Məhkəmə qərarları › İş №2(102)-4312/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4312/2022

31.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4312/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariusu, Cavabdeh2, Cavabdeh3 və Allahverdiyeva Cəmilə Yunis qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4312/2022 (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi) Bakı şəhəri 31 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elş anə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariusu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2925/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. M ərhum X4 xx.xx.1989-cu il tarixdə Sabunçu Rayon XDS İK-nin 19/7 saylı Qərarı ilə qeydiyata alınmış “RİTUAL” kooperativini yaratmış, 1989-ci ildə “Ritual” kooperativinin əmlakına dair çizgi-çertyoj çəkilmiş, xx.xx.2001-ci il tarixdə həmin kooperativin bazasında "xxxx" MMC qeydiyyata alınmış, “RİTUAL” kooprativinin balansında olan əmlaklar X4 tərəfindən "xxxx" MMC-ə pay şəkilində qoyulmuşdur.

2. X5 xx.xx.2013-cü il tarixdə Cavabdeh2 ilə rəsmi nikaha girmişdir. 3. 26 may 2014-ci il tarixdə X4 öz qərarı ilə "xxxx" MMC-ni ləğv etmiş və xx.xx.2013-cü il tarixdə barəsində DƏDRX tərəfindən N0275519 Seriya ********** qeydiyyat nömrəsiylə "xxxx" MMC-yə çıxarış verilmiş Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km. 1 A ünvanda yerləşən 173,3 kv.m qeyri-yaşayış tikintisini təhvil almış, xx.xx.2014-cü il tarixdə əmlak Yunis Ələkbərovun adına rəsmiləşdirilmişdir.

4. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv.m olan qeyri-yaşayış binası Yunis Ələkbərov tərəfindən xx.xx.2017-ci il tarixli vəsiyyətnamə əsasında İddiaçı (bundan sonra iddiaçıya) vəsiyyət edilmişdir.

5. X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və vəfat etdiyi zaman onun birinci dərəcədən 4 qanun üzrə vərəsəsi - arvadı Cavabdeh2, oğulları İddiaçı və Cavabdeh3, qızı Cavabdeh4 olmuşdur.

6. Reyestrdə 2V-572 sayı ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv.m olan qeyri-yaşayış binasının vərəsələrinin Cavabdeh2, İddiaçı və Cavabdeh3 olduğu, əmlakın ½ hissəsindən İddiaçı ½ hissədə pay almalı olduğu göstərilmiş, əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, qalan ½ hissəsinin ½ hissəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verildiyi qeyd olunmuş

7. Reyestrdə 2V-570 sayı ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” ilə Cavabdeh2 sözügedən əmlakın ½ hissəsinə mülkiyyət hüququnun olduğu təsbit olunmuşdur.

8. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən qeyri-yaşayış binasına dair xx.xx.2021-ci il tarixdə verilərək reyestrdə 2V-573 sayı ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” ilə X1 vərəsələri Cavabdeh2, oğulları İddiaçı və C avabdeh3, qızı Cavabdeh4 hər birinin əmlakın ¼ hissəsindən ¼ hissə pay almalı olduqları təsbit edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariusu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilən və reyestrdə 2V/397 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2021-ci ildə verilmiş vəsiyyətna mə üzrə vərəsəlik hüququ üzrə 572 saylı şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında 573 saylı şəhadətnamənin qismən etibarsız hesab edilərək Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1ci kilometr, 1A ünvanında yerləşən qeyri-yaşayış obyektinə payların yenidən düzgün bölünməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ üzrə 572 saylı şəhadətnaməyə əsasən həmin əmlakın ½ hissəsindən İddiaçı Yunus oğluna verilməsi, 572 saylı şəhadətnamə əsasında ½ hissədə pay almış Cavabdeh2 ½ hissədə payının ləğv edilərək qanun üzrə vərəsə kimi payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik h üququ haqqda şəhadətnaməyə əsasən mübahisə olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən qeyri-yaşayış binasına Cavabdeh2 X4 ilə yaşadığı dövürdə yəni birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirlərək ½ hissədə payı müəyyən edilmişdir. Cavabdeh2 ilə iddiaçının atası xx.xx.2013-cü ildə nikaha daxil olarkən artıq mübahisə predmeti olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən əmlak atasının mülkiyyətində olmuşdur. Hesab edir ki, 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 18 iyun 2021 -ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqda şəhadətnamə əsasında paylar müəyyən edilərkən düzgün bölgü aparılmamış və nəticə etibarilə iddiaçının vərəsəlik payı azaldıl araq ögey anası ilə birgə nikahda əldə olunmuş əmlak kimi qiymət verilərək Cavabdeh2 qızna ½ hissədə pay vermişdir.

11. Bakı şəhər Yasamal rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-760/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 572 və 573 saylı şəhadətnamələrlə paylar müəyyən edilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Çünki, şəhadətnamələrdən aydın şəkildə görünür ki, mübahisə predmeti olan əmlakın ½ hissəsinə “Mülkiyyət hüququ haqqında şəhadətnamə verildiyindən paylar yerdə qalan ½ hissə üzrə bölünmüşdür. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1A, Zabrat-Pirşağı yolu, 1-ci km ünvanında yerləşən üm umi sahəsi 173,3 m2 olan qeyri-yaşayış binasının½ hissəsinə “Mülkiyyət hüququ haqqında şəhadətnamə verildiyindən yerdə qalan ½ hissəsinin ½ hissəsinə Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 573 saylı şəhadətnamə ilə isə mülki qanunvericiliyinin tələbinə uyğun olaraq miras qoyanın birinci növbə vərəsələrinin məcburi payı müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1A, Zabrat-Pirşağı yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173,3 m2 olan qeyri-yaşayış binasının ½ hissəsinə verilmiş “Mülkiyyət hüququ haqqında şəhadətnamə mübahisə predmeti olmamaqla iddiaçı həmin şəhadətnamənin etibarsızlığını tələb etmədiyindən məhkəmə onun qanuniliyini yoxlaya bilməz.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 33 7.1, 1133, 1145, 1159.1.1, 1193-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Apellyasiya şikayətində məhkəmənin işi hərtərəfli araşdırmadığını, sübutlara düzgün qiymət vermədiyini, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A, Zabrat- Pirşağa yolu, 1-ci km ünvanında yerləşən əmlakın mərhum atası ilə ögey anasının nikaha girməsindən əvvəl atasının mülkiyy ətində olduğunu nəzərə almadığını irəli sürmüşdür. Apellyasiya şikayətində göstərmişdir ki, Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş. X4 xx.xx.1989-cu il tarixdə Sabunçu Rayon XDS İK-nin 19/7 saylı Qərarı ilə qeydiyata alınmış “RİTUAL” kooperativini yaratmış, 1989-ci ildə “Ritual” kooperativinin əmlakına dair çizgi- çertyoj çəkilmiş, xx.xx.2001 -ci il tarixdə həmin kooperativin bazasında təsisçisi atası olan "xxxx" MMC qeydiyyata alınmış, “RİTUAL” kooprativinin balansında olan əmlaklar X4 tərəfindən "xxxx" MMC-ə pay şəkilində qoyulmuşdur. Sabunçu rayon icra hakimiyyətinin təsərüffat şöbəsinin xx.xx.2013-cü il tarixli Tikinti- X8 Qəbul edilməsi haqqında Komisiyasınin Aktından əsasən, 30 yanvar 1987-ci il tarixdə Bakı şəhər X16 idarə komtəsinin 2/25 saylı qərarına əsasən “ Ritual” kooperativinə tikinti üçün torpaq sahəsi ayrılmış, 1990-cə ildə həmin torpaq sahəsindəki qeyri-yaşayış obyektinin tikintisi başa çatmiş və Sabunçu rayon Zabrat qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus qeyriyaşayış sahəsi istismara qəbul edilmişdir. 26 may 2014-ci il tarixdə X4 öz qərarı ilə "xxxx" MMC-ni ləğv etmiş və MMC-nin balansında olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km. 1 A ünvanda 173,3 kv.m qeyri-yaşayış tikintisini təhvil almışdir. Milli Arxiv İdarəsinin 18 oktyabr 2013-ci tarixli arayışından və işdəki digər sənədlərdən əsasən, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A Zabrat-Pirşağa yolu, 1 -ci km ünvanında yerləşən ümumi sahəsi 173,3 kv.m olan geyri-yaşayış binasının tikintisinə 30 yanvar 1987ci il tarixdə Bakı Şəhər X16 idarə komtəsi tərəfindən ic azə verilmiş, xx.xx.2013-cü il tarixdə qeyri-yaşayış binasına dair DƏDRX tərəfindən N ******* Serya ********** qeydiyyat nömrəsiylə "Mərasim” MMC-yə çıxarış verilmişdir. Beləliklə, mərhum atası X4 Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A Zabrat-Pirşağa yolu, 1 -ci km ünvanında yerləşən ümumi sahəsi 173.3 kv/m olan qeyri-yaşayış binasını nikahdan əvvəl əldə etmiş, buna baxmayaraq notarius həmin əmlakı atası ilə Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirlərək miras paylarının müəyyənləşdirilməsində səhvə yol vermişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 21 aprel 2022-ci il tarixli 2(103)-2925/2022 nömrəli mülki iş üzrə qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilərək reyestrdə 2V-572 sayı ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin qismən - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv.m olan qeyri-yaşayış binasının vərəsələrinin Cavabdeh2, İddiaçı və Cavabdeh3 olması, əmlakın ½ hissəsindən İddiaçı ½ hissədə pay almalı olduğu, əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, qalan ½ hissəsinin ½ hissəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi hissələ rində, eləcə də reyestrdə 2V-573 sayı ilə qeydə alınmış eyni tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin və 2V-570 sayı ilə qeydə alınmış “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv.m olan qeyri-yaşayış binasına dair ⅝ hissədə vəsiyyət üzrə vərəsəlik, 3/8 hissəsinə qanun üzrə vərəsəlik (Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məcburi pay qismində, hər birinə 1/8 hissə olmaqla) açılması və müvafiq şəhadətnamələrin verilməsi vəzifəsinin 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusuna həvalə olunması, iddia tələbləri qalan hissələrdə təmin edilməsi qət edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia tələblərinin faktiki əsası kimi irəli sürdüyü hal ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən qeyri-yaşayış binası mərhum atasının Cavabdeh2 ilə nikahda olduğu dövrdə əldə olunmuş əmlak olmamaqla, notarius vərəsəlik paylarını müəyyənləşdirərkən səhvə yol vermişdir. Qeyd olunmalıdır ki, iddianın əsasını, irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

18. Bu kontekstdə kollegiya nəzərə almışdır ki, iddia tələbi mübahisəli əmlaka dair aparılmış vərəsəlik əməliyyatlarının qismən etibarsız hesab edilməsi barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə sözügedən vərəsəliyin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib-keçirilmədiyini müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Başqa sözlə, iddiaçının iddia tələblərinə düzgün qiymət verilməsi üçün, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən qeyri-yaşayış binasının statusu, eləcə də əmlakla bağlı həyata keçirilən bütün vərəsəlik əməliyyatlarının, o cümlədən Cav abdeh2 verilən “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin qanuniliyi araşdırılmalıdır.

19. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, X4 xx.xx.1989-cu il tarixdə Sabunçu Rayon XDS İK-nin 19/7 saylı Qərarı ilə qeydiyata alınmış “RİTUAL” kooperativini yaratmış, 1989-ci ildə “Ritual” kooperativinin əmlakına dair çizgi-çertyoj çəkilmiş, xx.xx.2001-ci il tarixdə həmin kooperativin bazasında təsisçisi Yunis Ələkbərov olan "xxxx" MMC qeydiyyata alınmış, “RİTUAL” kooprativinin balansında olan əmlaklar X4 tərəfindən "xxxx" MMC-nə pay şəklində qoyulmuş, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat Pirşağa yolu, 1-ci km ünvanında yerləşən qeyriyaşayış binasına dair DƏDRX tərəfindən N ******* Serya ********** qeydiyyat nömrəsiylə "xxxx" MMC-yə çıxarış verilmiş, 26 may 2014-ci il tarixdə X4 öz qərarı ilə "xxxx" MMC-ni ləğv etmiş və MMC-nin balansında olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km., 1 A ünvanında 173,3 kv.m qeyri-yaşayış tikintisini təhvil almış, xx.xx.2014cü il tarixdə əmlak Yunis Ələkbərovun adına rəsmiləşdirilmişdir

20. Belə olan halda, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, ZabratPirşağa yolu, 1-ci km ünvanında yerləşən qeyri-yaşayış binası X4 ilə Cavabdeh2 ümumi gəlirləri hesabına əldə olunmuş əmlak, yəni birgə nikah dövründə qazanılmış əmlak hesab oluna bilməz və notarius əmlakı həmin statusda qiymətləndirməkdə səhvə yol vermişdir.

21. Buna görə də kollegiya hesab etmişdir ki, reyestrdə 2V-572 sayı ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” q ismən - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, ZabratPirşağa yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv.m olan qeyri-yaşayış binasının vərəsələrinin Cavabdeh2, İddiaçı və Cavabdeh3 olması, əmlakın ½ hissəsindən İddiaçı ½ hissədə pay almalı olduğu, əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, qalan ½ hissəsinin ½ hissəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi hissələrində, eləcə də reyestrdə 2V-573 sayı ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” və 2V-570 sayı ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” etibarsız sayılmalı, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən, ümumi sahəsi 173.3 kv.m olan qeyri-yaşayış binasına dair X2 v ərəsələrinə qanunvericiliklə müəyyənləşdirilmiş miras paylarının əks edildiyi vərəsəlik şəhadətnamələrinin verilməsi vəzifəsi 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusuna həvalə edilməlidir.

22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin qismən etibarsız hesab olunmasını istəməklə “Mülkiyyət hüququ haqqında şəhadətnamə”ni mübahisələndirməsə də, hazırda gəlinən nəticə onun iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir; çünkü mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür və İddiaçı iddia tələbinin predmeti mahiyyət etibarilə vərəsəlik hüququnun qorunması, habelə miras paylarının n isbətinin müəyyənləşdirilməsi barədə olmaqla bu hüququn həcmi bilavasitə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2, 1133.1, 1162, 1166, 1193, 1195, 1196-cı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 37.1, 37.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasinda yeni qərar çıxarmağı xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normasını iki istiqamət üzrə pozmuşdur. Birincisi, apellyasiya instansiya məhkəməsi birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblərə baxmışdır. İkinci isə əmlak birgə nikah dövründə formalaşaraq qeydiyyata alınmasına baxmayaraq, mübahisəyə nikahdan əvvəl əldə olunmuş əmlak kimi baxaraq hüquqi qiymət vermişdir. Hazırkı mübahisə predmeti 3 saylı Bakı "ASAN xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilən və reyestrdə 2V/397 nömrə ilə vəsiyyətnaməyə əsasən xx.xx.2021 -ci ildə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ üzrə 572 saylı şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında 573 saylı şəhadətnamənin qismən etibarsız hesab edilərək qanun üzrə vərəsə kimi payın müəyyən olunması barədə olmuşdur. Mübahisə edilən miras əmlak üzərində mülkiyyət hüququ mərhum X6 ilə X9 xx.xx.2013-cü ildə rəsmi nik aha daxil olduqdan sonra xx.xx.2013-cü il tarixdə əvvəl "Mərasim” MMC-nin. xx.xx.2014-cü il tarixdə isə X3 adına rəsmiləşdirilmişdir. Yəni Sabunçu rayonu. Zabrat qəsəbəsi. 1 A /abrat-Pirşağa yolu 1 -ci km ünvanında yerləşən qeyri-yaşayış sahəsi birgə nikah dövründə ər- arvadın şəxsi vəsaiti hesabına mülkiyyət kimi formalaşmış və əmlak üzərində hüquqlar da birgə nikah dövründə qeydiyyata alınmışdır. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi prosesual hüquq normasının müəyyən etdiyi qətnamənin əsaslığı və qanuniliyinə dair tələbləri pozmuşdur. b)

26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sa hibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri 1 (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi-yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar; qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

27. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır

29. Maddə 1162 Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

30. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2, 1151.1, 1151.2, Ailə Məcəlləsinin 32.1, 32.2-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, mübahisəli əmlak birgə nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmayan əmlak olmuşdur.

41. Cavabdehin kassasiya şikayətində yalnız həmiin əmlakın mərhumun adına nikah dövründə qeydə alınaraq mülkiyyət hüququna dair çıxarış verilməsinə əsaslanaraq bu əmlakı ər-arvadın birgə mülkiyyəti hesa b etməsi barədə dəlili əsassızdır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).

43. Hazırki iş üzrə isə miras əmlakın nikahdan əvvəl mərhumun təsisçisi olduğu hüquqi şəxsə məxsus olması və həmin hüquqi şəxsin ləğvi nəticəsində əmlakın onu yeganə təsisçisinin mülkiyyətinə keçməsi işdə olan mötəbər sübutlarla müəyyən edilmişdir.

44. Kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblərə baxması barədə dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir və bu məsələdə apellyasiya məhkəməsinin möveyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. İddiaçılar iddia tələbində iddia tələbi miras əmlakdakı payların düzgün müəyyən edilməməsi, miras əmlakın ər-arvadın birgə əmlakı olmaması barədədir və yuxarıda qeyd olunan prinsipə görə sözügedən vərəsəliyin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilibkeçirilmədiyini müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Başqa sözlə, iddiaçının iddia tələblərinə düzgün qiymət verilməsi üçün, əmlakın statusu, eləcə də əmlakla bağlı həyata keçirilən bütün vərəsəlik əməliyyatlarının, o cümlədən Cavabdeh2 verilən “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin qanuniliyi də araşdırılmalıdır.

45. Kollegiya qeyd edir ki, məhkəmə özü də iddiaçıların tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1).

46. Çünki, mülki p rosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Başqa sözlə, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddia edənin istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin və ya rədd, yaxud qismən təmin və ya rədd etməsi isə məhkəmə müdafiəsi i lə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

47. Apellyasiya baxışı zamanı da iddiaçının həqiqi istəyinin miras əmlak üzərində payların düzgün müəyyən olunmasına nail olmaq olduğu müəyyən edilmişdir 48..Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pzuntularına yol verməmişdir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2925/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar