Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4296/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X11 və X5 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(104)-681/2020 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Y.Əliyev, iş № 2(015)-114/2018) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiası təmin edilərək Ağstafa rayonu X7 xx xxxxxx 1998-ci il tarixli 01 saylı qərarı əsasında verilmiş JN-126A KOD 50208028 №-li torpağın mülkiyyətə verilm əsinə dair şəhadətnamənin ləğv edilməsi, X3 miras qalmış yaşayış evinə və 0,06 ha torpaq sahəsinə dair Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, X1 və X4 miras qalmış 0,19 ha torpaq sahəsinə və orada inşa edilmiş yaşayış evinə dair İddiaçı1 və İddiaçı2 adına qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: L.S.Süleymanov, F.Ə.Mehtiyev və İ.Ə.Şəfiyev) maraqlı şəxslər X10 və qeyrilərinin apelyasiya şikayəti qismən təmin edilərək Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi tam ləğv edilmiş, iddia tələbinin Ağstafa Rayon X7 xx xxxxxx 1998-ci il tarixli 01 №-li qərarı əsasında verilmiş JN-126A KO D 50208028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi hissəsində işin icraatına xitam verilmiş, iddiaçılara hazırkı iddia tələbləri ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: L.S.Süleymanov, F.Ə.Mehtiyev və İ.Ə.Şəfiyev) X10 və qeyrilərinin apelyasiya şikayəti qismən təmin edilərək Ağstafa Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Q.A.Kotyalovdan miras qalmış yaşayış evi və 0,26 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin Cavabdeh adına, mərhum X1 və mərhum X4 miras qalmış yaşayış evi və 0,19 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin İddiaçı1 və İddi açı2 adına verilməsi tələbinə dair iddiaları rədd edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X6 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlaka qanun və vəsiyyət üzrə vərəsəliklərinin müəyyən edilməsini, adlarına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. İşə baxılana qədər iddia tələbi dəqiqləşdirilərək Ağstafa rayon X7 xx xxxxxx 1998-ci il tarixli 01 №-li qərarı ilə verilmiş JN-126A KOD 50208028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, X3 miras qalmış yaşayış evinə və 0,06 ha torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin Cavabdeh adına mərhum X2 və mərhum X4 miras qalmış yaşayış evinə və 0,19 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin onların adlarına verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçılar kassasiya şikayəti verərək qərardadın mülki prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilməmişdir. Kassasiya kollegiyasının iclasında İddiaçı2 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən göründüyü kimi iddiaçılar X7 qərarına əsasən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv olunmasını xahiş edərkən hazırda mübahisə edilən yaşayış evinin texniki səhv olaraq mərhum Qasım Kotyalova verilmiş torpaq sahəsinə daxil edilməsini əsas göstərmişlər. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarına, “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 saylı qərarının 31.1.4-cü bəndinə və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndinə əsaslanaraq belə bir nəticəyə gəlmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri inzibati orqan olduğundan, eləcə də inzibati orqanın qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi, yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması bar ədə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyəti qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qərardad prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Ş ərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4296/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4296/2020
23.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver