Məhkəmə qərarları › İş №2(102)-4263/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4263/2019

03.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4263/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçının vəkili X6, Cavabdeh1 vəkili X11, Cavabdeh3 vəkili X11, cavabdeh C.Ş.Hüseynovanın vəkili X21, cavabdeh ***un vəkili X22 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli, 2(103)1590/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC, cavabdeh X12, cavabdeh ***, cavabdeh X7, cavabdehlər Cavabdeh1 və Cavabd eh2 ***nın kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1969/2018 saylı 20.07.2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 *** arasında 1 saylı Bakı "Asan Xidmət" mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş ***saylı mənzilinə dair 24 dekabr 2016-cı il tarixli 4Ə-1531 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və çıxarışının etibarsız hesab edilməsi, Cavabdeh2 *** ilə X7 arasında 1 saylı Bakı "Asan xidmət" mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanda yerləşən 42 saylı mənzilinə dair 30 dekabr 2016-cı il tarixli 4Ə-1561 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və çıxarışının etibarsız hesab edilməsi, X7 ilə X12 arasında bağlanmış 3 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanda yerləşən 42 saylı mənzilinə dair 29 iyul 2017-ci il tarixli, 4Ə-173 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və çıxarışının etibarsız hesab edilməsi, X12 ilə ***, Bank "xxxx" ASC-nin "Premium" filialı və X18 arasında bağlanmış 29 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan *** mənzilinə dair 28 dekabr 2017-ci il tarixli 4Ə-656 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən 42 saylı mənzilin "İddiaçı" *** ASC-nin yüklülüyünə qaytarılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, i ddia təmin edildiyindən, İddiaçı İKB ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 ***ndan, X2, X5, ***ndan, X9, Bank "xxxx" ASC-dən, AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.(hakim A.Ə.Rzayev). Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov, A.Ə.Hüseyn) 23.01.2019-cu il tarixli, 2(103)-1590/2019 nömrəli qətnaməsi ilə cavabdehlər ***, Cavabdeh1, Cavabdeh2 ***, X7, Bank «xxxx» ASC və X12 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, X5 108561,66 (bir yüz səkkiz min beş yüz altımış bir manat altımış alt ı qəpik) manat pul vəsaiti tutularaq Bank “xxxx” ASC-yə, X5 147438,34 (bir yüz qırx yeddi min dörd yüz otuz səkkiz manat, otuz dörd qəpik) manat vəsait tutularaq ***na, X2 120000 (bir yüz iyirmi min) manat tutularaq X10 və Cavabdeh2 ***ndan 130000 (bir yüz otuz min) manat tutularaq X4 ödənilməsi qət edilmişdir. Cavabdehlər “xxxx” ASC və vəkil X23, cavabdeh X27 və vəkil X30, cavabdeh *** və vəkil X31, cavabdeh X7 və vəkil X24, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 *** və vəkil X24 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 ***na, X4, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə və maraqlı şəxs 1 saylı Bakı "Asan xidmət" mə rkəzində notariat kontorunun xüsusi notariusu X28ma qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 *** arasında 1 saylı Bakı "Asan xidmət" mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanda yerləşən 42 saylı mənzilinə dair 24 dekabr 2016-cı il tarixli 4Ə-1531 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 *** ilə X7 arasında 1 saylı Bakı "Asan xidmət" mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanda yerləşən 42 saylı mənzilinə dair 30 dekabr 2016-cı il tarixli, 4Ə-1561 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən 42 saylı mənzilin "İddiaçı" İKB ASC-ninyüklülüyünə qaytarılmasının Azərbaycan Respublikası Əmlak Məsələsi Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 ***na, X4, X10, ***na, X13, Bank «xxxx» ASC-yə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə və maraqlı şəxslər 1 saylı Bakı "Asan dmət" mərkəzində notariat kontorunun xüsusi notariusu X19, 3 saylı Dövlət Notariat Kontorunun xüsusi notariusu X29 və maraqlı şəxs 29 saylı Dövlət Notariat Kontorunun xüsusi notariusu X15 qarşı iddia ərizəsinə əlavə təqdim etməklə iddia tələbi dəqiqləşdirilmiş və nəticədə Cavabdeh1 ilə Cavabdeh2 *** arasında 1 saylı Bakı «Asan xidmət» mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanda ye rləşən 42 saylı mənzilinə dair 24 dekabr 2016-cı il tarixli, 4Ə-1531 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 *** ilə X7 arasında 1 saylı Bakı "Asan Xidmət" mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanda yerləşən 42 saylı mənzilinə dair 30 dekabr 2016-cı il tarixli, 4Ə-1561 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, X7 ilə X12 arasında bağlanmış 3 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanda yerləşən 42 saylı mənzilinə dair 29 iyul 2017-ci il tarixli, 4Ə-173 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, X12 ilə ***, Bank "xxxx" ASC-nin "Premium" filialı və X18 ar asında bağlanmış 29 saylı Dövlət Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanda yerləşən 42 saylı mənzilinə dair 28 dekabr 2017-ci il tarixli 4Ə656 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin, çıxarışların etibarsız heab edilməsi, ünvan 2 ünvanda yerləşən 42 saylı mənzilin "İddiaçı" İKB ASC-nin yüklülüyünə qaytarılması Azərbaycan Respublikası Əmlak Məsələsi Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamənin çıxarılmasını xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh “xxxx” ASC və vəkil X23 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şi kayəti verərək, onun ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bank tərəfindən edilən bütün hərəkətlərdə vicdanlıq faktı gözlənilməkdədir. Qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Cavabdeh X27 və vəkil X30 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən MM-nin 6, 182, 337, 375-ci maddələrinin,MPM-nin 14 və 380.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh *** və vəkil X31 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli qətnamə sindən kassasiya şikayəti verərək, onun ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işin halları hərtərəfli və obyektiv araşdırılmamış, 1-ci instansiya məhkəməsinin iş üzrə nəticələri formal olaraq təkrar olunmuş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunmamışdır. Cavabdeh X7 və vəkil X24 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilərək iddia tələblərinin rədd edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işin halları hərtərəfli və obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunmamışdır. Cavabdehlər Ca vabdeh1 və Cavabdeh2 *** və vəkil X24 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmələr hüququn tətbiqində səhvə yol vermiş və işin faktiki və hüquqi mahiyyətini fərqləndirməmiş, tətbiq edilməli olan hüquq normasını təbiq etməyərək, vicdanlılıq halını düzgün qiymətləndirməyərək, qanunsuz qətnamə qəbul etmişlər. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh1 vəkili X24, Cavabdeh3 vəkili X24, cavabdeh C.Ş.Hüseynovanın vəkili X31, cavabdeh ***un vəkili X30 ayrı-ayrılıqda verdiklər kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətlərin təmin edilməsini xahiş etmişlər. İddiaçının vəkili X14 isə kassasiya şikayətl ərinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətlərin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04.08.2010-cu il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdehlər “xxxx” MMC-nə, Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi təmin edilərək cavabdeh “xxxx” MMC-dən cəmi 688.722 manat kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə, o cümlədən Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 42 saylı mənzilə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.12.2010-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin 03.05.2011-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04.08.2010-cu il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra qətnamə icraya yönəldilmiş və mübahisə li mənzil hərraca çıxarılmış, 24.09.2013-cu il tarixdə hərrac nəticəsində mənzil vətəndaş X16 135.000 manat məbləğinə satılmış və hərracın xərcləri çıxıldıqdan sonra İddiaçı İKB ASC-nin xeyrinə tutulmalı olan kredit borcunun hesabına 118.671 manat pul vəsaiti ödənilmişdir. Lakin, Cavabdeh1 qeyd olunan hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04.11.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 24.09.2013-cü il tarixli hərracın nəticələri etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.03.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC-nin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 04.11.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və Cavabdeh1 iddiası rədd edilmiş dir. Ali Məhkəmənin 02.11.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11.03.2015ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Yenidən apellyasiya qaydasında işə baxılarkən 07.01.2016-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və Ali Məhkəmənin 27.03.2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 07.01.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, sonda mübahisəli mənzilin hərracda satılmasına dair 24.09.2013-cü il tarixli hərracın nəticələri etibarsız hesab edilmişdir. Bundan sonra mənzili hərracdan almış vətəndaş X25 iddia ərizəsi ilə məhkəməyə müraciət edib mənzilə görə hərracda ödədiyi pulun İddiaçı İKB ASC-dən, Hərrac Mərkəzindən və Binəqə di rayon icra Şöbəsindən tutulmasını xahiş etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.03.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı İKB ASC-dən Vüqar Məmmədovun xeyrinə 118671 manat mənzilə görə ödədiyi pul vəsaiti, inflyasiya nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 36432 manat, 31977,71 manat faiz dərəcəsi, cəmi 187080,71 manat pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.05.2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.11.2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 01.03.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilən məhkəmə mübahisələri davam etdiyi dövrdə, mənzilin hərracda satılmasına dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə Ali Məhkəmənin sonuncu 27.03.2016-cı il tarixli qərarından sonra Cavabdeh1 24.12.2016-cı il tarixdə həmin mənzili arvadı X20 bağışlama müqaviləsinə əsasən bağışlamış, bir həftədən sonra 30.12.2016-cı il tarixdə alqı-satqı müqaviləsi ilə *** mənzili X4 130000 manata satmış, sonra 29.07.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə *** mənzili 120000 manata X1 və sonda 28.12.2017-ci il tarixli alqı-satqı, ipoteka müqaviləsi əsasında həmin mənzil “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməklə qismən – 110000 manat xxxx ASC-nin kreditinin hesabına, cəmi 256000 manata ***na satılmışdır. "İddiaçı" İKB ASC-nin 13 dekabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, "İddiaçı" İKB ASC ilə “xxxx” MMC arasında bağlanmış 05 fevral 2009-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MM C-yə illik 24 faizlə 24 ay müddətinə 500000 manat məbləğində kredit verilmişdir. 13 dekabr 2018-ci il tarixə “xxxx” MMC-nin "İddiaçı" İKB ASC-yə ödənilməmiş 214321,89 manat əsas və 443325,07 manat faiz borcu qalmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcəd ə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin iddianın təmin e dilməsinə dair qətnaməsini qüvvədə saxlayarkən gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, kollegiya qeyd etmişdir ki, cavabdeh tərəf kobud qanun pozuntusuna yol verərək mənzil ipoteka ilə yüklü edildiyi halda və məhkəmə qətnaməsinə əsasən tələb həmin mənzilə önəldiyi halda, yenidən hərrac keçilməli olmasına baxmayaraq banka olan borcu ödəməkdən yayınmaq məqsədilə banka olan borcun təminatı olan ipoteka predmetinin qanunsuz olaraq özgəninkiləşdirilməsini həyata keçirilmişdir və ipoteka predmetinin hərracdan satılmasını qarşısını almaq məqsədi ilə mənzili bağışlamaq və alqı-satqı etmək yolu ilə dəfələrlə başqa şəxslərin adına özgəninkiləşdirmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmı ş əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş, barəsində tələbin ipotekaya yönəldilməsi barədə məhkəmə qətnaməsi olan mənzilin cavabdeh tərəfindən satılması qanunsuz olmuşdur. Həmçinin, ipotekadan çıxarılmamış mənzilin özgəninkiləşdirilməsinə dair ilkin müqavilə etibarsız hesab olunduğundan, bundan sonra həmin mənzilə dair bağlanmış bütün müqavilələrin də etibarsızlığa səbəb olur və etibarsız hesab edilmiş müqavilələr əsasənda verilmiş çıxarışlar da ləğv olunmalı və həmin mənzil əvvəlki hüquqi vəziyyətinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən bağışlama və alqı-satqlı müqavil ələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mənzilin əvvəlki hüquqi vəziyyətə qaytarılması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Bundan başqa birinci instansiya məhkəməsi cavabdehlər vicdanlı əldə edən hesab olunmaması barədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından göründüyü kimi 30.12.2016-cı il tarixdə alqı-satqı müqaviləsi ilə *** mənzili X4 130000 manata satmış, sonra 29.07.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə *** mənzili 120000 manata X1 və sonda 28.12.2017-ci il tarixli alqı-satqı, ipoteka müqaviləsi əsasında həmin mənzil “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməklə qismən – 110.000 manat xxxx ASC-nin kreditinin hesabına, cəmi 256000 manata ***na satılmışdır. Məhkəmə kollegiyası qyd edilənləri nəzərə alaraq Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələblərinə əsasən hesab etmişdir ki, ki, ***dan 108561,66 manat pul vəsaiti tutularaq Bank “xxxx” ASC-yə, ***dan 147438,34 manat vəsait tutularaq ***ya,***dan 120000 manat tutularaq ***a və Cavabdeh2 130000 manat tutularaq ***a ödənilməlidir. Kassasiya kollegiyası ilk növbədə bildirir ki, apellyasiya instansiyası məhkəməsi apellyatorların apellyasiya şikayətinin kifayət qədər ciddi və mübahisənin qanuni həlli baxımından əhəmiyyətli olan dəlillərinə qanunvericiliyin tələblərinə uyğun olaraq müfəssəl qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 392.1.6-cı maddəsinə əsasən apellyasiya intansiyası məhkəməsinin qətnaməsində apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticəsi göstərilməlidir; 392.2-ci m addəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiyası məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edilən prosessual hüquq normalarının pozuntusu ilə yanaşı qeyd etməyi zəruri hesab edir ki, X37 Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsini n bu qərarı əsaslandırılmış, qanuni və ədaləltli qərar tələblərinə cavab verməyən qərar kimi qiymətləndirilməlidir. Belə ki, kassasiya kollegiyası kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi daşınmaz əmlakın alıcısı qismində çıxış etmiş cavabdehlərin həmin müqavilələr üzrə vicdanlılığı kimi mübahisənin həlli baxımndan mühüm əhəmiyyət kəsb edən halları qanunvericiliyin tələb etdiyi şəkildə zəruri olan araşdıma aparmamaqla, habelə işdə olan sübutlar arasındakı ziddiyyətləri aradan qaldırmamaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Halbuki, Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-in 81, 88, 101.3, 217.1 və 218.1-ci maddələri). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək Konstitusiya Məhkəməsi Plenumunun Cavabdeh2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 21 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (*** və ***un şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, ***un şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, ***un şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikas ına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin alqı-satqı müqavilələri üzrə vicdanlılıq məsələsinə işdə olan obyektiv sübutlar, habelə bütün tərəflərin izahatları və şahid ifadələri ilə qiymət verməli olmasına rəğmən, yalnız iddiaçı tərəfin nümayəndəsinin izahatları əsasında işin müəyyən edilmiş halı kimi qiymətləndirilməklə Mülki Prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı müddəalarının tələblərini pozmuşdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (*** və ***un şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, ***un şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, ***un şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırıl masını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə sübutların qəbuledilənliyi və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, prosessual qanunvericiliyə zidd olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarını (tərəflərin vicdanlılığını) yalnız iddiaçı tərəfin izahatlarına istinad etməklə sübut edilmiş hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qənaətə gələrkən mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməməklə iş üzrə düzgün olmayan əsassız nəticəyə gəlmişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməs i ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yeni apellyasiya icraatında baxılarkən işdə olan alqı-satqı müqavilələri üzrə alıcıların vicdanlılıq məsələsinə prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılmaqla qiymət verilməlidir. Eyni zamanda alıcılardan hər hansı birinin müqavilə üzrə vicdanlı tərəf olmasının müəyyən edildiyi halda aşağıdakı maddi hüquq normaları ilə mülki dövriyyənin sabitliyinin təmin edilməsi baxımından onun mənafeyinin üstün saxlanılmalı olması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin a dına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Digər tərəfdən qeyd edilməlidir ki, ***nın şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsininMülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmış dır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanun vericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC-nin və cavabdehlər X8,X3, Cavabdeh1 və Cavabdeh2 ***nın kassasiya şikayətləri qismən təmin edilsin, cavab deh ***nın kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli, 2(103)-1590/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar