Məhkəmə qərarları › İş №2(102)-4250/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4250/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4250/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh, İddiaçı Cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4250/21 (Açar sözlər: çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərcinin tutulması, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətin ümumi yığıncağının qərarının ləğvi) Bakı şəhəri, 28 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı (cavabdeh) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Kərimov Bahadur Səttar oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı “çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərcinin tutulması”, iddiaçı Cavabdeh "xxxx" MMMC-yə qarşı “qərarın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1392/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı (cavabdeh) Cavabdeh kassasiya şikayətinə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən binaların idarəçliyini həy ata keçirir.

2. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 7 saylı evin 53 nömrəli mənzilinin mülkiyyətçisidir.

3. Tərəflər arasında mənzilin saxlanması xərcinin ödənilməsi ilə bağlı mübahisə yaranıb. a) İş üzrə birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 7, mənzil 53-ün saxlanılmasına görə 2018-ci ilin sentyabr ayından hazırki iş üzrə qətnamənin qanuni qüvvəyə minən günə qədər hər ay üçün 126,60 manat pulun iddiaçı "xxxx" MMMCnin xeyrinə tutulması, Cavabdeh 250 manat məbləğində vəkil xərclərinin və ödənilmiş 30 manat dövlət rüsumunun “Yas amal-14“ MMMC-nin xeyrinə tutulması, Cavabdeh "xxxx" MMMC qarşısında çoxmənzilli binanın saxlanılmasına görə ödəməli olduğu məbləğin ödənilməməsinə görə ödəməli olduğu məbləğin 150 faizi tətbiq etməklə cərimə edilməsi və həmin məbləğin "xxxx" MMMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.“““

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbi üzrə yaradılmış MMMC-nin Nizamnaməsinin 2.1-ci maddəsinə əsasən “Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlak istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keç irməkdən ibarətdir. Nizamnamənin 3.1.3-cü maddəsinə əsasən “Cəmiyyət qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququna malikdir.

6. MMMC-nin İdarə Heyətinin 28.08.2018-ci il tarixli qərarına əsasən yaşayış kompleksinin saxlanması üçün hər bir mülkiyyətçinin mülkiyyətində olan 1 kv.metr sahəyə görə 0,65 manat ödənlmədlidir. Bu məbləğə mülkiyyətçiyə məxsus olan sahənin, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərcləri daxildir.

7. Cavabdehə kommunal xidmətlərə dair müqavilənin bağlanması üçün 03 sentyabr 2018-ci ildə təklif verilmiş, cavabdeh müqavi ləni imzalamaqdan imtina etmişdir. Cavabdehin müqaviləni imzalamaması xidmətlərin ödənilməsi ilə bağlı öhdəliyin olmasını istisna etmir. Cavabdeh mənzilin mülkiyyətçisi olduğu gündən binanın saxlanması üçün zəruri xərcləri ödəməlidir.

8. Cavabdeh 17 aydır ki, binanın saxlanması üçün xərcləri ödəməkdən yayınır.

9. Cavabdehin məxsus mənzillin sahəsi 194,8 kv.metrdir.“

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 119.1, 123.0.5, 135.1,, 137.4, 137.10, 138.5 və 140.1-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh iddiya etirazıın dəlilləri: - iddiaçı mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədiyi halda heç bir əsas olmadan pul tələb edir; - yaşadığı mənzil binanın axırıncı mərtəbəsində yerləşir və binaya məxsus su çəni mənzilin yuxarı hissəsində yerlə şdirilib. Su çəni tez-tez sızması səbəbindən mənzilinin təmirini yararsız vəziyyətə salıb; -binada quraşdırlımış mərkəzi istilik sistemindən istifadə etmir; - MMMC-nin yaradılmasından və 28.08.2018-ci il tarixli qərardan xəbəri yoxdur; - MMMC-nin üzvü deyil, bir kv.metr üçün 0,65 manatın hansı əsaslrla müəyyən edilməsi məlum deyil.

12. Eyni zamanda Cavabdeh da cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMMC-nin İdarə Heyətinin 28.08.2018-ci il tarixli qərarının və "xxxx" MMMC-nin ümumi yığıncağının 28.08.2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia onunla əsaslandırıb ki, MMMC-nin iddialarının əsasını mənzil mülkiyyətçilərinin ümum i yığıncağında qəbul edilmiş qərar və ondan sonra keçirilmiş İdarə Heyətinin qərarı təşkil edir. Hər iki qərar Cavabdeh hüquq və maraqlarına toxunduğu üçün etibarsız hesab olunmalıdır.

14. Birincisi, "xxxx" MMMC-nin, həmçinin İdarə Heyətinin belə bir yığıncaq təşkil etmək səlahiyyəti yoxdur. Belə ki, Mənzil Məcəlləsinin 44.6-cı maddəsinin tələbinə əsasən "xxxx" MMMC-nin binanın ümumi əmlakının saxlanma xərcinin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirməsi üçün binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul etməlidir. Belə bir qərar yoxdur.

15. Cəmiyyətin Nizamnaməsinin 8.2-ci bəndinə və Mənzil Məcəlləsinin 127.2-ci maddəsinə görə Cəmiyyətin İdarə Heyəti mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının və çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid olan məsələləri həll edə bilməz, bu onun səlahiyyətləri xaricindədir.

16. Məhkəməyə təqdim olunan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının 28.08.2018-ci il tarixli qərarında 98 nəfər sahə mülkiyyətçisinin iştirak etdiyi qeyd olunsa da, qərarı yalnız idarə heyətinin sədri və katibi imzalamış, həmin şəxslərin ümumiyyətlə həmin iclasda iştirak edib-etmədiyi qeyri-müəyyəndir.

17. İkincisi, yığıncağın keçirilməsi qaydaları pozulmuşdur. Belə ki, cavabdehin nümayəndəsi və vəkili məhkəməyə yalnız iclasın keçirilməsi barədə bildiriş təqdim etmişdir. Həmin bildirişin Cavabdeh çatdırılıb-çatdırılmaması qeyri -müəyyəndir. Mənzil Məcəlləsinin 44.4-cü bəndinə əsasən bildiriş binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Cavabdeh həmin bildirişin əlbəəl və ya sifarişli poçtla təqdim edilməsi, bildirişin əlçatan yerdə yerləşdirilməsi iş materialları ilə öz təsdiqini tapmır.

18. Cavabdehin vəkili bildirişin əlçatan yerdə yerləşdirilməsini qeyd etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, halbuki bu hala dair sübutetmə yükü onun üzərinə düşür.

19. Üçüncüsü, qeyd olunan yığıncaqlarının səlahiyyətli olması halında belə həmin qərarlar etibarsız hesab edilməlidir. Belə ki, binanın ümumi saxlanma xərclərinin hansı meyar əsasında 0,65 qəpik müəyyən edilməsi əsaslandırılmamış və məbləğ mülkiyyətçilərə, o cümlədən Cavabdehla razılaşdırılmamışdır.

20. MMMC binanın sanitariya şəraitinin yaxşılaşdırılmasını təmin etmir, üzərinə düşən vəzifələri icra etmir.

21. Cavabdeh məxsus mənzil binanın axırıncı mərtəbəsində yerləşir və binaya məxsus ümumi su çəni həmin mənzilin yuxarı hissəsində quraşdırılıb. Həmin su çəni teztez nasaz vəziyyətə düşür və su çənindən axan su sızmaları mənzilin təmirini yararsız vəziyyətə salıb. MMMC tərəfindən binada quraşdırılmış mərkəzi istilik sistemindən də Cavabdeh ümumiyyətlə istisfadə etmir. Məhz bu hallara görə də Cavabdeh Mənzil Məcəlləsinin 136.3-cü maddəsinin tələbinə əsasən MMMC ilə əmlakın saxlanması xərclərinin müəyyə n edilməsi və ödənilməsi barədə müqavilə bağlamamışdır.

22. İddiaçı Cavabdeh iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324.1, 337, 387.3-cü, Mənzil Məcəlləsinin 44.4, 44.5, 126.1, 126.2, 126.3 və 126.8-ci maddələrinə istinad etmişdir.

23. Yasamal Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilərək, bir icraatda baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

24. Bakı şəhəri Səabil Rayon Məhkəməsinin 2(009)-749/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMMC-nin iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 476-cı məhəllədə yerləşən 7 nömrəli binanın 53 nömrəli mənzilinin sakini (mülkiyyətçisi) olan Cavabdeh həmin binanın ümumi əmlakının saxlanılması xərclərinin əvəzi olaraq 2018-ci ilin noyabr ayından qətnamə qanuni qüvvəyə minənədək hər ay üçün 126,6 (yüz iyirmi altı manat altmış qəpik) manat, hazırki iddianın verilməsi üçün tələb olunan hüquqi yardımın xərcinin əvəzi olaraq 250“ (iki yüz əlli) manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh iddia tələblərinin qismən təmin edilməsi, "xxxx" MMMC-nin İdarə Heyətinin Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 476-cı məhəllədə yerləşən 5.7.13 No-li binaların saxlanılması xərclərinin müəyyən edilməsinə dair 28 avqust 2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi q ət edilmişdir. (hakim Şahin Abdullayev)

25. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMMC mənzil mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmışdır və cəmiyyətin yaradılmasında əsas məqsəd daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlak istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. "xxxx" MMMC-nin İdarə Heyətinin 28.08.2018-ci il tarixli qərarına əsasən yaşayış kompleksinin saxlanılması üçün hər bir mülkiyyətçinin mülkiyyətində olan 1 kv.m. sahə üçün 0,65 manat aylıq ödəniş edilməsi qərara alınmışdır. Həmin ödənişə mülkiyyətçiyə məxsus olan sahənin, habelə mənzilin yerləşdiyi binanın ümumi saxlanlanılması xərcləri da xil edilmişdir. Həmin qiymət müəyyən edildikdən sonra mübahisəli binanın mənzil mülkiyyətçisi olan Cavabdeh kommunal xidmətlərə dair yeni müqavilənin bağlanılması ilə bağlı 03.09.2018-ci il tarixdə təklif edilmiş, lakin cavabdeh həmin müqaviləni imzalamaqdan imtina etmişdir.

26. Birinci instansiya məhkəməsi Cavabdeh ümumi yığıncağın qərarının etibarsız hesab edilməs barədə iddiası üzrə Mənzil Məcəlləsinin normalarına və MMMC-nin Nizamanaməsinə istinadən qeyd edib ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyətinə malik olduqları üçün, onların qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Mübahisəli qərar o halda etibarsız hesab edilə bilər ki, o qanunun tələblərinə uyğun olmayaraq bağlanılsı n (qəbul edilsin). Lakin cəmiyyətin üzvlərinin ümumi yığıncağının qanunun tələblərinə zidd olaraq qəbul edilməsi ilə bağlı iddiaçı Cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Əksinə, məhkəmə iclasında ümumi yığıncağın keçirilməsi barədə sakinlərin məlumatlandırılmaq üçün bildirişin mövcud olması və keçirilən iclasın tam səlahiyyətli olması müəyyən edilmiş, qərar “yekdilliklə qəbul olunmuşdur. 27.“İddiaçı Cavabdeh binanın mərkəzi istilik sistemindən istifadə etməməsi və “cəmiyyətlə binanın saxlanılması ilə bağlı hər hansı müqavilənin bağlanılmaması qərarın etibarsız hesab edilməsi üçün əsas deyil. Beləliklə “Yasamal 14“ MMMC-nin üzvlərinin ümumi yığıncağının 28.08.2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən, həmin q ərarın etibarsız hesab edilməsi ilə bağlı tələb əsassızdır və təmin edilməməlidir.

28. Birinci instansiya məhkəməsi "xxxx" MMMC-nin İdarə Heyətinin 28.08.2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə Cavabdeh iddiası üzrə isə hesab edib ki, İdarə Heyətinin qəbul etdiyi həmin qərar Mənzil Məcəlləsinin və cəmiyyətin Nizamnaməsinin tələblərinin pozulması ilə qəbul edildiyindən etibarsız hesab edilməlidir.

29. Birinci instansiya məhkəməsi iddiaçı "xxxx" MMMC-nin irəli sürdüyü iddia tələbinə hüququ qiymət verərək müəyyən etmişdir ki, "xxxx" MMMC-nin sədri tərəfindən 03.09.2018-ci il tarixli, 0753/18 saylı kommunal xidmətlərə dair müqavilənin imzalanması üçün Cavabdeh təklif göndərilmiş, lakin Cavabdeh tərəfindən həmin təlkif qəbul olunmamış və müqavilə imzalanmamışdır. Cavabdeh k ommunal xidmətlərə dair müqavilənin bağlanmasından imtina etsə də, bu hal onu ümumi binanın saxlanılması üçün çəkilən xərclərin ödənilməsindən azad etmir. Qanunun yol verdiyi əsaslarla yaşayış sahələrinə mülkiyyət hüququ ilə əldə etmə, mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Cavabdeh mənzilin mülkiyyətçisi olduğundan, yaşayış binasının saxlanılması üçün zəruri olan xərcləri ödəmək vəzifəsi var. Mənzil qanunvericiliyinin tələbinə əsasən çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Qanunvericliyin tələb inə görə binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir.

30. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı ilə cavabdeh arasında yaşayış kompeksinin saxlanılması üçün kommunal xidmətlərin ödənilməsinə dair müqavilə bağlanılmasa da, yəni cavabdeh bu müqavilənin bağlanılmasından imtina etsə də, bu hal cavabdehi ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin ödənilməsindən azad etmir. Bu səbəbdən iddiaçının binanın saxlanılması üçün tələb olunan xərclərin cavabdehdən tutulmasını tələb etməyə subyektiv hüququ vardır. Cavabdeh çoxmənzilli binanın sahə mülkiyyətçisi olduğu üçün o, saxlanması və təmiri üzrə xərclərin ödənilməsi ilə bağlı vəzifə daşıyır və bu vəzifənin yerinə yetirilməməsi mülki məsuliyyətə səbəb olur. Cavabdehin mülkiyyətində olan mənzilin ümumi sahəsi 194,8 kv.m təşkil etdiyi üçün, cavabdehin ödənilməli olan aylıq kommunal xidmət haqqı 126,6 manat təşkil edir. Bu səbəbdən iddia tələbi kommunal xidmətlərlə hər aya görə 126,6 manat pulun tutulması hissəsində əsaslıdır. Cavabdehdən aylıq kommunal xidmət haqqı 2018-ci ilin sentyabr ayından, yəni kommunal xidmətlərlə bağlı qəbul edilmiş qərarın tarixindən - 28.08.2018- ci il tarixdən başlayaraq tutumağa başlanılmalıdır. Çünki Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 7 saylı evin 53 saylı mənzili 15.11.2018-ci tarixdə cavabdehin mülkiyyətinə keçmişdir.

31. Birinci instansiya məhkəməsi MMMC-nin 150 faiz həcmində cərimə ödənilməsi hissəsində iddiası üzrə qeyd edib ki, həmin hissədə tələb əsassızdır. Çünki iddiaçı ilə cavabdeh arasında kommunal xidmətlərlə bağlı müqavilə bağlanılmadığından, iddiaçı cavabdehin kommunal xidmətlərin ödənilməsi ilə bağlı öhdəliklərin icra edilməməsinə istinad edib cərimənin ödənilməsini tələb etməkdə haqlı hesab edilə bilməz.

32. Birinci instansiya məhkəməsi Cavabdeh iddiası (ikinci iş) üzrə gəldiyi nəticəni Mənzil Məclləsinin 124, 125.2, 125.2.4, 126.4, 127.1, 127.2-ci, Mülki Məcəllənin 337.1-ci, "xxxx" MMMC iddiası (birinci iş) üzrə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 8.0.4, 119.1, 121.1, 122.1.3, 122.3, 135.2.4-cü, Mülki Məcəllənin 462- ci maddələri və "xxxx" MMMC-nin Nizamnaməsinin müvafiq bənləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. İddiaçı Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, öz iddiasının təmin, "xxxx" MMMC-nin iddiasının rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: - işdə olan sənədlərdən görünür ki, 07 fevral 2020-ci il tarixdə "xxxx" MMMC iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, xidmət göstərdiyi binanın 53 №-li mənzilinin sakini (mülkiyyətçisi) olan Cavabdeh həmin binanın ümumi əmlakının saxlanılması xərclərinin əvəzi olaraq pul tutulmasını xahiş edərkən iddianın əsası kimi, MMMC-nin İdarə Heyətinin 28 avqust 2018-ci il tarixli qərarına istinad etmişdir. "xxxx" MMMC-nin xidmət göstərdiyi binanın saxlama xərclərinin m əbləğinin müəyyən edilməsi binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olan məsələ olduğuna görə, Cavabdeh 02 mart 2020-ci il tarixdə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, MMMC-nin iddiasının əsasını təşkil edən İdarə Heyətinin 28.08.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhz Cavabdeh bu iddia ərizəsi ilə tanış olduqdan sonra "xxxx" MMC iddiasının hüquqi nəticə doğurmayan bir sənədə (İdarə Heyətinin qərarı) əsaslandığını anlayıb, vəziyyətdən çıxmaq üçün əvvəlki tarixlə tərtib edilmiş, MMC-nin ümumi yığıncağının saxta qərarını ortaya çıxartmış və həmin qərarı “iddia ərizəsinə əlavə” adlı sənədlə birlikdə 11 sentyabr 2020-ci il tarixdə Səbail Rayon Məhkəməsinə təqdim etmişdir; - "xxx x" MMMC-nin məhkəməyə sonradan təqdim etdiyi həmin qərar saxta, sonradan tərtib edilmiş sənəddir. Əgər "xxxx" MMMC-nin iştirakçılarının belə bir ümumi yığıncağının qərarı mövcud olsaydı, iddiaçının nümayəndəsi bu qərarı məhkəmədə iddia qaldıranda məhkəməyə təqdim edərdi; - bundan əlavə, elektron məhkəmə portalında əldə etdikləri məhkəmə aktlarından da görünür ki, "xxxx" MMMC-nin digər şəxslərə iddiasında da yalnız MMMC-nin idarə Heyətinin qərarına istinad edilmiş, MMC-nin iştirakçılarının ümumi yığıncağının qərarının adı belə çəkilməmişdir. Ümumiyyətlə belə bir qərar digər məhkəmələrə də təqdim edilməmişdir; - MMMC tərəfindən 28.08.2018-ci il tarixdə belə bir yığıncaq keçirilməmişdir. Həmin yığıncaq həqiqətən keçirilsəydi, yığıncağın vaxtı və yeri barədə məlumat Cavabdeh və digər sahə mülk iyyətçilərinə sifarişli məktubla göndərilməli və ya mülkiyyətçiyə əlbəəl verilməli və bu mülkiyyətçinin imzası ilə təsdiq edilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməli idi: - guya 98 nəfər iştirakçının iştirakı ilə 28 avqust 2018-ci tarixdə keçirildiyi iddia olunan yığıncaq barədə məlumatın göstərilən üsullardan hər hansı biri vasitəsi ilə Cavabdeh çatdırılması təmin olunmamışdır. Çatdırılması da mümkün deyildir, çünki, belə bir yığıncaq ümumiyyətlə keçirilməmişdir; - MMMC bunun əksini təsdiq edən sübutları, o cümlədən keçiriləcək yığıncaq barədə məlumatın digər sahə mülkiyyətçilərinə çatdırılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən binanın saxlanılma xərc ləri və sair barədə cəmiyyətin ümumi yığıncağının 28 avqust 2018-il tarixli qərarı mövcud olduğu halda, eyni məzmunlu məsələnin eyni tarixdə İdarə Heyətinin müzakirəsinə çıxarılmasının və eyni qərarın qəbul ediləməsinin hansı zərurətdən irəli gəldiyi məhkəmədə sual doğurmamış, məhkəmə bu məsələyə aydınlıq zətirilməsi üçün araşdırma aparmamışdır; - MMMC tərəfindən 28.08.2018-ci il tarixli qərarın işin başlanmasından 7 ay sonra ortaya çıxarılması məhkəmədə hər hansı şübhə yatarmamış, məhkəmə 28.08.2018-ci il tarixli etibarsız qərara əsaslanaraq, Cavabdeh binanın saxlama xərclərinin əvəzinin tutulmalı olması barədə iş üzrə əsassız və qanunsuz nəticəyə gəlmişdir; - həmçinin "xxxx" MMMC ilə Cavabdeh arasında binanın saxlanılma xərclərinə görə hər kv.m üçün 0,65 manat ödənilməsi barədə müqavilə çağlanmamışdır. Belə olan halda, MMMC tərəfindən Cavabdeh binanın saxlanılması və digər məqsədlər üçün xərclərin əvəzini tələb edilməsi əsassızdır; - Cavabdeh 2018-ci ilin noyabr ayına kimi bütün ödənişləri vaxtı-vaxtında etmişdir. Lakin sonradan ödənişlərinin məbləği birdə-birə heç bir əsas olmadan üç dəfə qalxdıqda və Cavabdehla müqavilə bağlanmadan həmin ödənişlərin ödənilməsi ondan tələb edildikdə, sonuncu aylıq ödənişləri etməkdən imtina etmişdir; - 53 №-li mənzil Cavabdeh xüsusi mülkiyyətindədir və mülkiyyətçinin iradə ifadəsi əleyhinə tərəflər arasında müqavilə olmadan onun hər-hansı öhdəliklərin icrasına məcbur edilməsi yolverilməzdir; - "xxxx" MMMC ona binanın saxlanılması üçün hansı xərclərin çəkilməsi barədə, habelə ödənilən vəsaitlərin təyinatı barədə çəmiyyətin iştirakçıları na bu günədək məlumat verməmiş, binanın saxlanılması üçün isə ümumiyyətlə hər hansı abadlıq və ya təmir işləri aparmamışdır; - "xxxx" MMMC kommunal haqlarının hər kv.m üçün 0,24 manatdan 0,65 manata nəyə və hansı xərclərə görə qaldırılmasına dair sübutları məhkəmələrə təqdim etməmişdir.

34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1392/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(009)-749/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər,Şərafət Məmmədova (sədrlik edən, məruzəçi), Emin Mehdiyev, Xəyal Sarıyev)

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi h üquq normaları ilə razılaşaraq, qeyd edib ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları c) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (cavabdeh) Cavabdeh (Vəkil Vəli oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyaisya baxışına qaytarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti apellyasiya şikayətin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə apellyasiya məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının pozulmasına stinad edilmişdir. ç) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Məhkəmə kollegiyasının iclasında iddiaçı (cavabdeh) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Kərimov Bahadur Səttar oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdil.

40. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kassasor və onun vəkili məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 121.1. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Maddə 122.1.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququ vardır. Maddə

124. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Maddə 125.2.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının“ cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyəti vardır. Maddə 126.4. Bu Məcəllənin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdəiki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üz rə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir. Maddə 127.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Maddə 127.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər. Maddə 135.2.4. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi və zifəsi“ yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin po zulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlilləri ilə eynilik tə şkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

45. Baxılan iş üzrə hər iki iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

46. Məhkəmə kollegiyası iddia tələbləri ilə bağlı hazırki qərarın 25-31-ci bəndlərində qeyd edilən mövqe və dəyərləndirməni, həmin mövqe ilə razılaşan apellyasiya məhkəməsinin mövqeyini əsaslı və qanuni hesab edir və əlavə şərhə zərurət görmür. Çünki həmin bəndlərdə əks edilənlərdən görünür ki, məhkəmələr hər iki iddia tələbləri üzrə zəruri olan halları tam araşdırmış və bütün bunlardan çıxış edərək hər iki tələbə tətbiq edilməli olan maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət vermişlər.

47. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

48. Bu baxımdan, kassasiya şikayətinin dəlilləri əsassızdır.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (cavabdeh) Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1392/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar