzərdə tutulmuş cədvəl şəklində göstərilməlidir

17. Azərbaycan Respublikasının MPM-in 408.1.5-ci maddəsində kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmalı olduğu göstərilmişdir.

18. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-in 407-ci maddəsinin tələblərinə tam cavab verməyən kassasiya şikayətini həmin Məcəllənin 409-cu maddəsinin tələbinə zidd olaraq mülki işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şika yəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)1291/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar