Məhkəmə qərarları › İş №2(102)-4279/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4279/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4279/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: xarici valyutada olan kredit borcunu ödəyən şəxsə hesablanmış kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-729/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı İddiaçı 07 iyul 2014-cu il tarixli "xxxx" əsasən Bank VTB ASC-dən 14604 ABŞ dolları məbləğində kredit götürməklə avtomobil almışdır. İddiaçı bank ödənişlərinə 2015-ci ilin mart ayından başlamış, 2015ci ilin fevral və dekabr aylarında Azərbaycan manatı devalvasiyaya uğramışdır. İddiaçı kreditin bir hissəsini ödəmiş və sonrakı dövrlərdə çətinliklər yarandığına görə avtomaşını idarəetməyə etibarnamə verməklə, faktiki olaraq Cavabdeh satmışdır. Kreditin qalıq hissəsi sonuncu tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə İddiaçı 5112.69 manat kompensasiya hesablanmışdır. Adına etibarnamə verilməsindən istifadə edən Cavabdeh banka müraciət edərək həmin vəsaiti almışdır. Hazırda tərəflər həmin məbləğin kimə çatması ilə bağlı mübahisə edirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən iddiaçıya hesablanmış 5112 manat kompensasiyanın, 72.42 manat maddi ziyan, 750 manat vəkilə ödənilmiş vəsait, 5000 manat mənəvi ziyanın, ümumilikdə 10934.42 manat borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 iyul 2014-cu il tarixli, 127941- CNS-6346 nömrəli "xxxx" əsasən Bank VTB ASC-nin müştəri xidmətləri idarəsindən 36 ay müddətinə 14604 ABŞ dolları məbləğində kredit götürmüş və bu müqavilə ilə nəzərdə tutulmuş pul öhdəlikləri "ipoteka" və "zaminlik" müqavilələri ilə təmin edilmişdir. Tərəflər arasında olan kredit münasibətləri dolların məzənnəsində baş vermiş əhəmiyyətli dəyişikliklə əlaqədar daha sonra yuxarıda qeyd olunan kredit müqaviləsinə 08 fevral 2016cı il tarixli 127941-CNS-6346/1 saylı əlavə razılaşma üzrə davam etdirilmişdir. Devalvasiya nəticəsində ABŞ dolların məzənnəsinin manata münasibətdə yüksəlməsi ilə əlaqədar kredit ödənişində yaranmış çətinliklərdən irəli gələn zərurətlə bağlı 08 iyul 2017-ci il tarixli, AC seriyalı, 245189 nömrəli "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə" əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan "KİA Sportage" markalı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, iddiaçı avtomobili satmaq və kredit borcunu birdəfəlik bağlamaq qərarına gəlmişdir. Bu məqsədlə alıcı Cavabdeh ilə görüşərək, avtomaşının ümumi satış dəyərinin 6553 ABŞ dollarından ibarət hissəsini ondan alaraq, qalan 6253 ABŞ dollar məbləğini isə 10 fevral 2019-cu il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödəniləcəyi barədə razılığa gəlmişlər. Bu razılaşma ilə əlaqədar iddiaçı səlahiyyətli orqanlara notarial təsdiq edilmiş 10 fevral 2017-ci il tarixli ərizə təqdim etmiş, eyni zamanda həmin gün ona nəqliyyat vasitəsini idarə etmək hüququ verən, eləcə də, diqqətsizlik edərək təkcə avtomobilə deyil, iddiaçıya məxsus bütün əmlak və hüquqlara dair 08 yanvar 2020-ci ilədək etibarlı olan baş et ibarnamə vermişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə İddiaçı 5112.69 manat kompensasiya hesablanmışdır. Adına etibarnamə verilməsindən istifadə edən Cavabdeh banka müraciət edərək həmin vəsaiti almışdır. Cavabdeh məhkəmə iclası zamanı bildirmişdir ki, İddiaçı ilə aralarında razılaşma olmuşdur ki, kompensasiya hesablansa həmin kompensasiya Cavabdeh çatacaqdır. Bu səbəbdən də pulu bankdan almışdır. Yevlax Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(039)-1951/2019 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin edilmiş, Cavabdeh 5112 manat kompensasiya və 500 manat vəkil haqqı tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edil məməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 07 iyul 2014-cü il tarixdə avtomobil krediti və ipoteka müqaviləsi əsasında KİA Sportage markalı avtomobili kreditə almışdır. Həmin Müqavilə əsasında İddiaçı 14604 ABŞ dolları kredit verilmiş və avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı həmin krediti ödəyə bilmədiyindən avtomobili satmaq qərarında gəlmiş və Cavabdeh ilə bu barədə razılaşmışlar. Həmin razılaşma əsasında Cavabdeh avtomobilin dəyərinin bir hissəsini İddiaçı nağd şəkildə vermiş qalan hissəsini isə banka ödəmişdir. İddiaçı aralarında olan razılaşma əsasında Cavabdeh avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Həmçinin Cavabdeh İddiaçı tərəfindən baş etibarnamə də verilmişdir. 28 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalamışdır. Həmin fərmana əsasən 07 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 5112.69 manat kompensasiya hesablanmışdır. Həmin kompensasiyanı İddiaçı tərəfindən verilmiş baş etibarnamə əsasında Cavabdeh almışdır. İddiaçı həmin pulların qaytarılmasını bildirsə də, Cavabdeh qaytarmaqdan imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda kompensasiyanın ödənilməsi kredit götürmüş fiziki şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh pulu İddiaçı əvəzinə etibarnamə əsasında qəbul etsə də, həmin pul İddiaçı çatmalıdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh izahatında iddiaçı ilə kompensasiya hesablanacağı halda pulun ona çatmasını bildirsə də, bu hal həqiqəti əks etdirmir. Belə ki, tərəflər arasında avtomobil alqısatqısı 10 fevral 2017-ci il tarixdə olmuş və həmin vaxt hər hansı bir fərmanın verilməsi barədə Cavabdeh məlumatı ola bilməzdi. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5112 manat kompensasiya və 500 manat vəkil haqqı İddiaçı xeyrinə ödənilməlidir. İddianın iddianın mənəvi ziyan hissəsi mənəvi ziyana dair məhkəməyə sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Həmçinin iddianın 72.42 manat ziyan hissəsi (əldən çıxmış fayda) ilə bağlı məhkəmə qeyd edir ki, əldən çıxmış fayda müqavilə üzrə borcun gecikdirməsinə görə qanunvericilikdə nəzərdə tutulmuşdur, lakin tərəflər arasında belə bir müqavilə mövcud deyil. Habelə, 250 manatın ödənilməsinə dair iddia ərizəsinə mədaxil qəbzi əlavə olunsa da, həmin qəbzdə ödəniş etmiş şəxs İddiaçı deyil, Məmmədrzayev Mübariz Həsən oğludur. 500 manat vəkilə ödənilən pula dair iddia ərizəsinə hesabat əlavə olunmuşdur bu səbəbdən də, iddianın 500 manat vəkil haqqı hissəsi təmin edilməlidir. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 445.2.1, 445.7, 449.1, 778.1, 779.1, 782, 1096 və 1097.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh apelyasiya şikayəti verilərək Yevlax Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(039)-1951 /2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qeyri-qanuni və əsassız hesab edir. Məhkəmə işə birtərəfli və səthi yanaşmış, işin həqiqi hallarını hərtərəfli araşdırmamış, mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, o, İddiaçı aralarında olan razılaşmaya əsasən **-HY-*** dövlət nömrə nişanlı KİA Sportage markalı avtomobili almışdır. Maşın “VTB” bankda girovda olmuşdur. Həmin kredit borcunu iddiaçı bağlamamış avtomaşını ona satmışdır. Aralarında olan notariat qaydasında bağlanmış razılaşmaya əsasən 6.553 ABŞ dolları tərəfindən nağd şəkildə iddiaçıya ödənilmiş dir. Qalan 6.253 ABŞ dolları əlavə faizi ilə birlikdə VTB banka tərəfindən tam ödənilmişdir. Bundan sonra kredit öhdəliklərini tam yerinə yetirdiyinə görə bankdan müvafiq təmizlik arayışı alaraq maşını həyat yoldaşının mülkiyyətinə keçirmişdir. Bunlar hamısı ərizədə olan razılaşmaya əsasən həyata keçirilmişdir. O, maşını İddiaçı alan zaman o, kredit borcunu 1 ABŞ dollarının artan məzənnəsinə uyğun ödəyə bilmədiyinə görə satdığını bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsini almışdır. O, iddiaçıya 5000 ABŞ dolları nağd şəkildə özünə, 6253 ABŞ dolları isə banka ödəmişdir. Daha sonra isə avtom obili sənədləşdirərək idarə etmişdir. Həmin məbləğlər 1 ABŞ dollarının ən yüksək həddi ilə ödənilmişdir. Tərəfindən edilmiş ödənişlərin 1 ABŞ dollarının məzənnəsinin yüksək olması nəzərə alınaraq kompensasiya ödənilməsinə dair məlum Fərmanın tələbləri ona münasibətdə də tətbiq edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) 12 may 2020-ci il tarixli, 2(107)-698/2020 nömrəli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(039)-1951/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, həmin nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh iddiaçıdan kredit müqaviləsinin predmeti olmuş avtomobili satın alarkən iddiaçının banka ödədiyi məbləği ona, həmin vaxt ölkədə dolların manata olan məzənnəsi ilə nağd şəkildə vermiş, aralarındakı razılaşmaya banka olan qalan məbləği ödəməyi isə cavabdeh özü üzərinə götürmüşdür. Yəni devalvasiya olacağı təqdirdə risk altında olan cavabdeh olmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının bank qarşısında öhdəliyi tam şəkildə (iddiaçı tərəfindən banka ödənilən hissəni iddiaçıya, qalıq hissəsini banka) məhz cаvаbdeh tərəfindən bаnkа ödənildiyindən, kredit müqаviləsi iddiaçı ilə bаnk аrаsındа оlduğ u üçün ölkə Prezidentinin məlum Fərmаnı əsаsındа 5112 manat məbləğində kompensasiya məbləğinin iddaçıya hesаblаnmasına baxmayaraq həmin məbləğ cavabdehə çatmalıdır. Çünki, cavabdehin həm iddiaçıya verdiyi, həm də banka ödədiyi pul xarici valyutada-ABŞ dolları ilə olmuşdur. Həmin məbləğin iddiaçıya verilməsi onun əsasız varlanması demək olardı. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, iddia tələbini rədd edərkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 431.1, 431.2, 1091.1-1092.2-ci maddələrinə istinad etmişdir. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(107)698/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul ed ilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431 və 1092.1-ci maddələrinə istinad edərək iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər İ.Xəlilov sədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Əhmədov) 01 dekabr 2020-ci il tarixli 2(102)-4864/2020 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)698/2020 nömrəli iş üzrə 12 may 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Məhkəmə ko llegiyası qeyd etmişdir ki, avtomobilə dair cavabdehin adına etibarnamə verilməsi alqısatqı kimi dəyərləndirilə bilməz. Tərəflərin niyyəti məhz əmlakın alqı-satqısına yönəlmiş olsa da, ipoteka ilə yüklü edilmiş və dövlət qeydiyyatına alınmış həmin əmlaka münasibətdə hüquqi vəziyyət dəyişməmiş qalır, müqavilə tərəfi (kredit və ipoteka) iddiaçı olmuş, hüquq və vəzifələr ona aid olmuşdur. Bundan başqa, cavabdeh etibarnamə ilə çıxış edərək məhz iddiaçıya hesablanmış vəsaiti götürmüşdür. Etibarnamə üçüncü şəxslər qarşısında təmsilçilik üçün verilmiş səlahiyyətdir. Etibarnamə ilə əldə edilmiş hüquqlar etibar edənə məxsusdur. Cavabdeh etibarnamə əsasında əldə etdiklərini iddiaçıya verməli idi. Eyni zamanda vəsaitin iddiaçıya verilməsi halında onun əsassız varlanması barədə məhkəmənin gəldiyi qəna ət də əsaslı deyil. İşə baxan məhkəmələr müəyyən etmişlər ki, cavabdeh iddiaçının adından verilmiş etibarnamə ilə onun adından çıxış edərək ona hesablanmış vəsaiti götürmüşdür. Tapşırığın mahiyyətinə uyğun olaraq əldə olunan etibar edənə verilməlidir. Kompensasiyanın iddiaçıya verilməsinin onu əsassız olaraq varlandıra biləcəyi fikri düzgün deyil. Əldə olunanın iddiaçıya verilməsinin əsassız varlanma hesab edilməməsi üçün iki vacib şərt mövcuddur: 1) iddiaçı tələb olunan pulu cavabdehin əmlakı hesabına deyil, dövlət hesabına əldə etmişdir; 2) kompensasiya iddiaçıya qanuna əsasən (Fərmana uyğun olaraq) müqavilə tərəfi olaraq hesablanmışdır. Əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını cavabdehin xeyrinə tətbiq etmək üçün əsaslar ümumiyyətlə yoxdur. Çünki cavabdehin həmin vəsaiti alması üçün nə qanuni əsas və nə də müqavilə əsası mövcud olmamış, iddiaçı cavabdehi bu məqsədlə səlahiyyətləndirməmişdir. Qeyd olunan dəyərləndirməni nəzərə alaraq kollegiya hesab etmişdir ki, apelyasiya məhkəməsi mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən iş üzrə qətnamə ləğv edilməli və yenidən baxılması üçün qaytarılmalıdır. İşə yenidən baxılarkən tələbin qanuni əsası ilə bağlı düzgün dəyərləndirmə aparılmalı və onun nəticəsindən asılı olaraq yekun qərar qbul edilməlidir. Kassasiya instansiya məhkəməsi qərarında Azərbaycan Respublikasının Mülki Məcəllənin 362.1, 1091.1-1092.2-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər - Ələddin Məcidov (sədrlik edən v ə məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) 10 mart 2021-ci il tarixli, 2(107)-726/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Yevlax Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(039)-1951/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 dekabr 2020-ci il tarixli 2(102)-4864/2020 nömrəli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab etmişdir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsа slаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(039)-1951/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, isə baxan məhkəmə mübahisənin tam, hərtərəfli və obyektiv həlli nöqteyi nəzərəindən maliyyə bazarlarına nəzarət palatasından və ya həmin palatada ləğv olunduğu üçün orada heç bir sənəd saxlanılmırsa, Mərkəzi Bank da işə cəlb edilməklə müvafiq sənədlər tələb edilməklə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli idi. Apellyas iya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxslərin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 782.2. Və kalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud q ərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbiq olunmuşdu r. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Kassasiya məhkəməsinin qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmışdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin tək rarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Ona görə də, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-729/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar