Məhkəmə qərarları › İş №2(102)-4306/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4306/2022

01.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4306/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4306/2022 (Açar sözlər: buraxılmış prosessual müddətin bərpasından imtina, kassasiyanın qaytarılması) Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər ibarət tərkibdə, İddiaçı cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-318/20 21 nömrəli, 24 may 2022-ci il tarixli qərardadından Cavabdeh2 kassasiya şikayətinə 01 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə Balakən rayon Məhkəməsinə müraciət edərək mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evi və 0,1016 ha həyətyanı torpaq sahəsi üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsinə dair 26 may 2021-ci il tarixli, V-272/2017 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Birinci in stansiya məhkəməsi iddiaçını ərizəsi əsasında notariat ofisini əsl cavabdeh olan notarius Cavabdeh2 ilə əvəz etmişdir.

3. Balakən Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(019)-1138/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, V272/2017 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh Balakən regional "Asan xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 10 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Zamin Tahirov) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 apellyasiya şikayət vermişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(107)-318/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-1138/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh 12 may 2022-ci ildə elektron kabinet vasitəsi ilə kassasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsi“ barədə vəsatət də əlavə etmişdir.

7. Vəsatət belə əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)318/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili olduğu şəxs kassasiya şikayəti yazaraq xx.xx.2022-ci il tarixində poçt vasitəsilə göndərmişdir. Lakin həmin kassasiya şikayəti qan unvericilikdə tələb olunan formada verilməmişdir. Belə ki, şikayət vəkil tərəfindən imzalanmamış və dövlət rüsumu da əlavə olunmamışdır. Bu səbəbdən kassasiya şikayəti verilsə də qanuna müvafiq qaydada verilməmişdir. Belə olduğu halda hazırki kassasiya şikayəti formal cəhətdən də olsa prosessual müddətinin ötürülməsi ilə nəticələnə bilər. Ona görə də formal cəhətdən buraxılmış prosessual müddətin bərpasına ehtiyac yaranıbdır.

8. Şəki Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(107)-318/2022 nömrəli qərardadı ilə prosessual müddətin bərpası barədə vəsatət (ərizə) təmin edilməmiş, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdehə geri qaytarılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisi nin xüsusi notariusu Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 kаssаsiyа şikаyəti verilməsi üçün qаnunlа nəzərdə tutulmuş müddətə riаyət etməmişdir. Ona görə də müddətin bərpаsı üçün əsаs yоxdur. Birincisi ona görə ki, iş materiallarında olan qətnamənin çatdırılması üçün olan poçt zərfinin qəbulu ilə bağlı xəbərnaməyə əsasən 04 mart 2022-ci il tarixdə poçt zərfi Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə çatdırılmış və “X2” adlı şəxs tərəfindən imza edilərək rəsmi qaydada qəbul edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən verilmiş vəsatət əsassız olmaqla, iş materialları ilə öz təsdiqini tapmır. İkincisi, cavabdeh tərəf sözügedən qətnamədən kassasiya şikayəti yazaraq xx.xx.2022-ci il tarixdə “Alib Express“ sürətli məktub və bağlama daşıması xidməti vasitəsilə də göndərmiş, h əmin şikayət xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Halbuki bu, inandırıcı və ağlabatan görünmür. Çünki bu kateqoriya xidmətlər məktub və bağlamaları daha qısa müddətə çatdırırlar.

10. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdeh bu kassasiya şikayətini verməklə, sonradan, yəni elektron qaydada verilmiş kassasiya şikayətinin müddətinin bərpasına cəhd göstərmişdir. Bundan əlavə həmin kassasiya şikayəti də prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verilmiş, şikayət elektron qaydada verilməməklə yanaşı, vəkil tərəfindən imzalanmamış və dövlət rüsumu da əlavə olunmamışdır.

11. Apellyasiya instansiyası məhkəməsi belə nətisəyə gəlmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti birinci halda qanunvericiliyin tələbinə riayət ed ilmədən, ikinci halda isə müddət buraxılmaqla verilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Şəki Apellyasiya Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Barəsində kassasiya şikayəti verilən Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(107)-318/2022 nömrəli qətnаməsi Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə çatdırılmış və X2 tərəfindən 04 mart 2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Buna görə d ə buraxılmış müddətin üzrlü hesab edilməsi üçün heç bir əsas yoxdur

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 10-1.3, 128.1, 130.1, 130.3, 135.6, 146, 405.0.1, 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (vəkil X4) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunmasını və qətnamədən verilmiş kassasiya şikayətinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. b)

16. Kassasiya şikayətinə qarşı etirazın d əlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3.“Kommersiya mübahisələri“üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə işt irak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Bu Məcəllənin“135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin“134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün ə sasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Hazırk ı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qərardadı tam yoxlayır.

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

22. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(107)-318/2022 nömrəli qətnаməsi Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə çatdırılmış və X2 tərəfindən 04 mart 2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Cavabdeh tərəfindən iki dəfə kassiya şikayəti verilib. Birinci dəfə poçt vasitəsilə təqdim edilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış, şikayətə görə dövlət rüsümu ödənilməmişdir. Elektron kabinet vasitəsilə verilmiş ikinci dəfə verilmiş kassasiya şikayəti isə müddət buraxılmaqla verilmişdir. Apellyasiya instansiyası məhkəməsi buraxılmış müddəti üzrlü hesab etməmişdir.

23. Şəki Apellyasiya Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunması nəzərə alınarsa, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 10-1.3, 407.4, 408.1.3, 408.1.4-cü maddələrinin tələblərinə uyğun olmuşdur.

24. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. 25.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Balakən re gional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-318/2021 nömrəli, 24 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar