Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4291/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsələr tərəfindən mirasın qəbul faktının müəyyən edilməsi, daşınmaz əşyaya dair verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: vərəsə tərəfindən mirasın qəbul faktının müəyyən edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının k atibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 oğlunun və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1992/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı cavabdehin əmisidir. İddiaçının atası X14 10.07.1989-cu ildə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 493 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X14 arasında 28.03.1980-ci il tarixli, 2168 nömrəli müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra ailə üzv lərinin; X3, İddiaçı, X10 və X7 notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 hektar olan 493 saylı bağ sahəsi X2 adına 30.12.2002-ci il tarixdə 2168 nömrəli müqavilə bağlanılmışdır. Cavabdehin atası olan X12 19.12.2013-cü ildə Bakı şəhərində Bakı şəhərində ölmüşdür. Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 493 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X6 və İstismarı Birliyi ilə X12 arasında bağlanmış 30.12.2002-ci il tarixli, 2168 saylı müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 27.07.2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Sabunçu rayonu, Albalılıq qəsəbəsində yerləşən 0.25 ha sahəs i olan 493 saylı bağ sahəsi mərhum X2 adına 03.07.2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi 18.09 2014-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə və Bakı şəhəri xüsusi notariat kontorunun 18.09.2014-cü il tarixli miras payının bağışlama müqaviləsinə əsasən Cavabdeh1 oğlunun adına 30.09.2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır və mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 oğluna ünvanlanmış 10.07.2018-ci il tarixli məktubda bildirilir ki, ümumi hasar daxilində olan torpaq sahəsi 1140 kv.m və 1360 kv.m olmaqla ayrı-ayrı hasarlanaraq bölündüyündən mülkiyyətində olan torpaq sahəsinin hər biri 1250 kv.m olmaqla 2 hissədən ibarət bölgü sxemini tərtib etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən bağ sahəsinin 1250 kv.m-lik hissəsinin onun tərəfindən qəbulu faktının məhkəmə tərəfindən tanınması, Cavabdeh1 adına verilmiş ünvan 3 ünvanına dair Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən 493 saylı, ölçüsü 2500 kv.m olan bağ sahəsi onun atasına məxsus olmuşdur. Həmin bağ sahəsi iki hissədən ibarətdir. 493 A və 4 93 В saylı bağ evləri olmaqla, hər birinin ayrıca giriş-çıxışı, torpaq sahəsi və binası vardır. Atası öldükdən sonra o, faktiki olaraq, ünvan 4 ünvanda yerləşən bağ sahəsində yaşamış və atasının mirasını faktiki olaraq qəbul etmişdir. Bağ sahəsi qardaşı X12 ilə onun arasında 1140 və 1360 kv.m olmaqla ayrı-ayrı hasarlanaraq bölünmüşdür. Həmin sahənin atasına məxsusluğu icarə müqaviləsi ilə tanındığından bir müddət sonra ailə üzvləri razılaşıblar ki, müqavilə qardaşları X12 ilə təzələnsin və mülkiyyətə dair çıxarış əldə etdikdən sonra həmin ərazinin öz aralarında bölgüsünü həyata keçirsinlər. İş üzrə sənədlərə əlavə edilmiş 2168 saylı, 30 dekabr 2002-ci il tarixli müqavilədən görünür ki, X6 və istismarı birliyinin direktoru ilə qardaşı Kərimov X9 rayonu, Vişnyovka bağ massivində yerləşən 493 saylı bağ sahəsinin icarəsi ilə bağlı razılığa gəlmişlər. Həmin müqavilədə onunla A və ya В sahəsi ilə müqavilə bağlanması dəqiqləşdirilməmişdir. Eyni zamanda X12 həmişə A sahəsində yaşamış, X2 493 saylı bağ evinin В sahəsinə heç bir aidiyyəti olmamışdır. Həmin sahəni həmişə iddiaçı ailəsi ilə birlikdə 493 saylı evin В sahəsini istifadə etmiş, daim ailəsi ilə birlikdə həmin ünvanda yaşamış və mirası faktiki olaraq qəbul etmiş, ondan istifadə etmiş və sərəncam vermişdir. Həmin bağın В sahəsində bütün kommunal xidmətləri, bələdiyyəyə torpaq vergilərini o ödəmişdir. Tərəflər daha sonradan torpaq sahəsinin planı və ölçüsünə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 30.12.200 2-ci il tarixli protokolu əsasında 27.07.2011-ci il tarixli 361090 saylı sənəd də əldə etmişlər. O bütün bu illər ərzində torpağa dair mülkiyyət sənədi əldə edildikdən sonra özünə məxsus paya dair sənəd alacağına etimad etmişdir. Həmin sahənin əvvəl mərhum qardaşının, sonra isə qardaşı oğlunun adına rəsmiləşdirilməsindən məlumatsız və xəbərsiz olmuşdur. O, bunu bildikdə Cavabdeh1 onu əmin etmişdir ki, qısa müddətdə torpağın mülkiyyətinə dair sənəd əldə etdikdən sonra ona aid hissənin onun adına rəsmiləşdirilməsini təmin edəcəkdir. Cavabdeh1 27 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 5 ünvanda yerləşən torpaq sahəsinin hər biri 1250 kv.m olmaqla bölgü sxeminin tərtib edilməsini tələb etmişdir. Sözügedən idarə nin 10.07.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ümumi hasar daxilində olan torpaq sahəsi 1140 kv.m və 1360 kv.m olmaqla ayrı-ayrı hasarlanaraq bölündüyündən həmin torpaq sahəsinin hər biri 1250 kv.m olmaqla iki hissədən ibarət bölgü sxeminin tərtibi mümkün deyildir. Cavabdeh1 bağın onun adına rəsmiləşdiyini bildikdən sonra bağı bölüb ona verməyə razılaşsa da, sonradan bölünməyə etiraz etmişdir. Lakin Çıxarış sənədi əldə etdikdən sonra Cavabdeh1 daşınmaz əşyanın iddiaçının yaşadığı hissənin onun adına rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərdən imtina etmişdir. Hazırda o, faktiki olaraq qəbul etdiyi miras əmlakına dair mülkiyyət hüquqlarını cavabdehin təqsirli hərəkətləri nəticəsində həyata keçirə bilmir. İş üzrə sənədlərə əlavə olunmuş 22 oktyabr 2019-cu il tarixli X8, X16, X1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatsız yaşayır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Anar Rzayev) 03 iyun 2020-ci il tarixli, 2(008)-1494/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, ünvan 2 ünvanında yerləşən bağ sahəsinin 1250 kv.m-lik hissəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi, Cavabdeh1 adına verilmiş ünvan 3 ünvanına dair Çıxarışın ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 oğlundan tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 493 saylı bağ sahəsinin sahibi X14 29 yanvar 1989-cu ildə ölmüşdür. İddiaçı isə birinci növbə vərəsə kimi miras qoyanın əmlaklarının idarəçiliyini həyata keçirərək, mirası faktiki qəbul etmişdir. Lakin buna baxmayaraq mübahisəli bağ sahəsinə dair “Bağın icarəyə verilməsi haqqında” 2168 saylı, 30 dekabr 2002-ci il tarixli müqaviləyə görə X6 və istismarı birliyinin direktoru ilə Kərimov X9 rayonu, Vişnyovka bağ massivində yerləşən 493 saylı bağ sahəsinin icarəsi ilə bağlı razılığa gəlmişlər. Həmin müqavilənin bütün bağ sahəsinə, yəni 0,25 ha torpaq sahəsinə görə bağlanmasından İddiaçı məlumatı və razılığı olmamışdır. Eləcə də, müqavilənin 3-cü bəndinə əsasən bağın torpaq sahəsinin ölçüsü 0.12 hektardan artıq olmaması qeyd edilməsinə baxmayaraq, həmin müqavilə ilə sahəsi 0,25 ha olan Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən 493 saylı bağ sahəsinin bütünlüklə X2 icarəsinə verilmişdir ki, qeyd olunan m üqavilə etibarsızdır. Lakin həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 27.07.2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Sabunçu rayonu, Albalılıq qəsəbəsində yerləşən 0.25 ha sahəsi olan 493 saylı bağ sahəsi mərhum X2 adına 03.07.2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi 18.09.2014-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə və Bakı şəhəri xüsusi notariat kontorunun 18.09.2014-cü il tarixli miras payının bağışlama müqaviləsinə əsasən Cavabdeh1 oğlunun adına 30.09.2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, bu isə öz növbəsində birinci növbə vərəsə kimi İddiaçı hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən etdiyi halları əsas ında gəldiyi nəticəsinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərinə əsasən 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 530, 552 və 555-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Cavabdeh1 oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(008)-1494/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin 15.09.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 493 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X14 arasında 28.03.1980-ci il tarixli, 2168 nömrəli müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra ailə üzvlərinin; X3, İddiaçı, X10 və X7 notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 hektar olan 493 saylı bağ sahəsi X2 adına 30.12.2002-ci il tarixdə 2168 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 27.07.2011ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sözügedən torpaq sahəsi 03.07.2014cu il tarixdə X2 adına keçmiş və 03.07.2014-cu il tarixdə onun adına dövlət reyestrində qe ydiyyata alınmışdır. Daha sonra 18.09.2014-cü il tarixdə sözügedən torpaq sahəsi vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payının bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 Rəcəbli oğlunun adına keçmiş və 30.09.2014-cu il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri 5 saylı notariat kontoru tərəfindən verilmiş 20.04.2011-ci il tarixli etibarnamədən görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olan X12 həmin etibarnamə ilə ünvan 8 ünvanında qeydiyyatda olan İddiaçı Vişnyovka qəsəbəsində yerləşən 0.25 ha bağ və torpaq sahəsinin özəlləşdirməsinə dair bütün dövlət və qeyri dövlət idarələrində onun səlahiyyətli nümayəndəsi olmaq, sənəd toplamaq, İcra Hakimiyyətində, Azərbaycan Respublikasının Əml ak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində lazımi sənədləşdirmə işlərini aparmaq, lazımi sənədləri təhvil vermək və almaq, aldığına dair imza etmək, əvəzindən ərizələr vermək, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq, Torpaq Komitəsində lazımi sənədləşdirmə işlərini aparmaq, Kadastr planı almaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. İddiaçı iddia ərizəsində və iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında mübahisəli bağ sahəsinin ilkin icarədarının iddiaçının atası X11 olduğunu, atası 1989-cu ildə vəfat etdikdən sonra o, digər ailə üzvləri ilə birlikdə bağ sahəsindən istifadə etməklə atasından qalmış miras əmlakı faktiki qəbu l etmiş və idarə etmiş, bağ sahəsi iki hissəyə bölünmüş, bir hissəni o, digər hissəni isə X30 istifadə etmişdir. X30 19 dekabr 2013-cü ildə vəfat etmişdir. Ona sonradan məlum olmuşdur ki, X30nin ölümündən sonra onun oğlu, hazırki iş üzrə cavabdeh bağ sahəsini bütünlüklə öz adına keçirmiş və mülkiyyət sənədi almışdır. Əvvəlcə cavabdeh bağ sahəsinin bir hissəsini onun adına sənədləşdirəcəyinə söz versə də, sonradan imtina etmiş və aralarında mübahisə yaranmışdır. Ona görə də o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı apellyasiya icraatında verdiyi izahatında iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, o, mübahisəli bağ sahəsini atasının ölümündən sonra qardaşının adına icarə müqaviləsi bağlanılmasından məlumatlı olmuş, qardaşı olduğu üçün ailə üzvləri ilə birlikdə buna razılıq vermişdir. Çünki bağdan istifadə ilə bağlı qardaşı ilə aralarında hər hansı bir narazılıq yaranmamışdır və o, bağın yarı hissəsindən həmişə sərbəst istifadə etmişdir. Cavabdeh1 oğlu birinci instansiya və apellyasiya məhkəməsində verdiyi izahatlarda, həmçinin apellyasiya şikayətində göstərmişdir ki, həqiqətən mübahisəli bağ sahəsi icarə müqaviləsi əsasında babasına məxsus olmuş, babasının ölümündən sonra 2002-ci ildə iddiaçının razılığı əsasında icarə müqaviləsi atası ilə bağlanmış, atasının ölümündən sonra onun adına olan icarə müqaviləsi əsasında sənədləri Reyestr Xidmətinə təqdim edərək, atasının adına qeydiyyat şəhadətnaməsi almış və sonra həmin bağ sahəsinə atasının övladları arasında vərəsəlik şəhadətnaməsi əsasında paylar müəyyən olunmuş, digər vərəsələr öz paylarından onun xeyrinə imtina etmiş və o, öz adına bağ sahəsinə dair 2014-cü ildə mülkiyyət şəhadətnaməsi almışdır. Bütün bu proseslərdən iddiaçının məlumatı olmuş, lakin o, heç bir narazılıq bildirməmişdir. İddiaçı atasının ölümündən sonra bağ sahəsini öz adına sənədləşdirmək üçün heç bir təşəbbüs göstərməmiş, 2002-ci ildə icarə müqaviləsi iddiaçının qardaşı ilə bağlananda o, buna razılıq vermiş və üstündən uzun müddət keçəndən sonra hazırda əsassız iddia qaldırmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Qürbət Əsgərov sədrlik edən və məruzəçi, Azad İmanov və Vahid Sadıqov) 02 mart 2021-ci il tarixli 2(103)1992/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(008)1494/2020 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş və maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq və təfsir etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materialları və tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 493 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının atası X14 arasında 28.03.1980-ci il tarixli, 2168 nömrəli müqavil ə bağlanmışdır. İcarədar 1989-cu ildə ölmüşdür. İcarədarın ölümündən sonra ailə üzvlərinin (o cümlədən İddiaçı) notarial qaydada təsdiq olunmuş razılıq ərizələrinə əsasən qeyd edilən bağ sahəsi X2 (iddiaçının qardaşı) adına 30.12.2002-ci il tarixdə 2168 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 27.04.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sözügedən torpaq sahəsi 03.07.2014-cü ildə iddiaçının qardaşı X2 adına keçmiş və 03.07.2014-cü il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra sözügedən torpaq sahəsi 19.09.2014-cü il tarixdə vərəsəlik şəhadətnaməsi və miras payın bağışlanılması müqaviləsinə əsasən Cavabdeh1 oğlunun adına keçmiş, 30.09.2014-cü il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmış və hazırda da cavabdehin mülkiyyətindədir. Məhkəmə kollegiyası Mülki Məcəllənin (1964-cü il redaksiyası) 528, 552, Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan “İcarə haqqında” Qanunun 9, 13.6-cı maddələrinə əsasən qeyd etmişdir ki, iddiaçının mübahisəli bağ sahəsinin ilkin icarədarı olan X11 qanun üzrə vərəsəsi olması işin mübahisə olunmayan halıdır. Lakin, iş materialları ilə müəyyən olunur ki, mübahisəli bağ sahəsinin ilkin icarədarı olan X14 bağ sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirməmiş və həmin bağ sahəsi mülkiyyət kimi mirasın kütləsinə daxil olmamışdır. Bu baxımdan iddiaçının atasından qalmış əmlaka mülkiyyət kimi miras pay tələb etmək hüququ olmamışdır. Lakin nəzərə alınsa ki, icarə hüququ miras əmlaka daxil o lan hüquq hesab oluna bilər, onda iddiaçının atasından (icarədardan) qalmış icarə hüququna pay hüququ tələb etmək hüququ olmuşdur. İddiaçı iddia ərizəsində atasının icarəsindəki torpaq sahəsinə hansı hüquqla (mülkiyyət və ya icarə) payını tələb etməsini açıqlamamışdır. Kollegiya iddiaçının icarə hüququ ilə vərəsə ola bilməsini, həmin hüquqla atasının icarəsində olmuş mübahisəli torpaq sahəsinə pay tələb edə bilməsini nəzərə alaraq, hazırki iddia tələbi irəli sürə bilməsini mümkün hesab etmiş, lakin iddiaçı atasının ölümündən sonra ondan miras qalmış mübahisəli torpaq sahəsi üzərində icarə hüququnu rəsmiləşdirmək üçün heç bir hərəkət etməmişdir. Əksinə 2002-ci ildə isə atasının icarəsində olmuş mübahisəli torpaq sahəsi üzərində olan hüququndan cavabdehin atasının xeyrinə imtina etməklə bu h üququ itirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsini tam şəkildə atasının icarəsində olmasına əsasən həmin torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmişdir və həmin hüquq müəyyənedici sənədlərin ləğvi üçün hər hansı bir hüquqi əsas mövcud deyildir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1992/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi iş üzrə yerində baxış keçirilməyib. Halbuki, iddiaçı dəfələrlə o nların bağlarının ayrı olmasını, arada hasarın olmasını, hər bir bağın ayrıca giriş çıxışının olmasını. Hər bir bağ sahəsinə ayrıca işıq, qaz və su sayğacının quraşdırılmasını bildirib. Eyni zamanda hər bir bağ özü üçün ayrıca torpaq vergisindən bələdiyyəyə pul ödədiklərini bildiriblər. Bu fakt onu təsdiq edirdi ki, iddiaçı heç vaxt payından imtina etməmiş elə ilk gündən özünə məxsus bağ sahəsi onun sahiblik və istifadəsində olmuşdur. İddiaçı mirasın qəbulundan imtina etməmişdi, imtina etmiş olsaydı belə həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 1234.4-cü maddəsinə əsasən mirası qəbul etmiş hesab edilməliydi. Həmin bağ sahəsi iki bağ sahəsindən ibarət olduğu üçün 0,25 ha ərazisi olmasını, həmin bağın reallıqda iki bağdan ibarət olmasını məhkəmə nəzərə almamışdır. Mə hkəmə qətnamədə göstərir ki, Apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin 15.09.2020-ci il tarixli məktubuna istinad etmiş, həmin sübutun birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkünlüyü ilə bağlı cavabdeh heç bir arqument irəli sürülməmiş, apellyasiya instansiyası məhkəməsi Sabunçu rayon məhkəməsinin qətnaməsini işdə olan sübutlar əsasında deyil, yolverilməz sübutlarəsasında ləğv etmişdir. İddiaçı həmin arayışın hansı sənəd əsasında tərtib edilməsini araşdırmaq, yəni iddiaçının öz payından kiminsə xeyrinə imtina etməsini müəyyən etmək üçün imtina ərizələrinin DƏDRX-dən alınaraq işə əlavə edilməsini tələb etsə də, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Beləliklə məhkə mə işə əlavə edilməli olmayan “sübutu” işə əlavə etsə də, onun mötəbərliyini araşdırmaq barədə iddiaçının tələbini təmin etməmişdir. Halbuki DƏDRX-nin 1 saylı bakı Ərazi İdarəsi hazırkı işdə cavabdehlərdən biri idi və o maraqlı idi ki, iddia təmin olunmasın. Məhz bu səbəbdən də, iddianın təmin olunmaması üçün düzgün olmayan məlumat və arayış verməsi mümkündür. Lakin, məhkəmə DƏDRX-nin arayışını yeganə sübut kimi qiymətləndirərkən heç bilməyib ki, həmin idarənin özü cavabdehdir və iddianın təmin olunmamasında maraqlıdır. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin və 380.1. maddəsinin tələbini kobud şəkildə pozmuş iddiaçının miras paydan imtina etməsini təsdiq edən sənəd olmadan iddiaçının miras paydan imtina etməsi qənaətinə, yəni yanlış qənaətə gələrək mahiyyət üzrə yanlış qətnamə qəbul e tmişdir. Qeyd edilməlidir ki, Kərimov ilə icarə müqaviləsi vərəsəlik hüququ əsasında 30 dekabr 2002ci ildə, 2168 saylı müqavilə bağlansa da, məhz həmin vaxtı iddiaçının imtinasına əsaslanılsa da, məhkəmə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 1234.4. maddəsindən xəbərsiz kimi rəftar edərək, həmin maddi hüquq normasını tətbiq etməmiş və mirasın qəbulu faktını qanunu pozaraq nəzərə almamışdır. Cavabdeh1 kassasiya şikayətinə dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi işdə olan sübutlara və normativ hüquqi aktlara əsaslanıb obyektiv nəticəyə gələrək qeyd etmişdir ki, X11 vəfatından sonra onun icarəsində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq (Vişnyovka ) qəsəbəsi, Bağ evi 493 ünvanında yerləşən 0.25 hektar bağ sahəsi “İcarə haqqında” Qa nunun 9-cu maddəsinə əsasən mülkiyyətdə olmadığına görə mirasın kütləsinə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X18 şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi (1964-cü ildən qüvvəyə minmiş və 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş): Maddə
528. Vərəsə lik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan “İcarə haqqında” Qanunun Maddə
9. Əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur. Maddə 13.6. “... İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə y aşamış və işləmiş ailə üzvlərindən birinə verilir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razılıq versin.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilm əsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymə t vermir. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən mübahisəli bağ sahəsi iddiaçının atasının mülkiyyətində yox, icarəsində olmuş və ondan qalan miras kütləsinə daxil olmamışdır. İcarədarın ölümündən sonra ailə üzvlərinin (o cümlədən İddiaçı) razılığı ilə qeyd edilən bağ sahəsinə dair icarə hüquqları iddiaçının qardaşı X4 keçmiş və sonuncu ilə 30.12.2002-ci il tarixdə 2168 nömrəli icarə müqaviləsi bağlanmışdır. İddiaçı kassasiya şikayətində mirasdan imtina etmədiyini, icarə müqaviləsi qardaşının adına keçirilərkən onun da razılıq verməsi barədə DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 15.09.2020-ci il tarixli məktubunun gecikmiş sübut olduğunu, onun icarə müqaviləsi bağlanarkən payından imtina ərizəsinin həmin İdarədən alınaraq işə əlavə edilmədiyi barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsinin özündə göstərmişdir ki, “həmin bağ sahəsinin atasına məxsusluğu icarə müqaviləsi ilə tanındığından bir müddət sonra ailə üzvləri razılaşıblar ki, müqavilə qardaşları X12 ilə təzələnsin və mülkiyyətə dair çıxarış ələ etdikdən sonra həmin ərazinin öz aralarında bölgüsünü həyata keçirsinlər.” Göründüyü kimi, icarə müqaviləsinin ailə üzvlərinin razılığı ilə iddiaçının qardaşının adına keçməsi halı işin mübahisələndirilməyən halı olmuşdur və prossesual qənaət prinsipinə əsasən işin mübahisələndirilməyən faktiki halları üzrə sübutlar araşdırılmalı deyil. Bundan başqa, iddiaçı həmin bağa dair icarə müqaviləsinin bağlanmasından məlum atlı olsa da, bu müddət ərzində həmin müqaviləni mübahisələndirməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli bağ sahəsi iddiaçının atasından qalan miras əmlak olmadığından kassasiya şikayətində mirasın faktiki qəbuluna və vərəsəliklə bağlı maddi hüquq normalarına istinad edilməsi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1992/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.