Məhkəmə qərarları › İş №2(102)-4300/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4300/2022

06.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4300/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri barədə protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “hərracın nəticələri barədə protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilm əsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2066/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 06 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli 2(103)-6411/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı 43000 manat məbləğində borc, 61 manat ödənilməmiş dövlət rüsumu və 500 manat məbləğində xidmət haqqının Cavabdeh2 xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə İddiaçı məxsus ipotekaya qoyulmuş Bak ı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinin ilkin satış qiyməti ana bazar qiyməti ilə qiymətləndirilərək açıq hərrcdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 54000 manat müəyyən edilməsi, cavabdeh İddiaçı Cavabdeh2 olan kredit borcunun həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin cavabdeh İddiaçı qaytarılması, əmlak satıldıqdan sonra 1 ay ərzində cavabdehlər İddiaçı və X1 Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsindən məcburi çıxarılmasına göstəriş verilmi şdir.

2. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinə göndərilmiş, hərracın keçirilməsi icra qurumu tərəfindən "xxxx" MMC-yə həvalə olunmuşdur. "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, hərracın nəticələri haqqında 15 iyul 2019-cu il tarixli Y-188 saylı protokola və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 15 iyul 2019-cu il tarixli müqaviləyə əsasən həmin mənzil 34425 manata Cavabdeh2 tərəfindən əldə olunmuşdur.

3. Cavabdeh2 həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Birgə iddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin, protokolun və alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarix li qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 15 iyul 2019-cu il tarixli Y-188 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 15 iyul 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına qeydiyyata alınmış Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1-ci dön gədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsi məhkəmə qərarına əsasən hərraca çıxarılmış, hərrac "xxxx" MMC tərəfindən keçirilmişdir. Hərracın keçirilməsi barədə "Market" qəzetində elan verilmiş, qəzetdə hərracın keçirilməsinin 10 iyul 2019-cu il tarixinə təyin olunması qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında 15 iyul 2019-cu il tarixli Y-188 saylı protokoldan görünür ki, hərr ac qəzetdə elan verildiyi tarixdə deyil, 5 gün sonra digər tarixdə (15 iyul 2019-cu il) qanunsuz olaraq keçirilmiş və rəsmiləşdirilmişdir. "xxxx" MMC-nin Suraxanı rayon İcra və Probasiya Şöbəsinə 05 iyul 2019-cu il tarixli bildirişinin məzmunundan da göründüyü kimi, hərracın sonuncu keçirilmə tarixi 10 iyul 2019-cu il tarixində nəzərdə tutulmuş və aidiyyatı üzrə qəzetdə elan edilmişdir. Göründüyü kimi, hərrac "xxxx" MMC tərəfindən protokol tərtib olunarkən və müqavilə tərtib olunduğu tarixdə həyata keçirilməmiş, qanunsuz şəkildə tələbkar Cavabdeh2 xeyrinə hərracın nəticələri elan edilmişdir. Bundan əlavə, hərrac protokolundan göründüyü kimi daşınmaz əmlak 54000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5 və 43.7-ci maddələrinə əsasən ev dəyərindən 40 faiz aşağı qiymətə təkrar hərraca çıxarılsa da, mənzilin qiyməti düzgün müəyyən olunmamışdır. (32400 manat əvəzinə 34425 manat). Qeyd olunanlardan əlavə, İddiaçı tərəfindən Cavabdeh2 ümumilikdə 47630 manat (19000 + 4000 + 2000 + 4630 + 8000 + 10000) pul ödənilmişdir. Bu hallar ona dəlalət edir ki, hərrac qanunsuz şəkildə keçirilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(010)2920/2021 saylı qərardadı ilə mənzilin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçıya yazılı bildirişlərin göndərilməməsi, hərracın iddiaçıdan gizli keçirilməsi və əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozulması əsasları ilə İddiaçı cavabdeh "xxxx" MMC-y ə və Cavabdeh2 qarşı hərracın nəticələrinin, protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddia tələbləri üzrə icraata xitam verilmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(010)2920/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən hərrac keçirilənə qədər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əzizxan Eminovun təkidi ilə ümumilikdə 6600 (altı min altı yüz) manat, hərrac keçirildikdən sonra isə 14.000 (on dörd min) manat, ümumilikdə 20.600 (iyirmi min altı yüz) manat icra vərəqəsi üzrə tələbkar Cavabdeh2 ödənilməsi, bütövlükdə isə İddiaçı tərəfindən Cavabdeh2 ümumilikdə 47.630 manat ödənildiyi tədqirdə hərracın keçiriməsinə h ər hansı bir əsasın olmaması barədə iddiaçının dəlilili razılaşmır.

9. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(010)-691/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəlik və öhdəliyin icrasının təminatı olaraq ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməsi tələblərinə dair iddiası təmin olunmamış və həmin məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallar ondan ibarət olmuşdur ki, xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borclu olan İddiaçı və X2 tərəfindən Cavabdeh2 hesabına xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixlərdə cəmi 47606 manat məbləğində pullar köçürülmüşdür.

10. Beləliklə, iddiaçı tərəfindən pul köçürülmələri "xxxx" MMC tərəfində n keçirilmiş hərracın nəticələri haqqında 15 iyul 2019-cu il tarixli, Y-188 saylı “hərracın yekunları üzrə protokol və hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə 15 iyul 2019cu il tarixli müqavilə bağlandığdan sonra həyata keçirildiyindən bu hal hərracın yekunların etibarsızlığına dəlalət edən hal deyildir. Bu halda yalnız cavabdeh tərəfindən əsassız varlanma olub-olmaması araşdırıla bilər, bu isə hazırki iddianın predmeti deyildir.

11. Hərracın saxta qaydalarla keçirildiyini, sözügedən məsələyə dair Suraxanı rayon Prokurorluğunda cinayət işinin başlanmasına dair müvafiq araşdırılma aparılması ilə bağlı iddianın dəlilləri ilə əlaqədar isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu halları təsdiq edən hər hansı sübutlar təqdim edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 185.5, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2066/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov, E.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarı lmışdır. iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunları üzrə 15 iyul 2019-cu il tarixli, Y-188 saylı protokol və hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə 15 iyul 2019-cu il tarixli müqavilə etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi və əmlak əvvəlki hüq uqi vəziyyətinə qaytarılması qət edilmişdir.

16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və onun arvadı X2 tərəfindən Cavabdeh2 xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixlərdə ümumilikdə 47606 manat (19000 + 4000 + 2000 + 4606 + 8000 + 10000) pul ödənilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 həmin pul vəsaitindən 20600 manat hissəsini aldığını, bundan əlavə 27000 manat pul vəsaitinin iddiaçı tərəfindən Cavabdeh2 bank hesabına ödənildiyini, həmin pul vəsaitinin onun bank hesabında olduğunu bildirmişdir.

17. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018ci il tarixli 2(103)-6411/2018 saylı icra vərəqəsində cavabdeh İddiaçı Cavabdeh2 xeyrinə tutulmalı olan cəmi 43561 manat məbləği ndə pul vəsaiti cavabdeh tərəfindən artıqlaması ilə iddiaçıya ödənilmişdir. O cümlədən həmin pul vəsaitinin bir hissəsi hərrac keçirilməmişdən əvvəl ödənilmişdir. İpoteka predmeti olan mənzilə tutma yönəldilməsində əsas məqsəd cavabdeh İddiaçı Cavabdeh2 olan borcunun ödənilməsini təmin etmək olmuşdur. Həmin məqsədə çatıldığından, cavabdehə məxsus olan mənzilin açıq hərracda satılmasına, həm də dəyərindən xeyli aşağı qiymətə satılmasına zərurət olmamışdır.

18. Belə ki, mübahisələndirilən hərrac qanuni əsaslarla keçirilmədiyinə görə onun ləğvi üçün əsas mövcuddur.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 414.4, 415.2, 416.1, MPM-nin 385.1.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin də lilləri

20. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın qanuniliyi məsələsinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə qiymət verildiyinə görə qanunda göstərilməyən əsaslarla, hərrac keçirildiklən sonra tələbin ödənilməsi əsası ilə, hərracın etibarsız hesab edilməsi qanunsuzdur.

22. Cavabdeh2 3050 manat 7% icra xərcinə, 1722 manat hərracın keçirilməsi üçün ödənilməli olan 5% hərrac xərcinə görə ödəniş etmiş, bununla da onun 4722 manat icra xərci çıxmışdır və bu məbləğlər də ipoteka predmetinin hesabına ödənilməlidir.

23. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalı olduğu halda, məhkəmə cavabdehə ödənilməsini ist inad etdiyi pul vəsaitinin hansı sübuta əsasən cavabdehə verilməsinin təsdiq edilməsini göstərməmiş, ipoteka predmetinin hərracda satılmasında uzun müddətdən sonra borc məbləğinin ödənilməsini hərracın ləğv edilməsi üçün hansı qanunun əsas olmasına istinad etməmişdir.

24. Məhkəmə iş materiallarında olan Bank qəbzlərini borcluların tələbkara borcun ödəməsinin sübutu kimi qiymətləndirmişdir. Halbuki, borclular əmlak Cavabdeh2 mülkiyyətinə keçəndən bir il sonra, yəni əmlak hesabına ödənildikdən sonra, müəyyən məbləğdə pul vəsaitini tələbkar Cavabdeh2 adına E-XƏZRİ vasitəsi ilə banka keçirmiş, lakin tələbkar Cavabdeh2 bu məbləği Bankdan götürməmişdir. Yəni qeyd edilən məbləğin cavabdeh tərəfindən qəbul edilməsi barədə hər hansı bir sübut olmadığı halda məhkəmə bu halı borcun tələbkar tərəfində n qəbul edilməsi kimi qiymət vermişdir.

25. Məhkəmə ipoteka predmeti hərracda satıldıqdan sonra borclular tərəfindən borcun tələbkarın adına Banka keçirilməsini borcun ödəməsi kimi qiymətləndirməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

26. Məhkəmə öz qətnaməsinin əsaslandırıcı hissəsində hərracın ləğvi üçün əsasların olmasını göstərsə də, qətnamənin nəticə hissəsində hərracın etibarsız hesab edilməsini qət etmişdir. 27. 10.09.2019-ci il tarixli ödəniş qəbzi ilə Cavabdeh2 10000 manat məbləğində pul vəsaiti hərrac keçirildikdən 2 ay sonra, xx.xx.2019-cu il tarixli ödəniş qəbzi il cavabdehin adına 4000 manat məbləğində pul vəsaiti hərrac keçirildikdən 5 ay sonra, xx.xx.2020-ci il tarixli ödəniş qəbzi ilə cavabdehin adına 19000 manat məbləğində pul vəsaiti hərrac keçirildikdən 1 i l 5 ay sonra və xx.xx.2021-ci il ödəniş qəbzi ilə cavabdehin adına 8000 manat məbləğində pul vəsaiti hərrac keçirildikdən 1 il 8 ay sonra Banka keçirilmiş, lakin həmin pul vəsaitlərinin cavabdeh tərəfindən Bankdan götürülməsi təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir.

28. Beləliklə, ipoteka predmetinə tələbin yönəldilməsi barədə hərrac keçirilərək ipoteka predmetinin hərracda satılmasından 2 ilə yaxın bir müddət keçdikdən sonra heç bir razılaşma olmadan tələbkara olan borcun onun adına banka keçirilməsi hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.

29. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1, “İpoteka haqqında” Qanunun 4.1, MPM-nin 386, 418.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)

30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.

21. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənl əşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

22. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əla və olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Ka ssasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

36. Məhkəmə kollegiy ası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2066/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar