Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4254/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (prosessual hüquq varisi Nümayəndə1) cavabdehlər Cavabdeh1 və Gəncə şəhər 3 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARDAD (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı (prosessual hüquq varisi Nümayəndə1) cavabdehlər Cavabdeh1 və Gəncə şəhər 3 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, cavabdehin adına verilmiş çıxarışın ləğvi və evin ilkin vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-145*/2*23 nömrəli, *3 avqust 2*23-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 28 noyabr 2*23-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhər 3 saylı Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, İnşaatçılar küçəsi, 2 nömrəli evə dair Gəncə şəhəri 3 saylı Notariat Kontorunun 3*.*9.2*16-cı il tarixli 2V-1-94 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, Cavabdeh1 adına verilmiş 25.1*.2*16-cı il tarixli çıxarışın ləğv edilməsi və evin ilkin vəziyyəti nə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı öldüyü üçün Nümayəndə1 onun prosessual hüquq varisi kimi tanınaraq işə cəlb edilmişdir.
3. Gəncə Şəhər Məhkəməsinin 14.*3.2*23-cü il tarixli, 2(125)-715/2*23 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Xədicə Səfərli) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. İddiaçı prosessual hüquqi varisi Nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-145*/2*23 nömrəli, *3 avqust 2*23-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Gəncə Şəhər Məhkəməsinin 14.*3.2*23-cü il tarixli, 2(125)-715/2*23 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, 3*.*9.2*16-cı il tarixli 2V-1-94 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.1*.2*16-cı il tarixli 2*1*13**7147-1*3*1 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Gəncə şəhəri, İnşaatçılar küçəsi, 2 nömrəli ev əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov, Şamil Rzaquliyev) c) Kassasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. ç) Kassasiya şikayətinə qarşı etiraz
7. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Lakin işə kasasiya qaydasında baxılarkən İddi açı prosessual hüquqi varisi Nümayəndə1 elektron məhkəmə sistemi vasitəsilə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, cavabdehlə qarşılıqlı razılığa gəlməsi, bu səbəbdən iddiadan imtina etməsini bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh də elektron məhkəmə sistemi vasitəsilə eyni məzmunlu ərizə verərək, işin icraatına xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hər əkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 261.*.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 417.1.5. Ka ssasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.*.1-259.*.3, 259.*.8 və 259.*.1*-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.*.1-261.*.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına (MPM, 52.1, 52.5, 191.1) əsasən hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir.
9. İddiaçının iddiadan imtina etməsi barədə ərizəsinə əsasən, məhkəmə kollegiyası belə nə ticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata MPM-in 261.*.4-cü maddəsinə uyğun olaraq xitam verilməlidir. 1*. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi ilə yanaşı, onu da izah edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
11. Yuxarıda göstərilənləri və MPM-in 417.1.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı prosessual hüquq varisi Nümayəndə1 iddiadan imtinası qəbul edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-145*/2*23 nömrəli, *3 avqust 2*23-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı prosessual hüquq varisi Nümayəndə1 iddia tələbinə dair mülki iş üzrə icr aata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.