Məhkəmə qərarları › İş №2(102)-4311/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4311/2021

27.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4311/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və x X23 İdarəsinə qarşı, (X8 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildikləri) iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsinə dair əqdin etibarsızlığı, əşyanın qaytarılması və üzərində payın tanınması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 29.11.2003-cü il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahından iki övladı olmuşdur.

2. Tərəflərin nikah dövründə əldə etdiyi 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05 avqust 2017-ci il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh2, ondan sonra isə başqa şəxslərə satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış nikahın pozulması, cavabdehlər birgə nikahlarından anadan olmuş 24.01.2006-cı il təvəllüdlü X11 və 19.09.2010-cu il təvəllüdlü X14 onun himayəsinə verilmələri, 24.01.2006-cı il təvəllüdlü X11 və 19.09.2010-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən onun aylıq gəlirlərinin və qazancının 1/3 miqdarında alimentin tutulması, cavabdehlə birgə nikah müddətində əldə etdikləri 2008-ci il buraxılışlı, “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və “Akkord” şirkətlər qrupundan alınmış yenitikili binadakı cavabdehin adına rəsmiləşdirilmiş mənzilin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərardadı ilə İddiaçı Cav abdeh1 qarşı “nikahın pozulması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə” dair iddia ərizəsinin “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair hissəsi ayrıca icraata ayrılaraq baxılması qərara alınmışdır. 5. 08.01.2018-ci il tarixdə iddiaçının nümayəndəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinə qarşı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, birgə nikah dövründə cavabdehin adına "xxxx" ASC-dən 29.09.2006-cı il tarixli 000226 saylı müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944A saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 58.60 m2 olan 50 saylı 1 (bir) otaqlı mənzili üçün ödənilmiş 36160 (o tuz altı min yüz altmış) manatın ½ hissəsinin, yəni 18080 (on səkkiz min səksən) manatın Cavabdeh1 onun xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair Azərbayacan Respublikası DİN BDYPİ-də bağlanmış 05 avqust 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməklə, həmin nəqliyyat vasitəsinə Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o 29.11,2003-cü il tar ixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 24.01,2006-ci il təvəllüdlü oğlu X16 və 19.09.2010cu il təvəllüdlü oğlu X18 anadan olmuşdur. Ailə həyatlarının ilk günlərində cavabdehlə münasibətləri çox normal və səmimi olsa da son bir ildə olanlar nəticəsində cavabdehlə aralarındakı nikah yalnız kağız üzərində qalmışdır, cavabdehlə onu bir-birinə bağlayan hər hansı bir isti münasibətlər mövcud deyildir və onlar ayrı-ayrılıqda yaşayırlar. Birgə nikah dövründə 01.07.2013-cü il tarixində cavabdehin adına 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı **DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və “Akkord” şirkətlər qrupundan yenitikili binada mənzil almışlar.

7. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, ünvan 1 ünvanında y erləşən 50 saylı mənzilin alınması üçün "xxxx" ASC ilə 29.09.2006-cı il tarixli müqavilə bağlayaraq həmin mənzilin alınması üçün Şirkətə 2006-2008-ci illər ərzində ayda 260 (iki yüz altmış) manat olmaqla ümumilikdə 7280 (yeddi min iki yüz səksən) manat ödəniş etmiş 2008-ci ilin sonunda yaranmış maddi çətinlikləri ilə əlaqədar mənzilin ödənişlərini ödəyə bilməmiş və mənzilin, habelə ödədiyi pulların qaytarılması üçün Şirkətə müraciət etmişdir. Şirkətdən bildirmişlər ki, müəyyən faiz tutmaq şərtilə ödədiyi pulların qaytarılması yalnız mənzil başqa şəxsə satıldıqdan sonra mümkündür. Ödənişləri ödəmək imkanı olmadıği üçün və nəticədə borca görə gecikmə faizləri yarandığı üçün qardaşı Cavabdeh2 qalıq məbləği özü tərəfindən ödəməklə mənzili ondan almağı təklif etmişdir. 23.01.2009-cu il tarixi ndən başlayaraq həmin mənzilin alınması üçün bütün ödənişlər və mənzilin tam dəyəri qardaşı Cavabdeh2 tərəfindən ödənilmişdir. Həmin tarixdən başlayaraq bütün ödəniş qəbzlərində Cavabdeh2 adı və imzası qeyd olunmuşdur. Cavabdeh2 2009-cu il tarixdən öz ailəsi ilə mübahisəli mənzildə yaşayır və bütün kommunal ödənişlər qardaşı Cavabdeh2 adınadır. BU isə o deməkdir ki. İddiaçı tələb etdiyi 36160 (otuz altı min bir yüz altmış) manat pul vəsaitinin yalnız 7280 (yeddi min iki yüz səksən) manatı tərəfindən ödənilmişdir. İddianın «Mitsubishi Pajero» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bölünməsinə dair hissəsi ilə bağlı onu qeyd etmək istəyir ki, 2013-ci il iyun ayında qardaşı Cavabdeh2 mənzilə ödədiyi 7280 manat pul vəsaitini ona qaytarmış və o 01.07.2013-cü il tarixin də bankdan kredit götürüb həmin avtomobili almışdır. 05 avqust 2017-ci il tarixində iddiaçı ilə birgə yaşadıqları dövrdə yoldaşının razılığı ilə «Mitsubishi Pajero» markalı 90- DM-441 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qardaşı Cavabdeh2 adına qeydiyyata alınmışdır. «Mitsubishi Pajero» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə və yoldaşının razılığı ilə özgəninkiləşdirildiyindən iddiaçının iddia tələbi olan alqı-satqının etibarsızlığı təmin edilməməlidir. İddiaçı ilə 2017-ci ilin sentyabr ayından ayrılmış, o vaxtdan ondan və uşaqlarından heç bir xəbəri yoxdur. 2014-cü il tarixdə yoldaşının müalicəsi (yoldaşı epilepsiya xəstəliyindən əziyyət çəkir) üçün "xxxx" ASCdən 8000 (səkkiz min) manat kreditə pul götürmüşdür. Həmin 8000 (səkkiz min) man at kredit puldan banka 6498.8 (altı min dörd yüz doxsan səkkiz manat səksən qəpik) manat borcu qalmışdır. Birgə nikah dövründə əldə edilmiş əmlak kimi 6498.8 (altı min dörd yüz doxsan səkkiz manat səksən qəpik) manat kredit borcu da İddiaçı ilə aralarında bərabər qaydada bölünməlidir.

8. Maraqlı şəxs Emin Yunusov birinci instansiya məhkəməsinin icraatı zamanı bildirmişdir ki, o «Mitsubishi Pajero» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili 20.08.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə 25.500 manata X7 almışdır. «Mitsubishi Pajero» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili alarkən həmin avtomobil barədə mübahisə olduğunu bilmirdi, mübahisə olduğunu bilsəydi avtomobili almazdı. O vicdanlı alıcıdır və buna görə də iddia təmin olunmamalıdır.

9. Bakı şəhəri Nizami Ra yon Məhkəməsinin (hakim E.Nuriyev) 18 aprel 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, x ə yerləşən yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 58.60 kv.m olan 50 saylı 1 otaqlı mənzil üçün ödənilmiş 34320 (otuz dörd min üç yüz iyirmi) manatın ½ hissəsinin, yəni 17160 (on yeddi min yüz altmış) manat pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə Mülki Məcəllənin 225-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 50 saylı mənzilinin pay haqqı tərəflərin birgə nikah dövründə tam olaraq ödənildiyindən iddia həmin hissədə təmin edilməlidir. Mübahisəli avtomobil isə 05.08.2017-ci il Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmış, həmin avtomobil ca vabdehin adından qeydiyyatdan çıxarılmış, üçüncü şəxsin sahibliyinə keçmişdir. Ona görə də iddia həmin hissədə təmin oluna bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Cəfərov (sədrlik edən və məruzəçi), V.Baxışova və V.Həsənov) 19 sentyabr 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin rədd edilməsi, İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli qətnaməsinin qismən - “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə ləğv edilməsi, həmin hissədə tələbin təmin olunması, “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 05.08.2017-ci il tarixində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, avtomobilə dair Cavabdeh2 adına verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, avtomobilin İddiaçı ilə Cavabdeh1 ümumi əmlakı hesab olunması, avtomobildə onların paylarının bərabər (hər birinə ½ hissə) müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 225-ci və 337-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, avtomobil nikah müddətində (01.07.2013-cü ildə) əvəzli əqd (alqı-satqı müqaviləsi) əsasında ərin adına əldə edib, ona görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Arvad tərəfindən “ər-arvadın ümumi əmlakın bölünməsi barədə” iddia ərizəsinin məhkəməyə verilmə sindən 1 ay 20 gün əvvəl (05.08.2017-ci ildə) ər avtomobili dair qardaşı (Cavabdeh2) ilə alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilə arvadın razılığı olmadan bağlandığına görə etibarsızdır. Belə ki, Ailə Məcəlləsinin 33.2-ci maddəsinə görə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Həmin maddədəki ‘‘rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlak” ifadəsi onu təsdiq edir ki, razılığa olan güman avtomobillərə aid edilmir, çünki avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyadır, odur ki, avtomobilin alqı-satqısı üçün razılığa olan güman deyil, razılığın özü olmalıdır. Lakin alqı-satqı müqaviləsi belə razılıq olmadan bağl anıb. Ona görə də məhkəmə Mülki Məcəlləsinin 337-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, həmin müqavilə etibarsız sayılmalıdır. Avtomobil nikah müddətində ər-arvadın ümumi vəsaiti hesabına əvəzli əqd əsasında əldə edildiyinə görə onların ümumi əmlakı sayılmalı və avtomobildə hər birinin payı ½ hissə müəyyən edilməlidir. Bu nəticə Ailə Məcəlləsinin 32 və 37ci maddələrinin göstərişlərinə uyğundur. Etibarsız hesab olunan alqı-satqı müqaviləsində avtomobilin 14.000 manata satıldığı qeyd olunsa da, bu pulun alıcı tərəfindən satıcıya ödənildiyini təsdiq edən sübut yoxdur. Müqavilə pulun ödənildiyini deyil, pul ödəmək öhdəliyinin yarandığını təsdiq edir, öhdəliyin yaranması hələ onun icra edilməsi demək deyil, öhdəlik yarana, lakin icra olunmaya bilər. Odur ki, əgər alıcı satıcıya pu l ödəyibsə, bu pulun qaytarılması üçün ayrıca iddia ilə məhkəməyə müraciət edə və pulun ödənildiyini həmin iddiaya baxılarkən sübut edə bilər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov) X nömrəli iş üzrə 22 aprel 2019cu il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X nömrəli qətnaməsinin qismən, yəni “iddianın avtomobilə dair hissədə təmin olunması” hissəsində ləğv edilməsi, mülki işin bu hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə, yəni – “iddianın mənzil bölgüsü hissəsində dəyişiklik edilmədən sa xlanılması qərara alınmışdır.

14. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi mülki işə mahiyyəti üzrə baxarkən iddiaçı tərəfindən 08.01.2018-ci il tarixdə iddianı təmin etmə tədbiri barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməsinə, məhkəmənin isə vəsatətə münasibət bildirməməsinə hüquqi qiymət verməmiş, avtomobilin digər bir şəxsə satılıb satılmadığını araşdırmamış, mübahisənin bu hissədə həllinə düzgün yanaşmamış, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında avtomobilin alqı-satqısına dair müqavilənin etibarsızlığının nədə ifadə edilməsinə aydınlıq gətirməmiş, yalnız Ailə Məcəlləsinin 33.2-ci maddəsinin hərfi məzmununu özünəməxsus qaydada təfsir etməklə, Mülki Məcəllənin 337-ci maddəsinə əsaslanmaqla avtomobilin a lqı-satqısının etibarsızlığı qənaətinə gəlmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Müəyyən edilmişdir ki, mübahisə predmeti olan avtomobil 20.08.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X2. Apellyasiya instansiyası məhkəməsi mübahisənin bu hissəsi ilə bağlı araşdırma aparmamış, həmin şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsini təmin etməklə mübahisənin düzgün həllinə nail ola bilməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseyn (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov) 28 avqust 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bak ı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə (avtomobilə aid hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mövcud vəziyyətdə nəqliyyat vasitələrinin alqısatqısı zamanı ərin (arvadın) razılığının alınmaması əsası ilə həmin müqavilələrin etibarsız hesab edilməsi müvafiq əmlakı rəsmi dövlət orqanı tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Belə müqavilələrin qeyd olunan əsasla etibarsız hesab edilməsi təcrübəsi eyni zamanda avtomobillərin X23 o rqanında həyata keçirilmiş bütün alqı-satqılarının etibarlılığını şübhə altına almaqla mülki dövriyyənin sabitliyinə ağır və bərpa edilməz zərər vurmuş olar. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və V.İbayev) X0 nömrəli iş üzrə 07 fevral 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

18. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarından görünür ki, maraqlı şəxs X15 öz ərizəsində göstərmişdir ki, 20 avqust 2018-ci il tari xli alqı-satqı müqaviləsi ilə satın aldığı «Mitsubishi Pajero» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində qadağa olması və həmin avtomobillə bağlı müqavilələrin ləğv olunması barədə qeyd vardır. Lakin apellyasiya instansiyası məhkəməsi maraqlı şəxs tərəfindən qeyd olunan hallara münasibət bildirməmiş, mübahisəli avtomobil ilə bağlı X bağlanmış müqavilənin qüvvədə olub-olmaması məsələsini araşdırmamış nəticədə mübahisənin həllinə düzgün yanaşmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Mehdiyev (sədrlik edən və məruzəçi), E.Kazımov və X.Sarıyev) 09 fevral 2021-ci il tarixli, X1 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, X saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair Azərbaycan Respublikası DİN BDYPİ-də bağlanmış 05 avqust 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, nikah dövründə əldə edilmi ş 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 05 avqust 2017-ci il tarixli müqavilə İddiaçı tələb edilən razılığı alınmadığı üçün etibarsız hesab edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin “maşın mübahisəsi hissəsində” ləğv olunması, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, X nömrəli qətnaməsi “maşın mübahisəsi hissəsində” dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.02.2020-ci il tarixli, X sa ylı qərarında görsədilmişdir ki, İddiaçı nikah dövründə alınmış maşını Cavabdeh1 tərəfindən satılan vaxt birgə yaşamadıqlarını (yalan dedikləri üçün) təsdiq edən sübutun olub olmamasını müəyyən edilsin. Lakin İddiaçı və ya vəkili Vəkil1 bir ildir ki, ayrı yaşadıqlarını iddia etsə də, bu barədə heç bir sübut məhkəmə iclasında təqdim edə bilməmişlər. Çünki həqiqətən də tərəflər birgə yaşamışlar. Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası DSXSN-nin 17,11.2020-ci il tarixli, 33/3984 saylı məktubuna əsasən X9 06.08.2017-ci il tarixədək Azərbaycan Respublikasının ölkə hüdudlarında olmuşdur. Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09.02.2021-ci il tarixli, X saylı qətnaməsində məhkəmə iclasına sədrlik edən hakim Xv heç bir sübut olmadığına baxmay araq qanunsuz olaraq qeyd etmişdir ki, mübahisəli avtomobil tərəflər arasında münasibətlərin faktiki pozulduğu vaxtdan sonra iddiaçı X3 razılığı alınmadan 05.08.2017-ci il tarixdə Cavabdeh2 satılmışdır. X3 bütün yaxın qohumları Rusiya Federasiyasında yaşadığından Azərbaycan Respublikasında iddiaçının X9 Cavabdeh1 yanından başqa qalıb yaşayacaq yeri yox idi ki, tərəflər ayrı yaşasın. İddiaçının X9 06.08.2017-ci il tarixdə Rusiya Federasiyasına getdikdən bir ay sonra, onu təklifi ilə Cavabdeh1 da Rusiya Federasiyasına köçüb onlarla birgə yaşamadığından ayrılmışlar. X9 yaxın qohumlarını görmək üçün Rusiya Federasiyasına getmək istəyirdi. X3 Rusiya Federasiyasına getməsi üçün pul olmadığından nikah vaxtı alınmış, 2008-ci il buraxılışlı, “Mitsubishi Pajero” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satılaraq, satışdan alınmış pulun bir qismini də X4 verilmişdir. 2008-ci il buraxılışlı, “Mitsubishi Pajero” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqı vaxtı daşınar əşya olduğuna görə Azərbaycan Respublikası DİN BDYPİ-də yoldaşın razılığı alınmadığından cavabdeh X5 Azərbaycan Respublikası DİN BDYPİ-nə aparılmamışdır. Daşınar əşya nikah dövründə satılmışsa digər tərəfin razılığı alınmış olur. İş üzrə mübahisəli avtomobil isə mexaniki nəqliyyat vasitəsi, yəni rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyadır. Mülki Məcəlləyə əsasən daşınmaz əmlak dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (MM 650-ci maddəsi). Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatınında keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub, santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikası DİN-də Dövlət qeydiyyatından keçirməlidirlər (bənd 1.2). Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (X23) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər (bənd 1.6). Qeyd olunan qərarla nəqliyyat vasitələrinin X23 orqanında alqı-satqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasında yuxarıda qeyd olunan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad olunan qərarına müvafiq olaraq X23 orqanında həyata keçirilir və Əsasnamədə özgəninkiləşdirilmə zamanı satıcının ərinin (arvadının) razılığı tələb olunmadığı üçün nəqliyyat vasitələrinin alqı-satqısı zamanı da belə razılıq tələb olunmur. Mövcud vəziyyətdə nəqliyyat vasitələrinin alqı-satqısı zamanı ərinin (arvadının) razılığı alınmaması əsası ilə həm in müqavilələrin etibarsız hesab edilməsi müvafiq əmlakı dövlət orqanları tərəfindən və həmin orqanın verdiyi rəsmi sənədlər əsasında əldə etmiş şəxslərin Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Belə müqavilələrin qeyd olunan əsaslarla etibarsız hesab edilməsi təcrübəsi eyni zamanda avtomobillərin X23 orqanlarında həyata keçirilmiş bütün alqı-satqılarının etibarlığını şübhə altına almaqla mülki dövriyyənin sabitliyinə ağır və bərpa edilməz zərər vurmuş olar. Bu baxımdan hesab edilir ki, avtonəqliyyat vasitələrinin alqı-satqısının mövcud rəsmi qaydasının qüvvədə olduğu dövrdə Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Ona görə də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələblərini rədd etməkdə birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09.02.2021-ci il tarixli, X saylı qətnaməsi yuxanda qeyd edilənlərə əsasən “maşın mübahisəsi hissəsində” qanunsuz və əsasız olduğundan ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

25. Məhkəmə iclasının yer i və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

27. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

28. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verm əyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

37. İddiaçı 29.11.2003-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 24.01,2006-ci il təvəllüdlü X16 və 19.09.2010-cu il təvəllüdlü X18 adlı uşaqları anadan olmuşdur.

38. Tərəflərin birgə nikah dövründə əldə etdiyi 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 tərəfindən 14.000 manata qardaşı Cavabdeh2 satılmasına dair 05 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

39. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli qətnaməsi ilə tərəflər ara sında nikahın pozulması, birgə nikahlarından anadan olmuş uşaqların İddiaçı himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 aylıq gəlirlərinin və qazancının 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

40. İşin tədqiq edilmiş, habelə iddiaçının təmsilçisinin iş üzrə bildirdiyi hallardan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasındakı nikah 18.04.2018-ci il tarixində pozulsa da faktiki olaraq ailə münasibətləri bundan 1 il qabaq pozulmuş və həmin dövrdən onlar ayrı-ayrılıqda yaşamışlar. İddiaçı nikahının pozulması barədə birinci instansiya məhkəməsinə 28.09.2017-ci il tarixdə daxil olmuş iddia ərizəsində bunu qeyd etmişdir. Mübahisəli avtomobil isə onlar arasındakı münasibətlər faktiki pozulduğu vaxtdan sonra iddiaçının r azılığı alınmadan 05.08.2017-ci il tarixində Cavabdeh2 satılmışdır.

41. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin sorğusuna verdiyi 19.10.2020-ci il tarixli cavab məktubuna əlavə etdiyi avtomobilin qeydiyyatı barədə məlumatların kompyuter çıxarışından görünür ki, qeyd edilən avtomobil 27.06.2018-ci il tarixdə X13, 20.08.2018-ci il tarixdə X12, 29.08.2019-cu ildə isə X1.

42. Apellyasiya baxışı zamanı sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 17.11.2020-ci il tarixli, 33/3984 saylı məktubuna əsasən, 01.05.2017-27.07.2017, 06.08.2017-13.03.2018, 17.03.2018-09.09.2018 və 19.09.201817.03.2019-cu il tarixlərdə İddiaçı Azərbaycan Respublikasının ölkə hüdudlarından kənarda olmuşdur.

43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birgə nikah dövründə əldə edilmiş 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 05 avqust 2017-ci il tarixli müqavilə İddiaçı tələb edilən razılığı alınmadığı üçün etibarsız hesab edilməlidir. Lakin 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, 90- DM-441 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi artıq digər şəxsin mülkiyyətində olduğu və Cavabdeh2 sonra avtomobilin başqa şəxslərin xeyrinə özgəninkiləşdirilməsi hazırkı iddia tələbi üzrə mübahisələndirilmədiyi üçün nəqliyyat vasitəsinə Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və iddiaçının həmin əmlakın ½ hissəsinə mülkiy yət hüququnun tanınması hissəsində iddia qanuni və əsaslı hesab edilə bilməz.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

45. Kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 2008-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqısatqısına dair Azərbay can Respublikası DİN BDYPİ-də bağlanmış 05 avqust 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə yuxarıda göstərilən maddi hüquq normalarına uyğundur (§ 26-27). Ona görə də kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən sa xlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar