Məhkəmə qərarları › İş №2(102)-4304/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4304/2023

12.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4304/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2(107)780/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Azərb aycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 22 iyul 2005-ci il tarixli 339 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Zaqatala şəhəri Azərbaycan prospekti küçəsində yerləşən 1925-ci ildə tikilmiş, 2 (iki) otaq, ümumi sahəsi-95.0 kv.m olan mənzildən ibarət olan ev 93, mənzil 5 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Zaqatala rayon DTİ, MHQ və ŞKİ-nin xx.xx.2005-ci il tarixli 09 nömrəli sərəncamına əsasən İddiaçı adına qeydə alınmışdır.

2. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2 (033)-691/2021 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilərək, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşə n mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

3. Sahibkar-biznesmen X4 verdiyi 18 avqust 2022-ci il tarixli, 197 №-li Daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı arayışdan görünür ki, X1 mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında 5 nömrəli mənzilin (ümumi sahəsi - 34 m2) real bazar qiyməti təqribi 19.000 (on doqquz min) - 21.000 (i yirmi bir min) manat arasındadır. Analoji şəraitə malik Zaqatala şəhərində yerləşən mənzilin aylıq kirayə haqqı 70 (yetmiş) - 80 (səksən) manat aralığındadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə istifadə hüququna bazar qiymətinə uyğun olaraq 4000 (dörd min) manat kompensasiya ödənilməklə xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 5000 (beş min) manat kompensasiya verilməklə mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən mənzilə Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı X8 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xüsusi mülkiyyətində Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında 5 nömrəli mənzili vardır. İddiaçının həmin mənzil üzərində hüquqları 22 iyul 2005-ci il tarixdə qeydiyyata alınaraq, “Qeydiyyat vəsiqəsi” ilə rəsmiləşdirilmişdir. İddiaçının hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi iş üzrə Cavabdeh Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzilə istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsini və sonuncunun mənzildən çıxarılmasını istəməsidir. Məhkəmənin diqqətinə çatdırm aq istəyir ki, İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93 ünvanında yerləşən 5 nömrəli mənzil oxşar yaşayış sahələrinin aylıq kirayə haqqı 80-100 manat təşkil edir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 iddianı qəbul etməyərək, göstərmişdir ki, Cavabdeh hazırda həmin evdə yaşamır. İddiaçı tərəfindən təklif edilən 5000 manat məbləğində kompensasiya cavabdehin Zaqatala şəhərində eyni şəraitdə yaşaması üçün kifayət etmir. Cavabdeh 7000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsinə razıdır. Hazırki kompensasiya məbləği ilə razı olmadığından iddianı qəbul etmir və əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(033)-28 1/2023 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh 5.000 manat kompensasiya ödənilməklə Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzildən çıxarılması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 22 iyul 2005ci il tarixli 339 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Zaqatala şəhəri Azərbaycan prospekti küçəsində yerləşən 1925-ci ildə tikilmiş, 2 (iki) otaq, ümumi sahəsi-95.0 kv.m olan mənzildən ibarət olan ev 93, mənzil 5 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Zaqatala rayon DTİ, MHQ və ŞKİ-nin xx.xx.2005-ci il tarixli 09 nömrəli sərəncamına əsasən İddiaçı adına qeydə alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2 (033)-691/2021 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilərək, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 5000 manat kompensasiya verilməklə cavabdehin onun xüsusi mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili cavabdehin iddia tələbini qəbul etmədiyini, 7000 manat kompensasiya verildiyi halda yaşadığı mənzildən istifadə hüququna xitam verilməsinə cavabdehin razı olduğunu bildirmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Belə olan halda, iddianın təmin edilməsinin mümkünlüyü t əklif edilən kompensasiyanın məbləğinin ağlabatan həcmdə olmasının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.

11. Məhkəmə təklif olunan kompensasiyanın cavabdehin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun xitamı üçün bazar qiymətlərinə uyğun, yetərli olub-olmamasını müzakirə edərək, hesab edib ki, İddiaçı tərəfindən Cavabdeh Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93, mənzil 5 ünvanında yerləşən mübahisəli evdəki istifadə hüquqlarına xitam verilməsi üçün təklif edilən 5000 manat məbləğdə kompensasiya ağlabatan olmaqla, cavabdehin mənafeyinə uyğundur.

12. Belə ki, iş materiallarından, o cümlədən yuxarıda istinad olunan daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı 18 avqust 2022-ci il tarixli 197 nömrəli arayışdan görünür ki, Zaqatala şəhərində mübahisə predmeti olan yaşayış evinə oxşar evdə bir nəfər üçün kirayə haqqı aylıq 70-80 manatdır, 1 otaqlı evin real bazar qiyməti isə təqribən 19000-20000 manat arasındadır. Belə olan halda iddiaçı tərəfindən təklif olunan 5000 manat kompensasiya elə bir əvəzləşdirmədir ki, cavabdehin davamlı surətdə başqa yerdə (Zaqatala şəhərində) əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamasına imkan verir. Bu xüsusda təklif olunan kompensasiya bazar qiymətlərinə uyğun, Zaqatala şəhəri, Azərbaycan prospekti, bina 93, mənzil 5 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququnun itirilməsi üçün yetərlidir. Hazırki iş üzrə yuxarıda qeyd olunan hallar təklif edilən 5000 manat kompensasiya məbləğinin yetərli olması qənaətinə gəlməyə əsas verir.

13. Məhkəmə hesab etmişdir ki, Cavabdeh 5000 manat kompensasiya verilməklə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzilə Cavabdeh istifadə hüququna xitam verilməsi və cavabdehin həmin evdən çıxarılması barədə iddia əsaslıdır və təmin edilməlidir.

14. Məhkəmə həmçinin hesab etmişdir ki, əks hal iddiaçının öz mülkiyyətində olan mənzildən maneəsiz istifadə hüququna maneə yaratmaqla iddiaçını həddən artıq məhdudiyyət yükünə məruz qoyardı və vətəndaşların mənzillə təmin olunmasında ifadə olunan ictimai maraqla fərdi şəxsin mənzilə mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlı q prinsipini iddiaçının ziyanına pozmuş olardı.

15. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzil 1 otaqdan ibarətdir və məhkəmə qətnaməsi ilə Cavabdeh həmin mənzilə istifadə hüquqları müddətsiz olaraq müəyyən olunmuş, yəni bu xüsusda İddiaçı həmin mənzilə mülkiyyət hüquqları müddətsiz olaraq məhdudlaşdırılmışdır. Faktiki olaraq iddiaçının öz mənzili üzərində mülkiyyət hüquqlarının bərpası müddəti qeyri-müəyyəndir.

16. Məhkəmə həmçinin qeyd edib ki, iddiaçı da mənzilə mülkiyyət hüquqlarının bərpa edilməsi üçün cavabdehə mübahisəli mənzilin bazar dəyərinin 1/4 hissəsi miqdarında-5000 manat kompensasiya ödəyir ki, bu məbləğlə də eyni şərtlər daxilində oxşar mənzildə 5 ildən artıq müddətdə yaşamaq mümkündür. Bu həm də iddi açının pensiyaçı olması, pensiyasından başqa digər qazancının (gəlirinin) olmaması, cavabdehə 5000 manatdan artıq kompensasiya ödənilməsi üçün lazımi maddi imkana malik olmaması və başqa yaşayış sahəsinə malik olmaması, iddiaçının qadın olması, cavabdehin isə kişi olması və onların hazırda bir-birinə yad insanlar olması kontekstində cəmi 1 otaqlı mənzildə birlikdə yaşamasının qeyri mümkün və qeyri-etik olması kontekstində ədalətlidir.

17. Məhkəmənin qənaətinə görə əslində mülkiyyət hüquqları qeyri-müəyyən müddətə məhdudlaşdırılan və bununla da bu hüquqların bərpa olunması qeyri-müəyyən müddətlə əlaqələndirilən iddiaçının cavabdehə 5 ildən artıq müddətə eyni şərtlər daxilində eyni mənzildə yaşamaq imkanı verəcək mənzilin real bazar dəyərinin 1/4 hissəsi miqdarında 5000 manat kompensasiya öd əməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi iddiaçının mənzilə mülkiyyət hüquqlarının tam bərpa olunması üçün qanuni və ədalətli əsasdır. İddiaçının sözügedən mənzilə mülkiyyət hüquqlarının bu faktoloji və hüquqi əsaslarla bərpa olunmasından imtina edilməsi onun mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir.

18. İddia təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh 5000 manat kompensasiya ödənilməklə Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzildən istifadə hüququna xitam verilməli və Cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzildən çıxarılmalıdır.

19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71.1-ci maddəsinə, Mülki Məcəllənin 139, 146, 15 2, 157.2, 164, 165, 225.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 48.1, 48.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslanmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Cavabdeh iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir.

21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 5.000 manat kompensasiya məbləği cavabdeh üçün yetərli deyildir və həmin məbləğ mübahisəli mənzildən cavabdehin istifadə hüquqlarına xitam verilməsi üçün ağlabatan olmamaqla, işin həqiqi hallarına uyğun deyil. Çünki, qeyd olunan normanın mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstə rməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli idi. Məhkəmə isə kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etmək üçün ən azından qiymətləndirici təyin etməklə işi tam və hərtərəfli həll etmək olardı. Lakin məhkəmə sahibkar-biznesmen X4 verdiyi 13 avqust 2022-ci il tarixli “Daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı arayışa” istinad edərək, Zaqatala şəhəri üçün kompensasiya məbləğini müəyyən etmişdir. Qeyd edilməlidir ki, Zaqatala Rayon Məhkəməsinin müəyyən etdiyi 5.000 manat kompensasiya məbləği Zaqatala şəhəri üçün açıq-aşkar bazar qiymətlərinə uy ğun deyil və mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Sözügedən arayışda ünvan 2 ünvanda 5 nömrəli mənzilin (ümumi sahəsi - 34 m2) real bazar qiyməti təqribi 19.000- 21.000 manat arasında olması, analoji şəraitə malik Zaqatala şəhərində yerləşən mənzilin aylıq kirayə haqqı 70- 80 manat aralığında olması isə hazırki vəziyyətdə 2023-cü ilə görə Zaqatala şəhəri üçün mümkün olmayan qiymətlərdir.

22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2(107)-780/2023 saylı qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Rövşən Rəfiyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(033)-281/2023 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia ərizəsi rədd edilmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki halda iddiaçı ona məxsus olan fərdi yaşayış evindən istifadə hüququna görə cavabdehə 5.000 manat kompensasiya təklif etmişdir. Cavabdeh isə iddia ilə razılaşmır və ona 7.000 manat məbləğində kompensasiya verilməsini tələb edir və həmin məzmunlu apellyasiya şikayəti vermişdir. 24. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n 26 sentyabr 2007-ci il tarixli Qərarındakı mövqeyini əsas tutmaqla, məhkəmə kollegiyası 7.000 manat kompensasiyanın ödənilməsini daha ədalətli və ağlabatan hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi kimi, analoji şəraitə malik Zaqatala şəhərində yerləşən mənzilin aylıq kirayə haqqının 70- 80 manat aralığında olması hazırki vəziyyətdə 2023-cü ilə görə Zaqatala şəhəri üçün ağlabatan deyil.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, eyni zamanda, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.

26. Hazırki iş üzrə məhkəmə kollegiyası cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün id diaçının təklif etdiyi 5000 manat kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, kompensasiyanın məbləğinin 7.000 manat müəyyən edilməsini təklif etmiş, iddiaçı tərəf isə məbləğin artırılması ilə razılaşmamaqla iddia tələbinin 5000 manata münasibətdə təmin olunmasını tələb etmişdir.

27. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşa yış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.

28. Məhkəmə hesab edib ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

29. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228-ci maddələrinin, “Mülki Məcəllənin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konsti tusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassator, kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən aydın olur ki, vəkil sorğusu əsasında alınmış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25 dekabr 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş DTXK Balakən rayon şöbəsi tərəfindən idarəmizə təqdim edilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında Cavabdeh və ailə üzvlərinin (subyektlərin sayı - 4 nəfər) ümum birgə mülkiyyətində ünvan 4i ünvanda yerləşən “JN-1106 nömrəli Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı sənədində qeyd olunan 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və A 199689 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə qeyd olunan 1036,15 kv.metr həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Həmin torpaq sahələri üzrə mülkiyyət hüququnun tanınması ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin 11 yanvar 2021-ci il tarixli arxiv arayışından görünür ki, ünvan 4 XDS İcraiy yə Komitəsinin və İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən, 1980-2010-cu illər üzrə:

1. Cavabdeh (a/başçısı).

2. X2—arvadı.

3. X6—qızı.

4. X5—oğlu.

5. X7—oğlu. Evin 1972-ci ildə, damın 1973-cü ildə tikilməsi, həyətyanı torpaq sahəsinin mövcud olması, xx.xx.2010-cu ildən X3 təsərrüfat başçısı təyin edilməsi qeyd edilmişdir. 06 yanvar 2021ci il tarixli arayışdan görünür ki, ünvan 4 XDS İcraiyyə Komitəsinin və İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1059 saylı şəxsi hesab nömrəsi ilə 2015-2020-ci illər üzrə təsərrüfat başçısı kimi 1980-ci ildə doğulmuş X7 və onun atası 1944-cü ildə doğulmuş Cavabdeh həmin təsərrüfatda qeydiyyatda olması göstərilmişdir. Həmçinin, iş materiallarında olan daşınmaz əmlakın real bazar qiyməti ilə bağlı 18 avqust 2022-ci il tarixl i arayışından görünür ki, Zaqatala şəhərində mübahisə predmeti olan yaşayış evinə oxşar evdə bir nəfər üçün kirayə haqqı aylıq 70-80 manatdır, 1 otaqlı evin real bazar qiyməti isə təqribən 19.000-20.000 manat arasındadır. b) Kassasiya şikayətinə dair etirazın dəlilləri

32. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.2. Sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

35. Maddə 152.3. İstifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təb ii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

38. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilməd ən, şikayəti təmin etmədən saxlaya bilər.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən madd i və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

55. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, hazırkı halda iddiaçı, ona məxsus fərdi yaşayış evindən istifadə hüququna görə cavabdehə 5.000 manat kompensasiya təklif edir.

56. Cavabdeh isə iddia ilə razılaşmır və ona 7.000 manat kompensasiya ödənilməli olmasını göstərib, ona etiraz edir. 57. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarındakı mövqeyini əsas tutmaqla, məhkəmə kollegiyası 7.000 manat kompensasiyanın ödənilməsini daha ədalətli və ağlabatan hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi kimi, analoji şəraitə malik Zaqatala şəhərində yerləşən mənzilin aylıq kirayə haqqının 70- 80 manat aralığında olması hazırki vəziyyətdə 2023-cü ilə görə Zaqatala şəhəri üçün ağlabatan deyil.

58. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.

59. Hazırkı iş üzrə apellyasiya instansiyas ı məhkəməsi, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 5.000 manat kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, kompensasiyanın məbləğinin 7.000 manat müəyyən edilməsini təklif etmiş, iddiaçı tərəf isə məbləğin artırılması ilə razılaşmamaqla iddia tələbinin 5000 manata münasibətdə təmin olunmasını tələb etmişdir.

60. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməs ini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.

61. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur və birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, mülki iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

62. Göstərilənlərə əsasən, kassa siya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyul 2023-cü il tarixl i, 2(107)-780/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar