Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4264/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçının vəkili ***, cavabdehin vəkili *** oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili *** kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, *** işdən çıxarma haqqında 21 iyun 201 8-ci il tarixli. 12 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçı X2 ***nin Azərbaycan Respublikasındakı Filialında “tibbi nümayəndə” vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6972/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (Hakim T.Kərimov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2(103)-638/2019 saylı qətnaməsi ilə (hakimlər F.Babayev sədrlik edən, məruzəçi, X.Mərdanova və E.Həsənov) İddiaçı və onun nümayəndəsi-vəkilinin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-6972/2018 saylı iş üzrə 21 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili *** oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, işçi ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərək işçi barəsində ən sərt intizam tənbehi tətbiq olunmasına baxmayaraq, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən işçidən yazılı izahat, alınmamış, tətbiq edilən həmin tənbeh tədbirlərinə işçinin münasibəti öyrənilməmiş və işə gəlməməyinin səbəblərinin üzrlü olub-olmaması araşdırılmadan Çinarə barəsində qərəzli əmr verilmişdir. Əmr verilərkən həm işçinin 14, 20 və 21 iyun tarixlərində işə gələməməsi, həm də işçinin hərəkətləri nəticəsində kollektivin əmək və icra intizamının normal ahənginin pozulması əsas götürülmüşdür. Maddi və proses sual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş edrilər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili *** kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin vəkili *** oğlu isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası, 3-cü şəxsin nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hes ab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iddiaçı tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalət li məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki,İddiaçı 01 mart 2008-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, o, 01 dekabr 2017-ci il tarixdə 13 nömrəli əmrlə*** tibb nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş, 21 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini, 72-cı maddəsinin “a” bəndinə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən əmək müqav iləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edildiyindən iddia əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı 14, 20 və 21 iyun 2018-ci il tarixlərində üzürsüz səbəbdən işə gəlməmiş, iddiaçı isə bunları inkar etməyərək Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq əmək qanunvericiliyinin ona verdiyi hüquqlardan istifadə edərək hər iş həftəsində 1 iş günü olmaqla yeni iş axtarışı ilə məşğul olduğunu bildirir. Lakin bu zaman iddiaçı işə götürəni yeni iş ax tarışı ilə məşğul olacağı barədə rəsmi şəkildə xəbərdar etmir, iş axtarışı ilə məğul olacağı günü razılaşdırmır. 14 və 20 iyun tarixləri ilə eyni iş həftəsinə düşmədiyindən həmin günlər ərzində iş axtarışı ilə məşğul olsa da, 21 iyun tarixində bütün gün ərzində heç-bir üzürlü səbəb olmadan işə gəlməməsi halı, işə götürənə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməyə əsas verir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini, 72-cı maddəsinin “a” bəndini tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi ü çün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı şikayətində işdən azad olunmasını qanunsuz hesab edərək, əvvəlki iş yerinə bərpa edilməsi və məcburi iş buraxmaya görə cavabdehdən onun xeyrinə əmək haqqının tutulmasını tələb etsə də, 21 iyun 2018-ci il tarixində işdə olmamasına dair qanunvericiliyin tələbləri baxımından üzürlü hesab ediləcək hər hansı sübut təqdim edə bilməmişdir. Uşağın diş həkiminə aparılması isə bir iş günü ərzində işə gəlməmək üçün üzürlü səbəb hesab edilə bilməz. Digər tərəfdən kassasiya kollegiyası qeyd edir ki, iddiaçının işə gəlmədiyi əvvəlki günlərində məhz iş axtarması ilə bağlı olduğu halda belə Əmək qanunvericiliyinin tələbləri baxımından bu işçinin özbaşına şəkildə deyil, məhz işəgötürənin raz ılığı ilə həyata keçirilməsini nəzərdə tutur ki, bu halda öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəninə əsasən bəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Göründüyü kimi, maddi hüquq normasının məzmunundan göründüyü kimi, işçinin işə gəlməməsi onun öz istəyi ilə deyil, məhz işəgötürənin buna müvafiq qaydada şəraitin yaradılması ilə təmin olunması nəzərdə tutulmuşdur ki, bu da işəgötürənlə hər bir halda razılaşdımanı tələb edir. Odur ki, məhkəmə kollegiyası kassasiyaşikayətinindəlillərinəümumilikdəhüquqiqiymətverərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxa rıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4264/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4264/2019
19.06.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver