Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4315/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARİ İş № 2(102)-4315/2020 İddiaçın cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x2 və “xxxxxxxxxxxxxxxxxxxx” x7rşı iş üzrə Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən) İnzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC -yə və “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı müqavilələrin və hərracın etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)15431/2019 nömrəli iş üzrə 26.12.2019-cu il tarixli qərardadındancavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ İddiaçı MMC cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə (“x10 x13-2” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində yerləşən qeyri-yaş ayış sahələrinin özgəninkiləşdirilməsinə dair hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 25.08.2014-cü il tarixli müqavilənin və hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 73/01 saylı, 25.08.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18.11.2019-cu il tarixli qərardadı ilə (hakim P.Zamanlı; iş № 2(011)7175/2019) mülki işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” ASC şikayət vermiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndəri lmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 26.12.2019-cu il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” ASC və onun vəkili x1 şikayəti vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) işə baxıldığı dövrdə qüvvədə olmuş 24.2, 26.1, 31.1 və 44.2.-ci maddələrinə istinadla belə qənaətə gəlmişlər ki, mübahisə hüquqi şəxslər arasında yaranmışdır, ona görə də işə həmin dövrdə mövcud olmuş inzibatiiqtisadi (hazırkı kommersiya) məhkəmədə baxılmalıdır. Qarışıq məhkəmə tərkibi kassasiya şikayətini n dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı işin icraata qəbul edildiyi 15.08.2019-cu il tarixdə qüvvədə olmuş MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məcəllənin 26.1-ci maddəsinə əsasən, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. İddia ərizəsinin məzmunundan görünür ki, mübahisə iki hüquqi şəxs “xxxxxxxxxxxxxxxxxxx xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və “xxxxxxxxxxxxxxxxxxxx” ASC (“x10 x13-2” ASC) arasında bağlanmış əmlakın alqı-satqısı barədə müqavilənin və hərrac təşkilatının açıq hərracın nəticələri haqqında protokolunun mübahisələndirilməsilə bağlıdır. Həm iddiaçı, həm də cavadehlər hüquqi şəxslərdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin aidiyyət qaydalarını tənzimləyən qüvvədə olan normaları baxımından da hazırkı iş kommersiya məhkəməsinə aiddir. Baxılan iş üzrə şikayət verən cavabdeh tərəflərin yalnız hüquqi şəxs olmalarına görə işin kommersiya məhkəməsinə aid olması barədə məhkəmələrin yanlış qənatə gəldiklərini bildirsə də, öz mövqeyini prosessual hüquq normalarına istinadla əsaslandırmamışdır. Həmçinin MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozu lmasına yol verilmir. Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Bu baxımdan məhkəmə aidiyyət qaydalarını pozmaqla icraatına qəbul etdiyi işi onun icraatında olduğu müddətdən asılı olmayaraq başqa məhkəməyə göndərməkdə haqlıdır. Beləliklə, birinci instansiya məhkəməsi işin aidiyyəti üzrə göndərilməsi barədə düzgün qərar qəbul etmiş, apelyasiya instansiyası məhkəməsi həmin qərardadı qüvvədə saxlamaqla qanuni nəticəyə gəlmişdir. Həmin dövrdə və hazırda qüvvədə olan mülki porsessual qaydalara əsasən işə kommersiya məhkəməsində baxılmalıdır. Hazırkı iş kassasiya instansiyası məhkəməsinə apellyasiya instansiyası məhkəməsinin qərardadından verilm iş kassasiya şikayəti əsasında daxil olsa da, Məhkəmə kollegiyası həmin işə hazırda qüvvədə olan prosessual hüquq normalarına uyğun olaraq baxılmasını qanuni hesab etmişdir. Belə ki, MPM-in qüvvədə olan redaksiyasına görə kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahi sələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1). Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. İddiaçı MMC-nin cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı müqavilələrin və hərracın etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)15431/2019 nömrəli iş üzrə 26.12.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4315/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4315/2020
02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver