Məhkəmə qərarları › İş №2(102)-4310/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4310/2022

03.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4310/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq işləmiş iş vaxtına görə ödənişin edilməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, sübut etmə yükünün düzgün bölüşdürülməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-ə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-895/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.1980-ci il tarixdə Bakı şəhər Texniki İnventarlaşdırma Bürosunda texniki inventarizator vəzifəsinə işə qəbul edilmiş, həmin tarixdən qeyd olunan təşkilatda və onun hüquqi varisi olan təşkilatlarda müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2016-cı il tarixindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işl əyir.

2. İddiaçı 2-ci qrup əlildir.

3. Mübahisə artıq işlənmiş iş vaxtına görə ödənişin verilməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi (sonradan iddia həcminin artırılması barədə ərizə) ilə Bakı şəhər Yasamal rayon Məhkəməsinə müraciət edərək, 14 noyabr 2017-ci ildən 02 dekabr 2020-ci il tarixinədək 313 gün ərzində artıq işlədiyi 313 saatın, 09 dekabr 2019-11 dekabr 2019-cu il tarixinədək 3 gün ərzində işlədiyi tam iş vaxtının, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 66 gün, 2015-2016-cı illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 30 gün üçün əmək haqqının və 50 min manat mənəvi z iyanının ona ödənilməsi, eləcə də, hazırda icra etdiyi əmək funksiyasına görə qısaldılmış iş vaxtı tətbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli rəyinə əsasən iddiaçıya İİ dərəcəli əlillik təyin edilmişdir. Əmək Məcəlləsinin 91-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə müvafiq olaraq İİ dərəcəli əlil olması barədə həkim eksp ert-komissiyasının sistemdən əldə edilmiş məlumatını iş yerinə təqdim edərək qısaldılmış iş gününün tətbiq edilməsini xahiş etsə də, cavabdeh təşkilat buna məhəl qoymamış, hamı kimi gündəlik iş vaxtının səkkiz saatını işlədikdən sonra evə buraxılmışdır.

7. Cavabdeh qurum tərəfindən iddiaçıya qarşı edilən bu qanunsuzluqla bağlı Azərbaycan Respublikası ƏƏSMN-ni DƏMX-nə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə elektron məktubla, bundan sonra isə Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə şikayətlərlə müraciət etmiş, şikayətlərin hamısı elə cavabdehin özünə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə etdiyi şikayət cavabdeh quruma göndərilmiş və cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, guya Əmək Məcəlləsinin 9 1-ci maddəsinə riayət olunaraq ona 7 saatlıq iş günü tətbiq edilmiş və ona əmək müqaviləsinə dəyişikliyin edilməsi təklif olunmuş, o isə bu dəyişiklikləri qəbul etməmişdir. Bunların hamısı yalandır. İşə gəlib- getməsi vaxtı idarənin girişində quraşdırılmış elektron qeydiyyatçıda (turniketdə) qeydə alınmışdır.

8. Qanunvericiliyin tələbinə məhəl qoymadan cavabdehin iddiaçını qanunsuz olaraq gündəlik 7 saat əvəzinə 8 saat işlətməsi iddiaçının xəstəliyinin pisləşməsinə səbəb olmuş (nevroloji amillər xəstəliyin ağırlaşmasına), təcili yardımın iş yerinə gəlib, ona yardım göstərilməsi ilə nəticələnmişdir.

9. Bununla belə iddiaçı xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixdən etibarən əmək məzuniyyəti verilməsini xahiş etmiş, DƏDRX-nin xx.xx.2019-cu il tarixli əm ri ilə iddiaçıya xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 25 təqvim günü (xx.xx.2018-xx.xx.2019-cu ilindən qalan) əmək məzuniyyəti verilmişdir. Məzuniyyətə buraxılması barədə əmr xx.xx.2019-cu il tarixdə verilməsinə baxmayaraq, qurumun Ərazi İdarəsinin rəhbərliyi sözügedən əmrlə iddiaçını qərəzli olaraq tanış etməyərək xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində qanunsuz olaraq məcburi işlətmişdir.

10. Məzuniyyət pulu gecikdirilərək iddiaçıya xx.xx.2019-cu il tarixdə verilmişdir. Bu hal da təsdiq edir ki, məzuniyyət barədə əmr sonradan rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə, iş vaxtı isə iddiaçıya məlumat verilmişdir ki, artıq xx.xx.2019-cu il tarixdən məzuniyyətdədir.

11. İddiaçı əmrlə tanış olmaq istəmiş, lakin buna imkan verməmişlər. Şifahi ve rilən məlumata əsasən artıq üçüncü gündür ki, qanunsuz olaraq işlədiyini cavabdehə irad tutmuş, verilən cavab aralarında narazılığa səbəb olmuşdur. Nəticədə iddiaçının səhhətində nasazlıq baş vermiş, halı pisləşmiş, iş yoldaşları bu durumu görərək təcili yardım çağırmışlar. İlkin tibbi yardım aldıqdan sonra 5 nömrəli şəhər xəstəxanasına yerləşdirilmiş, nəfəs darlığı aradan qalxdığından ərizə yazaraq, həkimin razılığı ilə ev şəraitində müalicə olunmaq üçün evə buraxılmışdır.

12. İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək tabeldə 313 gün, bayram günləri qabağı 6 gün işdə olmuşdur.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 91, Mülki Məcəllənin 1097ci maddələrinə istinad etmişdir.

14. Cavabdehin nümayəndəsi iddiya etiraz etmişdir. Etirazın dəlilləri: - məhkə mədə iddia qaldırmamışdan öncə iddiaçının işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və əlillik dərəcəsinə görə qısaldılmış iş rejiminin tətbiq edilməməsi barədə İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzi vasitəsilə xx.xx.2020-ci il tarixdə şikayəti daxil olmuş və həmin şikayətə “Vətəndaşların müraciətləri haqqında” Qanuna uyğun olaraq aidiyyəti üzrə baxılmış və cavab məktubu göndərilmişdir. Şikayətdə göstərilən məsələlərin araşdırılması zamanı 2018-2019-cu iş ili üçün Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinə əsasən iddiaçıya 42 təqvim günü müddətinə əmək məzuniyyətinin verildiyi, 08.06.20. tarixində həftəlik qısaldılmış iş vaxtı ilə bağlı tərtib edilmiş əmək müqaviləsinə əlavəni imzalamadığı müəyyən edilmişdir; - həmçinin aparılmış araşdırmanın nəticələrinə əsasən idd iaçının məzuniyyətdə olduğu müddətdə işlədiyi günlər üçün əmək haqqının ödənilməsi və ya əlavə istirahət günlərinin təqdim edilməsi, eləcə də istəyinə uyğun olaraq qısaldılmış iş vaxtının tətbiqi ilə bağlı əmək müqaviləsinə dəyişiklik edilməsi məsələsinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq baxılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq göstəriş verilmişdir. İddiaçı əlilliyi olan şəxs kateqoriyasına aid olduğundan qısaldılmış iş vaxtının tətbiqi üçün əmək müqaviləsinə müvafiq dəyişikliyin imzalanması tövsiyə olunmuşdur. Lakin iddiaçı qısaldılmış iş rejiminə keçməsi üçün müvafiq müqaviləni imzalamaq üçün ərizə verməkdən imtina etmiş, ona dəfələrlə qısaldılmış iş rejiminə, yəni 1 saat az işləməsi üçün müvafiq ərizəni yazıb təqdim etməsi təklif edilsə də, həmin ərizəni bü günə dək təqdim etməmişdir; - bundan başqa, iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 91-ci maddəsi imperativ norma deyil. İşçinin qısaldılmış iş rejiminə keçirilməsi işəgötürənin hüququdur. Heç kim belə bir öhdəliyi işəgötürənin üzərinə qoya bilməz; - iddiaçının məzuniyyətdə olduğu dövrdə işə çıxması barədə məlumat yoxdur. İddiaçı məzuniyyət dövründə rəsmi işə çağrılmayıb. Ola bilsin, iddiaçının öz işi olduğu üçün işə çıxıb. Lakin təşkilatda bu barədə məlumat yoxdur. İddiaçı öz hüququnu çox yaxşı bilir. Əgər istəsəydi, əvvəlki illərdə bu iddianı qaldıra bilərdi. Bu formal qalıdırılmış iddiadır və iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət də buraxılmışdır. Bundan başqa iddiaçıya əmək müqaviləsinə əlavəni imzalamaq təklif olunsa da, o, bunu imzalamaqdan imtina etmişdir.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1169/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim T.Axundov)

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 313 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxt 66 gün, 2015-2016-cı illərdə məzuniyyətdə olduğu vaxt 30 gün artıq işlədiyini iddia etsə də, iddia ərizəsinə qeyd olunan halları təsdiq edən heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir.

17. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, iddiaçının hazırki tələblə bağlı iddia vermək hüququndan vaxtında istifadə etməməsi, bu hüququn məh kəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə görə fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə q ərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə işçinin işəgötürənə və işəgötürənin işçiyə qarşı pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq möv cud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq, ümumiyətlə, mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır.

19. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə dəyişikliklərin yalnız tərəflərin razılığı ilə edilməsi nəzərdə tutulduğundan, iddia tələbi “qısaldılmış iş vaxtı tətbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində də əsası zdır və təmin olunmamalıdır.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 17, 46, 82, 91, 94, 288, 296-cı, Mülki Məcəllənin 372, 375-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarı ilə əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla yanaşı, iddiaçı bildirmişdir ki, hazırda o, cavabdeh qurumunun işçisi olaraq qalır, bu günə qədər də onun əmək müqaviləsi qüvvədədir. Cavabdehlə əmək münasibəti davam etdiyinə görə iddia müddəti tətbiq edilməməlidir. Eyni zamanda məzuniyyət vaxtı məcburi olaraq işləməyi, cavabdeh qurumun işdən azad olunma təhdidi ilə olmuşdur. Xəstəliyi ilə bağlı işləməli olduğu 7 saatın əvəzinə 8 saat işləməsinin sübutu cavabdeh qurumun inzibati binasına girişdə quraşdırılmış turniket ola bilər.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)4182/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1169/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər F uad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov)

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşayaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə dəyişikliklərin yalnız tərəflərin razılığı ilə edilməsi nəzərdə tutulduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini “qısaldılmış iş vaxtı tədbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin etməmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. İddiaçı kassasiya şikayətini apelly asiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən hallara diqqət yetirməmiş, cavabdeh tərəfindən yol verilmiş əmək qanunvericiliyinin kobud şəkildə pozulmasına məhəl qoymamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hazırda iddiaçı cavabdeh qurumun işçisi olmaqla müqaviləsi qüvvədədir. Cavabdehlə əmək münasibəti davam etdiyinə görə iddia müddəti tətbiq edilməməlidir. Eyni zamanda məzuniyyət vaxtı məcburi olaraq işləməyi cavabdeh qurumun işdən azad olunma təhdidi ilə olmuşdur. Bununla belə 09-11 dekabr 2019-cu il tarixdə məzuniyyətdə olduğu halda işləməyi ilə bağlı əmək haqqının hesablanmasına gəlincə də iddiaçı əgər bir il (iddia müddəti) ötmədən məhkəmədə iddia qaldırırsa, bur ada da müddəti ötürməmiş olur. Lakin apellyasiya instansiyası məhkəməsi bu hallara toxunmamış, ümumiyyətlə, iddia tələbinin obyektiv araşdırılmasında maraqlı olmamışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(102)-5055/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

29. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqan kimi müəyyən edilmişdir; (31.1.2-ci bənd) - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü m addəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - işə baxmış məhkəmələr tərəfindən iddiaçının dövlət qulluqçusu statusunda olubolmaması müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. - “Dövlət qulluğu haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, dövlət qulluğu Azərbaycan Respublika sının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. - dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır (Qanunun 7.1-ci maddəsi). - ilk növbədə aidiyyətlə bağlı xüsusatların araşdırılması zəruri olduğu üçün kassasiya şikayətinin digər dəlillərinə qiymət verməyə lüzum yoxdur. - işə yenidən baxan məhkəmə idd iaçının dövlət qulluqçusu statusuna malik olubolmamasını araşdırmalı, bunun üçün onunla bağlanmış müqaviləni tələb edib tədqiq etməli, dövlət qulluqçusu olduğu halda işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına görə icraata xitam verilməli, dövlət qulluqçusu olmadığı halda işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

30. İşin təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarında şərh ol unan göstərişə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərmiş, sorğuya cavab məktubuna əsasən İddiaçı hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işlədiyi vəzifənin dövlət qulluğu vəzifəsinə aid olmaması müəyyə n edilmjişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-895/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər: İlha m Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Elşən Kazımov)

32. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş sənədlərə istinadən qeyd etmişdir ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdeh şirkətdə işlədiyi dövrdə iş vaxtından əlavə işlərə cəlb edilmiş olduğunu və bu saatların iddia etdiyi müddətdə olduğunu sübut etməlidir. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 313 gün ərzində 313 saat ərzində artıq işləməsi, məzuniyyətdə olduğu xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində 3 gün ərzində işləməyə məcbur edilməsi və həmin dövrdə işləməsi, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxtda 66 gün, 2015-2016-cı illərdə 30 gün işləməsi və işləməyə məcbur edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, cavabdeh təşkilat qısaldılmış iş vaxtının tətbiq olunması üçün müqaviləyə dəyişiklik edilməsini iddiaçıya təklif etmiş, lakin iddiaçı müqaviləyə dəyişikliyi imzalamaqdan imtina etmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti iddia ərizəsinin, apellyasiya şikayətinin və əvvəlki kassasiy a şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.u ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı cavabdehin vəkilinin yazılı etiraz daxil olmuşdur. Etiraz iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılıb. (bax:14-cü bənd) Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 46. 6-cı hissə. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 91. 1-ci hissə. İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səh həti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Maddə 92. 2-ci hissə. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Maddə 296. 1-ci hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296. 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

37. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 3

9. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

40. İddiaçı tələbində artıq işlədiyi saatlara və günə görə ödəniş edilməsini xahiş edir və tələbini əsası kimi 2-ci qrup əlil olması, bu səbədən onun qısaldılmış iş vaxtı ilə işləməli olmasına baxmayaraq, cavabdeh tərəfindən 8 saat işləməyə məcbur edilməsinə, məzuniyyət vaxtı işə çağırılmasına istinad etmişdir.

41. İddianı rədd edən birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini sübuta yetirməməsinə və müddəti ötürməsinə əsaslanmışdır.

42. Əvvəla, birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü hissəsində nəzərdə tutulan bir illik müddətin kəsici müddət (mübahisələndirmə müddəti) olması, bu səbəbdən iddia müddətini tətbiqi üçün ərizə verilməsinə zərurət olmaması barədə gəldiyi nəticə və bunun üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarına istinad etməsi düzgün olmamışdır. Qeyd edilən Qərarda Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsi ilə bağlı, yəni etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətinin kəsici müddət olmasını qeyd etmişdir.

43. Əmək Məcəlləsinin 296-cı maddəsi isə fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini nizama salır. Maddənin məzmunundan da görünür ki, fərdi əmək mübahisələri ilə bağlı müddət iddia müddətidir.

44. Bundan başqa, əmə k mübahisələrində Əmək Məcəlləsinin 294-cü maddəsində nəzərdə tutulan müddətin iddia müddəti olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə” dair 30 iyul 2021-ci il tarixli Qərarında da bir daha təsdiqini tapıb.

45. Buna görə də birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan bir illik müddətin kəsici müddət olması və belə müddətin tətbiqi üçün Mülki Məcəllənin 375.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə zərurər olmaması barədə gəldiyi nəticə əsassızdır və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyi halda, biricni instansiya məhkəməsi nin mübahisəyə iddia müddətini tətbiq etməsi Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə zidd olmuşdur.

46. Bundan başqa, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının iddia tələbini sübuta yetirməməsinə də istinad etsə də, bu barədə iddiaçının dəlilinə – iş vaxtından artıq işləməyə məcbur edilməsinin təsdiqi kimi cavabdeh orqanın inzibati binasının girişində işçilərin giriş-çıxışını qeydə almaq üçün quraşdırılmış turniket məlumatların işəgötürəndə, yəni cavabdehə olmasını nəzərə almamış, bu barədə cavabdehdən hər hansı məlumat tələb etməmiş, nəticədə cavabdehin üzərinə onun obyektiv baxımından (sübut cavabdehə məxsus məlumat daşıyıcısındadır) sübut edə bilməyəcəyi halı sübut etmək vəzifəsi qoymuşdur. Qeyd edilməlidir ki, əmək münasibətlərində işəgötürən işçiyə münasibə tdə daha çox imkanlara, o cümlədən inzibati imkana malikdir və bu baxımdan, işəgötürənin inzibati idarəçiliyi ilə bağlı halların sübut etmə yükünü işçinin üzərinə qoyulması düz deyil.

47. Əmək Məcəlləsinin 92-ci maddəsinin 2-ci hissəsinə görə qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

48. Qeyd edilən maddədə ayrı-ayrı kateqoriya işçilər üçün qısaldılmış iş vaxtının nəzərdə tutulmuş həftəlik iş norması imperativ qaydada müəyyən edilib. İddiaçının 2-ci qrup əlil olması işin mübahisələndiri lməyən halıdır. Belə olan halda, iddiaçının əlil kimi qısaldılmış iş vaxtı ilə təmin edilməsi işəgötürənin vəzifəsidir.

49. Birinci instansiya məhkəməsi isə iddiaçının “qısaldılmış iş vaxtı tətbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbini təmin etməməsini əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə dəyişikliklərin yalnız tərəflərin razılığı ilə edilməli olması ilə əsaslandrımışdır. Halbuki Əmək Məcəlləsinin 92-ci maddəsinin 2-ci hissəsində ayrı-ayrı kateqoriya işçilər üçün qısaldılmış iş vaxtının nəzərdə tutulmuş həftəlik iş norması qeyd edildiyi kimi imperativ qaydadadır, həmin kateqoriya şəxslər üçün qısaldılmış iş vaxtını təmin etmək işəgötürənin vəzifəsidir və bu qaydadan kənara çıxılması, eləc ə də cavabdehin iddiaya etirazında bildirdiyi kimi qısaldılmış iş vaxtının tətbiq edilməsinin müqaviləyə müvafiq dəyişiklik edilməklə olması istisna edilir.

50. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının “qısaldılmış iş vaxtı tətbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə Əmək Məcəlləsinin 92-ci maddəsinin 2-ci hissəsi kontekstində qiymət verməmiş, həmin maddənin tələbləri baxımından qeyd edilən iddianın təmin edilmə mümkünlüyünü araşdırmamışdır.

51. Mənəvi zərər tələbi də ilk tələblərin təmin edilməsinə söykənir, ilk tələb üzrə gəlinən nəticəni kollegiya yuxarıda göstərilən əsaslara görə düzgün saymadığı üçün mənəvi zərər tələbinin təmin edilməməsi barədə gəlinən nəticə də düzgün hesab edilə bilməz.

52. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən onun iş vaxtından artıq və məzuniyyət günlərində işləməsini sübut etmək üçün turniket məlumatlarının əldə edilməli olmasını apellyasiya şikayətində dəlil kimi göstərsə də, apellyasiya məhkəməsi də iddiaçının həmin dəlilinə, ümumiyyətlə, qiymət verməmiş, birinci instansiya məhkəməsinin sübut etmə yükünün bölüşdürülməsi, müddətin tətbiqi və əmək müqaviləsinə dəyişikliyin tərəflərin razılığı ilə olması kimi gəldiyi nəticə ilə razılaşmaqla eyni səhvi təkrarlamışdır.

53. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiya sı məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

54. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

55. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

56. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edi lən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 58. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

59. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən bi ri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

60. Barəsində kassasiya şikayəti verilən qətnamə isə əsaslılıq və qanunilik barədə prosessual qanunverciliyin müəyyən etdiyi tələblərə cavab vermir.

61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-895/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar