Məhkəmə qərarları › İş №2(102)-429/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-429/2025

04.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-429/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs qismində "xxxx" Mənzil Tikinti Kooperativi işə cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" A çıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs qismində "xxxx" Mənzil Tikinti Kooperativi işə cəlb olunmaqla) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2024-cü il tarixli 2(103)-4474/2024 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 04 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** saylı çıxarışı ilə Bakı şəhəri, Xəzərl rayonu, Şüvələn qəsəbəsi, sahəsi 0,25 ha olan X saylı bağ sahəsi xü susi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 393-ƏKM saylı, 22 fevral 2022-ci il tarixli Əsas kredit müqaviləsi ilə "xxxx" ASC "xxxx" Mənzil-Tikinti Kooperativinə 60 ay müddətinə (xx.xx.2027-ci il tarixədək) 350.000 (üç yüz əlli min) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı öhdəsinə götürmüşdir. Müqavilənin 7.1 bəndinə görə bu Müqavilə, o cümlədən bu Müqavilə çərçivəsində bağlanan Əlavə kredit müqavilələri üzrə borc alanın borc verən qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2022-ci il tarixli, 393-İZG/1 saylı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış edir. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ipoteka saxlayan) ipoteka qoyan Cavabdeh1 və bor c alan "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 393-İZG/1 saylı İpoteka müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan ünvan ünvanında olan 0.26 ha torpaq sahəsi borc alanla ipoteka saxlayan arasında bağlanmış 393-ƏKM saylı, 22 fevral 2022-ci il tarixli Əsas kredit müqaviləsinə, o cümlədən bu Müqavilə çərçivəsində bağlanan Əlavə kredit müqavilələrinə əsasən borc alanın ipoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin təminatı məqsədi ilə ipoteka ilə yüklü edilmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X2 qarşı “bağı şlama müqaviləsinin və çıxarışın ləğvi, torpaq sahəsinin qeyri-qanuni sahiblikdən götürülməsi tələbi”nə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı çıxarış ləğv edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Xəzər rayon İcra şöbəsinin icra məmurunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2492/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin geri qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 mülkiyyətində olan Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X saylı bağ sahəsi "xxxx" ASC tərəfindən 22 fevral 2022-ci il tarixli 393-İZG/1 nömrəli ipoteka müqaviləsi əsasında yüklü edildiyindən icra vərəqəsinin icrası mümkün olmamışdır.

7. Bakı şəhəri Nərimanov rayon prokurorunun 11 aprel 2023-cü il tarixli qərarı ilə İddiaçı şikayət ərizəsi üzrə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə fakta görə cinayət işi başlanmış, ibtidai istintaqın aparılması üçün material Nərimanov RPİ İ Şnə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 (bundan sonra “cavabdeh” və ya “ipotekaqoyan”) ilə "xxxx" ASC (bundan sonra “Bank” və ya “ipotekasaxlayan”) arasında bağlanmış 22 fevral 2022-il tarixli 393-İZG/1 saylı ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra hakimiyyəti başçısı aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki X saylı bağ sahəsi 30 iyun 2016-ci il tarixli seriya RX № ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Sonradan iddiaçının xəbəri olmadan, et ibarnamə vermədən, cavabdeh dələdüzluq yolu ilə saxtakarlıq edərək iddiaçıya məxsus torpaq sahəsini bağışlama müqaviləsi ilə rəsmiləşdirmiş və bunun əsasında da ona torpaq sahəsinə dair çıxarış verilmişdir. Bağışlama müqaviləsini qeydə almış 38 saylı notariat kontoruna müraciət etdikdə məlum olmuşdur ki, 05 iyul 2016-ci il tarixdə bağlanmış bağışlama müqaviəsində göstərilən X1 adına iddiaçı tərəfindən verilmiş etibarnamə saxtadır və belə bir etibarnamə notariat ofisində qeydiyyatdan keçməmiş və bu şəxsin adına verilməmişdir. Bağışlma müqaviləsinin mövcudluğu ilə əlaqədar 22 saylı notariat kontoruna müraciət etdikdə isə iddiaçıya verilən cavabda 05 iyul 2016-ci ildə bu müqavilənin qeydiyyatının aparılmadığı müəyyən edilmişdir.

10. Beləlkilə məlum olmuşdur ki, cavabdeh saxta sənədlər əsasınd a iddiaçıya məxsus torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Etibarnamələr saxta olduğu üçün iddiaçı onların etibarsızlığı ilə əlaqədar mübahisə qaldırmır. Xəzər rayon məhkəməsi əməliyyatların saxta sənədlərlə aparıldığını və cavabdehin adına verilmiş çıxarışın ləğv olunması barədə 23 dekabr 2022-ci il tarixdə qətnamə çıxarmışdır. Qətnamədən qarşı tərəf şikayət verməsinə baxmayaraq qanuni qüvvəsini almış və 03 noyabr 2023-cü il tarixdə icra olunması üçün Əmlak Komtəsinə göndərilmişdir. Əmlak Komitəsinin 06 dekabr 2023-cü il tarixli məktubu ilə iddiaçıya bildirilib ki, Nərimanov rayon polis idarəsinin əməkdaşlarının himayədarlıq etdiyi, iddiaçıya məxsus torpağı saxta sənədlərlə öz adına rəsmiləşdirən cavabdeh iddiaçının torpağını 22 fevral 2022-ci il tarixdə 393-İZG/1 saylı ipoteka müqavi ləsi ilə Bankın xeyrinə yüklü etmişdir. Bu səbəbdən qətnamə icra olunmur.

11. Cavabdeh Çıxarışının saxta olmasını bilərəkdən bu torpağı ipoteka yüklü etmişdir. Hazırda Xəzər rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin adına verilmiş çıxarış ləğv olunmuşdur. Bu səbəbdən də iddiaçı 22 fevral 2022-ci il tarixli, 393-İZG/1 saylı ipoteka müqaviləsinin etibarsız sayılması barədə iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 6.2, 324.1, 324.4, 337 və 339.2-ci maddələrinə istinad etmişdir.

13. Birinci instansiya məhkəməsində Bankın nümayəndəsi iddianı qəbul etməyərək göstərmişdir ki, etibarnamə və onun əsasında özəlləşmə etibarsız hesab edilibsə, onda əmlak iddiaçının mülkiyyətində deyil, onu n istifadəsindədir. Buna görə də, iddiaçının belə iddia ilə müraciət etməyə subyektiv hüququ yoxdur.

14. Cavabdeh birinci instansiya məhkəməsinin hazırlıq iclasında heç bir dəlil göstərmədən iddiyanı qəbul etmədiyini bildirmişdir.

15. Birinci instansiya məhkəməsi "xxxx" MTK-nı mübahisə predemti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-461/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, cavabdehlər Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 393-İZG/1 saylı, 22 fevral 2022-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. (hakim Mədinə Bağırova).

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilən işin hallarına g örə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyatdan keçmişdir. Qeyd olunan bağ sahəsinin cavabdehə bağışlanması barədə xx.xx.2016-cı il tarixli müqaviləni mülkiyyətçinin (iddiaçının) adından xx.xx.2006-cı ildə Bakı şəhəri 38 nömrəli Notariat Kontorunda rəsmiləşdirilmiş 7e-11797 reyestr nömrəli etibarnamə ilə X3 imzalamış, lakin tədqiq olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı, onu üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə etibarnamə verməmiş, X3 tərəfindən iddiaçıya məxsus ünvan cavabdehə bağışlanarkən, X1 iddiaçını təmsil etmək və onun adından bağışlanmaya razılıq barədə ərizə vermək səlahiyyəti olmamışdır. Həmçinin məhkəmə tərəfindən edilmiş sorğular nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri 22 saylı Notariat Kontorunda 4Ə indeksli reyestrlərdə xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmiş müqavilənin notariat hərəkəti müəyyən edilməmişdir. Göründüyü kimi, X1 iddiaçını təmsil etmək və onun adından bağışlanmaya razılıq barədə ərizə vermək səlahiyyəti olmamış, iddiaçı tərəfindən Bakı şəhəri 38 saylı notariat ofisində xx.xx.2016-cı il tarixdə 7E-11797 reyestrdə rəsmiləşmiş etibarnamə mövcud deyil. Məhkəməyə təqdim olunmuş mübahisəli əqd onu bağlamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bununla belə, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin qeydiyyatı, ümumiyyətlə, müvafiq notariusun reyestrində mövcud deyildir. Göstərilənlərə əsasən mübahisəli torpaq sahəsinin bağışlanmasına dair müqavilənin etibarsız olduğu müəyyən edildiyindən həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmış xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, PX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir.

18. Birinci instansiya məhkəməsi qüvvədə olan məhkəmə aktlarına istinadən sübutların tədqiqi ilə müəyyən etmişdir ki, iddiaçının iştirakı olmadan və onun tərəfindən buna dair hər hansı səlahiyyət verilmədən ona məxsus daşınmaz əmlaka dair cavabdehlə Bank arasında 22 fevral 2022-il tarixli 393-İZG/1 saylı ipoteka müqaviləsi bağlanmışdır.

19. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş hallara əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehlər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığını tələb etməkdə halıdır. Bu səbəbdən də cavabdehlər bağlanmış 393-İZG/1 saylı, 22 fevral 2022-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilməlidir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 269, 271.1, 324.1, 324.4, 337.1, 337.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə Bank arasında 22 fevral 2022-il tarixli 393-İZG/1saylı ipoteka müqaviləsi bağlanılarkən iddiaçının mübahisəli torpaqdan nə məlumatı, nə də torpağın hansı ərazidə yerləşməyindən məlumatı olmamışdır. Eyni za manda bu torpağın mübahisəli torpaq olmasından cavabdehin məlumatı olmamışdır. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki X saylı bağ sahəsi ilə birlikdə digər ərazidəki bağ sahələrini iddiaçının babasına dəyərini ödəməklə almışdır. Qeyd edilən bağ sahəsi iddiaçının atasının adına olmuşdur. İddiaçının atası öləndən sonra vərəsəlik qaydasında həmin bağ sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. X saylı bağ sahəsinin sənədləri (Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyi tərəfindən verilmiş) cavabdehdə olmuşdur. Bağ sahəsinin harda yerləşməsindən iddiaçının məlumatı olmamışdır. Cavabdeh həmin bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respu blikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etdikdə özünü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşı kimi təqdim edən X5 bildirmişdir ki, qeyd edilən torpağın sənədlərini təqdim edin qalan məsələləri özü həll edəcək. X4 inandığından, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatı və inkişafı və istismarı birliyinin Şüvəlan ərazisindəki X saylı bağ sahəsinin sənədlərini cavabdedh ona təqdim etmişdir. Orxan Aslanov sənədləşdirmə işləri apardıqdan sonra cavabdehin adına çıxarış alaraq təhvil vermişdir. Cavabdehin uzun müddət sahiblik və istifadəsində olan bağa dair mülkiyyət sənərləri yuxarıda qeyd edilən formada rəsmişləşdirilib, lakin məhkəmə bunu nəzərə almayıb. Əmlakı başqa şəxslərdən alan hər bir alıcıda əqdin legtimsizliyi barədə şübhə yaranmadığı halda o, vicdanlı alıcı kimi qəbul edilir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2024-cü il tarixli 2(103)-4474/2024 nömrəli qətnaməsi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-461/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Azad İmanov – sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski)

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı cavabdehlər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığını tələb etməkdə halıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiy i nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 269, 271.1, 324.1, 324.4, 337.1, 337.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022- ci il tarixli “Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli və “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh1 (vəkil Nüm ayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bağ sahəsini cavabdehin babası dəyərini ödəməklə almışdır. Lakin iddiaçının atası öləndən sonra bağ sahəsi vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. Həmin bağın harada yerləşməsindən iddiaçının məlumatı belə yoxdur. Mülki Məcəllənin 182.1-ci maddəsinə görə cavabdeh vicdanlı əldə edəndr. Cavabdeh bağ sahəni vicdanlı əldə edərək 6 il müddətində bağın faktiki mülkiyyətçisi olub. Həmçinin apelyasiya instansiyası məhkəməsi şə birtərəfli qaydada baxmış, cavabdehin iştirakını təmin etməməklə işin həqiqi hallarını müəyyən edə bilməmişdir. Çəki şmə prinsipi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13 (İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (İ-İV). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəl ləsi Maddə

269. İpoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 271.1. Əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1 Bu Məcəllə də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxl aya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə t əcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara i stinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib, buna görə də kollegiya qətnaməni tam yaxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri baxımından apellyasiya instansiyası məhkəməsinin iddia tələbi və apellyasiya şikayəti üzrə gəldiyi nəticə ilə razılaşır.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya baxışında iştirakının təmin edilməməsi barədə kassasiya şikayətinin dəlillər ini əsassız sayır. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya baxışlarının vaxtı və saatı barədə məlumat vermiş, birinci iclasda cavabdeh tərəf məhkəmədə iştirak etməmiş, ikinci iclasla bağlı cavabehin nümayəndəsi ərizə ilə müraciət edərək səhhətində olan nasazlığa görə iclasın təxirə salınmasını xahiş etmişdir.

34. Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə də işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasın a mane olmur. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin cavabdehin iştirakı olmadan işə baxması prosessual qaydalara uyğun olmuşdur.

35. Kassasiya şikayətinin digər dəlilləri isə, ümumiyyətlə, hazırkı işin halları ilə bağlı deyil. Belə ki, cavabdeh bağ sahəsinin iddiaçının babasından pul müqabilində alınmasına, vicdanlı əldə edən olmasına istinad edib. Bu dəlillər iddiaçı ilə cavabdehin bağ sahəsinə dair bağışlama müqaviləsinin etibarsızlığı barədə əvvəlki məhkəmə mübahisəsinin predmeti olduğu və onlara qiymət verildiyi üçün bu işdə müzakirə predmeti ola bilməz.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM -in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4474/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar