Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4271/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(103)-4271/2022 Açar sözlər: əqdin etibarsız hesab edilməsi Bakı şəhəri 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh1 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-561/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC (bundan sonra –iddiaçı) ilə Cavabdeh1 (bundan sonracavabdeh) arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 58.97 kv.metr, 1 (bir) otaqdan ibarət 147B nömrəli mənzilin (mübahisəli mənzil) tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixində müqavilə bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən mənzilin 1 kv.m-nin dəyəri 565 (beş yüz altmış beş) manat, ümumi dəyəri 33.337 (otuz üç min üç yüz otuz yeddi) manatdır. 3. 24 sentyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binanın 5-ci blok, 17-cı mərtəbəsində, ümumi sahəsi 58.97 kv.m olan 1 (bir) otaq lı 147 B saylı mənzilin pay dəyəri payçı cavabdeh tərəfindən 33.337 (otuz üç min üç yüz otuz yeddi) manat tam ödənilmiş, MMC-yə borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehələr Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzil tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixli 147B №-li müqavilənin və 24 sentyabr 2020-ci il tarixli arayışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin adına guya onun həmin mənzilin dəyərinin ödənilməsi barədə 24 sentyabr 2020-ci il tarixində maliyyə arayışı yazılaraq verilmişdir. Əslində cavabdehin adına müqavilə və həmin mənzilin dəyərinin ödənilməsi ba rədə 24 sentyabr 2020-ci il tarixində maliyyə arayışı yazılsa da, müqavilənin 3.3-cü bəndinə görə 33.337 (otuz üç min üç yüz otuz yeddi) manat Cəmiyyətə ödənilməmişdir. Razılaşmaya görə cavabdehin adına olan başqa mənzillə dəyişmək xahişi nəzərə alınmaqla Cəmiyyətə mənzil verilməsi barədə öhdəlik götürülmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün müqavilənin və maliyyə arayışının ləğv olunması və həmin sənədlərin əsillərinin qaytarılması barədə xəbərdarlıq olunsa da, ona bu barədə bildiriş göndərilsə də, cavabdeh göstərilən sənədləri geri qaytarmayıb bundan imtina etmiş və həmin sənədlərin əsilləri cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə etməklə əsassız varlanmaq niyyətinə düşmüşdür. Göründüyü kimi mənzil tikintisi üçün pul tam ödənilmədiyindən, müqav ilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilməlidir.
6. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh2 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş, ərizə məhkəmə tərəfindən təmin edilmişdir.
7. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməmiş və izahat verərək göstərmişdir ki, o,xx.xx.2006-cı ildə “Nər-Gün MMC ilə müqavilə bağlamış, mənzilin pulundan 13000 ABŞ dollarını Yasamalda ofisində Ələkbər Hüseynova vermiş, qalan məbləğ 3800 ABŞ dollarını isə hissə-hissə ödəmişdir. Lakin mənzil tikilib onlara təhvil verilməmişdir. O, bu barədə şikayət etmiş, Korrupsiya İdarəsində Ələkbər Hüseynov saxlanılmış, ondan sakinlərin ya pullarını, ya da mənzillərini qaytarmaq tələb olunmuş, bu səbəbdən də bir neçə sakin Ələkbər Hüseynovun qardaşı Fəxrəddin Hüseynovun yanına göndərildi, Fəxrəddin Hüseynov hazırki müqaviləni və maliyyə arayışını yazıb onlara vermişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
8. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-4219/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 58,97 kv.m, 1 (bir) otaqdan ibarət 147B nömrəli mənzil tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixli, 147B №-li müqavilə və 24 sentyabr 2020-ci il tarixli arayış etibarsız hesab edilmişd ir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilin tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixində müqavilə bağlansa da, həmin mənzilin dəyərini təşkil edən 33.337 manat məbləğində pul cavabdeh tərəfindən MMC-yə mədaxil edilməmişdir. Belə ki, tərəflərin hər ikisinin izahatlarından göründüyü kimi "xxxx" MMC və cavabdeh arasında bağlanmış 15 iyun 2006-cı il tarixli Yaşayış binasında Mənzil Tikintisi haqqında müqavilə əsasında Yeni Yasamal yaşayış massivi 3-də yerləşən binada 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 56 kv.m olan 1 (bir) otaqdan ibarət mənzilin verilməsi öhdəliyinin icra edilməməsi səbəbindən həmin mənzilin müqabilində "xxxx" MMC-nin təsisiçisi olan Ələkbər Hüseynovun qardaşı Fəxrəddin Hüseynovun təsisçisi olduğu İddiaç ıMMC ilə cavabdeh arasında mənzilə dair hazırkı müqavilə bağlanmışdır.
10. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, cavabdeh tərəfindən "xxxx" MMC ilə bağladığı müqavilə üzrə nəzərdə tutulan məbləğdən 3800 ABŞ dolları da ödənilməmiş qalmışdır. Eyni zamanda "xxxx" MMC və cavabdeh arasında bağlanmış 15 iyun 2006-cı il tarixli Yaşayış binasında Mənzil Tikintisi haqqında müqavilənin və maliyyə arayışının əsilləri hələ də iddiaçı Cəmiyyətə təqdim edilməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanan müqavilə bir tərəfdən iddiaçının həqiqi iradə ifadəsinə uyğun olmadığından, digər tərəfdən isə cavabdeh tərəfindən mənzilin dəyərinin tam ödənilməməsi, eyni zamanda "xxxx" MMC və cavabdeh arasında bağlanmış 15 iyun 2006-cı il tarixli Yaşayış bina sında Mənzil Tikintisi haqqında müqavilənin və maliyyə arayışının əsillərinin hələ də iddiaçıya təqdim edilməməsi səbəbindən bağlandığından iddia tələbi əsaslı olmaqla təmin edilməli, İddiaçı ilə cavabdeh arasında mübahisəli mənzil tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixli 147B №-li müqavilə və 24 sentyabr 2020-ci il tarixli arayış etibarsız hesab edilməlidir
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 339.4, 340.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələblərinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şika yətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, qətnamədə cavabdehin adından göstərilən izahat Cavabdeh1 izahatından fərqli məzmunludur. O, izahatında göstərmişdir ki, “Nər-GünMMC ilə aralarında mənzil tikintisi haqqında 15 iyun 2006-cı il tarixli müqavilə MMC tərəfindən icra edilməmiş, buna dair tərəfindən şikayət ərizəsi ilə prokurorluq orqanlarına müraciət edilmiş, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində təsisçinin qardaşı Fəxrəddin Hüseynov ondan özünün təsisçi olduğu İddiaçı MMC-də münasib qiymətə ev almağı təklif etmiş, bundan sonra sonuncunun təklifinin onun üçün münasib olduğunu nəzərə alaraq Fəxrəddin Hüseynovdan şikayətini dayandırmış, daha sonra İddiaçı MMC ilə müqavilə bağlamış və müqavilə üzrə ödəməli olduğu pul məbləğini tam olaraq MMC-yə ödəmişdir. Qeyd olunan xüsusatla bağlı Abşeron Rayon Məhkəməsinə protokola qeydin verilməsinə dair ərizə də göndərilmişdir. Abşeron Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə istinad etməklə yalan əqd bağlandığını, başqa əqdin real olaraq pərdələndiyini göstərmişdir. Halbuki, cavabdeh məhkəmədə izahat verən zaman müqavilədə nəzərdə tutulmuş ödənişin edilməklə mənzil əldə etdiyini bildirmişdir. İddiaçı birinci instansiya məhkəməsində iddia tələbini müdafiə edən zaman 15 iyun 2006-cı il tarixli müqavilənin icrasını cavabdehin xahişinə əsasən nəzərə alaraq 2020-ci il tarixdə müqavilə bağlamasını qeyd etmişdir. Halbuki, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, c avabdeh tərəfindən müqavilə üzrə öhdəlik tam icra edilmişdir. Buna baxmayaraq iddiaçının nümayəndəsi tərəfindən müqavilə və MMC tərəfindən tətib edilərək imzalanmış maliyyə arayışının tamamilə ziddinə izahat verilmiş, cavabdehin izahatı isə onun sözlərinə uyğun olmamışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-561/22 nömrəli iş üzrə 5 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şəmsəddin Abbasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Telman Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı MMC-nin Cavabdeh1 qarşı mənzil tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixli, 147B №-li müqavilənin və 24 sentyabr 2020-ci i l tarixli arayışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilin tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixli, 147B №-li müqavilənin və 24 sentyabr 2020-ci il tarixli arayışın etibarsız hesab edilməsi barədə məhkəmədə tələb irəli sürmüşdür. İddiaçı öz tələbinin əsası kimi, mənzilin tikintisi üçün pulun ödənilmədiyi, müqavilə və maliyyə arayışının başqa əqdi pərdələmək və görünüş üçün bağlandığını bildirərək, həmin sənədlərin etibarsız hesab edilməli olduğuna istinad edir. Hazırki iş üzrə mübahisəli mənzilə dair müqavilənin etibarsızlığına əsas verən hallar müəyyən edilməmişdir.
17. Apellyasiya instansiya məhkəməsi məhkəmənin müqaviləni etibarsız hesab edərkən m übahisələndirilən əqdin yalan, yaxud zorakılıq və ya hədələmə nəticəsində bağlanması qənaətinə gəlməsi aydın olmur. Həmin maddələr fərqli dispozisiyaya malik olmaqla, məzmunu işin sadalanan faktiki hallarına uyğun gəlmir. Yəni, mübahisələndirilən müqavilənin yalan, yaxud bağlanarkən zorakılıq və ya hədələmənin nədə ifadə olunması bəlli olmur. Ələkbər və Fəxrəddin Hüseynov qardaşlarının razılığı əsasında, X3 Cəfərov qarşısında öhdəliyinin icrası məqsədilə bağlanmış müqavilə yalan, yaxud zorakılıq və ya hədələmə nəticəsində bağlanmış müqavilə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə öhdəliyin icra edilməməsi, pulun ödənilməməsi onun etibarsızlığı üçün yox, iddia təsdiqini tapdığı halda ləğvi üçün əsas ola bilərdi. Qanunda nəzərdə tutulan əqdin etibarsız h esab edilməsi üçün əsaslardan heç biri mövcud olmadığı halda birinci instansiya məhkəməsi maddi normanın tətbiqində səhvə yol verərək, iddia tələbini təmin etmişdir.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq həmçinin qeyd etmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı mübahisələndirilən müqaviləninin etibarsızlığı ilə yanaşı, onunla bağlı maliyyə arayışının da etibarsızlığını tələb etmiş və işə baxan məhkəmə bu tələbi də təmin etmişdir. Etibarsızlıq anlayışı əqdlərə aiddir, maliyyə arayışı isə əqd deyildir. Digər tərəfdən həmin maliyyə arayışı hazırda mübahisələndirilən müqavilə ilə bağlıdır. Qeyd edildiyi kimi hazırki formada mübahisələndirilən müqavilənin etibarsızlığı üçün əsaslar olmadığına görə, həmin müqavilənin tərk ib hissəsi kimi verilmiş maliyyə arayışının da hazırda qiymətləndirilməsi mümkün deyildir. Beləliklə, iddiaçı məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 339.4, 340.2 və MPM-nin14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı ( vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbimin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi həmin maddələrin məzmununu n işin faktiki hallarına uyğun olmadığı, qanunda nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsi üçün heç bir əsas olmaması qənaətinə gəlmişdir. Halbuki, cavabdeh həmin mənzil üçün heç bir ö d ə ni ş etmədiyini məhkəmə prosseslərində etiraf etmişdir. Birinci instansiya məhkəməsi isə haqlı olaraq iddianı təmin edərək, Azərbaycan Respublikası MM-nin 337-349-cu maddələrinə təsbit etmişdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 ilə "xxxx" MMC arasında 15 iyun 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında sonuncu Yeni Yasamal yaşayış massivi 3-də tikilməsi nəzərdə tutulmuş binada ümumi sahəsi 56.kv.m olan 1 otaqdan ibarət mənzili alıcıya, yəni Cavabdeh1 verməsi alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcdan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşd ür. Mənzilin ümumi dəyəri 16800 ABŞ dolları məbləğində müəyyən olunmuş, mənzilin dəyərindən 13000 ABŞ dolları Cavabdeh1 tərəfindən MMC-nin təsiscisi və direktru Ələkbər Hüseynova ödənilmiş, 3800 ABŞ dolları ödənilməmiş qalmışdır. “Nər Gün MMC-dən Cavabdeh1 Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və Ələkbər Hüseynov barəsində cinayət işi başlanmışdır. Bundan sonra Ələkbər Hüseynovun qardaşı X1 100 % pay sahibi olduğu İddiaçı MMC ilə hazırki müqavilə bağlanmışdır. Məhkəmə proseslərində cavabdeh, İddiaçı MMC-yə pul ödəmədiyini bildirmişdir. Bu halda tamamilə mübahisələnən əqdin mənzil tikintisi üçün pul ödənilmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilmişdir. Həmdə bu müqavilədən sonra cavabdeh Korrupsiyaya qarşı Mübarizə İdarəsindən şikayət ərizəsinin geri götürməsidə əqdin həm yalan, həmdə zorakılıq və hədələmə məqsədi ilə bağlanmış müqavilə kimi qiymətləndirilməyə əsas verir. Göründüyü kimi, mübahisələndirilən müqavilənin cavabdehin şikayəti əsasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılmasından və orada saxlanılmasından sonra bağlanması, onun təzyiq altında bağlandığı qənaətinə gəlməyə əsas verir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MM-nin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcuretmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakı nı real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
25. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
26. Maddə 324.5 İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
27. Maddə
404. Müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Mad də 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidi r.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının mübahisələndirdiyi əqdlərin etibarsız hesab edilm əsi üçün qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır və apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia tələbinin əsassız olmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur.
41. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-561/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.