Məhkəmə qərarları › İş №2(102)-427/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-427/2025

25.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-427/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X2 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4404/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkə mələr işin hallarını araşdıraraq müəyyən etmişlər ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında xx.xx.1995-ci ildə 30/61381 nömrə ilə qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər İddiaçı, Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə cəmi 5400 manat məbləğində kompensasiya ödəməklə onun mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi evə (mənzilə) istifadə hüququna xitam verilməsi, cavabdehlərin əşyaları ilə birgə həmin evdən (mənzildən) məcb uri çıxarılmaları, evin (mənzilin) həyatyani sahəsində onun tərəfindən inşa edilmiş tikilidə hər hansı bir tikinti inşa-işlərinin aparılmalarına qadağa qoyulması, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, həyat yoldaşı xx.xx.1954-cü il təvəllüdlü X1 ilə birgə ünvan 2 ünvanında yaşayır. Həmin evin mülkiyyətçisi olduğunu təsdiq edən Qeydiyyat vəsiqəsi Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 13 iyul 1950-ci ildə verilmişdir. 08 iyul 1995-ci il tarixli Texniki pasportda olan məlimata əsasən 2 otaqlı mənzilin ümumi sahəsi 46,43 kv metrdir. Belə ki, mənzilin yaşayış sahəsi: hər otaq 17, 85 kv metr olmaqla ümumi 35,7 kv metr, balkon isə 10,73 kv metr təşkil edir. Bənövşə Hüseynova ilə birgə nikahdan iki övladı var: X6 ailə quraraq başqa evə köçmüşdür. Oğlu Cavabdeh1 nikaha daxil olmuş, xx.xx.2003-cü ildən onlarla birgə həmin mənzildə yaşayırlar. Oğlu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 uzun müddətdir ki, ona və anasına qarşı kobud davranır, səbəbsiz olaraq mübahisə edir, hətta onlara qarşı zorakı hərəkətlər edir. Dəfələrlə bu haqda Daxili İşlər Nazirliyinə, Sabunçu Rayon Polis İdarəsinə müraciət olunub, müvafiq araşdırma aparılmış, övladı olduğu üçün onu bağışlamaq məcburiyyətində qalmış, bir valideyn kimi onun cinayət məsuliyyətinə cəlb edilməsini istəməmişdir. Lakin, Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 onlarla bir mənzildə yaşaması artıq mümkünsüzdür, onl arın səbəbsiz olaraq mübahisə etmələri dözülməzdir. Belə ki, sonuncu dəfə xx.xx.2023-cü ildə Şahin və həyat yoldaşı İlahə onunla və həyat yoldaşı olan Bənövşə ilə mübahisə etmiş, X7 Nazirliyinin "102" qaynar xəttinə (xidmətinə) zəng etmək istəyərkən telefonu əlindən alaraq sındırmış, Bənövşəyə qarşı zorakı hərəkətlər edilmiş, buna görə tərəfindən xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Səhhətində problemlər mövcuddur, bu yaşda hər ikisi üçün övladları və onun həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmaq, mütəmadi olaraq mübahisə etdikdə psixi gərginlikdə yaşamaq çox çətindir. Bu səbəbdən mülkiyyətçisi olduğu mənzilə oğluna (onun həyat yoldaşına) müvafiq kompensasiya ödəməklə istifadə hüququna xitam vermək, məhk əmə qaydasında evdən məcburi çıxarmaq qərarına gəlmişdir. O, Bənövşə Hüseynova ilə evin həyatyani sahəsində öz vəsaitləri, əmək pensiyalarının hesabına bir tikili tikdirmişlər. Həmin tikili 2 mərtəbədən ibarət, 1-ci mərtəbəsi mişar daşlardan (kubikdən), 2-ci mərtəbə isə qırmızı kərpicdəndir. Həmin tikililiyə hər hansı bir rəsmi sənəd olmadığından özbaşına tikili hesab edilir. Lakin cavabdehlər onlara müvafiq kompensasiya ödəməklə fərdi evdən (mənzildən) istifadə hüquqlarına xitam veriləcəyini bilib, dəfələrlə cəhd ediblər ki, fərdi evin həyatyani sahəsində inşa edilmiş tikilidə inşa-tikinti işlərini öz vəsaitləri hesabına başa çatdırmaqla həmin tikiliyə sahiblənsinlər. Ona görə də, cavabdehlərə fərdi evin həyatyani sahəsində inşa edilmiş tikilidə hər hansı bir tikinti-inşa işlərinin apar malarına qadağa qoyulmalıdır. Mülkiyyətində olan mənzil Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşir, həmin ərazidə eyni şəraitli evin (mənzilin) 1 otağının kirayə haqqı orta hesabla maksimum 150 manat təşkil edir. Buna görə cavabdehlərin istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 5400 manat məbləğində kompensasiya onların davamlı sürətdə və müəyyən müddət daxilində, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı verir və cavabdehlərin evdən istifadə hüququnun itirilməsi üçün yetərlidir. Cavabdehlərə yetərli məbləğdə kompensasiya verilərək istifadə hüququna xitam verildikdən sonra onlar himayələrində olan 1 uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində ba şqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etmiş olurlar, həmin hal yetkinlik yaşına çatmamış uşaqlarının hüquq və mənafelərini pozmur. Mənzilin uzun müddət istifadəsində olması əsas verir ki, bu mənzilə onun sahiblik və istifadə hüququnu məhkəmə qaydasında tanınsın.

4. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, mülkiyyətçinin kompensasiya verməklə istifadə hüququna xitam verilməsi hüququ vardır. Əsas məsələ məbləğ məsələsidir. Evin qiyməti barədə sübut təqdim edilməyib. Məhkəmə sübuta istinad etməlidir, lakin qiymət barədə sübut yoxdur. İddiaçı 1995-ci ildən orada yaşayır, başqa tikili etməyib. Cavabdehlər öz hesabına ev tikiblər, lakin tikiliyə dair sənədləri yoxdur. Pirşa ğıda evlərin bazar qiyməti barədə məlumatıları yoxdur. 50000 manat məbləğində kompensasiya verilərsə, razılığa gələ bilərlər. Bu məbləğ tərəfin istəyinə görə müəyyən edilmişdir, hər hansı sübutları yoxdur. 5. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli "Müşayiət məktubu"na əsasən, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilin xx.xx.2024-cü il vəziyyətinə satış üçün bazar dəyəri 23540 manat, likvid dəyəri 22363 manat, 1 ay üçün nəzərdə tutulmuş icarə haqqı dəyəri ortalama 150-180 manat aralığında müəyyən olunmuşdur.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-921/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilmiş, İddiaçı tərəfindən 5400 (beş min dörd yüz) manat kompens asiya verilməklə Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi S.Hüseynzadə küçəsi küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilindən istifadə hüququna xitam verilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birgə həmin evdən (mənzildən) çıxarılması, müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh1 verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılmasının eyni vaxtda icra olunması, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzilin həyatyani sahəsində cavabdehlər tərəfindən hər hansı bir tikinti inşa işlərinin aparılmalarına qadağa qoyulması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qə t edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 dünyaya gələndən (1978-ci ildə doğulub) mübahisəli evdə yaşayıb, buna görə də araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 8. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyır lar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi iddiaçının oğlunun sözügedən mənzilə istifadə hüququ yaranmışdır. Lakin, iddiaçının gəlinin mübahisəli mənzilə 2003-cü ildə köçdüyünə görə tərəflər arasında hüquq münasibətləri həmin zaman yaranmış və cavabdehin mübahisəli evə istifadə hüququnun olub-olmaması həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

9. Məhkəmə qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə Cavabdeh2 ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istif adə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən mənzilin mülkiyyətçisi ilə iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh2 sözügedən mənzilə istifadə hüququ yaranmamışdır.

10. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının oğlu Cavabdeh1 istifadə hüququna kompensasiya verlməklə xitam verilə bilər. Onun həyat yoldaşı Cavabdeh2 isə həmin mənzilə istifadə hüququ olmasa da, o mənzildə yaşayır və istifadə hüququ yaranmadığına görə oradan çıxarılmalıdır.

11. İddiaçı tərəfindən təklif etdiyi kompensasiya ilə Cavabdeh1 ailəsi ilə 3 il m üddətə mənzil ilə təmin edilmiş olur. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında mövcud olan vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehin ailəsi ilə təxminən üç il müddət ərzində başqa yerdə mübahisəli yaşayış sahəs ində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia təmin edilməli, İddiaçı tərəfindən 5400 manat kompensasiya verilməklə, Cavabdeh1 istifadə hüququna xitam verilməli, o və Cavabdeh2 ünvan 1 ünvanında olan fərdi evdən (mənzildən) çıxarılmalıdırlar. Müvafiq kompensasiya məbləğinin verilməsi ilə Cavabdeh1 istifadə hüququna xitam verilməsi, onun və Cavabdeh2 ünvan 1 ünvanında olan fərdi evdən (mənzildən) çıxarılmaları eyni vaxtda icra olunmalıdır.

12. İddia tələbində göstərilən həyətyanı sahə ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus mənzilin həyətyanı sahəsində inşa edilmiş özbaşına tikilinin kim tərəfindən tikilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Lakin, onu da qeyd etmək lazımdır ki, məhkəmə həmin tikilidən cavabdehlərin çıxar ılması və yaxud tikilinin sökülməsi tələbinə baxmadığına görə hazırki vəziyyətdə tikilinin kimin tərəfindən tikilməsinin araşdırılmasını məhkəmə zəruri hesab etməmişdir. Lakin, bundan sonra cavabdehlərin iddiaçının mülkiyyətində olan evə dair heç bir hüququ qalmayacağına görə onların iddiaçının evinin həyətyanı sahəsində də hər hansı tikilinin aparması onlara qadağan edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsi) 152.1, 157.4, 228.1, 228.2, 228.5-ci, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsini n birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli, "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarlarına və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ədalətli deyil, rayon məhkəməsi özü bazar qiymətinə uyğun ağlabatan kompensasiya müəyyən etməklə iddiaçıya təklif etməli idi. Lakin məhkəmə bunu etməmiş, iddiaçının təlkif etdiyi məbləği heç bir hüquqi və faktiki əsas olmadan qəbul etmişdir. Bundan başqa, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, söz gedən mənzilin texniki pasportunda olan göstəriciləri ilə real göstəriciləri eyni deyildir. Həmin mənzilə cavabdehlər tərəfindən əhəmiyyətli artırmalar edilmiş və mənzilin sahəsi əhəmiyyətli dərəcədə böyüdülmüş və dəyəri artmışdır. Rayon məhkəməsi bu halı araşdırmamışdır. Birinci instansiya məhkəməsi həmin mənzilin, eləcə də həyətində tikilmiş yeni mənzilin (yarımçıq tikilinin) kim tərəfindən inşa etdirildiyini də araşdırmadan qətnamə çıxarmışdır. Həmin hissədə məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddia tələbində göstərilən iddiaçıya məxsus mənzilin həyətyanı sahəsində inşa edilmiş özbaşına tikilinin kim tərəfindən tikilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Lakin onu da qeyd etmək lazımdır ki, məhkəmə həmin tikilidən cavabdehlərin çıxarılması və yaxud tikilinin sökülməsi tələbinə baxmadığına görə hazırkı vəziyyətdə tikilinin kimin tərəfindən tikilməsinin araşdırılmasını məhkəmə zəruri hesab etməmişdir. Lakin bundan sonra cavabdehlərin iddiaçının mülkiyyətində olan evə d air heç bir hüququ qalmayacağına görə onların iddiaçının evinin həyətyanı sahəsində də hər hansı tikilinin aparması onlara qadağan edilməlidir. Göründüyü kimi, məhkəmə iş üzrə ziddiyətli nəticəyə gəlmiş, torpaq sahəsindən çıxarılma barədə iddia tələbi olmadığı halda, müvəqqəti təminat tədbiri qaydasında baxılmalı olan məsələyə mahiyyət üzrə baxaraq qətnamə çıxarmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-4404/2024 nömrəli mülki iş üzrə 1 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov - sədrlik edən və məruzəçi, N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmiş, məhkəmə x ərci həll edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi tələbin cavabdehlərə 5400 manat məbləğində kompensasiya ödəməklə onun mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi evə (mənzilə) istifadə hüququna xitam verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin də müəyyən etdiyi kimi, Cavabdeh2 - iddiaçının gəlini mübahisəli mənzilə 2003-cü ildə köçdüyünə görə tərəflər arasında hüquq münasibətləri həmin zaman yaranmışdır və həmin vaxt artıq qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi - iddiaçı ilə Cavabdeh2 arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmad ığından, Cavabdeh2 sözügedən mənzilə istifadə hüququ yaranmamışdır. Cavabdeh1 dünyaya gələndən (1978-ci ildə doğulub) mübahisəli evdə yaşayıb, buna görə də araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.

18. İddiaçının hazırkı tələbinin cavabdehlərə kompensasiya ödənilməklə onun xüsusi mülkiyyətində olan evindən çıxarılması barədə hissəsi üzrə Kollegiya qeyd edir ki, tərəflərin izahatı ilə həmin mənzildə cavabdehlərin iştirakı (əməyi və vəsaiti) ilə əlavə artırmalar aparılması və onun sahəsinin iki dəfəyə yaxın artırılaraq (təxminən 90 kv.m olması) müəyyən edilmişdir. Belə olan halda, iddiaçı hazırda cavabdehlərin bö tövlükdə ona məxsus mənzildən (əlavə tikililərlə birlikdə) çıxarılmasını tələb etdiyindən, iddia tələbi təmin edilə bilməz. Belə ki, qeyd edilən yaxşılaşdırmalarda Cavabdeh1 da əməyinin olmasını iddiaçı öz izahatında təsdiq etmişdir. Qeyd edilən əlavə tikililər mənzilə dair çıxarış və texniki sənəddə əks olunmadığından, həmin tikililər özbaşına tikili hesab edilir, həmin özbaşına tikililərdə isə cavabdehlərin də həmin tikililərdən iddiaçı qədər istifadə etməkdə və faydalanmaqda eyni hüquqları var. Belə olan halda müəyyən olunur ki, iddiaçı yalnız onun xüsusi mülkiyyəti kimi qeydə alınmış və sahəsi 46.43 kv.m. olan sahədən kompensasiya verilməklə çıxarılmanı tələb etmək hüququna sahibdir. Həmin mənzilə edilmiş əlavə sahələrə, eləcə də həyətdə yeni inşa edilmiş iki mərtəbəli evə münasibətdə cavabdehlər ən azından iddiaçı ilə eyni qaydada və həcmdə sahiblik, istifadə və faydalanmaq imkanına sahibdirlər. Eyni zamanda da müəyyən olunmuşdur ki, iddiaçının mənzilinin yerləşdiyi 0,21 ha. torpaq sahəsi iddiaçının mülkiyyətində olmayıb, tərəflərin faktiki istifadəsindədir. Belə olan halda müəyyən olunur ki, cavabdehlərin həmin sahələrdən çıxarılması yalnız qarşılıqlı razılaşma və ya mütənasib (cavabdehlər iddiaya etirazlarında 50.000 manatı mütənasib məbləğ olaraq göstərmişlər) kompensasiya müqabilində ola bilər. İddiaçı isə hazırkı tələbində həmin sahələrlə bağlı cavabdehlərə hər hansı kompensasiya təklif etməmişdir. Demək ki, iddia tələbi cavabdehlərin qeyd edilən həmin özbaşına tikililərdən çıxarılması hissəsində əsassız olmuşdur və təmin edilə bilməz. Hazırkı halda idiaçı yalnız xüsusi mülkiyyətində olan mənzilə münasibətdə kompensasiya məbləğini 5400 manat təklif etmişdir. 19. “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna gör ə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 5400 manat kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsi mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi baxımından ədalətli və ağlabatan olmamışdır. Odur ki, işin halları baxımından və hazırda mənzil bazarında baş verən artımlar zəminində həmin kompensasiya məbləğinin 7500 manat müəyyən edilməsi ədalətli hesab edilə bilər.

21. Apellyasiya instansiyası məhkəməsi bundan başqa iddiaçının xüsusi mülkiyyətindəki 46,43 kv.m sahəsi olan mənzildən cavabdehlərin çıxarılması ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, həmin xüsusi mülkiyyətdə olan rəsmi 46,43 kv.m olmaqla qeydiyyata alınmış mənzilin cavabdehlərin də əməyi və vəsaiti hesabına 2004-cü ildə iki dəfəyə yaxın atrılması tərəfl ərin izahatları ilə mübahisəsiz qaydada müəyyən edilmişdir. Belə olan halda mənzilin rəsmi qeydiyyata alınmış sahəsi və sonradan artırılan sahəsinin sərhədləri də müəyyən edilməmişdir. Bu baxımdan da, iddiaçının mənzilin 46,43 kv.m sahəsindən cavabdehlərin çıxarılması barədə tələbi də qeyri-müəyyən olduğundan (kimin haradan istifadə etməsi müəyyən olunmadığından) həmin tələb öz-özlüyündə də təmin edilə bilməz.

22. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin evin (mənzilin) həyatyanı sahəsində inşa edilmiş tikilidə hər hansı bir tikinti inşa-işlərinin aparılmalarına cavabdehlərə qadağa qoyulması ilə bağlı qeyd etmişdir ki, həmin tələbin təmin edilməsi üçün həmin tikilinin kim tərəfindən inşa edilməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı həmin tikilini oğlu Şa hin tərəfindən inşa edildiyini, lakin tikinti üçün oğlu Cavabdeh1 pul verdiyini, onun da usta gətirdiyini, material aldığını, layihəni də Cavabdeh1 hazırladığını bildirmişdir. Bununla belə, iddiaçı, həyətdə inşa edilmiş iki mərtəbəli yeni evin tikintisi üçün oğluna hansı tarixlərdə, eləcə də nə qədər pul verdiyini xatırlamadığını bildirmişdir. Cavabdeh1 isə həyətdə inşa edilmiş iki mərtəbəli evin atasının razılığı ilə özü tərəfindən layihələndirildiyini və yalnız öz ailəsinin vəsaitləri hesabına tikildiyini, arvadının da əməyi olduğunu, evin qaz, işıq və su müqavilələrinin də onun arvadının adına rəsmiləşdirilməsini qeyd etmiş, həmin evin tikintisinə 30.000 manata yaxın vəsait xərclədiyini bildirmiş, həmçinin evin tikilməsi zamanı çəkdiyi xərclərin qeyd edildiyi dəftər və müvafiq qaimələri təqdim etmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin izahatı ilə qeyd edilən tikilinin tikilməsində cavabdehlərin əhəmiyyətli vəsait və əməyinin olması müəyyən edildiyindən, həmin tikilinin inşasına iddiaçının razılığı ilə başlanıldığından, evin tikintisinin əsas hissəsinin başa çatdığı müəyyən edildiyindən, habelə özbaşına tikintinin faydalı xassələrindən istifadə etməkdə cavabdehlər də iddiaçı ilə eyni hüquqlara malik olduğundan, iddiaçının evin (mənzilin) həyatyanı sahəsində inşa edilmiş (özbaşına) tikilidə hər hansı bir tikinti-inşa işlərinin aparılmalarına cavabdehlərə qadağa qoyulması barədə tələbi əsassızdır və təmin edilə bilməz.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 29-cu Azərbaycan Respublikası Mülki Məcəlləs inin 152.1, 157.2, 157.4, 180.1, 180.2, 228.1, 228.2, 228.5-ci, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci, "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarlarına və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 218.3, 372.1, 372.2,372.3, 372.4, 372.6, 372.7, 384.0.2, 385.1.1 və 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti Mülki Məcəllənin 152.1, 157.4, 228.2, 228.5-ci, MPM-in 14.1, 88, 217 və 372.6-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət halı təsdiq edən sübutları nəzərə alma mışdır. Belə ki, Cavabdeh - Cavabdeh1 nikaha daxil olmuş, xx.xx.2003 cü ildən iddiaçı və onun həyat yoldaşı ilə birgə həmin mənzildə yaşayırlar. Oğlu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 uzun müddətdir ki, ona və anasına qarşı kobud davranır, səbəbsiz olaraq mübahisə edir, hətta onlara qarşı zorakı hərəkətlər edir. Dəfələrlə bu haqda Daxili İşlər Nazirliyinə, Sabunçu Rayon Polis İdarəsinə müraciət olunub, müvafiq araşdırma aparılmış, övladı olduğu üçün onu bağışlamaq məcburiyyətində qalmış, bir valideyn kimi onun cinayət məsuliyyətinə cəlb edilməsini istəməmişdir. Lakin, Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 onlarla bir mənzildə yaşaması artıq mümkünsüzdür, onların səbəbsiz olaraq mübahisə etmələri dözülməzdir. Belə ki, sonuncu dəfə xx.xx.2023cü ildə Şahin və həyat yoldaşı İlahə onunla və həyat yoldaşı olan Bənövşə ilə mübahisə etmiş, X7 Nazirliyinin "102" qaynar xəttinə (xidmətinə) zəng etmək istəyərkən telefonu əlindən alaraq sındırmış, Bənövşəyə qarşı zorakı hərəkətlər edilmiş, buna görə tərəfindən xx.xx.2023-cü ildə Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Səhhətində problemlər mövcuddur, bu yaşda hər ikisi üçün övladları və onun həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmaq, mütəmadi olaraq mübahisə etdikdə psixi gərginlikdə yaşamaq çox çətindir. Bu səbəbdən mülkiyyətçisi olduğu mənzilə oğluna (onun həyat yoldaşına) müvafiq kompensasiya ödəməklə istifadə hüququna xitam vermək, məhkəmə qaydasında evdən məcburi çıxarmaq qərarına gəlmişdir. Mülkiyyətində olan mənzil Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşir, həmin ərazidə eyni şəraitli evin (mənzilin) 1 otağının kirayə haqqı orta hesabla maksimum 150 manat təşkil edir. Buna görə cavabdehlərin istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 5400 manat məbləğində kompensasiya onların davamlı sürətdə və müəyyən müddət daxilində, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı verir və cavabdehlərin evdən istifadə hüququnun itirilməsi üçün yetərlidir. Cavabdehlərə yetərli məbləğdə kompensasiya verilərək istifadə hüququna xitam verildikdən sonra onlar himayələrində olan 1 uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etmiş olurlar, həmin hal yetkinlik yaşına çatmamış uşaqlarının hüquq və mənafelərini pozmur. Mənzilin uzun müddət istifadəsində olması əsas verir ki, bu mənzilə onun sahiblik və istifadə hüququnu məhkəmə qaydasında tanınsın. Həmçinin mənzillə bağlı tam təsərrüfat səlahiyyətinə malik olduğu üçün hesab edir ki, cavabdehlərin mənzildən istifadə hüquqlarının xitam verilməsinə, müvafiq kompensasiya ödənməklə onların mənzildən məcburi çıxarılmalarını tələb etmək hüququ vardır. Lakin, apellyasiya instansiyasının hakimi İkram Şirinov öz şəxsi mülahizəsinə əsaslanaraq hesab etmişdir ki, cavabdehlərin iddiaçıdan 50000 manat kompensasiyanın ödənməsi tələbi ağlabatandır. Görünür ki, hakim İkram Şirinov Bakı şəhərin mərkəsində yerləşən mənzillərə görə müəyyən edilən kompensasiya məbləği ilə Bakının mərkəzindən 40 km uzaqlıqda yerləşən qəsəbədə yerləşən texniki pasportda olan məlumata əsasən cəmi 2 otaqlı, ümumi sahəsi 46,43 kv metr olan mənzillə görə ödəniləcək kompensasiya məbləği arasında fərqi görmür, yaxud iş üçün mühüm əhəmiyyət kəsb edən bu sübutlara obyektiv və qərəzsiz qiymət vermək istəmir. X4 sədrliyi ilə keçirilən məhkəmədə qəbul edilmiş qətnaməyə əsasən mülkiyyətçi olan iddiaçının (İddiaçı) Mülki Məcəllənin 152 və 157-ci maddələri ilə nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Cavabdeh1 dünyaya gələndən (1978-ci ildə doğulub) mübahisəli evdə yaşamış, buna görə də araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan RespublikasıMənzil Məcəlləsinin müddəaları tətbiq olunmalı idi. İddiaçının oğlunun sözügedən mənzilə istifadə hüququ yaranmışdır. Lakin, iddiaçının gəlinin mübahisəli mənzilə 2003-cü ildə köçdüyünə görə tərəflər arasında hüquq münasibətləri həmin zaman yaranmış və cavabdehin mübahisəli evə istifadə hüququnun olub-olmaması həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən olunmalı idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlımübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə Cavabdeh2 ilə yazılırazılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasımütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən hesab edirik ki, qeyd edilən mənzilin mülkiyyətçisi ilə iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh2 sözügedən mənzilə istifadə hüququ yaranmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkə məsi belə qənaətə gəlmişdir ki, iddiaçının oğlu Cavabdeh1 istifadə hüququna kompensasiya verlməklə xitam verilə bilər. Onun həyat yoldaşı Cavabdeh2 isə həmin mənzilə istifadə hüququ olmasa da, o mənzildə yaşayır və istifadə hüququ yaranmadığına görə oradan çıxarılmalıdır. Lakin, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 228.2-ci və 228.5-ci maddələrin tələblərini pozmuş, maddi hüquq normaları düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən cavabdehə qanunla nəzərdə tutulmuş kompensasiyanı ödəməyi təklif etmiş, təklif olunan kompensasiya məbləği ağlabatan olmuş, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr qanunun tələbinə və iş materiallarına kifayət qədər əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, cava bdehlərin mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehlərin əşyaları ilə birgə həmin evdən çıxarılması barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız, qanusuz olmuş, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Apellyasiya instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaq əvəzinə yalnız daşınmaz əmlakın qiymətləndirilməsinə dair subyektiv mülahizələrinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi kompenasiya məbləğinin 50000 manat olması qənaətinə gəlməklə cavabdehlərə hüquqlarından suiistifadələrinə və əsassız varlamalarına şərait yaratmışdır. Məhkəmə sübutları qiymətləndirə rkən nəzərə almamışdır ki, xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin “Müşayiət məktubu”ndan görünmüşdür ki, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən mənzilin 1 ay üçün nəzərdə tutulmuş icarə haqqı dəyəri 150-180 manat aralığında müəyyən olunmuşdur. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1995-ci ildə verilmiş texniki pasportdan görünmüşdür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsində yerləşən 2 nömrəli evin 1-ci mənzil mülkiyyətində olan mənzildir. Lakin apellyasiya instansiyası məhkəməsi işin bu faktiki hallarına və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verməmiş, bununla da MPM-nin 88-ci maddəsini kobud şəkildə pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırmalı, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, cavabdehə təklif edilən 5400 manat kompensasiya məbləğinin yetərli olub-olmadığını araşdırmalı və bundan sonra iddianın əsaslılı olubolmamasına düzgün hüquqi qiymət verməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

31. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlam aq ixtiyarı yoxdur.

32. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

34. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə ü zvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi

35. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış s ahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

36. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaql arını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, müəyyən edilmiş faktiki hallar baxımından iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətini n dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4404/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar