Məhkəmə qərarları › İş №2(102)-4310/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4310/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4310/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” KB ASC-nin vəkili X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-234/2020 nömrəli iş üzrə xx xxxx 2 020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi: İşin halları İddiaçı “xxxx” KB ASC (bundan sonra iddiaçı və ya bank) və Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixdə Əsas kredit müqaviləsi bağlanılaraq, bank cavabdehə 60 ay müddətinə ******* manat məbləğində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit verilməsinə dair öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış xx xxx 2017-ci il tarixli 54B8/14-2 saylı Əlavə kredit müqaviləsinə əsasən bank Cavabdeh1 24 ay müddətinə 22% ödəmək şərti ilə 53675 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə həmin kreditdən məqsədli təyinatın a uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşlər. İpoteka saxlayan bank və ipoteka qoyan digər Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan x1 (bundan sonara mənzil) ipoteka ilə yüklü etmiş və həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 bankın xeyrinə xx xxxxxx 2014-cü il tarixli 54B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxx 2017-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 45105,11 manat, faiz b orcu üzrə 1940,49 manat, cərimə borcu üzrə 56,01 manat, cəmi 50101,61 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan mənzilə yönəldilməsi, əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxx 2017-ci il tarixli 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 50101,61 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq banka ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 62000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin mənzildən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X3 çıxarılması və qeyd olunan mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Abbas Rzayev) xx xxxxxx 2018-ci il tarixli, 2(001)-4037/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx xxxxxxx 2018-ci il tarixli, 15063 saylı rəyində göstərilmişdir ki, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 54B8/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 kredit məbləğinin verilməsi müəyyən olunmamı şdır. Birinci instansiya məhkəməsi ekspertin həmin rəyinə istinad edərək hesab etmişdir ki, iddia tələbi sübuta yetirilmədiyindən təmin olunmamalıdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) xx xxxx 2020-ci il tarixli qətnaməsi iləiddiaçı “xxxx” KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-4037/2018 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul ediərək iddia tələbi rədd edilmişdir. Apellyasiya icraatında iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdırmaq məqsədi ilə iddiaçının vəsatəti təmin edilərək iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspe rtizası təyin edilmiş və ekspertin xx xxxxxx 2020-ci il tarixli, 17491 saylı rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2017-ci il tarixli, 54B8/14-2 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə təqdim edilmiş sənədlərə əsasən Cavabdeh1 kredit məbləğinin verilməsi müəyyən olunmadı. Ekpsert rəyi onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdə kassa məxaric və mədaxil orderləri, ödəniş tapşırıqları, ssuda, cərimə, faiz hesabından çıxarışlar təqdim edilməmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarında hesablar öz əksini tapmadığına görə müxabirləşmələr təyinatlara əsasən nəzərə alınır. Təqdim edilmiş Azərbaycan manatı valyutasında cari hesabdan çıxarış məlumatlarına əsasən “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağla nmış xx xxx 2017-ci il tarixli, 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 əlavə kredit müqaviləsində nəzərdə tutulmuş kredit məbləği verilməmişdir. Kredit məbləğinin verilməsinə dair kassa məxaric orderi təqdim edilməyib. Həmin Azərbaycan manatı valyutası üzrə çıxarışda Cavabdeh1 müqavilə üzrə verilməli kredit məbləğinə xarici valyuta alınmış və Cavabdeh1 xarici valyutanın alınıb satılması üçün sifarişi təqdim edilmişdir. Təqdim edilmiş ABŞ dolları valyutası üzrə hesabdan çıxarışda xarici valyutanın alınıb satılması üçün sifarişə əsasən 31532,72 ABŞ dollarının konvertasiyası göstərilmişdir. Lakin ABŞ dolları valyutası üzrə hesabdan çıxarışa əsasən də, xx xxx 20174-ci il tarixli, 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə Azərbaycan valyutasında verilməli kredit məbləği ABŞ d olları valyutasına konvertasiya olunaraq Cavabdeh1 verilməmişdir. Bundan başqa, iş materiallarında olan tranş ərizədə Cavabdeh1 xx xxx 2017-ci il tarixli, 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 53675,00 manat məxaric edilməsini xahiş etmişdir. Bundan başqa, bank ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2017-ci il tarixli, 54B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında Cavabdeh1 hesabına 11900,00 manat mədaxil edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının xx xxx 2017-ci il tarixli, 54B8/14-2 saylı əlavə kredit müqaviləsində göstərilən pul vəsaitinin Cavabdeh1 verildiyini təsdiq edən mötəbər sənədi məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103.2-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə eksperti zasının rəylərini mötəbər sübut qismində qiymətləndirmiş və hesab etmişdir ki, iddiaçı “xxxx” KB ASC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərini icra edərək, borcalana müqavilədə müəyyən olunmuş pul vəsaiti verməyi təsdiq olunmadığından, həmin pul vəsaitinin və hesablanmış faizlərin tutulmasına dair iddia tələbi əsassızdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, prosessual hüquq normalarının pozulmasına yol verdiyindən, mübahisələndirilən qətnamə ləğv edilməlidir. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixdə, yəni hazırki iddia birinci instansiya məhkəməsinin icraatında olduğu vaxtda, ölmüşdür. Lakin məhkəmə qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdehin hüquq varisliyini həll etmədən yekun məhkəmə aktı qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 prosessual hüquq varisləri kimi tanınmışlar. Bu səbəbdən apel yasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə təyin olunmuş əlavə məhkəmə-mühasibatlıq ekspertizası ilə ekspert qarşısında konkret olaraq is materiallarında olan bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 54B8 14 savlı əsas kredit müqaviləs i çərçivəsində bağlanmış xx xxx 2017-ci il tarixli, 54B8 14-2 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2018-ci il tarixə (iddia tələbində borc hesablandığı tarixə) hansı məbləğdə əsas, faiz və cərimə borcunun olması barədə sual qoyulmuş, lakin ekspert iş materiallarını düzgün və tam araşdırmamış, öz səlahiyyətlərindən kənara çıxaraq borcun verilməməsi ilə bağlı "hüquqi" nəticəyə gəlmişdir. Ekspert xx.xx.2020-ci il tarixli rəyində iş materiallarına əlavə olunan Cavabdeh1 xx.xx.2017-cı il tarixli, 54B8 14-2 saylı əlavə kredit müqaviləsi üzrə 53675,00 manat məxaric edilməsi barədə xahişinin olduğu tranş ərizəsini, eyni zamanda xx.xx.2017-ci il tarixli 54B8 14-2 saylı əlavə kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında 53675,00 manatın 31532,72 ABŞ dolları məbləğin xx.xx.2017-ci il tarixli qərara əsasən refinans olunan məbləğin konvertasiyası olduğunu və hesabdan çıxarış məlumatlarında Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə hesabına 11900,00 manat mədaxil edildiyinə əhəmiyyət verməyərək, məhz kredit məbləğinin verilməsinə dair kassa məxaric orderi təqdim edilmədiyinə görə kredit məbləğinin verilmədiyi qənaətinə gəlməklə kifayətlənmiş, məhkəmənin ekspert qarşısında qoyduğu sualı cavablandırmamışdır. Məhkəmənin ekspertiza qarşısında qoyduğu sualda kreditin kassa məxaric orderi imzalanmaqla verilib-verilməməsi deyil, məhz iş materiallarında olan sənədlər əsasında hesablama aparılması nəzərdə tutulur. Bundan başqa əgər 54B8 14-2 saylı əlavə kredit müqaviləsi üzrə kredit verilməsəydi, borclu Cavabdeh1 tərəfindən ödənişlər həyata keçirilməzdi. Beləliklə, bo rclunun tranş ərizəsindən və hesabdan çıxarış məlumatlarından da göründüyü kimi, xx.xx.2017-ci il tarixli. 54B8 14-2 saylı əlavə kredit müqaviləsi üzrə rəsmiləşdirilən 53765 manatməbləğində vəsait, borclunun başqa xarici valyutada olan krediti üzrə qalıq qalan 31532,72 ABŞ dolları məbləğində borcunun konvertasiya olunaraq, yeni kredit kimi rəsmiləşdirilməsidir. Həmçinin, Cavabdeh1 və Cavabdeh2nm "xxxx" KB ASC-yə qarşı "kredit müqaviləsinə xitam verilməsi, o cümlədən əsas borc saxlanmaqla, hesablanmış faiz və dəhbə borclarının silinməsinə dair" xx.xx.2017-ci il tarixli iddia tələbi üzrə Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-1509/2018 saylı mülki işdə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinin birinci abzasında etiraf edərək göstərilir ki, "Bildiririk ki, "xxxx" KB ASC il ə vətəndaş Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 54B8/14-2 saylı Əlavə kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" KB ASC tərəfindən daha əvvəl verilmiş ABŞ dolları ilə olan məbləğin sonradan manat ilə əvəzlənməsi nəticəsində, faiz dərəcəsinin 22 %-ə qaldırılması əsasında - nəticədə kredit məbləği 53675 manat təkil etmişdir". Göründüyü kimi, dollar kreditinin manat krediti ilə əvəzlənməsi nəticəsində sözügedən müqavilənin bağlanması faktı işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunanlara əsasən ekspert rəyi, iş materiallarında olan sənədlər (kredit müqaviləsi, ödəniş sənədləri, bank tərəfindən tərtib edilmiş arayışlar və s.) tam və müfəssəl tədqiq olunduqdan sonra ekspertiza qarşısında qoyulmuş suala uyğun aparılmalı olduğu halda, ekspert bunları etməmişd ir. Bank tərəfindən məhkəməvə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması barədə vazılı vəsatət verilsə də, məhkəmə əsassız olaraq iddiaçının vəsatətini təmin etməmişdir. Qanunvericiliyin tələblərindən də görünür ki. ekspert rəyinin məhkəmə üçün qabaqcadan heç bir hüquqi qüvvəsi yoxdur və rəy məhkəmə iclasında digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmənin ekspert rəyi ilə razılaşmaması və ekspert rəyinin kifayət qədər aydın və ya tam olmaması əlavə ekspertizanın təyin edilməsi üçün əsasdır. Lakin işə baxan məhkəmə iş materiallarına lazımi hüquqi qiymət verməmiş, həmçinin iş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 Şakirovanın "xxxx" KB ASC-yə qarşı "kredit müqaviləsinə xitam verilməsi, o cümlədən əsas borc saxlanmaqla, hesablanmış faiz və dəbbə borclarının silinməsin ə dair” Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-l509/2018 saylı mülki iş materiallarında olan Cavabdeh1 və Cavabdeh2nm 54B8 14-2 saylı əlavə kredit müqaviləsi üzrə kreditin götürülməsi barədə etiraflarını əsassız olaraq sübut kimi qəbul etməmişdir. Göründüyü kimi, məhkəmə mülki iş üzrə tərəflər arasında olan münasibətlərə lazımi hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş v ə bununla da səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı “xxxx” KB ASC-nin vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili X6 məhkəmə koll egiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7-ci maddəsi Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsi Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 407.2-ci maddəsi Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416-ci maddəsi Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı bank tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslə rin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi və məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspert rəylərinə istinad edərək iddiaçı tərəfindən cavabdehin banka borcunun olmaması qənaətinə gəlmiş və bu əsasla iddia tələbini rədd etmişlər. Lakin məhkəmələr bu qənaətə gələrkən Mülki Prosessual Məcəllənin 101.7, 103.1 və 88-ci maddələrinin tələblərini nəzərə almamış, ekspert rəyini n məhkəmə üçün məcbur olmaması və digər sübutlarla yanaşı qiymətləndirilməli olmasına əhəmiyyət verməyərək iş üzrə düzgün olmayan qətnamənnin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təyin olunmuş əlavə məhkəmə-mühasibatlıq ekspertizası ilə ekspert qarşısında konkret olaraq iş materiallarında olan bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 54B8 14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxx 2017-ci il tarixli, 54B8 14-2 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2018-ci il tarixə (iddia tələbində borc hesablandığı tarixə) hansı məbləğdə əsas, faiz və cərimə borcunun olması barədə sual qoyulmuş, laki n ekspert rəyindəborcun verilməməsi ilə bağlı hüquqi nəticəyə gəlmişdir. Ekspert tədqiqat apararkən xx.xx.2020-ci il tarixli rəyində iş materiallarına əlavə olunan Cavabdeh1 xx.xx.2017-cı il tarixli, 54B8 14-2 saçdı əlavə kredit müqaviləsi üzrə 53675,00 manat məxaric edilməsi barədə xahişinin olduğu tranş ərizəsini, eyni zamanda xx.xx.2017-ci il tarixli 54B8 14-2 saylı əlavə kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında 53675,00 manatın 31532,72 ABŞ dolları məbləğin xx.xx.2017-ci il tarixli qərara əsasən refinans olunan məbləğin konvertasiyası olduğunu və hesabdan çıxarış məlumatlarında Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə hesabına 11900,00 manat mədaxil edildiyinə əhəmiyyət verməmiş, məhz kredit məbləğinin verilməsinə dair kassa məxaric orderi təqdim edilmədiyinə görə kredi t məbləğinin verilmədiyi qənaətinə gəlməklə kifayətlənmiş, məhkəmənin ekspert qarşısında qoyduğu sualı cavablandırmamışdır. Məhkəmənin ekspertiza qarşısında qoyduğu sualda kreditin kassa məxaric orderi imzalanmaqla verilib-verilməməsi deyil, məhz iş materiallarında olan sənədlər əsasında hesablama aparılması sual olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi bu hala diqqət verməmiş, həmçinin 54B8 14-2 saylı əlavə kredit müqaviləsi üzrə kreditin verilməmsi halında Cavabdeh1 tərəfindən ödənişlərin hansı əsasla həyata keçirilməsinə hüquqi qiymət verməmişdir. Qanunvericiliyin tələblərindən də görünür ki. ekspert rəyinin məhkəmə üçün qabaqcadan heç bir hüquqi qüvvəsi yoxdur və rəy məhkəmə iclasında digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmənin ekspert rəyi ilə razılaşmaması və ekspert rəy inin kifayət qədər aydın və ya tam olmaması əlavə ekspertizanın təyin edilməsi üçün əsasdır. Lakin işə baxan məhkəmə iş materiallarına lazımi hüquqi qiymət verməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbi rləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-234/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar