Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4286/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə, Külək MMC-yə və Cavabdeh1nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi, hərracın keçirilməsi qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(104)95 2/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Göygöl Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, borcun tutulması ipoteka predmetləri olan İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində olan 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə və Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil küçəsi 175a nömrəli qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakların hərracda sağılması və onların satışından əldə edilmiş məbləğin cavabdeh Məmmədov Arif Cəbrayıl oğlunun 28 noyabr 2014-cü il tarixli, 122B/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kred it borcu üzrə 671956,20 ABŞ dolları, faiz borcu üzrə 123207,35 ABŞ dolları, cərimə borcu üzrə 2000 ABŞ dolları, cəmi 793942,95 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat borcun ödənilməsi həcmində iddiaçı "xxxx" KB ASC-nin hesabına keçirilməsi, ipoteka predmeti olan Göygöl rayonu, Yeni Qızılca kəndində olan 0,12 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 300000 manat məbləğində və Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil küçəsi 175a nömrəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 700000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
2. Qətnamə qeyri-yaşayış binasına tutma yönəl dilməsi hissəsində icra olunması üçün Cavabdeh1nə göndərilmiş, həmin şöbənin sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 700000 manat müəyyən edilməklə 14 oktyabr 2019-cu il tarixə birinci hərrac təyin edilmiş, həmin hərrac baş tutmamış elan edildiyindən əmlakın ilkin satış qiyməti 595000 manat müəyyən edilməklə 30 oktyabr 2019-ui il tarixə təkrar hərrac keçirilmişdir.
3. Hər iki hərracın keçirilməsinin vaxtı və yeri barədə ipoteka qoyan və ipoteka saxlayan 13 sentyabr 2019-cu il tarixli, 01 saylı, 27 sentyabr 2019-cu il tarixli, 01/2 saylı və 18 oktyabr 2019cu il tarixli, 02 saylı bildirişlərlə məlumatlandırılmışlar. Eləcə də, “Birja yenilikləri” qəzetində 13-19 sentyabr 2019 və 28-24 oktyabr 2019-cu il tarixli nəşrlərində ipoteka ilə yüklü edilm iş əmlakın hərracda satılmasına dair elanlar verilmişdir.
4. Təkrar hərrac da baş tutmamış elan olunduğundan ipoteka predmeti 446250 manata ipoteka saxlayana təklif olunmuş və "xxxx" MMC ilə "xxxx" KB ASC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli hərracın yekunları barədə protokola əsasən, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Əhməd Cəmil küçəsi 175a nömrəli qeyri-yaşayış binası həmin bank tərəfindən əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Yeni Qızılca kəndində olan 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın və h ərracın yekunları barədə 08 noyabr 2019-cu il tarixli 56/03 nömrəli protokolun etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, hərracın keçirilməsi barədə ipoteka qoyana məlumat verilməmiş və ondan xəbərsiz əmlakı "xxxx" MMC-nin hərracın yekunları barədə 08 noyabr 2019-cu il tarixli 56/03 nömrəli protokolu ilə "xxxx" KB ASC-yə satılmışdır.
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(044)2004/2021 nömrəli qətnaməsi ilə (hakim R.N.Ələkbərov) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 10.2, 33, 41.1, 41.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(044)-2004/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(104)-952/2022 nömrəli qətnaməsi ilə (hakim R.Ş.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.İ.Məmmədovdan və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(044)-2004/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə tam əməl olunmaqla iki d əfə hərrac keçirilmiş və hərracın nəticələrinə dair müvafiq protokollar tərtib olunmuşdur. "xxxx" KB ASC qanuni əsaslarla ipoteka ilə yüklü edilmiş əmlakı əldə etmişdir. Hərracın yekunları barədə protokolun etibarsız hesab olunması üçün heç bir hüquqi əsaslar yoxdur.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414, 415, 416-cı, “İpoteka haqqında” Qanunun 6.1, 34, 36.1, 41, 42.8-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(104)-952/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdi r.
14. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 9.3-cü maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya məhkəməsi iddiaçının məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işin baxılmasını təxirə salınması barədə ərizəsini nəzərə almamış, cavabdehlərin iştirakı təmin olunmamışdır.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışın ın hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənlə şdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlid ir 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və et irazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun m əhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.
24. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkə mə kollegiyası qeyd edir ki, hərrac təşkilatı tərəfindən işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etdiyi sübutlarla (poçt xəbərnamələri ilə) müəyyən olunmuşdur ki, hərracın keçirilməsinin vaxtı və yeri barədə bildirişlər iddiaçının yaşadığı ünvana göndərilmiş, ilk hərrac barədə birinci bildirişin iddiaçının ünvanda olmaması səbəbindən ona təqdim edilməsi mümkün olmasa da, ikinci bildiriş, habelə ikinci hərrac barədə bildiriş imza edilməklə həmin ünvanda təqdim olunmuşdur. İddiaçının keçirilmiş hərrac barədə məlumatlandırılmamasına dair dəlilləri həqiqətə uyğun deyil və iş materialları ilə təkzib olunmuşdur.
25. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçı, həm cavabdehlər apellyasiya məhkəməsində iclasların vaxtı və yeri barədə lazımi qayd ada məlumatlandırılmış, iddiaçı məhkəməyə ərizə verərək səhhəti ilə bağlı məhkəmə iclasını təxirə salınmasını xahiş etsə də, bununla bağlı sübutları təqdim etməmişdir. Odur ki, apellyasiya məhkəməsi MPM-in 376.2-ci maddəsinin tələblərinə uyğun olaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxmışdır.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və A zərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(104)-952/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.