Məhkəmə qərarları › İş №2(102)-4293/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4293/2021

02.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4293/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi x1ün, vəkili X28, Cavabdehin vəkili Vəkil iştirakı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-838/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şi kayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MTK (Kooperativ) ilə Cavabdeh (payçı) arasında bağlanmış 01.07.2016-cı il tarixli Müqaviləyə görə, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin A1 blokunun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kvadrat metr təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Müqavilənin 3.1-ci bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi sahənin ölçüsü 82,7 kvadrat metr təşkil edir, bu sahənin ümumi dəyəri 81000 AZN məbləğində müəyyən edilir və hər 1 kvadrat metrinə 979,44 AZN. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iş üzrə 2(011)-7697/2019 nömrəli 25.11.2019-cu il tarixli qərardadına əsasən qərara alınmışdır ki, iddiaçılar X29, X30, X22, X8, X14, X23, Cavabdeh, X36, X11, X43, X37 ilə cavabdehlər X31 və İnter MMC arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1. 25.11.2019-cu il tarixdən cavabdeh X31 onunla İddiaçı MTK arasında bağlanmış 19.12.2007-ci il tarixli 24 saylı müqaviləyə və həmin müqavilə əsasında çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsinə əsasən X24 təhvil verilmiş, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilmiş yaşayış binasının A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1 770 kvadrat metr olan yaşayış sahəsindən "xxxx" MMC ilə X61 arasında 08 avqust 2019-cu il tarixi birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə uyğun, hazırkı iş üzrə iddiaçılar X12 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 8-ci mərtəbəsində ümumi sahəsi 123,4 kvadrat metr olan mənzilinə, Cavabdeh Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 82,7 kvadrat metr olan mənzilinə, X13 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 12– ci mərtəbəsində ümumi sahəsi 82,7 kvadrat metr təşkil edən mənzilinə, X22 (X38 vərəsəsi) Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 11-ci mərtəbəsində ümumi sahəsi 122 kvadrat metr olan mənzilinə, X3 Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 12-ci mərtəbəsində ümumi sahəsi 124,7 kvadrat metr olan mənzilinə, X7 Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 6-cı mərtəbəsində (hazırki 10-cu mərtəbə) ümumi sahəsi 123,4 kvadrat metr olan mənzilinə, X25 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 10-cu mərtəbəsində ümumi sahəsi 124,7 kvadrat metr olan mənzilinə, X15 Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 10- cu mərtəbəsində ümumi sahəsi 136,1 kvadrat metr olan mənzilinə, X16 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 11-ci mərtəbəsində ümumi sahəsi 82,7 kvadrat metr olan mənzilinə, X5 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 11-ci mərtəbəsində ümumi sahəsi 124,4 kvadrat metr olan mənzilinə və X9 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 12-ci mərtəbəsində ümumi sahəsi 136,1 kvadrat metr olan mənzilinə dair onların xeyrinə notarial qaydada mənzillərdən imtina verir, həmin mənzilləri iddiaçıların istifadəsinə verir və gələcəkdə həmin mənzillərə dair tərəflərə və ya üçünçü şəxslərə hər hansı tələb irəli sürmür.

2. Bu saziş imzalandığı andan cavabdeh X31, onunla "xxxx" MTK arasında A1blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 kvadrat metr olan yaşayış sahəsinə dair bağlanmış 19.12.2007-ci il tarixli 24 saylı müqavilənin ləğv edilməsinə dair iddiaçılara notаrial ərizə verir 3. "xxxx" MMC və X39 hazırkı barışıq sazışı imzalandığı andan Bakı şəhəri Xətai raoynu Xocalı prospekti 32 ünvanında İddiaçı MTK-nın inşa etdiyi yaşayış binasının A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən, hazırkı sazişin 1-ci bəndində qeyd olunan mənzilləri iddiaçılara təhvil verməyi öhdəsinə götürür. 4. "xxxx" MMC və X40 arasında bağlanmış 08 avqust 2019- cu il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh "xxxx" MMC, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.10.2015-ci il tarixli 443 saylı sərəncamı və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 08.04.2016-cı il tarixli 28 saylı ayrıc aktı ilə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti, 1181-ci məhəllə ünvanında, tikinti məqsədi ilə "xxxx" MMC-nin istifadəsinə ayrılmış 0.4984 ha torpaq sahəsində inşa ediləcək yaşayış binalarının layihəsində A-D və A-7 oxlarının kəsişməsində, Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən 22.70 m. x 20.22 m. 458.994 kvadrat metr (yuvarlaq olaraq 459 kvadrat metr) hissəsində layihəyə əsasən inşa ediləcək, hər mərtəbəsi 458.994 kvadrat metr (yuvarlaq olaraq 459 kvadrat metr) 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 kvadrat metr olan 7 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edilmiş smeta dəyəri (yalnız tikinti xərcləri) hər mərtəbənin tikintisi üzrə hissəhissə X40 tərəfindən mal material və ya pul şəklində ödənilməsi şərti ilə həmin qeyri yaşayış sahəsini 36 ay müddətində inşa edərək, 3-cü şəxslərin hüquqlarından və öhdəliklərindən azad şəkildə cavabdeh X24 təhvil verməyi öhdəsinə götürür. 5. "xxxx" MMC hazırkı sazişin 4-cü bəndində qeyd olunan 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyriyaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 kvadrat metr olan 7 mərtəbədən ibarət qeyri-yaşayış sahəsinin tikintisini mərhələli şəkildə (hər mərtəbənin tikintisi başa çatdıqdan dərhal sonra), cavabdeh X17 adına müqavilə və maliyyə arayışı əsasında sənədləşdirilməsini və buna dair “İnter MMC”-nin ümumi yığıncağının protokolunun və qərarının bir nüsxəsini 3-cü şəxslərin hüquqlarından və öhdəliklərindən azad şəkildə cavabdeh X24 təhvil verilməsini təmin etməyi öhdəsinə götürür. 6. "xxxx" MMC və X41 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh X40, bu sazişin 4- cü bəndində qeyd olunan Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllə ünvanında, tikint i məqsədi ilə "xxxx" MMCnin istifadəsinə ayrılmış 0.4984 ha torpaq sahəsinin, həmin torpaq sahəsində inşa ediləcək yaşayış binalarının layihəsində A-D və A7 oxlarının kəsişməsində, Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən 22.70 m. x 20.22 m. 458.994 kvadrat metr (yuvarlaq olaraq 459 kvadrat metr) hissəsində layihəyə əsasən inşa ediləcək, hər mərtəbəsi 458.994 kvadrat metr (yuvarlaq olaraq 459 kvadrat metr) 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyriyaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 kvadrat metrolan 7 mərtəbədən ibarət qeyri yaşayış sahəsinin inşasına "xxxx" MMC tərəfindən başlanıldığı vaxtdan, həmin qeyri yaşayış sahəsinin tərəflərin ("xxxx" MMC ilə xxxun) qarşılıqlı razılaşmasına əsasən müəyyən edilmiş smeta dəyərini (yalnız tikinti xərclərini) hər mərtəbənin tikintisi üzrə, mal material və ya pul şəklində hissə-hissə cavabdeh "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür.

7. Tərəflər razılığa gəlirlər ki, gələcəkdə yuxarıda qeyd edilən hallarla, əmlaklarla bağlı bir-birlərinə qarşı heç bir tələb irəli sürməyəcəklər. İddiaçılar X12, X13, X10, X4, X7, X9, Cavabdeh, X16, X5, X25, X15 cavabdehlər X18 və İnter MMCyə qarşı mənzilin təhvil verilməsinə, mənzillərlə bağlı iddiaçıların istifadəsinə dair cavabdehlər E.A.Axundov və İnter MMC tərəfindən maneələrə son qoyulmasına, cavabdeh E.A.Axundov tərəfindən mənzillərə dair imtinaların verilməsinə dair 2(011)-7697/2019 saylı mülki iş üzrə icraata xitam verilsin. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı cavabdehlə İddiaçı MTK arasında bağlanmış 17.04.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə Cavabdeh arasında 01.07.2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kvadrat metr təşkil edən yaşayış sahəsinin “Kooperativ” "Payçı”sı kimi cavabdehə (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ilə ödədikdən sonra) verilməsi, “Payçı” yəni cavabdeh isə həmin yaşayış sahəsinin qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin qeyd olunan yaşayış sahəsinin də daxil olduğu, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun yaşayış sahələrinin, 10, 11, 12-ci mərtəbələrindən ümumilikdə 880 kvadrat metr yaşayış sahəsi ilə bağlı X40 ilə də müqavilə imzalanmışdır. Qeyd olunan uyğnsuzluqla bağlı, İddiaçı MTKnın direktoru Hikmət Yıgitdöl barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmışdır. X1 ilə İddiaçı MTK arasında Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun yaşayış sahələrinin, 10, 11, 12-ci mərtəbələrindən ümumilikdə 880 kvadrat metr yaşayış sahələri ilə bağlı olan 19.12.2007-ci il tarixdə bağlanılmış müqavilənin etibarsız sayılması ilə bağlı, məhkəmə mübahisləri başlanılmışdır. Belə ki, həmin dövrdə, cinayət işinin istintaqın ın gedişatı zamanı Cavabdeh çox narahat olduğu üçün, MTK ilə onun arasında belə bir razılığa gəlinmişdir ki, onunla MTK arasnda olan 01.07.2016-cı il tarixli müqavilə üzrə olan, Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kvadrat metr təşkil edən yaşayış sahəsinə hüquqları itirildiyi təsdiq olunduğu təqdirdə ona həmin ünvanda yerləşən A1 blokunun 18-ci mərtəbəsində, 123,4 kvadrat metr yaşayış sahəsi veriləcəkdir. Həmçinin, cavabdehi əmin etmək üçün, onunla 17.04.2017ci il tarixli müqavilə ımzalanmşdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kv adrat metr təşkil edən yaşayış sahəsi cavabdehə satılmışdır. Həmin müqavilə bağlanarkən cavabdeh və onun tərəfindən təqdim olunmuş hüquqşünas və MTK-nın bir neçə işçisi orada iştirak etmişdir. Halhazırda X40 İddiaçı MTK ilə onun arasında olan 19.12.2007-ci il tarixdə bağlanılmış müqavilənin icrasından imtina etmişdir. X2 qeyd olunan müqavilə üzrə olan, Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun yaşayış sahələrinin, 10, 11, 12-ci mərtəbələrindən ümumilikdə 880 kvadrat metr yaşayış sahəsinin, cavabdehə verilmiş, Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kvadrat metr təşkil edən yaşayış sahəsindən də imtina etmişdir. Bu b arədə tərəflərin iştirakı ilə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Lakin buna baxmayaraq cavabdeh aralarında olan razılaşmanı pozaraq, aralarında bağlanmış 17.07.2017-ci il tarixli, Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kvadrat metr təşkil edən yaşayış sahəsi ilə bağlı müqaviləni iddiaçıya qaytarmır və həmin mənzilin də ona aid olduğunu bildirir. İddiaçı ilə cavabdeh arasında olan, Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kvadrat metr təşkil edən yaşayış sahəsi ilə bağlı, 17.07.2017-cı il tarixli müqavilə əslində yuxarıda qeyd olunan məqsəd üçün bağla nmış müqavilədir. Həmin müqavilə üzrə Cavabdeh heç bir məbləği MTK-ya ödəməmişdir. Hesab edir ki, sözügedən müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanıldığından, bağlandığı andan etibarən etibarsız əqd hesab olunmalıdır. Təqdim edilmiş İddiaçı MTK (Kooperativ) ilə Cavabdeh (payçı) arasında bağlanmış 17.04.2017-ci il tarixli müqaviləsinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı 12.10.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir; Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin A1 blokunun 18ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kvadra t metr təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Müqavilənin 3.1-ci bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi sahənin ölçüsü 123,4 kvadrat metr təşkil edir, bu sahənin ümumi dəyəri 109000 AZN məbləğində müəyyən edilir. Təqdim edilmiş 17.04.2017-ci il tarixli Maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev Cavabdeh A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kvadrat metr olan 70 saylı yaşayış sahəsi üçün 109000 AZN ödəmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdərisinin 04.03.2020-ci il tarixli arayışına əsasən, 06 aprel 2018-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X11, X32 və qeyrilərinin İddiaçı MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə müraciətləri əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə ********* №-li cinayət işi başlanaraq istintaqı davam etdirilmişdir. 18 mart 2019-cu il tarixdə İddiaçı MTK-nin sədri X19 Azərbaycan Respublikası CM-nin 29, 178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin tarixdə qeyd olunan maddələrlə ittiham elan edilmiş və cinayət işinin istintaqı yekunlaşdırılaraq 15.04.2019-cu il tarixdə aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. 16 mart 2019- cu il tarixdə ********* №-li cinayət işindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ********* №-li ayrıca cinayət işi ayrılmış, 17.05.2019-cu il tarixdə isə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən qeyd olunan cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Cavabdeh 01.06.2016-cı il tarixdə X44 81000 manat məbləğində pul ödəməklə ünvan 4 ünvanda yerləşən A1 blokunun 10-cu mərtəbəsində yerləşən 82,7 kvadrat metr sahəsi olan mənzili satın almış, lakin Cavabdeh həmin mənzilin məhkəmə qərarı əsasında X18 məxsus olduğunu öyrəndikdən sonra Əliyevdən yeni mənzil tələb etdiyi üçün sonuncu girov məqsədi ilə 17.04.2017-ci il tarixdə A1 blokunun 18-ci mərtəbəsində yerləşən 123,4 kvadrat metr s ahəsi olan mənzili adına rəsmiləşdirmiş, Cavabdeh qeyd olunan mənzilə görə hər hansı bir ödəniş etməmişdir. X49 ilə Əliyev arasında olan mülki mübahisə həll olunduğu üçün 01.06.2016-cı il tarixli müqavilə ilə Cavabdeh satılmış mənzil sonuncuya qaytarılmış, lakin Cavabdeh 17.04.2017-ci il tarixli müqavilə üzrə girov kimi adına rəsmiləşdirilmiş mənzili qaytarmaqdan əsassız və qanunsuz olaraq imtina etmişdir. 25.09.2018-ci il tarixli Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdərisinin İstintaq İdarəsində istin taqı aparılan ********* nömrəli cinayət işi üzrə 25.09.2018ci il tarixli zərərçəkmiş şəxsin dindirilməsi protokoluna əsasən zərər çəkmiş şəxs Cavabdeh istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, 2016-cı ilin yay aylarında mənzil almaq məqsədilə "xxxx" MTK-nın Xətai rayonu, Xocalı prospekti 32 ünvanında tiktiyi, tamamlanmaq işləri aparılan binadan ev almaq məqsədilə orada özünü MTK-nın rəhbəri kimi tanıtmış adlı şəxslə görüşərək 10-cu mərtəbədə 82,7 kvadrat metr olan mənzili almaq barədə razılığa gəlmiş, 01.07.2016-cı il tarixdə həmin ünvana gedib binanın ofisində 81000 manat pulu ə verib 10-cu mərtəbədə yerləşən 82,7 kvadrat metr sahəsi olan mənzili almışdır, həmin mənzili adına sənədləşdirmişdir, payçı qrafasında imza etmişdir. Bundan sonra, o həmin binada yaşaya-yaşaya başqa bir mən zil almaq qərarına gəlmiş, 2017-ci ilin aprel ayının ortalarında binanın ofisində in yanına getmiş, ona mənzil almaq istədiyini bildirmiş, ona A1 blokunun 18-ci mərtəbəsində 123,4 kvadrat metr sahəsi olan mənzilin satılıq olmasını bildirmiş, bundan sonra 17.04.2017-ci il tarixdə ofisə gedib 109000 manat pulu ə verib 18-ci mərtəbədə yerləşən 123,4 kvadrat metr sahəsi olan mənzili almışdır, həmin mənzili təmir etdirmişdir. 01.07.2016-cı il tarixli və 17.04.2017-ci il tarixli müqavilələrdə payçı qrafasında imza ona, sədr qrafasında olan imza isə ə məxsusdur. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 17.07.2018-ci il tarixli Şahidin dindirilməsi protokoluna əsasən şahid X4 0 bildirmişdir ki, İddiaçı MTK-nın sədri Hikmət Yiğitdöl ilə aralarındakı razılığa əsasən xxx 4.000.000 ABŞ dolları verərək Ceyranbatan qəsəbəsində yerləşən 10 Ha torpaq sahəsini "xxxx" MTK-nın tikəcəyi bina üçün almış, onun əvəzində Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın A1 blokunda 1-2-3-4-cü mərtəbələrdə yerləşən 860 kvadrat metr qeyri-yaşayış sahəsi və 10-11-12-ci mərtəbələrdə yerləşən 1770 kvadrat metr yaşayış sahəsini onun adına rəsmiləşdirmişlər. İddiaçı MTK (Kooperativ) ilə X40 (payçı) arasında bağlanmış 24 nömrəli 19.12.2007ci il tarixli Müqaviləyə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı 12.10.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MT K üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir; Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin A1 blokunun 10-11-12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 1770 kvadrat metr təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Müqavilənin 3.1-ci bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi sahənin ölçüsü 1770 kvadrat metr təşkil edir, bu sahənin ümumi dəyəri 885000 AZN məbləğində müəyyən edilir. İddiaçı MTK (Kooperativ) ilə X45 (payçı) arasında bağlanmış 08.08.2013-cü il tarixli Müqavilənin surətinə əsasən, Bakı şəhər İcra Hakimiyy ətinin 267 saylı 12.10.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir; Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin A1 blokunun 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kvadrat metr təşkil edən, 19-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kvadrat metr təşkil edən yaşayış sahəsini (dubleks- 246,8 kvadrat metr) “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Müqavilənin 3.1-ci bəndinə əsasən təhvil veri ləcək mənzilin ümumi sahənin ölçüsü 246, kvadrat metr təşkil edir, bu sahənin ümumi dəyəri 885000 AZN məbləğində müəyyən edilir. 17.04.2017-ci il tarixli Maliyyə arayışının surətinə əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı evlər X33 məxsusdur, bu binanın A1 girişi ümumi sahəsi 246,8 kvadrat metr olan 18 və 19-cu mərtəbədə yerləşən yaşayış sahəsinin pay dəyəri 246800 AZN ödənilmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 11.01.2019-cu il tarixli Şahidin dindirilməsi protokoluna əsasən şahid X20 bildirmişdir ki, Cavabdeh təqribən iki il bundan əvvəl tanımışdır. Belə ki, onun Bakı şəhərində özünə məxsus “Baku Port” hüquq şirkəti olmuş, x1 iki il bundan əvvəl həmin şirkətdə iki aylığına köməkçi kimi işləmişdir. Lakin sonradan alınmadığı üçün 3-4 ay bundan əvvəl həmin şirkəti bağlamışdır. Təqribən iki il bundan əvvəl ona demişdir ki, “Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında İddiaçı MTK-nın tikilməkdə olan binasından anası ev alıb, lakin məhkəmə icraçıları gəlib onları evdən çıxarmaq istəyirlər, onlar 10-cu mərtəbədəki evi müəllimdən almışdır, məhkəmə qərarı əsasında mənzilimiz adlı şəxsə verilibdir”. Hüquqi məsləhət vermək üçün o ə evin sənədlərini gətirməsini xahiş etmişdir, və da evin sənədlərini, eləcə də məhkəmə qərarının surətini ona gətirmişdir, o sənədlərə baxıb görmüşdür ki, məhkəmə qərarı çıxandan sonra mənzil tərəfindən a satılıb, məhkəmə qərarı ilə həmin mənzil adlı başqa bir şəxsə verilmişdir, lakin o həmin adlı şəxsi tanımır. həmin m ənzili 10-cu mərtəbədən almışdır, lakin neçəyə almasın xatırlamır. Bundan sonra, o ın adından şikayət ərizəsi yazıb ın özünə vermiş və izah etmişdir ki, şikayət ərizəsi ilə prokurorluğa müraciət etsinlər. Şikayətdən 3-4 gün sonra ofisə onun yanına gəlib şikayəti nəyə görə verdiklərini, mənzili a verəcəyini bildirdi, o da ə demişdir ki, “get gillə özün razılaş, o onların vəkili deyil, sadəcə olaraq onların ərizəsini yazmışdır”. Bu söhbətdən sonra getdi, getdikdən təqribən 10-15 gün sonra ona demişdir ki, “ müəllim işıqlarını kəsib”, o və ilə birlikdə binada in yanına getmiş, isə işığı borca görə kəsdiyini bildirmişdir, o isə ə izah etmişdir ki, nahaq yerə gilin işığını kəsmişdir. Hesab etmişdir ki, dən şikayət etdiyi üçün onun işığını kəsmişdir. müəllim gilin işığını qoşdurdu. Bundan sonr a, müəllimə gilin mənzili barədə soruşduqda ona dedi ki, “istəyirsiniz 18-ci mərtəbədən ın adına daha çox sahəsi olan mənzili yazsın, mənzil girov kimi ın adında qalsın, gilin öz mənzilini dən alıb onlara qaytardıqdan sonra mənzili qaytarıb ona geri verər”. Həmin vaxt razılaşmışlar ki, 18-ci mərtəbədən girov kimi ın adına başqa bir mənzil yazsın, əgər ın 10-cu mərtəbədəki mənzili tərəfindən a geri verilməsə 18-ci mərtəbədəki mənzil a qalacaqdı, razılaşmaları belə olduqdan sonra 18-ci mərtəbədə yerləşən ümumi sahəsi 123,4 kvadrat metr olan mənzili ın adına rəsmiləşdirdi. Həmin vaxt o müqaviləni oxuyub gördü ki, həmin mənzili girov məqsədi ilə ın adına rəsmiləşdirmişdir, ona görə də dən xahiş etdi ki, müqavilədəki girov sözünü çıxartsın, mənzili alqı-satqı kimi ın adına rəsmiləşdirsin, də on unla razılaşdı və müqaviləni dəyişib mənzili alqı-satqı kimi ın adına girov kimi rəsmiləşdirdi. Orada müəllim a dedi ki, “siz narahat olmayın, məhkəməni həll edəcəm, o mənzil sizindir”. ın 10-cu mərtəbədəki mənzili dən alma proseslərində iştirak etməmişdir, bu barədə onun heç bir məlumatı olmamışdır, lakin ikinci mənzil onun yanında girov məqsədi ilə ın adına rəsmiləşdirilmişdir, həmin ikinci mənzilə görə pul ödəməmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdərisinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 03.04.2019-cu il tarixli Şahidin dindirilməsi protokoluna əsasən şahid X54 bildirmişdir ki, sənədləri tərtib edən xanımdan xahiş etmişdir ki, girov məqsədi ilə ın adına 18-ci mərtəbədə olan 123,4 kvadrat metr sahəsi olan mənzili yazıb versin, xanım da həmin mənzili ın adına rəsmiləşdirdi, müqavilədə də mənzilin girov məqsədi ilə yazılmasını qeyd etdi, sonra ın vəkili müqaviləni oxuyub gördü ki, 18-ci mərtəbədəki mənzil girov məqsədi ilə ın adına yazılmışdır, ondan xahiş etdi ki, müqavilədən girov sözünü çıxarıb mənzili alqı-satqı kimi ın adına rəsmiləşdirsin. O da xanıma demişdir ki, mənzili alqı-satqı kimi ın adına rəsmiləşdirsin, girov sözünü müqavilədən çıxarsın, ona görə də xanım yenidən, müqavilə yazıb mənzili alqı-satqı kimi ın adına rəsmiləşdirdi. Həmin mənzilə görə pul ödəməmişdir, həmin mənzil girov məqsədi ilə ın adına yazılmışdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdərisinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 08.04.2019-cu il tarixli Şahidin dindirilməsi protokoluna əsasən şahid X6 bildirmişdir ki, 01.06.2016-cı il tarixdə İddiaçı MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181 -ci məhəllədə tikilmiş binanın A1 girişinin 10cu mərtəbəsində yerləşən 82,7 kvadrat metr sahəsi olan mənzili Əliyevdən 81.000 manata almışdır, həmin mənzilin müqaviləsini də o tərtib etmişdir. da həmin mənzili təmir edib orada yaşayırdı. Həmin mənzil məhkəmə qərarı ilə xxxa veriləndə 2017-ci ilin əvvəllərində icraçıllar gəlib ı mənzildən çıxarmaq istədi, lakin mənzildən çıxmadı, mənzildə yaşayış olduğu üçün icraçılar yaşayış olduğuna görə həmin mənzillə bağlı icranı dayandırdı. X69 müəllimdən başqa bir mənzil tələb etdi, müəllim də həmin mənzilə görə xxxun pul ödəmədiyini bildirib mənzilin a məxsus olmasını bildirmişdir. Lakin təkidlə ona başqa bir mənzil verməyini bildirəndə müəllim həmi n mənzilin a məxsus olduğunu, in pul ödəmədiyini bildirib ona girov məqsədi ilə 18-ci mərtəbədə boş olan mənzil verə biləcəyini, 10-cu mərtəbədə olan mənzil özünə qaytarıldığında girov məqsədi ilə adına yazılmış mənzili geri qaytarmasını bildirmişdir. da müəllimlə razılaşmışdır. Bundan sonra, 17.04.2017-ci il tarixdə və yanında olan adlı vəkili müəllim ilə birlikdə binanın ofisinə gəldilər. Həmin vaxt ofisdə iş icraçısı işləyən Hüseynov, o və sakinlərdən İmani Həsən də olmuşdur. müəllim ona bildirdi ki, girov məqsədi ilə ın adına 18-ci mərtəbədə olan 123,4 kvadrat metr sahəsi olan mənzili yazıb versin, o da həmin mənzili ın adına rəsmiləşdirmişdir, müqavilədə də mənzilin girov məqsədi ilə ın adına yazılmasını qeyd etmişdir, sonra ın vəkili müqaviləni oxuyub gördü ki, 18-ci mərtəbədəki mənz il girov məqsədi ilə ın adına yazılmışdır, müəllimdən xahiş etdi ki, müqavilədən girov sözünü çıxarıb mənzili alqı-satqı kimi ın adına rəsmiləşdirək, müəllim də ona mənzili alqı-satqı kimi ın adına rəsmiləşdirməyini, girov sözünü müqavilədən çıxarmağını bildirdi, ona görə də, o yenidən müqavilə yazıb mənzili alqı-satqı kimi ın adına rəsmiləşdirdi. Həmin mənzilə görə pul ödəməmişdir, həmin mənzil girov məqsədi ilə ın adına yazılmışdır. hazırda 10-cu mərtəbədəki evində yaşayır və ikinci mənzilə görə də yalandan pul ödəyib aldığını iddia edir. Korrupsiyaya qarşı Mübarizə Baş İdərisinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 08.04.2019-cu il tarixli Şahidin dindirilməsi protokoluna əsasən şahid X27 bildirmişdir ki, 01.06.2016-cı il tarixdə İddiaçı MTK tərəf indən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə tikilmiş binanın A 1 girişinin 10cu mərtəbəsində yerləşən 82,7 kvadrat metr sahəsi olan mənzili Əliyevdən 81.000 manata almışdır. Həmin mənzil məhkəmə qərarı ilə xxxa veriləndə 2017-ci ilin əvvəllərində icraçılar gəlib ı mənzildən çıxarmaq istədi, lakin mənzildən çıxmadı, mənzildə yaşayış olduğu üçün icraçılar yaşayış olduğuna görə həmin mənzillə bağlı icranı dayandırdı, o da icraçılar gələn zaman orada iştirak etmişdir. X69 müəllimdən başqa bir mənzil tələb etdi, müəllim də həmin mənzilə görə xxxun pul ödəmədiyini bildirib mənzilin a məxsus olmasını bildirmişdir. Lakin təkidlə ona başqa bir mənzil verməyini bildirəndə müəllim həmin mənzilin a məxsus olduğunu, in pul ödəmədiyini bildirib ona girov məqsədi ilə 18-ci mərtəb ədə boş olan mənzil verə biləcəyini, 10-cu mərtəbədə olan mənzil özünə qaytarıldığında girov məqsədi ilə adına yazılmış mənzili geri qaytarmasını bildirmişdir. da müəllimlə razılaşmışdır. Bundan sonra, 17.04.2017-ci il tarixdə o, xanım və sakinlərdən İmani Həsən ofisdə olan vaxt müəllim xanıma bildirdi ki, girov məqsədi ilə ın adına 18-ci mərtəbədə olan 123,4 kvadrat metr sahəsi olan mənzili yazıb versin, xanım da həmin mənzili ın adına rəsmiləşdirdi, müqavilədə də mənzilin girov məqsədi ilə ın adına yazılmasını qeyd etdi, sonra ın vəkili müqaviləni oxuyub gördü ki, 18-ci mərtəbədəki mənzil girov məqsədi ilə ın adına yazılmışdır, müəllimdən xahiş etdi ki, müqavilədən girov sözünü çıxarıb mənzili alqı-satqı kimi ın adına rəsmiləşdirək, müəllim də xanıma alqısalqı kimi ın adına sənədləşdirib girov sözünü müqavilədən çıxarmağını bildirdi, ona görə də xanım yenidən müqavilə yazıb mənzili alqı-satqı kimi ın adına rəsmiləşdirdi. Həmin mənzilə görə pul ödəməmişdir, həmin mənzil girov məqsədi ilə ın adına yazılmışdır. hazırda 10-cu mərtəbədəki evində yaşayır və ikinci mənzilə görə də yalandan pul ödəyib aldığını iddia edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Əminə Abbasova) 2(011)-443/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh 01.06.2016-cı il tarixdə X44 81000 manat məbləğində pul ödəməklə ünvan 4 ünvanda yerləşən A1 blokunun 10-cu mərtəbəsində yerləşən 82,7 kvadrat metr sahəsi olan mənzili satın almış, lakin qeyd edilən mənzilin məhkəmə qərarı əsasında X18 məxsus ol duğunu müəyyən edildiyindən, həmin mübahisənin tərəflər arasında həlli məqsədi ilə İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 17.04.2017-ci il tarixli müqavilə ilə ünvan 4 ünvanda yerləşən A1 blokunun 18-ci mərtəbəsində yerləşən 123,4 kvadrat metr sahəsi olan mənzil Cavabdeh adına rəsmiləşdirmişdir. Tərərflər arasında imzalanmış mübahisələndirilən müqavilənin forma baxımından bütün tələblərə əməl edilməklə bağlansa da, müqavilənin yalan əqd olduğu məhkəmə prosesi zamanı öz təsdiqini tapmışdır. Belə olan halda 17.04.2017-ci il tarixli müqavilə yalan əqd kimi bağlandığından etibarsız hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaya tətbiq edilən bir illik müddətl ə bağlı qeyd etmişdir ki, hazırki iddia üzrə tərəflər mübahisəli müqavilə üzrə öhdəlikləri icra etmədiklərinə görə iddiaçı mübahisəli əqdin etibarsızlığı ilə bağlı tələbi irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış 17.04.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin A1 blokunun 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kvadrat metr təşkil edən yaşayış sahəsini “Kooperativ” Cavabdeh (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, Cavabdeh isə həmin yaşayış sahəsini qəbul etməyi və təhvil veriləcək mənzilin üm umi sahənin ölçüsü 123,4 kvadrat metr təşkil edir, bu sahənin ümumi dəyəri 109000 AZN məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Lakin, mülki iş materiallarında olan sübutlardan, həmçinin AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şahidlərin dindirilməsi protokollarından görünür ki, tərəflər etibarsızlığının müəyyən edilməsi tələb olunan müqavilə üzrə öhdəlikləri icra etməmiş,nə mənzil bir tərəfə verrilmiş, nədəki mənzilə görə nəzərdə tutulmuş pul ödənilməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadı qov) 03 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəril məsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ş üzrə iş materiallarına əlavə edilmiş 17.04.2017-ci il tarixli Maliyyə arayışındarı görünür ki, Cavabdeh Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən A1 blokunun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124,4 kvadrat metr, olan 70 saylı yaşayış sahəsi üçün 109000 AZN məbləğində ödəniş həyata keçirmişdir. Apellyasiya instansiyası tərəfındən iş üzrə qəbul edilmiş yekun məhkəmə qətnaməsində həmin maliyyə arayışına istinad edilsə də, məhkəmə tərəfindən həmin maliyyə arayışı əsas götürülməmiş, qeyd edilən vəsaitin İddiaçı MTK şirkətinə ödənilməsinin təsdiq olunm adığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh təqdim edilmiş maliyyə arayışı İddiaçı MTK-nın sədri H.S.Yigitdöl tərəfindən imzalanmış və möhürlənmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi veb səhifəsi olan www.taxes. gov.az ünvanında Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi bölməsindəki çıxarışa əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi (sədri) Hikmet Yigitdöldür. Qeyd etmək zəruridir ki, məhkəmə tərəfındən 17.04.2017-ci il tarixli maliyyə arayışının hansı səbəbdən sübut kimi qəbul edilməməsi əsaslandırılmamışdır. Məhkəmə İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış müqaviləni yalan əqd kimi xarakterizə etsə də, həmin müqaviləyə əsasən verilm iş 17.04.2017-ci il tarixli Maliyyə arayışının etibarsızlığını müəyyən etməmişdir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında imzalanmış 17.04.2017-ci il tarixli müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3 və 407.2-ci maddələrinin əsasən yazılı qaydada bağlanmış və tərəflər həmin müqaviləni imzalamışdırlar. Müqavilə və maliyyə arayışı İddiaçı MTK-nın rəhbəri tərəfindən imzalanmış və İddiaçı MTK-nın möhürü ilə təsdiqlənmişdir. Məhkəmə tərəfındən etibarsız hesab olunmuş müqavilədə şirkətin rəhbəri kimi sədrin, habelə şirkətin möhürünün həqiqiliyi mübahisələndirilmədiyi halda, müqaviləni yalnız digər əqdi pərdəlmək məqsədi ilə bağlanması əsas gətirilərək etibarsız hesab edilməsi heç bir hüquqi əsasa söykənmir. Apellyasiya instansiyası məhkəməsi tərəfındən 17.04.2017-ci il tarix li müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş maliyyə arayışının surətinin olduğu müəyyən edilsə də, həmin arayışa əsasən cavabdeh tərəfindən iddiaçıya 109000 manat məbləğində ödənilib·ödənilməsinə münasibətdə həmin arayışın həqiqiliyi araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxı şının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcə lləsi: Maddə 324. əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etiba rsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehin kassasiya şikayətində istinad etdiyi qəbz kserosurətdir. MPM-nin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Digər tərəfdən maliyyə arayışı sübut növü olmaqla işdə olan digər mateiallarla tətqiq edilir. İşə baxan məhkəmələr həmin arayışı işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək mübahisələndirilən müqavilə üzrə cavabdeh tərəfindən MTK-ya hər hansı məbləğdə pulun ödənilmədiyini müəyyən etmiş, məhkəmələr işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, prosessual hüquq normalarının pozulması baş verməmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-838/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar