Məhkəmə qərarları › İş №2(102)-4284/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4284/2020

27.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4284/2020 27.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X33 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 vəkili X12 iştirakı ilə, Cavabdeh1tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)381/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Siyəzən Rayon Məhkəməsinin (hakim Bəylər Ələkbərov) 2(059)-178/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddi açının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarının təmin edilməsi, mərhum X18 miras qalmış x19 mənzilinə vəsiyyət üzrə vərəsə İddiaçı oğunun ½ hissədə, həmin mənzilə qalan ½ hissəyə münasibətdə isə məcburi pay almaq hüququ olan Cavabdeh1 1/8 hissədə, Cavabdeh2 1/8 hissədə, X6 1/8 hissədə, X7 1/8 hissədə, X13 1/8 hissədə, X8 1/8 hissədə payları, mərhum X14 çatası 1/8 hissəyə münasibətdə isə onun yeganə vərəsəsi X9 payının müəyyən edilməsi, mərhum X18 miras qalmış Siyəzən şəhərində yerləşən T.İsmayılov küçəsindəki 21 saylı evin 10-cu mənzilindən mərhum X2 çatası 1/8 hissəyə münasibətdə vərəsələri müstəqil tələb irəli sürən üçüncü şəxslər X3, X1 və X5 bərabər (hər bir vərəsəyə 1/3 hissədə) şəkildə paylarının müəyyən edilməsi, ilk iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüs umunun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, müstəqil tələb üzrə ödənilmiş 10 manat dövlət rüsumunun isə müstəqil tələb irəli sürən üçüncü şəxs a aid edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməsi, aparılmış məhkəmə-xətşünaslıq və məhkəmə-psixoloji ekspertizası tədqiqatlarının dəyərini təşkil edən cəmi 213 manatın Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apel lyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Fuad Məmmədov sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Səyyad Qafari) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh1 apelyasiya şikayəti təmin olunmamış, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin qəbul edilməklə məcburi payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon dövlət notariat kontorunda 2V-78 reyestr nömrəsi təsdiq edilmiş vəsiyyətnamə əsasında mərhum X22 ona verdiyi x19onun və mərhumnin övladlarının arasında məcburi paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X23 xx xxxxx 1987-ci il tarixdə, anası X34 isə xx xxxx 2018-ci il tarixdə ölmüşlər. Mərhum anasının ölümündən sonra x19 mənzil miras qalmışdır. Onlar ailədə 9 bacı-qardaş olmuşlar (3 qardaş, 6 bacı). Belə ki, onlardan ikisi, bacısı x20 xx xxxxxxx 2008-ci il tarixdə, qardaşı X10 isə xx xxxxxx 2017-ci il tarixdə ölmüşlər. Anası mənzilin alındığı 1992-ci il tarixdən ölən gününədək mənzildə yaşamış, ömrünün sonunadək sağlam olmuş, heç bir xəstəlikdən şikayətçi olmamışdır. O, qonşu binada yaşadığı üçün teztez anasına baş çəkib ona qulluq etmişdir. Qardaşı Cavabdeh1 isə Bakı şəhərində bərbər işləyir və maddi vəziyyəti də yaxşıdır. Qardaşı Cavabdeh1 2012-ci ildə anasını Bakı şəhərinə öz evinə yaşamağa aparmış, lakin cəmi 3 aydan sonra anası Siyəzən şəhərinə mübahisəli mənzilə qayıtmışdır. Qayıtmasının səbəbi də, anasına hər il 9 may Qələbə günündə dövlət tərəfindən verilən 500 manat pulun ilk iddia üzrə Cavabdeh1 tərəfindən mənimsənilməsi, lakin bunun qarşılığında sonuncunun anasına baxmaması olmuşdur. Belə ki, mərhum anası öz mənzilinə qayıdarkən ona Oktay adlı oğlu olmadığını bildirmişdir. Bacısı Cavabdeh2 da, anasının pulunu mənimsəmişdir. Anasının bütün məişət qayğılarını təkcə özü və arvadı çəkmişdir. 2018-ci ilin iyun ayında isə anası Ətirə sözügedən mənzili ona vəsiyyət etmişdir. Anası ölməmişdən əvvəl Siyəzən rayon dövlət notariusu onu notariat kontoruna çağırıb vəsiyyətnamə şəhadətnaməsini təqdim etmişdir. Anası öləndən sonra notarius ona qardaşı Oktayın vəkili ilə birlikdə notariat kontoruna gəldiyini, vəsiyyətnamə təqdim eməklə, onun icrasını tələb etdiyini, lakin ona sonuncu vəsiyyətnamənin v erilməsi ilə bağlı ilk iddia üzrə cavabdehə verilən vəsiyyətnamənin ləğv olunmasını sonuncunun nəzərinə çatdırıldığını bildirmişdir. O, Oktayla əlaqə saxlayaraq, mənzilin açarlarını və sənədlərini verməsini tələb etsə də, qardaşı mənzilin ona vəsiyyət edildiyini bildirərək, qanunun tələblərini icra etməkdən imtina etmişdir. Eyni zamanda, anasının qanun üzrə birinci növbə vərəsələri olan qardaşı və bacılarına çatası məcburi miras paylarının onlara verilməsinə etiraz etmir. Cavabdeh1 İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X34 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslan dırılmışdır ki, notariat işi qeyd edilən əsaslara görə saxtalaşmış formada aparıldığından etibarsız hesab olunmalıdır. Belə ki, sənədləşmə aparılan zaman notariat işinin 1-ci səhifəsində Ətirə Oruc qızı əvəzində anasının adı Ətir qeyd olunmuşdur. Digər tərəfdən onun vəsiyyətnamədə olan imzası və adının yazılışı bir daha şübhə yaradır ki, mərhum anasının əlindən tutularaq yazdırılmışdır. Şahid kimi qeyd olunan Zeynalovun adı əvəzində onun atasının adı yazılmışdır. İddia ərizəsinin 2-ci səhifəsində ilk iddiaçı qeyd edir ki, 2018-ci ilin iyun ayında guya anası Şıxverdiyə bildirmişdir ki, özünə məxsus sözügedən mənzili onun adına vəsiyyət etmişdir. Eyni zamanda, həmin bənddə o qeyd edir ki, anası ölməmişdən əvvəl Siyəzən rayonunda yerləşən notarius onu Notariat Kontoruna çağırıb guya anasının ona verdiyi vəsiyyət şəhadətnaməsini təqdim etmişdir. Həmin vəsiyyətnamə xx xxxx 2018-ci il tarixdə tərtib olunmuş və təsdiqlənmişdir. Baxmayaraq ki, pensiya kartını Şıxverdi anasının əlindən alıb özündə saxladığından və anası kartın arxasınca gedərkən yaşadığı binanın pilləkənindən yıxılaraq, ağır kəllə-beyin travması aldığından qulağından qan açılmış, Siyəzən Rayon Müalicə Diaqnostika Mərkəzinə xx xxx 2018-ci il tarixdə yerləşdirilmiş, həmin ayın 25-də tam müalicə almadan evə aparılmışdır. Siyəzən rayon Dioqnostika Mərkəzinin müalicə həkimi S.Zeynalov və T.Xankişiyev tərəfindən imzalanmış və təsdiq olunmuş ambulator kartdan göründüyü kimi, anası yuxarda qeyd olunan xəsarətlə xəstəxanaya daxil olmuş, o, özünü anlaqsız aparmış, müalicədən imtina etmişdir. Bütün bu halların olmasına baxmaya raq, ölüm haqqında şəhadətnamədə qeyd olunur ki, anası guya qocalıqdan ölmüşdür. Bu vaxt ilk iddia üzrə iddiaçı analarının anlaqsız vəziyyətindən istifadə edərək, xx xxxx 2018-ci il tarixdə Siyəzən rayon Notariat Kontorunun notariusu X15 mübahisəli mənzilə dəvət edərək, anasının adından vəsiyyətnamə tərtib etmiş, 25 gün sonra, yəni xx xxxx 2018-ci il tarixdə isə anası vəfat etmişdir. Anası tərəfindən onun adına xx xxxxxx 2009-cu il tarixdə verilmiş vəsiyyətnamədən göründüyü kimi o, vəsiyyətnaməni öz əli ilə yazmış, fikrini sərbəst ifadə etmiş, imza edə bilmədiyindən əvəzinə öz soyadını yazmışdır. Əgər, xx xxxx 2018-ci il tarixdə o, özü təkbaşına notariat kontoruna gedərək, özünü idarə edə bilirdisə, yəqin ki, ona verdiyi vəsiyyətnamədə də öz fikrini sərbəst ifadə edərək, soyadı qarşısında imza çəkməz, yenə öz soyadını yazardı. Bundan başqa, vəsiyyətnamədə imza edən şəxslərdən biri Şıxverdinin qaynıdır. Digər tərəfdən binanın yaxınlığında marketdə kassir işləyən Vüsal adlı şəxs bir daha təsdiq edir ki, anası ömrünün son günlərində özünü idarə edə bilməmişdir. Eyni zamanda, qonşular tərəfindən təsdiq olunmuş aktdan görünür ki, anası özünü idarə edə bilməmiş, həmişə özünü anlaqsız aparmışdır. Başqa qonşular tərəfindən tərtib olunmuş aktdan göründüyü kimi onlar əvvəlki evlərini dəyişərək, Şıxverdi üçün hazırda yaşadığı 1 otaqlı mənzili almışlar. Su kanalizasiya və qaz idarəsi ilə bağlanmış müqavilədən göründüyü kimi qaz-işıq müqaviləsi onunla bağlanmış və kommunal xərcləri o, ödəmişdir. Bundan əlavə qeyd edir ki, ilk iddia üzrə iddiaçı anasının dəfn və yas mərasimlərində də, iştirak etməmiş, mərhumnin yas mərasimlərini özü təşkil etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər Səlimova (Abbasova) Xəyalə Allahverdi qızı, X11 və X16 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mirasda məcburi payın müəyyənləşdirilməsi və üçüncü şəxslər arasında bərabər bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəsiyyət olunmuş Siyəzən şəhəri, T. İsmayılov küçəsindəki 21 saylı evin 10-cu mənzilində mərhum ataları X2 çatası payın müəyyənləşdirilməsi və bu payın üçüncü şəxslər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh1kasasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki ko legiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İlkin məhkəmə iclası zamanı keçirilmiş məhkəmə psixoloji ekspertizası, «İnsanın psixologiyasının və psixofiziologiyasının tədqiqi» üzrə xx xxx 2019-cu il tarixli 13582 nömrəli rəyi ilə təsdiq edilmişdir ki, X34 xx xxxx 2018-ci il tarixdə vəsiyyətnaməni imzalandığı vaxt özünütənzimi və hərəkətlərini şüurlu olaraq idarə etməsi zəifləməklə etdiyi hərəkətlərin mahiyyətini tam dərk etməkdə çətinlik çəkə bilərdi. Ekspertin bu rəyinə uyğun ifadələr vermiş mərhum Ətirə Abbasova ilə qonşuluqda yaşayan şahidlər X35, X4, X36 məhkəmədə aşkar surətdə göstərmişlər ki, uzun müddət ərzində bir qonşu kimi yaxından tanıdıqları mərhum Ətirə Abbasova ömrünün son çağlarında yaddaşsızlıqdan əziyyət çəkmiş, anlaqlı vəziyyətdə olmamış, adamları tanıya bilməmiş, hamıya eyni adla müraciət etmişdir. Lakin bütün bunlara zidd olaraq İddiaçı məhkəmədə ifadə verərkən göstərib ki, guya anası onun xəbəri olmadan ona gətirib vəsiyyətnamə vermişdir. Apellyasiya məhkəməsi bunların heç birinə əhəmiyyət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh1 vəkili X19 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və üçüncü şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübu t kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edil miş hallarından görünür ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil xx xxxxxx 2009-cu il tarixdə mərhum Ətirə Abbasovanın adına dövlət qeydiyyatına alınmış, sonuncu xx xxxx 2018-ci il tarixdə ölmüşdür. Buna qədər mərhum Ətirə Abbasova xx xxxx 2018-ci il tarixdə Siyəzən Rayon Dövlət Notariat Kontorunda bütün əmlakına, o cümlədən ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilə dair İddiaçı vəsiyyətnamə vermiş, habelə qeyd olunan mənzilə dair əvvəlki, yəni xx xxxxxx 2009-cu il tarixdə Cavabdeh1 verilmiş vəsiyyətnamə yenisi verildiyi üçün hüquqi qüvvəsini itirmişdir. Hazırda ilk İddiaçı mərhum anasının qanun üzrə birinci növbə vərəsələri olan sağ qalmış qardaşı və bacılarına, eləcə də ölmüş qardaş və bacısının vərəsələrinə çatası məcburi miras paylarının onlara verilməsinə etiraz etm əməsi, miras əmlakın vəsiyyətnamə üzrə qəbul edilmiş hissəsindən azad olan həcminin sonuncular tərəfindən faktik qəbul edilməsinə dəlalət edən işin mübahisələndirilməyən halıdır. Mərhum anası X18 miras qalmış daşınmaz əmlakı qəbul etmək üçün qanunda nəzərdə tutulan müddətdə müraciət etmədiyi üçün İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vəsiyyət edənin sağ qalan uşaqlarının, eləcə də ölmüş övladlarının vərəsələrinin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Bu mənada qeyd edilməlidir ki, mərhum Ətirə Abbasovanın övladları, o cümlədən birinci növbəli vərəsələri, Cavabdeh1, Cavabdeh2, X6, X7, X13, X8 birinci növbəli vərəsə kimi miras əmlaka məcburi pay almaq hüquqları mövcuddur və onların bu hüquqları qalmaqdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 13374 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2V-78 nömrəli notariat işinin 2-ci vərəqəsində olan xx xxxx 2018-ci il tarixli vəsiyyətnamədə “İmza” qrafasında “Абасов” yazısından ibarət imza və “..ббасова” əlyazması X34 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 13582 saylı ekspert rəyindən görünür ki, X34 xx xxxx 2018-ci il tarixdə vəsiyyətnamənin imzalandığı vaxt özünütənzimi və hərəkətləri ni şüurlu olaraq idarə etməsi zəifləməklə etdiyi hərəkətlərin mahiyyətini tam dərk etməkdə çətinlik çəkə bilərdi. Birinci instansiya məhkəməsi ilk iddia tələbini və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarını təmin etmiş, qarşılıqlı iddia tələbini təmin etməyərək gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159, 1179, 1184, 1193, 1202, 1225, 1243.2 və 1256-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mərhum Ətirə Abbasovanın adları qeyd olunan birinc i növbədə vərəsələri isə mirasın qəbul edilməsindən imtina olunması üçün qanunvericiliklə müəyyənləşdirilmiş vaxt ərzində mirasın, o cümlədən məcburi payın qəbulundan bu və ya digər formada imtina etməmiş, habelə belə bir imtina olduğu təqdirdə, bunun notariat orqanında rəsmiləşdirilməsinə dair mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 125 6-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vərəsələrdən Gülnar Babayeva məhkəmə iclaslarında iştirak etməməklə, mübahisəyə öz münasibətini bildirməsə də, onun miras kütləsinə münasibət bildirməməsi mirası qəbul etməkdən imtina kimi qiymətləndirilməməlidir. Çünki, işin faktiki hallarından göründüyü kimi, o cümlədən məhkəmə iclasında iştirak edən vərəsələrin məlumatlarına görə Gülnar Babayeva səhhətində problem olduğundan, sonuncu məhkəmə iclaslarında iştirak edə bilməsə də, o, da miras əmlaka münasibət də payını tələb edir. Belə olan halda, Gülnar Babayevanın da miras əmlakdan məcburi pay tələb etməsi istisna edilmir. Məhkəmə Ətirə Abbasovanın mərhum övladları X14 və X2 miras əmlakdan çatası məcburi paya münasibətdə qeyd etmişdir ki, mərhum Allahverdi Abbasovun vərəsələri müstəqil tələb irəli sürən üçüncü şəxslər X3, X1 və X5 atalarına çatan paya münasibətdə miras əmlakdan bərabər şəkildə, mərhum Gülnaz Seyidovanın yeganə vərəsəsi X9 isə anasına çatan paya münasibətdə məcburi pay hüquqları vardır. Çünki, onların valideynləri hələ sağ ikən mirasın qəbulundan imtina etməmiş, həmçinin buna dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin İ hissəsinin İİİ və İV bəndlərinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk və müstəqil iddia tələblərini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bun suz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1186-cı maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibars ız sayıla bilər (Mülki Məcəllənin 1225.1., 1225.2. və 1225.3. maddələri). İş materiallarından göründüyü kimi, mərhum Ətirə Abbasova xx xxxx 2018-ci il tarixdə Siyəzən Rayon Dövlət Notariat Kontorunda bütün əmlakına, o cümlədən ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilə dair ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsiyyətnamə vermişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəsatəti əsasında vəsiyyətnamədəki imzanın mərhum anası Ətirə Abbasovaya məxsus olmasında şübhələrin aradan qaldırılması, eləcə də, mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədi ilə xüsusi bilik tələb olunan sualların izah edilməsi zərurətinə görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-psixoloji və xətşünaslıq ekspertizaları təyin etmiş və aparılmış araşdırma zamanı mübahisələndirilən imzanın və əlyazmanın mərhum Ətirə Abbasovaya məxsus olması müəyyən edilmişdir. Bundan əlavə, vəsiyyətnamənin tərtibi zamanı iştirak etmiş vəsiyyətin şahidləri X37 və X26 Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə vəsiyyətnamə tərtib edilərkən iştirakı qadağan edilmiş şəxslər kateqoriyasından olmamışlar. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh kasasiya şikayətində Məhkəmə-psixoloji ekspertizasının nəticəsinə dair rəydə X22 xx xxxx 2018-ci il tarixdə vəsiyyətnaməni imzaladığı vaxt özünütənzimi və hərəkətlərini şüurlu olaraq idarə etməsinin zəifləməklə etdiyi hərəkətlərin mahiyyətini tam dərk etməkdə çətinlik çəkə biləcəyi göstərmişdir. Məhkəmə kollegiyası kasasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, işə baxan aşağı instansiya məhkəmələri bu rəyi əsaslı və mötəbər hesab etməmişdir. Belə ki, tərtib edilmiş bu rəy ümumi xarakterli aspektləri əhatə etməklə yanaşı, ekspert tərəfindən məhrumə Ətirə Abbasovanın həmin vaxtkı faktiki psixi vəziyyəti düzgün, tam və dolğun müəyyənləşdirilməmiş, habelə gəlmiş olduğu nəticə ehtimallarla yekunlaşdırılmışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, şahid ifadələri məlum olan məlumatlar və hallar baxımından mübahisənin həllinə kifayət qədər aydınlıq gətirmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Digər tərəfdən, məhrumə zzz ölümündən az əvvəl, yəni xx xxx 2018-ci il tarixdə ehtiyatsızlıq nəticəsində yıxılaraq xəsarət alsa da, Siyəzən RPŞ-də aldığı xəsarəti ilə bağlı heç bir şikayət və tələbinin olmadığını göstərmiş, məhz bundan 19 gün sonra mübahisəli vəsiyyətnaməni tərtib etmişdir. Göründüyü kimi mərhum Ətirə Abbasova tərəfindən xx xxxx 2018-ci il tarixdə vəsiyyətnamə verilərkən Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Kasasiya şikayətinin dəlilləri əasassızdır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kasasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)-381/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar