Məhkəmə qərarları › İş №2(102)-4309/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4309/2022

31.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4309/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və X10 cavabdehlər Bakı şəhəri 19 saylı Notariat ofisinə və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4309/2022 (Açar sözlər: qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi) Bakı şəhəri 31 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İdd iaçı2 və X10 cavabdehlər Bakı şəhəri 19 saylı Notariat ofisinə və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2655/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Miras qoyan X13 xx.xx.2017-ci il vəfat etmiş və onun ölümündən sonra miras qalmış əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/4 hissəsi, Renault 12 minik markalı 10GK679 dövlət nömrə nişanlı və “QAZ 31105 120” minik markalı 10ND241 dövlət nömrə nişanlı nəqliyyat vasitələri, “Unibank KB“ ASC-nin xx.xx.2019-cu il tarixli HD/2984 nömrəli məktubuna əsasən X6 adına ödəniləcək 1079,45 manat kompensasiyadan ibarət olmuşdur.

2. Miras açılarkən miras qoyanın 6 nəfər birinci növbə vərəsələri məlum olmuşdur: arvadı mərhum X18; xx.xx.1977-ci il təvəllüdlü oğlanları Cavabdeh2 və İddiaçı1; xx.xx.1975-ci il təvəllüdlü qızı X14; xx.xx.1982-ci il təvəllüdlü oğlu X20; xx.xx.1985-ci il təvəllüdlü qızı İddiaçı2.

3. X6 ölümündən sonra arvadı X18 və oğlu Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək mərhum X6 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik şəhadətnamələri almışdır. O cümlədən Cavabdeh2 xx.xx.2017-ci il tarixdə ölmüş X6 vərəsəsi kimi miras əmlaka daxil olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/4 hissəsindən 1/4 hissədə pay almasına dair xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, X15 və X20 cavabdehlər Bakı şəhəri 19 saylı Notariat ofisinə və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 adına 26 aprel 2019-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhad ətnamənin və onun əsasında Dövlət Reysestri Xidməti tərəfindən müvafiq mülkiyyət hüququna dəyişikliyə dair qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və iddiaçıların ataları X4 qalmış miras payının qanun üzrə vərəsələr arasında bərabər şəkildə bölünməsinə və münasib şəkildə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 19 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçıların ataları və anaları X13 ilə X8 birgə nikahlarından İddiaçı1, X16, X20, X14 və Cavabdeh2 doğulmuşlar. İddiaçıların ataları X13 ilə onun anası X8 birgə nikahları dövründə Bakı şəhəri, X.Dadaşov küçəsində yerləşən 206 nömrəli ev əldə olunmuşdur. İddiaçıların ataları X13 13 dekabr 2017-ci il tarixində ölmüşdür və heç bir vəsiyyətnamə qoymamışdır. Bundan sonra iddiaçıların xəbəri olmadan Cavabdeh2 atasının adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş Bakı şəhəri, X.Dadaşov küçəsi, ev 206-nın çox hissəsini əldə etmək üçün atasının vərəsləri barədə Notariat ofisinə düzgün olmayan məlumat verərək atasının tək vərəsəsi kimi özünü göstərmişdir. Bunun nəticəsində isə, cavabdeh Bakı şəhəri, 19 saylı notariat ofisi Cavabdeh2 adına 26 aprel 2019-ci il tarixli Qanun üzrə Vərəsəlik haqqında Şəhaydətnamə verərək Cavabdeh2 atası X7 adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş Bakı şəhəri, X.Dadaşov küçəsi, ev 206-nın 1/4 hissəssinin Cavabdeh2 adma rəsmiləşdirilməli olması qərarına gəlmişdir. X7 bir deyil, beş uşağı olmu şdur ki, Bakı şəhəri, 19 saylı Notariat ofisi yuxarıda qeyd olunan qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni qanunsuz olaraq vermişdir və həmin şəhadətnamə etibarsız hesab olunmalıdır.

6. Cavabdeh2 iddia ərizəsinə etiraz və mülahizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onlar ailədə 3 qardaş və 2 bacı olmuş, birlikdə ünvan 2 ünvanında yaşamışdırlar. Mərhum atası X6 adına Bakı şəhəri Yasamal rayonu Xaqani Dadaşov küçəsi istifadədə olan 0.03802 ha, torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 63 kv.m yaşayış - kv.m qeyri-yaşayış, 30.5 kv.m köməkçi sahədən ibarət 206 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3 1/4 hissə, Cavabdeh2 1/4 hissə və X6 2/4 hissə adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində qeydiyyata al ınmış, **********0-10301 Reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə mülkiyyət hüquqi əsasında qeydiyyatdan keçmişdir. Hər iki valideynin sağlığında onun ¼ hissədə payı mövcud olmuşdur. Mərhum atası X13 xx.xx.2017-ci il tarixdə rəhmətə getmiş, heç bir vəsiyyətnamə qoymamış, qanun üzrə vərəsələr arasında miras kütləsinə daxili olan əmlak bölünən zaman, miras kütləsinə daxil olan əmlakdan ona düşən 8/40 hissəni götürmüş, qardaşları, bacıları və mərhum anaları X11 düşən 12/40 hissə isə açıq saxlanılmışdır. O, 1/6 hissəni qəbul etmiş və həmin hissəyə dair çıxarış almışdır. Mərhum anası X18 xx.xx.2020-ci ildə rəhmətə getdikdə, onun adına olan əmlakdan 8/40 hissəni almış, miras kütləsinə daxil olan əmlakın 12/40 hissəsi isə açıq saxlanılmış, idiaçılar bu barədə Bakı şəhəri 19 saylı notariat kontoruna müraciət etməmiş, iddiaçıların adına heç bir əmlak rəsmiləşdirilməmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-304/2022 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar atasının ölümündən xəbərdar olmuş, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişlər. Miras qoyan X13 vəfat edən zaman iddiaçılar tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı notariat ofisinə hər hansı ərizə verilməmişdir. Bundan başqa, miras qoyan X13 vəfat etdikdən sonra iddiaçıların heç biri miras əmlaka daxil olan əmlaklara faktiki sahibliyi həyata keçirməmişlər. Miras əmlaka daxil olan Bakı şəhəri, Yasam al rayonu, Xaqani Dadaşov küçəsində istifadədə olan 0,03802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 63 kv.m yaşayış, 30,5 kv.m köməkçi sahədən ibarət 206 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə X9 məxsus olan 2/4 hissəsində cavabdehin oğlu yaşayır. İddiaçılar isə həmin ünvanda yerləşən digər tikililərdə yaşayırlar.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı maneə mövcud olmamış, lakin miras əmlakın əldə edilməsinə yönələn hərəkət etməmişlər. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisə edilən miras əmlak cavabdehin adına rəsmiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol v erilməmişdir.

10. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, miras qalmış əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçılar tərəfindən miras əmlakı qeyriformal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən miras əmlakları heç faktiki olaraq da qəbul edilməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir.

11. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddia tələbi verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən iddia tələbinin digər hissələri bununla bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi digər hissələrdə də təmin edilə bilməz.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.2, 1243.3, 1246, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçılar İddiaçı1, İddiaçı2 və X21 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahi ş etmişdir.

14. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, Cavabdeh2 vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariusa müraciət edərkən digər vərəsələrin olduğu yer ona məlum olsa da onların bu vərəsəliklə bağlı çağrılması üçün heç bir tədbir görməmiş və digər vərəsələrin məlumatı olmadan şəhadətnamə almışdır. Bundan başqa, iddiaçı Fərqanə Qadaşova hələ atasının sağlığından atasına məxsus Bakı şəhəri, X.Dadaşov küçəsindəki 206 nömrəli evdə yaşamış, atası vəfat etdikdən sonra da həmin mənzildə yaşamışdır. Digər iddiaçı, İddiaçı1 isə atasının 40 mərasimindən sonra anasının xəstəliyi ilə əlaqədar, həmin ünvanda yerləşən lakin dövlət qeydiyyatından keçməyən digər tikilidə ailə üzvləri ilə birgə köçüb 1 il 8 ay yaşamış, sonradan həmin mənzildən elə həmin ünvanda yaşayan digər tik iliyə köçmüşdür. Digər iddiaçı X21 isə həmin ünvanda ev tikdirmiş, bununla bağlı hələ iş üzrə Cavabdeh2 tərəfindən həmin tikilinin sökülməsi barədə iddia qaldırılmışdır. Göründüyü kimi, qeyd olunan ünvanda ünvan 3nda yerləşən torpaq sahəsində miras qoyan tərəfindən tikdirilmiş digər daşınmaz əmlaklar da mövcud olmuş və iddiaçılar da qeyd olunan ünvanda yaşayaraq miras əmlakı faktiki olaraq qəbul etmişlər.Qanunun tələbinə əsasən mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq miras tamamilə qəbul edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2655/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elş ən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlham Kərimli) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, X1 miras qalmış, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsindəki 206 nömrəli fərdi yaşayış evinin 2/4 hissəsindən ibarət miras əmlakın ¼ hissəsinə dair Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına 26 aprel 2019-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, bu şəhadətnamə əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarış ləğv edilmiş, X1 miras qalmış, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsindəki 206 nömrəli fərdi yaşayış evinin 2/4 hissəsindən ibarət miras əmlakın ¼ hissəs inə iddiaçılar İddiaçı1 160/17 (yüz altmışda on yeddi) hissədə, İddiaçı2 160/17 (yüz altmışda on yeddi) hissədə, X12 160/17 (yüz altmışda on yeddi) hissədə, Cavabdeh2 160/17 (yüz altmışda on yeddi) hissədə qanun üzrə vərəsəlik hüquqlarının tanınması və payların müəyyən edilməsi, həmin hissələrdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 19 saylı Notariat Ofisinə həvalə edilməsi qət edilmişdir.

16. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, hazırki işdə iddia üzrə faktiki halların Mülki Məcəllənin 1133.1, 1133.2,1159.1, 1243, 1246-cı maddələrinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır.

17. Belə ki, iddiaçıların miras qoyan öldükdən sonra miras əmlakı faktiki qəbul etmələ rini Cavabdeh2 ümumiyyətlə mübahisələndrməmiş, yalnız iddia ərizəsinə etiraz və mülahizə təqdim edərək iddia tələbinə etiraz etdiyini və tələbin qanunvericiliyin tələbinə uyğun olmadığı üçün rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir(bax i.v.22-23). Apellyasiya baxışı zamanı da izahatında miras qoyan atası öldükdən sonra 1 il 8 ay müddətində miras əmlakın qeydə alınmış hissəsində yalnız iddiaçı bacısı İddiaçı2 yaşadığını etiraf etmişdir. Cavabdeh2 izahatından belə çıxır ki, heç özü də miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmişdir. Ancaq nə qədərki, nə cavabdeh, nə də iddiaçılar bir-birinin miras əmlakı faktiki qəbul etmələrini açıq-aşkar mübahisələndirmir, demək onların miras əmlakı faktiki qəbul etmələri mübahisəsizdir. Yəni, həm digər iddiaçılar, həm də cavabdeh mübahisəli ünvanda, daha dəqiq deyilsə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hissəyə bitişik, onun üstündə, ona bağlı, hələ miras qoyanın sağlığında inşa olunmuş, lakin qeydə alınmasa da, miras əmlakın tərkib hissəsi olan tikililərdə yaşamaları iş materialları ilə təsdiq olunur. Bu faktı tərəflər təkzib etmir. Cavabdeh bu faktı təkzib etmirsə, onda iddia tələbinə nəyə əsasən etiraz etdiyini və iddianın niyə rədd olunmalı olduğunu açıqlamalı idi, lakin açıqlamamışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halları yaxud bəyan etdiyi halları cavabdeh sübuta yetirməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü bilavasitə onun üzərinə düşürdü. Ancaq cavabdeh bu halları sübu edə bilmir. Bundan başqa, həm iddiaçıların, həm də cavabdehin mirasın qəbul etməsi üçün mütləq notariat kontoruna müraciət etmələri məcburi şərt olmamışdır. Yəni, miras qanunun tələbinə əsasən faktiki qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu, mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Çünki, miras əmlakın faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi yaxud bunun üçün notariat orqanına yaxud məhkəməyə müraciət edilməli olması haqqında nəticə isə əsaslı hesab oluna bilməz.

19. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Demək, iddiaçıların qanun üzrə vərəsəlik qaydasında faktiki qəbul etdiyi mübahisəli fərdi yaşayış evini miras əmlak kimi qəbul etmələri ümumiyyətlə hər hansı bir mübahisə doğurmamalıdır.

20. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, iddiaçıların mərhum anaları Sayibə Qədəşovadan miras qalmış, hər birinin məhz həmin evə 3/40 hissədə qanun üzrə vərəsəlik hüququ tanınaraq artıq paylı mülkiyyətləri olması faktı da bilavasitə hazırki iddianın əsaslı olmasına dəlalət edən amillər hesab edilir. Göründüyü kimi, ümumən həm iddiaçıların, həm də cavabdehin miras evi faktiki qəbul etmələri müəyyən edilsə də, birinci instansiya məhkəməsi maddi hüquq normalarına uyğun qətnamə çıxarmaq əvəzinə, Mülki Məcəllənin vərəsəliklə bağlı normalarının tələblərini, eləcə də Mülki Prosessual Məcəllənin sübutetmə vəzifəsinə dair müddəalarını pozmuşdur.

21. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi qənaətində sanki iddiaçıların miras əmlakı faktiki qəbul etmədiklərinə dair cavabdehin iddia tələbinə etirazının əsası kimi istinad etməli olduğu halları sübut etmək yükünü öz üzərinə götürmüşdür. Çünki, iş materiallarında cavabdehin nə vaxtsa belə bir fikir söyləməsi görünmür. Onda məhkəmə hansı əsasla iddiaçıların miras əmlakı faktiki, yəni qeyri formal üsulla qəbul etmədiklərini israrla sübut etməyə cəhd edir. Məhkəmənin vəzifəsi hansısa halları sübuta yetirməyə ç alışmaq deyil, tərəflərə sübutların tədqiqi üçün lazımi bərabər şərait yaratmaq olmalı idi. Ancaq məhkəmə cavabdehdən iddiaçıların miras əmlakı faktiki qəbul edib-etməmələrin ümumiyyətlə soruşmur. Bu cür vəziyyətdə məhkəmənin mövqeyi ümumiyyətlə anlaşılan olmamışdır.

22. Göstərilənlərdən əlavə, miras qoyanın iddiaçılar və cavabdehdən başqa X5 adlı övladının anası Sayibə Qədəşovadan miras qalmış mübahisəli miras evin 3/40 hissəsinə vərəsəlik hüququ tanınaraq paylı mülkiyyət hüququ artıq qeydə alınsa da, o, hazırki iddia üzrə mərhum atasından miras qalmış evin 5/40 hissəsindən qanun üzrə vərəsəlik qaydasında miras payı tələb etmək istəmədiyini yazılı ərizəsi ilə ifadə etmişdir(bax.i.v.119).

23. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, miras əmlakın ¼ hissəsinə(5/40 hissəsinə) yaln ız iddiaçıların və cavabdehin qanun üzrə vərəsəlik qaydasında bərabər miras payları müəyyən edilməlidir. Bununla əlaqədar, həm mübahisəli evin digər paylı mülkiyyətçilərinin, həm də miras qoyanın vərəsələrinin miras evdə paylarının dəqiq və düzgün müəyyən edilməsi, eləcə də bu payların daşınmaz əmlakın Dövlət reyestrində hüquqların qeydiyyatı zamanı anlaşılmazlığın yaranmaması üçün yuvarlaq riyazı rəqəm 160 götürülməli və paylar həmin rəqəm nəzərə alınmaqla müəyyən edilməlidir. Bunun üçün iddiaçıların və cavabdehin hər birinin mübahisəli evdə payları 17/160 hissədə, X2 payı 12/160 hissədə olacağı halda, digr mülkiyyətçilərin də hər birinin payı 40/160 hissə kimi göstərilə bilər.

24. Bunlarla yanaşı, apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçılar iddia tələbində...qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında Dövlət Reysestri Xidməti tərəfindən müvafiq mülkiyyət hüququna dəyişikliyə dair qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini qeyd etmələri qeydiyyatın və çıxarışın ləğvinin deyil, etibarsızlığının tələb edildiyini əsas götürərək bu əsasla iddianın bu hissəsinin rədd olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçıların bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1).

25. Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Başqa sözlə, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddia edənin istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin və ya rədd, yaxud qismən təmin və ya rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion pri nsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya baxışı zamanı da iddiaçıların həqiqi istəyinin əsas tələbdən asılı olduğuna görə qeyd olunan tələblərin, yəni cavabdehin adına mübahisəli evin, mübahisələndirilən hissəsinin mülkiyyət hüququ ilə qeydiyyatın aparılmasının və çıxarışın ləğv edilməsinə, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində bərabər paylarının müəyyən olunmasına nail olmaq olduğu müəyyən edilmişdir.

26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1159.1.1, 1243.3, 1246,, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh2 (Vəkil) kassasiya ş ikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq, maddi və prosessual normalara riayət olunmasını yoxlamalıdır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya məhkəməsinin təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki hallar əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir.

29. Kassator şikayətini Mülki Məcəllənin 1243.3, 1151.1, 1246, 1273.1, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına, xx.xx.2012-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

32. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

33. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

34. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik b aşladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

35. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əla və olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

49. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.

50. Məhkəmə kollegiyası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmun u vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).

51. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən miras qoyanın vəfatından sonra həm iddiaçılar, həm də cavabdehlər miras əmlakı faktiki qəbul etmişdirlər.“

52. Kassasiya şikayətinin iddiaçıların mirası faktiki qəbul etməməsi ilə bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim et dikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

54. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pzuntularına yol verməmişdir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103 )-2655/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar