Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4289/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, cavabdehin vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsindənX1kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-3970/2018, hakim P.A.Hüseynov) iddiaçı X1 Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 4 saylı region üzrə X6 cəlb edilməklə) “əlavə iş vaxtına görə əmək haqqının səhv hesablanması və əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə hər gecikmə gününə görə 1% məbləğin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-441/2019, hakimlər X.Ə.Sarıyev, E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova) X1 apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdırilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: X4 17.02.2016-cı il tarixdə ərizə ilə Cavabdeh rəhbərliyinə müraciət edərək əlavə dərslərə görə heç bir ödəniş alınmadığıni bildirmiş və ona müavinət verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən X2 yerinə yetirdiyi tədris yükünə görə 814 manat ödənilmişdir. 18 may 2018-ci il tarixdəX4 həmin məbləğlə razılaşmayaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən keçirilən əlavə 417,3 saata görə əlavə gördüyü əməyə görə ona düşən haqqın Cavabdeh rəhbərliyi tərəfindən tam olaraq ödənilməsi, onun tərəfindən keçirilən əlavə dərslərə görə veriləcək məbləğin ödənilməsinin 01 fevral 2016-cı il tarixindən başlayaraq gecikdirildiyi hər gün üçün Cavabdeh tərə findən məbləğin 1% həcmində ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi işə baxarkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, qətnamə qəbul edərkən iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarına, müzakirə edilən dəlillərə heç bir qiymət vermədən, çəkişmə prinsipinin tələblərini pozmaqla işə birtərəfli yanaşmış, cavabdehin göstərdiklərinə uyğun yekun nəticəyə gəlmişdir. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator m əhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı X4 Cavabdeh Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment kafedrasının dosenti vəzifəsində işləmişdir. O, 2015/2016-cı tədris ilinin payız semestrində kredit toplaya bilməyən tələbələrə fərdi şəkildə tədris aparmış və ona yerinə yetirdiyi tədris yükünə uyğun əmək haqqı fərdi qaydada ödənilmişdir. İddiaçı 2015/2016-cı tədris ilinin payız semestrində kredit toplaya bilməyən tələbələrə fərdi şəkildə apardığı tədrisə görə ona əlavə ödənişin düzgün hesablanmadığını və əlavə ödənişin tam ödənilmədiyini göstərərək hazırki iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçini n gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Cavabdeh Elmi Şurasının 25 may 2016-cı il tarixli iclasının 11 saylı protokoluna əsasən kredit toplaya bilməyən tələbələrlə fərdi şəkildə tədris aparan müəllimlərin əmək haqlarının aşağıdakı şəkildə: 1 (bir) tələbəyə tədris aparan müəllimə tələbənin ödədiyi məbləğin 70%; - 2 (iki) tələbəyə tədris aparan m üəllimə tələbənin ödədiyi məbləğin 60%-i; - 3 (üç) tələbəyə tədris aparan müəllimə tələbənin ödədiyi məbləğin 50%-i; - 4 (dörd) tələbəyə tədris aparan müəllimə tələbənin ödədiyi məbləğin 40%-i; - 4 (dörd) tələbədən artıq isə saat hesabı ilə həyata keçirilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən Universitetin Elmi Şurasının yuxarıda göstərilən qərarına uyğun olaraq X2 yerinə yetirdiyi tədris yükünə görə 814 manat əmək haqqı ödənilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2015/2016-cı tədris ilinin payız semestrində kredit toplaya bilməyən tələbələrə fərdi şəkildə apardığı tədrisə görə ona əlavə ödənişin düzgün hesablanmadığını və əlavə ödənişin tam ödənilmədiyini göstərsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə əmək qanunvericiliyinin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4289/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4289/2019
04.06.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver