Məhkəmə qərarları › İş №2(102)-4278/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4278/2022

12.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4278/2022 12.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4278/22 (Açar sözlər: kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi) Bakı şəhəri 12 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə olan istifadə hüquqlarına xitam verilmə və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1645/2022 nömrəli, 5 apr el 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2007-ci il tarixli çıxarışa əsasən iddiaçının bacısı X1 mülkiyyətində olmuş və sonuncu 14 iyun 2013-cü il tarixli bağışlama müqaviləsi ilə həmin evi İddiaçı bağışlamışdır. İddiaçı adına xx.xx.2013-cü il tarixli çıxarış verilmişdir.

2. Quba rayonu, Təngəaltı kəndində 0,18 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 229,20 kv.m. yaşayış sahəsi olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətinə keçmiş və ona xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir.

3. Cavabdeh1 iddiaçının oğ lu, Cavabdeh2 isə gəlini olmaqla, hal-hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar.

4. Cavabdeh 1990-cı il təvəllüdlü Cavabdeh1 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsində 2011-ci il tarixdən qeydiyyatda olması barədə Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 10 iyun 2013-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış verilmişdir.

5. Cavabdeh 1990-cı il təvəllüdlü Cavabdeh1 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsində xx.xx.2008-ci il tarixdən qeydiyyatda olması barədə DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli arayış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia və iddia tələbin in həcminin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və onun yaşayış sahəsindən çıxarılması və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun rəsmi nikahdan olan oğludur. Cavabdeh1 bir müddət yəni 2006-cı ildən 2018-ci ildək Rusiya Federasiyasında yaşayandan sonra Azərbaycan Respublikasına qayıtmış qeydiyyat ünvanı olmadığı üçün yuxarıda göstərilən ona məxsus mənzilə qeydiyyata alınmışdır. Bir müddət cavabdeh həmin mənzildə yaşayandan sonra ona və qızına qarşı bir sıra qeyri etik hərə kətlər etməyə başlamış, hədə-qorxu gəlməklə pul tələb etmiş, aldığı borcu qaytarmaq əvəzinə evdə söz-söhbət yaratmışdır. Bundan sonra 7-ci mkr., Xarici dairəvi küçə, 22 saylı binanın tinində 30 kv.m., olan torpaq sahəsini (qiyməti təxmini 30000 manat) Cavabdeh1 kompensasiya əvəzi kimi versə də, sonuncu bu günə qədər ona məxsus xüsusi mülkiyyətdən qeydiyyatdan çıxmamışdır. Digər tərəfdən anasına məxsus olan Quba rayonu, Təngəaltı kəndində 18 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 229,20 kv. m., yaşayış sahəsi 99,6 kv.m., köməkçi sahəsi 129,6 kv.m. olan fərdi yaşayış evini də kompensasiya kimi oğluna hədiyyə etmişdir ki, oğlu ailəsi ilə həmin mənzildə yaşasınlar. Ona görə də cavabdehin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından, sonuncunun ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə i stifadə hüququna xitam verilməli və həmin evdən çıxarılmalıdır. Bundan əlavə Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 və uşaqları da başqa ünvanda qeydiyyatda olsalar da mübahisəli evdə yaşayırlar. Cavabdeh2 qeydiyyatsız olaraq mübahisəli evdə yaşamaqla onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur.

8. Cavabdeh1 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etmişdir ki, anası və atası 1988-ci ildə rəsmi nikahda olmuş və həmin nikahdan o və bacısı X4 doğulmuşdur. Atası ilə anası birgə nikahda olduqları vaxt ünvan 3 ünvanda atasının şəxsi vəsaiti hesabına 1-ci mərtəbədə atasının adına 3 otaqlı, ana nənəsi X3 adına isə yenə də atasının vəsaiti hesabına 2 otaqlı mənzil alınmışdır və hər iki mənzil birləşdirilərək, həmin mənzildə onlar bir ailə kimi yaşamışlar. 2004-cü ildə valideynlərinin rəsmi n ikahları pozulmuş, məhkəmə qətnaməsi ilə o atasının himayəsinə verilmişdir. Bundan sonra atası tərəfindən nənəsinin adına alınmış 2 otaqlı mənzil satılaraq nənəsinə ayrılıqda Keşlə qəsəbəsində mənzil və mübahisəli ünvanda xalasının adına 6 sot torpaq almış, orada tikinti işlərinə başlamışlar (Xalası neytral qadın olduğu üçün sənədlər anasının adına deyil, onun adına rəsmiləşdirilmişdir ki, anası həmin torpağı nə girov qoya, nə də sata bilsin). 2006-cı ildə atasının barəsində qaldırılmış cinayət işi barədə istintaq gedən dövrdə atası tərəfindən anasına verilmiş baş etibarnamə ilə anası atasının adına olan 3 otaqlı evi də sataraq müəyyən hissəsini atasının işi üçün, yerdə qalan məbləği isə yarımçıq qalmış evin tikintisinə qoyacağını bildirmişdir. 2007-ci ilin yay aylarında atası istintaqdan tam azad olduqdan sonra xalasının adına aldıqları Badamdar qəsəbəsindəki 6 sot torpaq sahəsində olan evin tikintisini və təmirini tam başa çatdırdılar və həmin ildən də o ailəsi ilə birlikdə göstərilən ünvanda qeydiyyata düşmüşdür. 2006-cı ildən 2018-ci ilə kimi onun Rusiya Federasiyasında qaldığı və Azərbaycana qayıtdıqdan sonra qeydiyyat ünvanı olmadığı üçün yuxarıda göstərilən, anasının adına olan yaşayış evinə qeydiyyata alındığı iddia edilsə də onun 2006-cı ildə qeydiyyatı olmuşdur, oxumaq üçün Rusiya Federasiyasına getmiş, orada ali təhsil aldıqdan sonra Azərbaycanda həmin ünvanda yaşayaraq periodik olaraq müəyyən fasilələrlə Voronej şəhərində yaşamışdır.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1280/2020 nömrəli, 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda yerləşən yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mənzil 2013-cü il tarixdən iddiaçının mülkiyyətindədir və iddiaçının oğlu olan cavabdeh 2011-ci il tarixdən bu mənzilə pasport qeydiyyatına alınmışdır. Cavabdehin hazırda sözügedən yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından onun sözügedən mənzilə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi mümkündür. Belə ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına xx.xx.2019- cu il tarixli bağışlama müqaviləsinə əsasən Quba rayonu, Təngəaltı kəndində yerləşən ümumi sahəsi 229,20 kv m. yaşayış sahəsi olan fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.

11. İddia tələbinin digər Cavabdeh2 mənzildən çıxarılma hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 sözügedən mənzilə istifadə hüququ yaranmadığından iddiaçının tələbi bu hissədə də təmin olunmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 228-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikas ı Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelly asiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mübahisəli ünvanda 2011-ci ildən deyil, 30 iyul 2008-ci ildən daimi pasport qeydiyyatındadır. Birinci instansiya məhkəməsi onun mübahisəli ünvana 2011-ci ildən qeydiyyatda olduğunu əsas gətirərək, mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli qərarına istinad etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

15. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, bağışlama müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə verilmiş Quba rayonu, Təngəaltı kəndindəki ev yaşayış üçün yararsızdır. Belə ki, həmin evin damı yoxdur.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında göstərdi ki, onun oğlu Cavabdeh1 onunla birlikdə davamlı olaraq mübahisəli evdə yaşamış, bir müddət Rusiya Federasiyasında təhsil almış, Rusiya Federasiyasında təhsil aldığı müddətdə mütamadi olaraq Azərbayacana gəlib-getmiş və həmin vaxtlarda da mübahisəli evdə yaşamış, hətta evləndikdən sonra arvadı ilə birlikdə ona məxsus olan evə köçərək orada yaşamış, mübahisəli evdə oğlunun ayrıca otağı olmuş və şəxsi əşyaları da həmin otaqda olmuş, təqdim olunmuş fotoşəkillər həmin evdə çəkilmiş, lakin son zamanlar oğlu ilə münasibətlər pozulduğundan onun evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə məhkəməyə müraciət etmək mə cburiyyətində qalmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2861/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), hakimlər İkram Şirinov və Anar Tanrıverdiyev) cavabdehlərin apellyasiya şikayəti qismən, yəni Cavabdeh1 münasibətdə təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(009)-1280/2020 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh1 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilmiş, İddiaçı Cavabdeh1 qarşı iddiası rədd edilmiş, qətnamə qalan hissədə, yəni Cavabdeh2 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən çıxa rılması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası belə hesab etmişdir ki, mübahisəli yaşayış sahəsi 2007-ci il tarixdən 2013-cü il tarixədək iddiaçının bacısı (cavabdehin xalası) X2 məxsus olmuş, daha sonra xx.xx.2013-cü il tarixdə bağışlama müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. Cavabdeh1 1990-cü təvəllüdlü olmaqla onun atası və anası 2004-cü ildə rəsmi qaydada boşanmışlar və boşandıqdan sonra iddiaçı həmin vaxt bacısına məxsus olan mübahisəli evdə yaşamışdır. Valideynləri boşanarkən Cavabdeh1 14 yaşı olmuşdur. Həmin vaxt yetkinlik yaşına çatmayan uşaq kimi Cavabdeh1 öz atası ilə birlikdə daimi yaşamaq üçün başqa ünvana köçməsi, bununla da onun anası ilə olan ailə münasibətlərinə faktiki xitam veri lməsi, uzun müddət ərzində və davamlı olaraq mübahisəli evə olan istifadə hüququndan könüllü istifadə etməməsi öz təsdiqini tapmır və bununla bağlı iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Əksinə, Kollegiyanın iclasındakı izahatında iddiaçı göstərdi ki, oğlu Cavabdeh1 onunla birlikdə davamlı olaraq mübahisəli evdə yaşamış, bir müddət Rusiya Federasiyasında təhsil almış, Rusiya Federasiyasında təhsil aldığı müddətdə mütamadi olaraq Azərbayacana gəlib-getmiş və həmin vaxtlarda da mübahisəli evdə yaşamış, hətta evləndikdən sonra arvadı ilə birlikdə ona məxsus olan evə köçərək orada yaşamış, mübahisəli evdə oğlunun ayrıca otağı olmuş və şəxsi əşyaları da həmin otaqda olmuş, təqdim olunmuş fotoşəkillər də həmin evdə çəkilmiş, lakin son zamanlar oğlu ilə münasibətlər pozulduğundan onun e vdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eləcə də iddiaçının nümayəndəsi ərizəsində Cavabdeh1 xalası X1 icazəsi ilə 2008-ci ildə mübahisəli evə pasport qeydiyyatına alındığını göstərmişdir. Həmçinin, mülki iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 avqust 2008-ci tarixli hökmündən görünür ki, Cavabdeh1 atası X5 24 yanvar 2008-ci il tarixdən həbsə alınmaqla altı ay on iki gün həbsdə saxlanılmışdır və bu hal da Cavabdeh1 atasının himayəsində daimi olaraq başqa ünvanda yaşamasını istisna edir.

19. Cavabdeh1 mülkiyyətində Quba rayonunun Təngəaltı kəndində yerləşən yaşayış sahəsinin olması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin yaşayış sahəsi iddia qaldırılmamışdan bir müddət əvv əl iddiaçının anası tərəfindən cavabdehə bağışlanılmışdır. Cavabdeh1 Bakı şəhərində daimi yaşamaqla qeydiiyatda olmuş, təhsil aldığı müddətlərdə müvəqqəti olaraq Rusiya Federasiyasında yaşamış və mütamadi olaraq Bakı şəhərinə gəlib-getmişdir. Başqa sözlə, cavabdehin Quba rayonu ilə hər hansı əlaqələri mövcüd olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs sərbəst surətdə özünə yaşayış yeri seçə bilər. Belə olan halda, Bakı şəhərində yerləşən yaşayış sahəsindən istifadə hüququ olan şəxsin yaşamaq üçün Quba rayonuna “göndərilməsi” onun azadlıq hüququnun pozulmasına gətirib çıxarar.

20. Kollegiya hesab etmişdir ki, Cavabdeh1 mübahisəli evdə istifadə hüququ əldə etmiş, iddiaçı tərəfindən onun mübahisəli evdən istifadə hüququna xitam verilməsi və oradan çıxarılması tələbinin əsası kimi mövcüd mülki qanunvericlikdə nəzərdə tutulmuş hallara deyil, ididaçı ilə cavabdehin arasındakı münasibətlərin pozulmasına istinad edilmişdir. Ona görə də Cavabdeh1 mübahisəli evdə olan istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

21. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 mübahisəli yaşayış sahəsinə istifadə hüququ əldə etmədiyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi ona qarşı iddianı təmin edib sonuncunun mübahisəli evdən çıxarılması barədə düzgün nəticəyə gəlmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 28-ci, Mülki Məcəllənin 228-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qər arında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80, 87, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti işin faktiki hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarına ziddir.

25. Qətnamədən həmçinin Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsi və İddiaçı Cavabdeh2 Valeyevnaya qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 münasibətdə iddianı təmin etməmiş, bununla sonuncunun istifadə hüququnu tanımış, eyni zamanda onların azyaşlı övladlarının da Mülki Məcəllənin 228.5 və Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə əsasən mübahisəli mənzildə yaşamaq hüquqları təsbit olunmuş, lakin cavabdehin həyat yoldaşı olan Cavabdeh2 evdən çıxarılmışdır. Bununla da, Azərbaycan Respublikası Konstitusiyası və Ailə Məcəlləsi ilə nəzərdə tutulan ailə və nikahın qorunmasından ibarət dövlətin öhdəlikləri, azyaşlı uşaqların hüquqları pozulmuşdur.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra kassasiya instansiyası məhkəməsi) 2(102)-5193/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qərarı ilə ( hakimlər: Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iddianın Cavabdeh1 münasibətdə rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

28. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, işin faktiki hallarına və sübutlara hüquqi qiymət verilməsi apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərində olsa da, həmin məhkəmə qeyd olunan mövqeyini maddi hüquq norması ilə əsaslandırmamış, yəni cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququnun Mülki və ya Mənzil qanunvericiliyinin hansı müddəalarına görə yarandığını göstərməmişdir. Bununla da, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbləri pozulmuşdur.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin mübahisələndirilən evdən istifadə hüququnun olması qənaətinə gəlindiyi halda, məhkəmələrin araşdırmalı olduğu məsələ həmin hüququn və ya iddiaçının mülkiyyət hüququnun daha yüksək müdafiə təminatına malik olmasının müəyyən edilməsidir. Yaşayış sahəsinə mülkiyyət və həmin sahədən istifadə hüquqların ın hər birinin müdafiəsinin tarazlığı prinsipi nəzərdə tutur ki, istifadə hüququ olan şəxsin mülkiyyətçinin üzərinə əlavə yük qoymadan özünün mənzil hüquqlarını başqa qaydada təmin edilməsi imkanları olduğu halda, bu hüquqa müvafiq kompensasiya ödənilmədən xitam verilsin.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 mülkiyyətində Quba rayonunda yaşayış evi vardır. Lakin apellyasiya məhkəməsi yalnız həmin evin Azərbaycan Respublikasının başqa bölgəsində yerləşməsini əsas götürməklə, cavabdehə kompensasiya verilmədən istifadə hüququna xitam verilməsinin qeyri-mümkün olması barədə ziddiyyətli qənaətə gəlmiş, Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyini nəzərə almamışdır.

31. Odur ki, Quba rayonunda cavabdehin mülkiyyətində olan evin yaşayış üçün yararlı olub-olmamasını, cava bdehin həmin evdən daimi və ya müvafiq zaman kəsiyində (misal üçün yay vaxtlarında) təyinatı üzrə istifadə edib-etməməsini, etmədiyi halda bunun səbəblərini, habelə mülkiyyətində olan həmin evin hesabına özünə hazırda mübahisələndirilən evin yerləşdiyi yaşayış məntəqəsində (Bakı şəhərində) başqa yaşayış sahəsi ilə təmin etmək imkanlarını (misal üçün həmin evi kirayə verməklə, Bakı şəhərində başqa mənzili kirayə götürmək və s) araşdırmadan apellyasiya instansiyası məhkəməsinin qeyd olunan nəticəsini məhkəmə kollegiyası əsassız hesab etmişdir.

32. Cavabdeh2 kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, kassator özünün mübahisəli yaşayış sahəsindən istifadə hüququnun mövcudluğunu iddia etməmiş, kassasiya şikayətinin dəlilləri yalnız onun əri, yəni iş üzrə digər cavabd eh olan Cavabdeh1 evdən istifadə hüququna malik olmasından ibarət olmaqla, formal mülahizələrdən ibarətdir. Həmin kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 152.1, 228.1, 228.2, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə da ir” 21 dekabr 2012-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 218.1, 416.1, 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1645/2022 nömrəli, 5 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şi kayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2020ci il tarixli, 2(009)-1280/2020 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ mövcud olsa da, 2019-cu ildə başqa yaşayış sahəsi əldə etdiyindən, mübahisəli mənzildən istifadəyə ehtiyacı aradan qalxmışdır və onun mübahisəli mənzildə münaqişəli vəziyyətdə iddiaçı ilə birlikdə qalması iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun mülkiyyətindən sərbəst istifadəsinə maneçilik yaratmış olardı.

36. İşin materialları ilə cavabdehin mülkiyyətində olan Quba rayonunda yerləşən evin yaşayışa yararlı olması öz təsdiqini tapdığından kollegiya cavabdehin mülkiyyətində olan Quba rayonunda yerləşən yaşayış evinin yaşayış üçün yararsız olması barədə göstərdiklərini əsassız hesab etmişdir.

37. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 152.1, 152.5, 228.1, 228.2, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarına düzgün istinad etsə də, maddi hüquq normasını səhv təfsir etmişdir. Belə ki, şəxsin mülkiyyətində bir neçə yaşayış evi və ya mənzilin olması onun digər mənzil üzrə hüququna xitam verilməsi üçün əsas deyil, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016cı il tarixli qərarında vurğulanmışdır ki, həmin istifadə hüququ ilə bağlı olan zərurət aradan qalxarsa bu halda istifadə hüququna xitam verilə bilər. İş materiallarına əlavə olunmuş sənədlər ilə təsdiq olunur ki, Quba rayonunda yerləşən yaşayış evi damsız və pəncərəsiz olan fərdi yaşayış evidir, bundan başqa cavabdehin həmin evlə hər hansı bağlığı yoxdur. Bu şəraitdə həmin evdə ailə üzvləri ilə birlikdə yaşaması qeyrimümkündür. Həmçinin, cavabdehin azyaşlı uşağı hazırda Bakı şəhərində təhsil alır. Belə olan halda isə görünən odur ki, cavabdehin mübahi sə edilən evlə bağlılığı aradan qalxmamışdır. Bundan başqa Quba RİB-nin Çiçi kənd İƏD üzrə nümayəndəsinin arayışı ilə Quba rayonunda yerləşən evin yaşayışa yararsız olması təsdiq edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

41. Maddə 13(İ) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

42. Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətind ən məhrum edilə bilməz. Mülki Məcəllə

43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.

45. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakı n dövlət reyestrində qeydə alınsın.

46. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

47. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatma yan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsi

48. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi ya şayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

49. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

50. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşay ış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhə miyyət daşıyır.

51. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar.

52. Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Mülki Prosessual Məcəllə

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərarda dda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelдyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

66. Bundan başqa Quba rayonunda yerləşən yaşayış evinin yaşayış üçün yararsız olması ilə bağlılığının olma ması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh tərəf mülkiyyətində olan Quba rayonunda yerləşən evin yaşayışa yararsız olmasını sübut edə bilməmişdir. Əksinə iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2019-cu il tarixli texniki pasport və fotoşəkillərlə, həmçinin həmin evdə mütəmadi olaraq kommunal xidmətdən istifadə edilməsi və zəruri ödənişlərin aparılmasını təsdiq edən sübutlarla apellyasiya instansiyası məhkəməsi həmin evin yaşayış üçün tam yaralı olmasını müəyyən etmişdir.

67. Bununla yanaşı Cavabdeh1 kassasiya şikayətində Quba rayonu, Təngəaltı kəndində yerləşən yaşayış evi ilə bağlılığının olmamasına və azyaşlı uşağının hazırda Bakı şəhərində təhsil almasına istinad etmişdir ki, bu dəlilə münasibətdə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 m ülkiyyətində yaşayış evinin olması mülkiyyətçinin üzərinə əlavə yük qoymadan özünün mənzil hüquqlarını başqa qaydada (həmin evin satılması, kirayə verilməsi və s. əsası ilə cavabdehin Bakı şəhərində özünü yaşayış sahəsi ilə təmin etməsi) təmin etməsi üçün imkan verir. Ona görə də onun iddiaçının mülkiyyətində olan evdən istifadə hüququnun saxlanılması və ya kompensasiya verməklə həmin hüquqa xitam verilməsi ağlabatan və müstəsna xarakter daşımamaqla, mülkiyyətçinin həddindən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb olacaqdır.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqe ondan ibarət o lmuşdur ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar.

69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya istansiyası məhkəməsi haqlı olaraq cavabdehin mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitamın verilməsi ilə bağlı qənaətə gəlmişdir. Odur ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məh kəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1645/2022 nömrəli, 5 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Sənan Hacıyev Hakimlər: Mehparə Əhmədova Ələsgər Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar