Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5193/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüquqlarına xitam verilmə və evdən çıxarılma” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh1, onun və digər Cavabdeh2 vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)2861/2021 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 İddiaçı oğlu, Cavabdeh2 isə gəlini olmaqla, həmin yaşayış sahəsində yaşayırlar. Cavabdeh1 2011-c ildə həmin ünvan üzrə pasport qeydiyyatına alınmışdır. Cavabdeh1 mülkiyyətində ünvan 1ndə 0,18 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 229,20 kv.m. yaşayış sahəsi olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və onun yaşayış sahəsindən çıxarılması, Cavabdeh2 isə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçını və qızını incidir, onlara problemlər yaradır. Onların bir evdə yaşamaları iddiaçının mənafelərinə uyğun gəlmir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(009)1280/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia təmin edilərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən y aşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda yerləşən yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarına istinad edərək hesab etmişdir ki, Cavabdeh1 mübahisələndirilən yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından onun sözügedən mənzilə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi mümkündür. Həmçinin iddia tələbinin digər Cavabdeh2 aid hissədə hüquqi qiymət verən məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il qərarlarına, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə istinadən hesab etmişdir ki, həmin cavabdehin sözügedən mənzilə istifadə hüququ yaranmadığından iddiaçının tələbi bu hissədə təmin olunmalı və Cavabdeh2 yaşayış sahəsin dən çıxarılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(009)-1280/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)-2861/2021 nömrəli qətnaməsi ilə (hakimlər T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və A.V.Tanrıverdiyevdan ibarət tərkibdə) cavabdehlərin apellyasiya şikayəti qismən, yəni Cavabdeh1 münasibətdə təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(009)-1280/2020 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh1 ünvan 2 ünva nında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilmiş, İddiaçı Cavabdeh1 qarşı iddiası rədd edilmiş, qətnamə qalan hissədə, yəni Cavabdeh2 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və həmin ünvandan çıxarılması hissəsində işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Belə ki, işin faktiki hallarından göründüyü kimi mübahisəli yaşayış sahəsi 2007-ci il tarixdən 2013-cü il tarixədək iddiaçının bacıs ı (cavabdehin xalası) X5 məxsus olmuş, daha sonra 27 iyun 2013-cü il tarixdə bağışlama müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. Cavabdeh1 1990-cü təvəllüdlü olmaqla, onun atası və anası 2004-cü ildə rəsmi qaydada boşanmış və boşandıqdan sonra iddiaçı həmin vaxt bacısına məxsus olan mübahisəli evdə yaşamışdır. Valideynləri boşanarkən Cavabdeh1 14 yaşı olmuşdur. Həmin vaxt yetkinlik yaşına çatmayan uşaq kimi cavabdeh öz atası ilə birlikdə daimi yaşamaq üçün başqa ünvana köçməsi, bununla da onun anası ilə olan ailə münasibətlərinə faktiki xitam verilməsi iş materialları ilə görünmür və iddiaçı bu halı təsdiq edəcək sübutlar təqdim etməmişdir. Cavabdehin 2006-2012-ci illərdə Rusiya Federasiyasında yaşaması və yalnız 2018-ci ildə Azərbaycana qayıtması barədə iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. Əksinə, iddiaçı özü də boşandıqdan sonra övladı Cavabdeh1 onunla birlikdə (anası ilə birlikdə) mübahisəli evdə yaşamasını, Rusiya Federasiyasında təhsil aldığı müddətlərdə Azərbaycan gəlib-getməsini və həmin vaxtlarda anasına məxsus evdə yaşamasını, hətta evləndikdən sonra arvadı ilə birlikdə həmin evdə yaşamasını inkar etmir, eləcə də iddiaçının nümayəndəsi ərizəsində Cavabdeh1 xalası X3 icazəsi ilə 2008ci ildə mübahisəli evə pasport qeydiyyatına alındığını göstərmişdir. Bu halları təqdim olunmuş fotoşəkillər də təsdiq edir və fotoşəkillərin həmin evdə çəkilməsini iddiaçı özü də inkar etmir. Həmçinin, mülki iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 avqust 2008-ci tarixli hökmündən görü nür ki, cavabdehin atası X7 24 yanvar 2008-ci il tarixdən həbsə alınmaqla, altı ay on iki gün həbsdə saxlanılmış və bu hal da Cavabdeh1 atasının himayəsində daimi olaraq başqa ünvanda yaşamasını istisna edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarından göründüyü kimi Cavabdeh1 daimi yaşamaq üçün başqa ünvana köçməsi, anası ilə olan ailə münasibətlərinə faktiki xitam verilməsi, uzun müddət ərzində və davamlı olaraq mübahisəli evə olan istifadə hüququndan könüllü istifadə etməməsi öz təsdiqini tapmamış və bununla bağlı iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Əksinə, apellyasiya məhkəməsinin iclasındakı izahatında iddiaçı göstərmişdir ki, oğlu Cavabdeh1 onunla birlikdə davamlı olaraq mübahisəli evdə yaşamış, bir müddət Rusiya Federasiyasında təhsil almış, Rusiya Federasiyasında təhsil aldığı müddətdə mütəmadi olaraq Azərbaycana gəlib-getmiş və həmin vaxtlarda da mübahisəli evdə yaşamış, hətta evləndikdən sonra arvadı ilə birlikdə ona məxsus olan evə köçərək orada yaşamış, mübahisəli evdə oğlunun ayrıca otağı olmuş və şəxsi əşyaları da həmin otaqda olmuş, təqdim olunmuş fotoşəkillər də həmin evdə çəkilmiş, lakin son zamanlar oğlu ilə münasibətlər pozulduğundan onun evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 mülkiyyətində Quba rayonunun Təngəaltı kəndində yerləşən yaşayış sahəsinin olması ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin yaşayış sahəsi iddia qaldırılmamışdan bir müddət əvvəl iddiaçının anası tərəfindən cavabdehə bağışlanılmışdır. Cavabdeh1 Bakı şəhərində daimi yaşamaqla qeydiyyatda olmuş, təhsil aldığı müddətlərdə müvəqqəti olaraq Rusiya Federasiyasında yaşamış və mütəmadi olaraq Bakı şəhərinə gəlib-getmişdir. Başqa sözlə, cavabdehin Quba rayonu ilə hər hansı əlaqələri mövcüd olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə istinadən hesab etmişdir ki, Bakı şəhərində yerləşən yaşayış sahəsindən istifadə hüququ olan şəxsin yaşamaq üçün Quba rayonuna “göndərilməsi” onun azadlıq hüququnun pozulmasına gətirib çıxarar. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 mübahisəli evdə olan istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi üçün hüquqi əsasların olmaması nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 mübahisəli y aşayış sahəsinə istifadə hüququ əldə etmədiyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi ona qarşı iddianı təmin edib sonuncunun mübahisəli evdən çıxarılması barədə düzgün nəticəyə gəlmiş və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)-2861/2021 nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin təmin edilmədiyi hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti işin faktiki hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə q əbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarına ziddir. Həmçinin Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)-2861/2021 nömrəli qətnaməsində həmin cavabdehə aid hissədə ləğv edilməsi və yeni qərar qəbul edilməklə, İddiaçı Cavabdeh2 Valeyevnaya qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının po zulması ilə qəbul olunmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 münasibətdə iddianı təmin etməmiş, lakin sonuncunun həyat yoldaşı olan Cavabdeh2 iki azyaşlı uşağı ilə evdən çıxarılmışdır. Bununla da, Azərbaycan Respublikası Konstitusiyası və Ailə Məcəlləsi ilə nəzərdə tutulan ailə və nikahın qorunmasından ibarət dövlətin öhdəlikləri, azyaşlı uşaqların hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə yazılı etirazlar daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətinin isə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1, onun və digər Cavabdeh2 vəkili X2 iddiaçının kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanılması, cavabdehin kassasiya şikayətinin isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi fak tlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi rədd olunmuş hissədə iddiaçı ilə, təmin olunmuş hissədə isə cavabdehlə mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəs inə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 2 28.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi i lə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə ü zvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutla ra, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları pozulmuş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması, sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işin faktiki hallarını araşdırmış və hesab etmişdir ki, Cavabdeh1 mübahisələndirilən evdən istifadə hüququ yaranmış, həmin hüquqa yalnız kompensasiya hüququ verilməklə xitam verilə bilər. İddiaçı isə iddia ərizəsində və apellyasiya şikayətinə verilmiş etirazda, habelə apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi “İddia tələblərinin hüquqi əsaslarına dair” ərizədə həmin cavabdehin istifadə hüququnun mövcudluğunu mübahisələndirsə də, eyni zamanda iddianın müdafiəsini cavabdehin mülkiyyətində başqa yaşayış sahəsinin olması əsası ilə ona kompensasiya verilmədən istifadə hüququna xitam verilməli olması əsasında qurmuşdur. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mülkiyyətində olan yaşayış sahəsi Azərbaycan Respublikasının başqa bölgəsində (Quba rayonunda) yerləşdiyindən, cavabdeh özü isə Bakı şəhərində yaşadığından və Quba ilə hər hansı əlaqəsi olmadığından, onun Bakı şəhərində yerləşən istifadə hüququna xitam verilməsi Quba rayonuna “göndərilməsi” anlamına gəlir və onun sərbəst surətdə özünə yaşayış yeri seçmək və azadlıq hüququnun pozulmasına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə maddi hüquq normalarının səhv təfsir edilməklə yanaşı, işin faktiki hallarına uyğun gəlmir. Belə ki, ape llyasiya məhkəməsi cavabdehin iddiaçı ilə birgə davamlı olaraq mübahisələndirilən evdə yaşamaqla istifadə hüququnun yaranması nəticəsinə gəlmiş və həmin nəticəsini işdə olan sübutlarla əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına və sübutlara hüquqi qiymət verilməsi apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərində olsa da, həmin məhkəmə qeyd olunan mövqeyini maddi hüquq norması ilə əsaslandırmamış, yəni cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququnun Mülki və ya Mənzil qanunvericiliyinin hansı müddəalarına görə yarandığını göstərməmişdir. Bununla da, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbləri pozulmuşdur. Digər tərəfdən cavabdehin mübahisələndirilən evdən istifadə hüququnun olması qənaətinə gəlindiyi halda, məhkəmələrin araşdırmalı olduğu məsələ həmin hüququn və ya iddiaçının mülkiyyət hüququnun daha yüksək müdafiə təminatına malik olmasının müəyyən edilməsidir. Bununla bağlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir neçə Qərarlarında izah etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. (“R.Ağalarovun şikayət i üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarı) Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarları). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu izah etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən is tifadə etmək səlahiyyətini təmin edən hüquq, mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri).... Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülk i Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilmə məsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göstərilənləri ümumiləşdirən Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Göründüyü kimi mülki qanunvericilik (və onun tərkib hissəsi olan mənzil qanunvericiliyi) yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvünün həmin sahədən istifadə hüququnu mülkiyyətçinin mülkiyyət hüququ ilə yan aşı müdafiə edir. Həmin hüququn məqsədi isə şəxsin mənzil hüquqlarının, sosial müdafiəsinin və layiqli həyat tərzinin təmin edilməsidir. Lakin qanunvericiliyin inkişafı, o cümlədən Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarında yaşayış sahəsindən istifadə hüququna dair qanunvericilik normalarının şərhi göstərir ki, mülkiyyət hüququnun digər şəxsin istifadə hüququ ilə məhdulaşdırılması ağlabatan və müstəsna xarakter daşımalı, mülkiyyətçinin həddindən artıq məhrumiyyətlərinə səbəb olmamalı, eyni zamanda istifadə hüququ olan şəxsin bu hüququndan sui-istifadəsinə imkan verməməlidir. O cümlədən mülkiyyətçinin ailə üzvünün yaşayış sahəsinə ehtiyac aradan qalxdığı halda, onun bu hüququna mülkiyyətçinin iddiası üzrə kompensasiya verilmədən də xitam verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahəsinə mülkiyyət və həmin sahədən istifadə hüquqlarının hər birinin müdafiəsinin tarazlığı prinsipi nəzərdə tutur ki, istifadə hüququ olan şəxsin mülkiyyətçinin üzərinə əlavə yük qoymadan özünün mənzil hüquqlarını başqa qaydada təmin edilməsi imkanları olduğu halda, bu hüquqa müvafiq kompensasiya ödənilmədən xitam verilsin. Hazırki işdən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində Quba rayonunda yaşayış evi vardır. Lakin apellyasiya məhkəməsi yalnız həmin evin Azərbaycan Respublikasının başqa bölgəsində yerləşməsini əsas götürməklə, cavabdehə kompensasiya verilmədən istifadə hüququna xitam verilməsinin qeyri-mümkün olması barədə ziddiyyətli qənaətə gəlmiş, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyini nəzərə almamışdır. Odur ki, Quba rayonunda cavabdehin mülkiyyətində olan evin yaşayış üçün yararlı olub-olmamasını, cavabdehin həmin evdən daimi və ya müvafiq zaman kəsiyində (misal üçün yay vaxtlarında) təyinatı üzrə istifadə edib-etməməsini, etmədiyi halda bunun səbəblərini, habelə mülkiyyətində olan həmin evin hesabına özünə hazırda mübahisələndirilən evin yerləşdiyi yaşayış məntəqəsində (Bakı şəhərində) başqa yaşayış sahəsi ilə təmin etmək imkanlarını (misal üçün həmin evi kirayə verməklə, Bakı şəhərində başqa mənzili kirayə götürmək və s) araşdırmadan apellyasiya instansiyası məhkəməsinin qeyd olunan nəticəsini məhkəmə kollegiyası əsassız hesab edir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə Cavabdeh1 münasibətdə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Cavabdeh2 kassasiya şikayətinə gəldikdə məhkəmə kollegiyası həmin şikayəti əsassız hesab edir. Belə ki, həmin kassasiya şikayətinin məzmunundan görünür ki, kassator özünün mübahisəli yaşayış sahəsindən istifadə hüququnun mövcudluğunu iddia etmir. Kassasiya şikayətinin dəlilləri yalnız onun əri, yəni iş üzrə digər cavabdeh olan Cavabdeh1 evdən istifadə hüququna malik olmasından ibarət olmaqla, formal mülahizələrdən ibarətdir. Həmin kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanu ni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)-2861/2021 nömrəli qətnaməsi qismən, yəni iddianın Cavabdeh1 münasibətdə rədd edilmiş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(103)-2861/2021 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5193/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5193/2021
01.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver