Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4312/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4719/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə ic lasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 30 noyabr 2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin evdə mülkiyyətçidən başqa Cavabdeh və X1 qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu Cavabdeh və həyat yoldaşı onu təhqir etməklə evi satmağına mane olmalarını əsas göstərməklə 5000 manat məbləğində kompensasiya verməklə onların evdən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-444/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə (ha kim: H.İ.Hüseynli) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4719/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə ləğv edilmiş, İddiaçı tərəfindən Cavabdeh 10.000 manat məbləğində kompensasiya verilməklə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi, qətnamənin komp ensasiya ödənilməsi və istifadə hüququna xitam verilməsi hissələrində eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3740/2021 saylı, 05 fevral 2021-ci il tarixli əlavə qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmetini təşkil edən hissədə, yəni cavabdehin mübahisəli mənzildən çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələb təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Rəhimov küçəsi ünvanında yerləşən 191 “A” saylı evdən çıxarılması, Cavabdeh kompensasiya ödənilməsi ilə istif adə hüququna xitam verilməsi və mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək bazar dəyəri 67.000 manat təşkil edən evə görə 10.000 manat məbləğində kompensasiya verilməsinin ədalətsiz olmasını, ona 25.000-30.000 manat məbləğində kompensasiya ödənilməli olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddi 228.2-ci Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yol u ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün ə sasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şi kayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən olunduğu kimi tərəflər arasında mübahisə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşə bi rinci instansiyası məhkəməsində baxılarkən İddiaçı oğlu Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb edərkən sonuncuya 5000 manat məbləğində kompensasiya təklif etmiş, işə apellyasiya qaydasında baxıldıqda isə kompensasiyanın məbləğini artıraraq cavabdehə 10.000 manat məbləğində kompensasiya təklif etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarına əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehə 10.000 manat məbləğində kompensasiya ödənilməsi onun davamlı surətdə, yəni 4 ildən yuxarı müddət ərzində oxşar şəraitdə yaşamaq imkanı vardır. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4719/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbu
Məhkəmə qərarları › İş №2(102)-4312/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4312/2021
14.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver