Məhkəmə qərarları › İş №2(102)-431/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-431/2021

22.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-431/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3na, Cavabdeh8, 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontoruna, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontoruna, Cavabdeh6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin, alqı-satqı müqavilələrinin etibarsızlığı və s.” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik, müqavilənin etibarsızlığı, daşınmaz əmlakın dövl ət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı1 və vəkili Vəkil1, Cavabdeh (vəkil) Cavabdeh8 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-3535/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı4 tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları: ünvan 1 ünvanında 0,009 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 X6 övladları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə sonuncunun nəvələridirlər (oğlu X9 övladlarıdırlar). X10 xx xxxxx 1995-ci il tarixdə, X11 isə xx xxxxxx 2009-cu il tarixdə ölmüşlər. Cavabdeh3 tərəfindən rəsmiləşdirilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2014-cü il tarixli şəhadətnamə ilə xx xxxxx 1995-ci il tarixdə vəfat etmiş X6 vərəsələri kimi nəvələri Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə ilə verilən miras əmlak ünvan 1dalan 1 ünvanında yerləşən 3 saylı evdən ibarətdir. Vəsiyyətnamənin rəsmiləşdirilməsi ilə əlaqədar notariat orqanına Cavabdeh1 və Cavabdeh2 adından etibarnamə əsasında nümayəndəsi Cavabdeh8 müraciət etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2014-cü il tarixli şəhadətnamə əsasında ünvan 1 ünvanında 0,009 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərində olan həmin evi 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunda rəsmiləşdirilmiş xx xxxxxx 2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə 55000 manata Cavabdeh8 satmışlar və ev üzərində sonuncunun mülkiyyət hüququ xx xxxxxx 2015-ci il tarixdə, sonradan isə fərdi yaşayış evi və 0,1963 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx xxxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46 kv.m olan fərdi yaşayış evin i və ümumi sahəsi 0,1963 ha olan torpaq sahəsini 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda rəsmiləşdirilmiş xx xxxx 2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh6 136000 manata satmış və sonuncunun mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3na, Cavabdeh8, 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontoruna, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontoruna, Cavabdeh6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 14 X15 xx xxxxxx 2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış Cavabdeh1 və Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən X17 və Cavabdeh2 adına verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2014-cü il tarixli çıxarışın etibarsız hesab olunması; 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı satqı müqaviləsinin etibarsız hesab olunması; Cavabdeh8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2015-ci il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2016-cı il tarixli çıxarışların etibarsız hesab olunması; 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması; xx xxxxx 1995-ci ildə ölmüş X3 miras qalmış ünvan 1dalan 1, ev 3 saylı fərdi yaşayış evi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaç ı5, İddiaçı6 və İddiaçı7 miras paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 saylı fərdi yaşayış evi xx xxxx 1988-ci il tarixində mərhum X6 adına ilkin qeydiyyatdan keçmişdir. X10 7 saylı X13 xx xxxxx 1988-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evin 2 otağını X2. Digər hissəsi isə X6 mülkiyyətində qalmışdır. İddiaçılar və digər ailə üzvləri həmin evdə ataları birlikdə yaşamışlar. İddiaçıların mərhum atası X10 xx xxxxx 1995-ci il tarixdə vəfat etmişdir. Bundan sonra onun ailə üzvləri mərhumun miras əmlakını faktiki qəbul edərək idarə etməyə başlamışlar. Aralarında olan razılaşmaya əsasən gələcəkdə vərəsəlik işi açılarsa hamının payı qeyd ediləcək və payı veriləcə kdir. Həmçinin, aralarında razılaşmaya əsasən iddiaçının mərhum oğlu X11 həmin evdə yaşadığı üçün bu məsələlərlə özü məşğul olacaqdı. X5 xx xxxxxx 2009-cu il tarixdə vəfat etdiyindən vərəsəlik işinin açılması və payların müəyyən edilməsi təxirə salınmışdır. Bir müddət əvvəl iddiaçılara məlum olmuşdur ki torpaq sahəsi və mənzillə bağlı kənar bir şəxsin adına çıxarış verilib. Məlum olmuşdur ki, Bakı şəhəri 14 sayli Notariat Kontorunda xx xxxxxx 2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx xxxxx 1995-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1dalan 1, ev 3 saylı fərdi yaşayış evi vərəsəlik qaydasında mərhumun nəvələri X12 və Cavabdeh2 keçmişdir. Həmin vərəsəlik işi zamanı bir sıra qanun pozuntularına yo l verilmişdir. Belə ki, xx xxxxx 1995-ci il tarixdə vəfat etmiş X6 ölümündən 9 il keçməsinə baxmayaraq notariat işində hər hansı bir sübut olmadan onun vərəsələri kimi yalnız X17 və Cavabdeh2 tanınmışlar. Digər tərəfdən Bakı şəhəri, Xəzər rayon İcra Nümayəndəliyi Mənzil-Kommunal Təsərrüfat İdarəsi Mənzil İstismar Sahəsinin arayışında ünvan 2 ünvanında yalnız 3 (üç) nəfərin qeydiyyatda olmasını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 055-25059-1218 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli və Xəzər RİHB-nın Şüvəlan qəsəbəsi inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin 112 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli məktublarında isə əksinə, ünvan 2 ünvanında daha çox şəxsin o, cümlədən iddiaçının da qeydiyyatda olduğunu qeyd edilir. Həmçinin, cavabdehlər X17 və Cavabdeh2 n otariat işində olan ərizələrində digər vərəsələrin olmaması barədə yalan ərizə verərək, vərəsələrin dairəsini qəsdən gizlətmişlər. Bakı şəhəri, 14 saylı Notariat Kontoru tərəfindən digər vərəsələrin axtarılması üçün heç bir tədbir görülməmiş və nəticədə qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunmuşdur. Vərəsəlik işini etibarnamə əsasında Cavabdeh8 aparmışdır. Bundan sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən X17 və Cavabdeh2 RX seriyali, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2014-cü il tarixli çıxarış verilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda xx xxxxxx 2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünv an 1 saylı fərdi yaşayış evi cavabdehlər X17 və Cavabdeh2 tərəfindən digər Cavabdeh8 satılmışdır. Bundan sonra Cavabdeh8 ünvan 2 küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən RX seriyali, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2015ci il tarixli çıxarış verilmişdir. Daha sonra Cavabdeh8 ünvan 1 saylı fərdi yaşayış evinin torpağı ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən RX seriyali, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2016-cı il tarixli çıxarış verilmişdir. Daha sonra 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda xx xxxx 2018-ci il tarixli, AN-İ s eriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 saylı fərdi yaşayış evi Cavabdeh8 tərəfindən Cavabdeh6 satılmışdır. Bundan sonra Cavabdeh6 ünvan 2 küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən RX seriyali, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2016-cı il tarixli çıxarış verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)1758/2019 nömrəli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh3 xx xxxxxx 2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış Cavabdeh1 və Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Aytən Əliyev və Cavabdeh2 adlarına verilmiş RX seriyalı, ******* saylı ********** qeydiyyat nömrəli, xx xxxxxx 2014-cü il tarixli çıxarışın ləğv olunması, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh8 DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2016-cı il tarixli çıxarışların ləğv olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavab deh6 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, xx xxxxx 1995-ci il tarixdə ölmüş X3 miras qalmış ünvan 1dalan 1, ev 3 saylı fərdi yaşayış evi üzərində İddiaçı4 1/2 hissədə miras payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarıl ması, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh8 55000 manat, Cavabdeh8 isə Cavabdeh6 136000 manat məbləğində pulun qaytarması qət edilmişdir. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx xxxxx 1995-ci il tarixdə vəfat etmiş X6 ölümündən sonra onun övladlarından oğlu xxx və qızı xxx miras əmlakı faktiki qəbul etmişlər. Bu faktı tərəflər izahatlarında, şahidlər isə ifadələrində təsdiq etmişlər. Belə ki, sonuncunun miras əmlakı faktiki qəbul etməsi miras açılandan sonra onun ərazisində xxxnın razılığı ilə xxxın həyat yoldaşı ilə tikinti işlərinin aparılmasında ifadə olunur. xxxnın 2009-cu ildə ölümündən əvvəl ailə məişət mübahisələri zəminində xxx həmin həyətdən çıxaraq başqa ünvanda yaşamalı olsa da, məhkəmə hesab etmişdir ki, bu hal onun vərəsəliyi qəbul etməməsi kimi qiymətləndirilə bilmə z. xx xxxxx 1995-ci il tarixdə vəfat etmiş X6 ölümündən 9 il keçməsinə baxmayaraq 2014-cü ildə açılmış notariat işində onun vərəsələri kimi yalnız X17 və Cavabdeh2 tanınması ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 xx xxxxxx 2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən notariat tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1300 və 1318-ci maddələrinin tələbləri pozulmuş, xx xxxxx 1995-ci il tarixdə vəfat etm iş X3 miras qalmış ünvan 1dalan 1, ev 3 saylı fərdi yaşayış evi vərəsəlik qaydasında mərhumun bütün vərəsələrinin dairəsinin müəyyən edilməsi üçün müvafiq tədbirlər görülməmiş, yalnız onun vərəsəsi olan 2009-cu ildə vəfat etmiş xxxnın övladları X12 və Cavabdeh2 onlardan başqa vərəsələrin olmamasına dair ərizələrin məzmunu ilə kifayətlənmiş və yuxarıda qeyd edilən məzmunda şəhadətnamə verməklə mirası faktiki qəbul etmiş İddiaçı4 vərəsəlik hüququnu pozmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras qoyanın ölümündən sonra qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət edərkən, pay hüququna malik digər vərəsənin olması halını notariat orqanından gizlədiklərindən, həmçinin, notariusun mirasda pay hüq uqu olan şəxslərin dairəsini yoxlamaması nəticəsində iddiaçılardan mərhum X6 övladı İddiaçı4 miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi almaq hüquqları pozulduğundan, ünvan 2 küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evinə dair Cavabdeh3 xx xxxxxx 2014-cü il tarixli 2V/164 nömrəli reyestr qeydli, Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, Bakı şəhəri, 14 X15 xx xxxxxx 2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış Cavabdeh1 və Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında sözügedən şəxslərin adlarına RX seriyalı, ******* saylı ********** qeydiyyat nömrəli, xx xxxxxx 2014-cü il tarixli çıxarışı n verilməsinin qanunsuzluğu müəyyən edildiyi üçün onların da miras əmlak olan ünvan 1dalan 1, ev 3 saylı fərdi yaşayış evi üzərində bütünlüklə sərəncam verməsi də qanuna uyğun sayıla bilməz. Buna görə də 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi mülki məcəllənin tələblərinə uyğun olmadığı üçün etibarsız hesab olunmalı, sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nöm rəli, xx xxxxxx 2016-cı il tarixli çıxarışlar etibarsız deyil, ləğv olunmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, miras əmlakın yerləşdiyi torpaq sahəsi faktiki olaraq mərhum X1 və onun həmin sahəyə gözlənilən mülkiyyət hüququ olmaqla bu hüququn da qanun üzrə vərəsələr tərəfindən həyata keçirilməsi də gözlənilən hüquqlarına aid idi. Cavabdeh8 ünvan 1dalan 1, ev 3 saylı fərdi yaşayış evinə dair adına qeyd edilən ilk çıxarışı aldıqdan sonra həmin evə aid həyətyanı torpaq sahəsini də özəlləşdirərək xx xxxxxx 2016-cı il tarixdə vahid əmlaka dair çıxarış almağı və sonunda həm evi, həm də torpaq sahəsini vahid əmlak kimi özgəninkiləşdirməklə mərhumun vərəsələrinin bu hüququnu pozmuşdur. Cavabdeh8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyes tri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, **********1 qeydiyyat nömrəli, xx xxxxxx 2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2016-cı il tarixli çıxarışların qanunsuz sayıldığı üçün, məhkəmə hesab etmişdir ki, Cavabdeh8 ilə Cavabdeh6 arasında qeyd edilən müqavilə də etibarsız sayılmalıdır. İş üzrə iddia müddətinin tətbiq edilməsinə dair Cavabdeh8 ərizəsinə qiymət verərək məhkəmə qeyd etmişdir ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəf bu yaxınlarda mübahisəli sahədə olarkən kənar adamların torpaq sahəsində tikinti işləri apardığını görüb hüquq mühafizə orqanlarına bu barədə məlumat vermiş, aparılan araşdırma zamanı məlum həmin torpaq sahəsi və mənzillə bağlı kənar bir şəxsin adına çıxarış verilməsi olandan sonra hazırki iddia qaldırılmışdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsinə istinad edərək, cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini əsassız saymışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-1758/2019 nömrəli qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-3535/2020 nömrəli qətnaməsi ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışinskidən və R.Ə.Eyvaz ovdan ibarət tərkibdə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh6 apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli qətnaməsi 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2016-cı il tarixli çıxarışlar ın ləğv edilməsi, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh8 55000 manat, Cavabdeh8 isə Cavabdeh6 136000 manat məbləğində pul u qaytarması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, “1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh8 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2016-cı il tarixli çıxarışların etibarsız hesab olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilə sinin etibarsız hesab olunması” tələbinə dair iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh3, qanunvericiliyin bu tələblərini pozaraq, miras qoyanın vərəsələrinin axtarılması üçün tədbirlər görmədən, mirasın açıldığı vaxtdan 19 il sonra Cavabdeh1 və Cavabdeh2 mirasın qəbulu barədə xx xxxxxx 2014-cü il tarixli və xx xxxxxx 2014-cü il tarixli ərizələri əsasında həmin gün (xx xxxxxx 2014-cü il) mübahisəli evə dair onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu hal, İddiaçı4 həmin ev üzərində mövcud olan, müdafiəsinə və toxunulmazlığına konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) hüququnun qanunsuz və əsassız şəkildə pozulduğuna dəlalət edir. Odu r ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşaraq, qeyd etmişdir ki, Cavabdeh3 tərəfindən İddiaçı4 mirasdakı payı nəzərə alınmadan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilmiş xx xxxxxx 2014-cü il tarixli, 2V/1-164 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız sayılmalıdır. Bu səbəbdən həmin şəhadətnamə əsasında miras əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına aparılmış qeydiyyat da etibarsız olduğundan, həmin qeydiyyatı özündə əks etdirən çıxarış ləğv edilməlidir. Bununla belə, apelyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin cavabdehlər Cavabdeh8 və Cavabdeh6 vicdanlı alıcı hesab etməyərək, mübahisəli evin onlara özgəninkiləşdirilməsi barədə alqı-satqı müqavilələ rinin etibarsız hesab edilməsi barədə qənaətini əsaslı saymamışdır. Ona görə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində daşınmaz əşyanı reyestr məlumatlarına əsasən əldə edən vicdanlı şəxsin hüquqlarının qorunduğu təsbit olunmuşdur. Həmin məhkəmə hesab etmişdir ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx xxxx 2018ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə təkcə onun hərfi mənası baxımından deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədərki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında ünvan 1dalan 1, ev 3 saylı fərdi yaşayış evinin alqı-satqısı müqaviləsi xx xxxxxx 2015-ci il tarixdə bağlanmış və həmin müqavilə notariat kontoru tərəfindən təsdiq edilmişdir. Bu alqı-satqı əqdinin imzalanması üçün tərəflər tam səlahiyyətli olmuşlar. Mübahisəli yaşayış sahəsini alqı-satqı müqaviləsi ilə əldə etmiş Cavabdeh8 vicdanlı alıcıdır. İşin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh8 xx xxxxxx 2015-ci il tarixdə mübahisəli yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında onun həmin tarixdəki mülkiyyətçiləri olan Cavabdeh1 və Cavabdeh2 razılaşdırılmış pul məbləğini ödəməklə a lmış, əmlakın dəyərini tam ödəmiş və yaşayış sahəsi ona təhvil verilmişdir. Cavabdeh8 alqı-satqı müqaviləsi bağlayarkən Cavabdeh1 və Cavabdeh2 mübahisəli yaşayış sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış hüquq olmuş, həmin vaxta qədər reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. İşin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh8 vicdanlı əldə edən olduğundan, onunla Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış fərdi yaşayış evinin alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Cavabdeh8 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə o nda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək fərdi yaşayış evini əldə etmiş və həmin evə dair hüquqlarını qeydə aldırmış, üstəlik də mülkiyyət hüququndan istifadə edərək əmlakı barəsində sərəncam vermiş - həmin yaşayış sahəsini digər şəxsə alqı-satqı müqaviləsi əsasında satmışdır. Bununla da vicdanlı əldə edən kimi Cavabdeh8 iddiaçılara nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı4 kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-3535/2020 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Cavabdeh3 vərəsəlik işini etibarnamə əsasında Cavabdeh8 aparmış, onun əvvəlcədən mübahisə edilən əmlaka dair məlumatı olmuşdur. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə ərizəçi X18 ərizəsi təmin edilərək, X4 xx xxxxx 1995-ci il tarixdə ölüm faktının müəyyən edilməsi qət edilmiş və həmin mülki iş üzrə ərizəçinin nümayəndəsi kimi də Cavabdeh8 çıxış etmişdir. Cavabdeh8 hüquqşünas olmaqla, əmlaka dair üçüncü şəxslərin mümkün iddialarının olmasını bilməli idi və bilirdi. b) Kasasiya şikayətinə qarşı etira zın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 və vəkili Vəkil1 kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh8 (özü vəkildir) kasasiya şikayətinə etiraz edərək təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər iddiaçılar və cavabdehlər, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakı olmadan ba xılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəla lət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən rədd olunsa da, qətnamə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıldığı hissədə (iddianın təmin olunduğu hissədə) mübahisələndirilməmişdir. Bu səbəbdən hazırki kasasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin iddianın rədd olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kə sin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi h allar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “S.Cavabdeh6nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məh kəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.... Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqları nın və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki K ollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldü kdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci mad dəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutla rı qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası MM-in 140-cı maddəsini rəhbər tutaraq daşınmaz əmlakın dövlət reyestrinin m əzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına uyğun mübahisələndirilən daşınmaz əmlakın alıcıları olan Cavabdeh8, sonradan isə Cavabdeh6 vicdanlı əldə edənlər olmasını nəzərə almaqla, iddianı Cavabdeh1 və Cavabdeh2 ilə Cavabdeh8 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli və Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, habelə həmin cavabdehlərin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab olunmasına dair hissədə əsassız hesab etmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, i ddianın təmin olunmasından imtina edilməlidir. Kasasiya şikayətinin dəlillərinə gəldikcə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh8 hüquqşünas olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsəliyin qəbul edilməsində nümayəndə kimi iştirak etməsi onun vicdanlı olmamasına dəlalət etmir. Belə ki, Cavabdeh8 miras əmlakla bağlı mirasqoyanın vərəsələri arasında mübahisənin olması, hətta iddiaçıların mövcudluğu barədə məlumatlı olması barədə hər hansı sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması qeyd olunsa da, şikayət kassatorların şəxsi mülahizələrinə əsaslanmışdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiyası yeni sübut qəbul etmir. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 və İddiaçı4 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-3535/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar