Məhkəmə qərarları › İş №2(102)-4251/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4251/2023

12.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4251/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və digərlərinin Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-15/2023 nömrəli mülki iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları 1.19 aprel 1983-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X1 rayonu, Üçtəpə kəndində yerləşən mülkünü qızı X16 vəsiyyət etmişdir. Vəsiyyətnamə 22 aprel 1983-cü il tarixdə Göygöl rayon notariat kontorunda təsdiq edilmişdir.

2. Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X13 27 iyul 1983-cü il tarixdə, X19 12 dekabr 1994-cü il tarixdə vəfat etmişlər. 3. xx.xx.2017-ci il tarixli arxiv arayışına görə, Göygöl rayon Quşqar kəndi X9 İcraiyyə Komitəsinin Üçtəpə kəndi üzrə 1986-1990-cı illərə aid 3 nömrəli təsərrüfatbaşına kitabının 473 nömrəli şəxsi hesab vərəqində, 1991-1995-ci illərə aid 6 nömrəli təsərrüfat başına kitabının 211 nömrəli şəxsi hesab vərəqində X14 adına 1952-ci ildə tikilmiş yaşayış evi 0,08 ha torpaq sahəsi qeydə alınmışdır. xx.xx.1994-cü ildə və fat etdiyi göstərilmişdir. 4. xx.xx.2018-ci il tarixli 59 nömrəli arxiv arayışına görə, Göygöl rayon Quşqara kəndi X9 İcraiyyə Komitəsinin Üçtəpə kəndi üzrə 1986-1990-cı illərə aid 2 nömrəli təsərrüfatbaşına kitabının 115 nömrəli şəxsi hesab vərəqində, X4 adına 1940-cı ildə tikilmiş yaşayış evi 0,08 ha torpaq sahəsi qeydə alınması göstərilmişdir. 5. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-076FA saylı şəhadətnaməyə görə, X29 Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 saylı qərarına əsasən Cavabdeh, X5 və X6 fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi verilmişdir.

6. Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışdan və Daşımaz Əmlakın Dövlət Reyestri Xidmət inin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Texniki Pasportdan görünür ki, Göygöl rayonu, Üçtəpə kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 132,2 kv.metr olan fərdi yaşayış evi X8 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı, Mamedova (Atakişiyeva) Esmira Dəmir qızı və X15 Cavabdeh qarşı “birinci növbəli vərəsə kimi tanınmaları, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən X3nın adına olan mülkə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması, Cavabdeh həmin mülkdən çıxarılması və onların həmin mülkə köçürülmələri” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

8. İddia onunla əsaslandırılmışdır ki, onların nənələri X13 27 iyul 1993-cü ildə, X7 12 dekabr 1994-cü ildə vəfat etmişlər. X22 Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evini 19 aprel 1983-cü ildə qızına, yəni onun anası Şölə Həsənovaya vəsiyyət etmişdir. X26 4 uşağı olmuş, uşaqlardan Rövşən 2000-ci ildə vəfat etmişdir. Anaları həmin mülkdə yaşamış, onlar analarının sağlığında, eləcə də ölümündən sonra tez-tez həmin evə gedib gəlmişlər. Sonradan dayısı oğlu olan Cavabdeh anasının adına olan həmin evi qanunsuz zəbt etdiyini eşitmişlər. Lakin 1995-ci ildə cavabdeh ailəsi ilə birlikdə Rusiya Federasiyasına getdiyindən həmin məsələ ilə bağlı onunla söhbət edə bilməmişlər. Lakin anasının evinə gedib gəlməkdə davam etmişlər, anasının ev əşyaları da həmin evdə olmuşdur. 2015-ci ildən Cavabdeh anasının evinə yiyələnib abadlıq işləri aparmaq istədiyindən, dəfələrlə ona evdən çıxmasını təklif etmişlər. Cavabdeh onlara hədə qorxu gələrək onlara həmin mülkə girməyə, sahiblik etməyə imkan verməmişdir. Sonradan onlara məlum olmuşdur ki, cavabdeh anasının adına olan torpağa qanunsuz olaraq şəhadətnamə almışdır. Onlar vərəsəlik şəhadətnaməsi almaq üçün Gəncə “Asan Xidmət” mərkəzində notariat kontoruna müraciət etsələr də, onlara vərəsəlik şəhadətnaməsi verməkdən imtina edilmişdir. Bu səbəbdən də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar.

9. Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-788/2018 saylı qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia rədd edilmişdir.

10. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 77, 78, 82, 152.1-ci maddələrinə, habelə MPM-nin 81, 14.2, 77.1, 106.1, 106.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhk əməsində icraat

11. Qətnamədən iddiaçılar İddiaçı, Mamedova (Atakişiyeva) Esmira Dəmir qızı və X15 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 ona anası tərəfindən vəsiyyət edilmiş evi və torpaq sahəsində yaşamış, həmin evin həyətyanı torpaq sahəsində 1985-ci ildə qardaşı Azər üçün ev tikdirmişdir. Cavabdeh həmin vaxt həbsdə olmuş və 1986-cı ildə həbsxanadan çıxmışdır. X3 12 dekabr 1994-cü ildə vəfat etmiş və dayısı oğlu Cavabdeh həmin evdə müvəqqəti olaraq yaşayırdı. Belə ki, Lətif onların anasından müvəqqəti olaraq həmin evdə yaşamağa icazə almışdır. Onlar anaları Şölənin il mərasiminədək həmin evə g edib gəlmiş, həmin evdə qalmış və evi idarə etmişlər. Analarının il mərasimindən sonra qardaşı Rövşənin həbs olunması ilə əlaqədar başlarının qarışmasından istifadə edən Cavabdeh 1995-ci ildə evin qapısını bağlayıb Rusiya Federasiyasına getmişdir.

13. Cavabdeh vəfat etdiyi üçün, onun qızı X11 onun hüquqi varisi kimi tanınmışdır.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-15/2023 nömrəli iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Göygöl Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia rədd edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir: Mübahisəli hüquq münasibətləri mərhum X14 xx.xx.1994-cü il tarixdə vəfat etməsi ilə yarandığından mübahisəyə xx.xx.2000-ci ilədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə hazırkı mübahisəyə vərəsəliklə bağlı münasibətləri tənzimləyən normaları yox, ümumi iddia müddəti ilə bağlı normaları tətbiq etməklə iddianı rədd etmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, vərəsəliklə bağlı münasibətlər həmin məsələləri tənzimləyən müvafiq qanunvericiliklə həll edilməlidir.

16. Vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qey ri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, mirasın qəbul edilməsinin iki üsulu vardır: birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə de dikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Miras əmlakla bağlı mübahisələr zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır.

17. İş materialları ilə müəyyən edilir ki, Göygöl rayonu, Üçtəpə kəndində iddiaçıların X3nın adına hər hansı mülk, yəni yaşay ış evi, torpaq sahəsi və digər əmlak mövcud deyildir. İddiaçılar mərhum analarından qalma mirasın Cavabdeh adına sənədləşdirildiyini bildirirlər. Bununla bağlı qeyd edilməlidir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN076FA saylı şəhadətnamə ilə, Göygöl rayon, Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsinin Cavabdeh, X5 və X6 verilməsi, Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Çıxarışa və Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin Texniki Pasportuna əsasən, Göygöl rayonu, Üçtəpə kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 155,6 kv.metr olan fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır.

18. Göründüyü kimi, hazırda mərhum X12 hər hansı miras qalması müəyyən edilmir. Bundan başqa, iddiaçılar tərəfindən mirasın nə faktiki, nə də rəsmi qaydada qəbul edilməsi öz təsdiqini tapmır. Belə ki, iddiaçılar apellyasiya şikayətində mirasın faktiki qəbulu kimi həmin mülkə analarının sağlığında, eləcə də onun ölümündən sonra il mərasiminə də daimi olaraq həmin evə gedib-gəldiklərini göstərmişlər, lakin bu hal mirasın faktiki qəbulu kimi dəyərləndirilə bilməz.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 552-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi və yaxud işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göygöl rayon X32 Deputatları İcraiyyə Komitəsinin Üçtəpə kəndi üzrə şəxsi hesab vərəqində, mərhum X2nın adına 1940-cı ildə tikilmiş yaşayış evi və 0.08 ha torpaq sahəsi qeydə alınmışdır. X2 həmin yaşayış evini və torpaq sahəsini qızı, yəni X7na vəsiyyət etmişdir. X22 27 iyul 1983-cü ildə vəfat etdikdən sonra, anası Şölə Həsənova mirası qəbul edərək yaşayış evini və torpaq sahəsini təsərrüfatbaşına kitabda öz adına qeyd etdirmişdir. Göygöl rayon Dövlət Ar xivinin arayışından da göründüyü kimi, Xanlar rayon X32 Deputatları İcraiyyə Komitəsinin Üçtəpə kəndi üzrə 1986-1990-cı illərə aid 3 №-li təsərrüfatbaşına kitabının 473 №-li şəxsi hesab vərəqində X14 adına 1952-ci ildə tikilmiş yaşayış evi və 0.08 ha torpaq sahəsi göstərilmişdir. X7 12 dekabr 1994-cü ildə vəfat etmişdir. Həmin vaxt evdə müvəqqəti olaraq dayısı oğlu mərhum Cavabdeh yaşamışdır. Belə ki, o, anasından müvəqqəti olaraq həmin evdə yaşamağa icazə almışdı. O, və digər bacı-qardaşları anaları Şölənin il mərasiminədək daimi olaraq həmin evə gedib-gəliblər, həmin evdə qalıblar və oranı idarə ediblər. Anasının ilindən sonra qardaşı Rövşənin həbs olunması ilə əlaqədar başları qarışmasından istifadə edən Cavabdeh 1995-ci ildə evin qapısını bağlayıb Rusiya Federasiyasına getmiş və bir ne çə il orada yaşamışdır. Onlar dəfələrlə Cavabdeh evdən çıxmasını tələb etsələr də, o, evdən çıxmamış və onları da evə yaxın buraxmamışdır. Bununla əlaqədar 2018-ci ilin mart ayında Göygöl Rayon Məhkəməsində iddia qaldırıblar. 2018-ci ilin iyun ayında, yəni məhkəmədə onların iddia tələbləri üzrə mülki işə baxılan zaman Cavabdeh məhkəməyə “Torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə” təqdim edərək mübahisəli mülkün yerləşdiyi torpaq sahəsinin Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarı ilə ona verildiyini bildirmişdir. Hesab edir ki, Cavabdeh anası Şölənin vərəsəsi olmadığı üçün “Torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə” ona verilməsi qanunsuzdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdı r. Tətbiq edilən hüquq 1964-cü il redaksiyalı Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

24. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.

25. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

35. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

37. Belə ki, apellyasiya instansiya məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, mübahisəli hüquq münasibətləri mərhum X14 xx.xx.1994-cü il tarixdə vəfat etməsi ilə yarandığından mübahisəyə xx.xx.2000-ci ilədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə hazırkı mübahisəyə vərəsəliklə bağlı münasibətləri tənzimləyən normaları yox, ümumi iddia müddəti ilə bağlı normaları tətbiq etməklə iddianı rədd etmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, vərəsəliklə bağlı münasibətlər həmin məsələləri tənzimləyən müvafiq qanunvericiliklə həll edilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsi, kassatorun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, vərəsəlikölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə- ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, mirasın qəbul edilməsinin iki üsulu vardır: birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki o laraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Miras əmlakla bağlı mübahisələr zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır.

39. Apellyasiya instansiyası məhkəməsi, mülki iş materiallarını araşdırıb müəyyən etmişdir ki, Göygöl rayonu, Üçtəpə kəndində iddiaçıların X3nın adına hər hansı mülk, yəni yaşayış evi, torpaq sahəsi və digər əmlak mövcud deyil. İddiaçılar mərhum analarından qalma mirasın Cavabdeh adına sənədləşdirildiyini bildirirlər. Bununla bağlı qeyd edilməlidir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-076FA saylı şəhadətnamə ilə, Göygöl rayon, Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsinin Cavabdeh, X5 və X6 verilməsi, Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Çıxarışa v ə Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin Texniki Pasportuna əsasən, Göygöl rayonu, Üçtəpə kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 155,6 kv.metr olan fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır.

40. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, hazırda mərhum X12 hər hansı mirasın qalması müəyyən edilmir. Bundan başqa, iddiaçılar tərəfindən mirasın nə faktiki, nə də rəsmi qaydada qəbul edilməsi öz təsdiqini tapmır. Belə ki, iddiaçılar apellyasiya şikayətində mirasın faktiki qəbulu kimi həmin mülkə analarının sağlığında, eləcə də onun ölümündən sonra il mərasiminə də daimi olaraq həmin evə gedib-gəldiklərini göstərmişlər, lak in bu hal mirasın faktiki qəbulu kimi dəyərləndirilə bilməz.

41. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, İddiaçı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2(104)-15/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar