Məhkəmə qərarları › İş №2(102)-4317/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4317/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4317/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərdən irəli gələn tələb, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3771/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixdə “Hyundai Elantra” minik markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 tərəfindən alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 kredit yolu ilə satılmış, avtomobilin dəyəri 30.314,5 manat müəyyən edilmişdir.

2. Cavabdeh1 avtomobilin dəyərinin 5.000 manat hissəsini ödəmiş, qalan 25314,5 manat hissəsindən isə 6.336 manat ödəniş edərək, cəmi 18.978,5 manat isə ödənilmədən qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli, 2647 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti ol an avtomobilin geri verilməsi, əks təqdirdə dəymiş zərərin əvəzi kimi 18.978,5 manat əsas borc pulun, 3.766,4 manat məbləğində cərimə pulunun, 26.750 manat məbləğində icarə haqqın və dövlət rüsumu qismində ödənilmiş 238,49 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2011 ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir.

5. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. İddiaçı1 mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2000 manat, 36 ay müddətinə, hər ay üzrə 704 manat ödəniş etməklə, 30.314,5 manata satılmışdır. xx.xx.2019-cu il tarixli, 2647 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 müqavilə üzrə zaminlik edərək xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ödəniş etmədiyi təqdirdə zamin olaraq ödənişləri edəcəyini öhdəsinə götürmüşdür.

6. Lakin Cavabdeh1 “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2.000 manat, əlavə xərclər üçün 3000 manat, 9 ay 704 manat ödəniş edərək, cəmi 11.336 manat ödəniş etmiş və xx.xx.2020-ci il tarixdən sonra "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 18978,5 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. Qalan borcun ödənilməsi barədə dəfələrlə Cavabdeh1 şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə borclunun qeydiyyat ünvanına “Pretenziya” məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi tələb olunmuş, lakin borclu bu tələbə də məhəl qoymamışdır. 7. xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verildiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, Cavabdeh1 “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 535 gün istifadə edərək təhvil vermədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə (535x50) haqqı hesablanmaqla 26750 manat məbləğində icarə pulu hesablanmışdır.

8. Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və cavabdeh “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 535 gün istifadə edərək ödəniş etmədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 3766,4 manat məbləğində cərimə pulu hesablanmışdır. 9. xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin 5.1.3-cü bəndinə əsasən alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək və avtomobilin sürülməsinə məhdudiyy ət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək satıcının hüququdur. 10. xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən müqavilə üzrə alıcının öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqavilə ləğv edildikdə alıcı satıcıya qarşı hər hansı bir iddia tələbi ilə dövlət orqanlarına, müvafiq hüquq mühafizə orqanlarına (Polis, Prokurorluq, Məhkəmə və s.) müraciət etmək hüququnu itirir. Həmin müqavilənin 8.1.1-ci bəndinə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. Eyni zamanda müqavilənin 8.1.2-c i bəndinə əsasən alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşını geri alındıqda və ya qaytarıldıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə, satıcı birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını başqa şəxsə satmaqda haqlıdır.

11. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında "xxxx" MMC əsl İddiaçı1 ilə əvəz edilmişdir.

12. İddiaçı1 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, İddiaçı1 "xxxx" MMC-yə verdiyi AR-İ № 455435 saylı, xx.xx.2016-cı il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti olan “Hyundai Elantra” minik markalı, 2012-ci il bura xılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, 99KA-282 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçi İddiaçı1 geri verilməsi, bu mümkün olmadıqda dəymiş zərərin əvəzi olaraq 18.978,5 manat əsas borc pulun, 3.766,4 manat məbləğində cərimə pulunun, 26.750 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 238,49 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 avqust 2022-ci il tarixli, 2(011)-3178/2022 saylı qətnaməsi ilə (hakim-Lalə Rəhimli) iddia qismən təmin edilərək, İddiaçı1 ("xxxx" MMC-yə verilmiş etibarnamə əsasında) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 26 47 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 tərəfindən “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı1 geri qaytarılması, bu mümkün olmadıqda Cavabdeh1 18978,50 (on səkkiz min doqquz yüz yetmiş səkkiz manat əlli qəpik) manat əsas, 1500 (min beş yüz) manat cərimə borcu və 238,49 (iki yüz otuz səkkiz manat qırx doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı1 ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə yaranmış münasibətlər mülki qanunvericiliyin nisyə alqı-satqı müqaviləsinin bağlanması barədə tələblərinə aiddir. Tərəflər arasında bağlanmış 2647 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında xx.xx.2019cu il tarixli müqavilənin 5.1.3-cü maddəsinə əsasən satıcının alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşın pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirərkən çəkilən bütün xərcləri alıcıdan tələb etmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək və 5.1.5-ci maddəsinə əsasən avtomaşını geri alarkən yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərəri a lıcıdan tələb etmək və onun əmlakına yönəldilməsi tələbi irəli sürmək hüquqları vardır.

15. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə və ödənilməmiş qalan əsas borcu və müqavilə üzrə ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır.

16. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, iddiaçının müqav ilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğu halda avtomobili ondan geri tələb etmək hüququ olduğundan, “Hyundai Elantra” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalı, avtomobilin geri qaytarılması mümkün olmadıqda isə ödənilməmiş pul öhdəliyi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

17. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən əsas borcun tutulması hissəsində təmin edilərək, ödənilməmiş 18.978,50 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə həmçinin, iddia ərizəsində göstərilən cərimə pulunu əsassız və şişirdilmiş hesab etməklə işin hallarını nəzərə alaraq, iddia tələbində göstərilən cərimə pulunun 3.766,40 manat məbləğində deyil, 1.500 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq saymışdır.

19. Məhkəmə iddianın “26.750 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə hissəsini araşdıraraq hesab etmişdir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Ona görə ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsində icarə haqqının ödənilməsi barədə razılaşma olmamışdır.

20. Məhkəmə cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğu qənaətinə gələrək hesab etmişdir ki, iddianın “xx.xx.2019-cu il tarixli, 2647 saylı müqavilənin ləğv edilməsi” hissəsində də iddia tələbi təmin edilməlidir.

21. Məhkəmə həmçinin iddianın 238,49 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

22. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 601.1, 385.1, 442, 443.1, 443.5, 462.1, 467, 421.1, 421.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 119.1-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və idd ia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobilə dair xx.xx.2019-cu il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsi cavabdehlə bağlansa da, avtomobil X1 istifadəsinə verilmişdir. “Hyundai Elantra” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil heç vaxt onun istifadəsində olmamışdır. Bir dəfə olsun belə həmin avtomobili idarə etməmiş, istifadəsində olmamışdır. Ona görə də hesab edir ki, əslində bu müqavilənin bağlanması səbəbindən xeyli ziyana düşmüşdür. Belə ki, iddiaçıya ödənilmiş ilkin ödəniş və xidməti haqqını o, öz vəsaiti hesabına ödəmişdir. Cavabdeh olduğu iş üzrə məhkəmə iclasında vəsatət verərək onu əsl cavabdeh X3 ilə əvəz edilməyini məhkəmədən xahiş etsə də, məhkəmə vəsatəti müzakirə etmədən təmin etməmişdir. Etibar Hüseynov 2020-ci ilin sentiyabr ayında “Hyundai Elantra” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətmişdir. Bu barədə Nərimanov rayon Polis İdarəsi tərəfindən Etibar Hüseynovun barəsində İXM-nin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Nisyə alqı-satqı müqaviləsi bağlansa da, avtomobil onun istifadəsinə verilməmiş, Mülki Məcəllənin 337.1-ci maddənin tələblərinin pozulması ilə bağlandığından, əhəmiyyətsiz əqd hesab oluna bilər.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3771/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev və F.Qasımov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(011)-3178/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin qanuni əsası ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab edərək qeyd etmişdir ki, tərəflər arasındakı mübahisə onlar arasında “Hyundai Elantra” minik markalı avtomobilin nisyə alqı-satqısı müqaviləsi ilə əlaqədar yaranmış öhdəlik hüquq münasibətləri ilə bağlıdır.

27. Cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına d air vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə və ödənilməmiş qalan əsas borcu və müqavilə üzrə ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin hərəkəti düzgün olaraq öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilmiş və iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehdən icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə haqlı olmuşdur.

29. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə iddia tələbinin nəqliyyat vasitəsinin geri qaytarılması, əks təqdirdə cavabdehdən 18.978,50 manat borcun tutulması hissəsində təmin edilməsi ilə bağlı düz gün nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası həmçinin, işin halları nəzərə alınmaqla Mülki Məcəlləinin 467-ci maddəsinə əsasən iddia tələbində göstərilən cərimə pulunun 3.766,40 manat məbləğində deyil, 1500 manat məbləğində müəyyən edilməsini ədalətli və qanuni hesab etmişdir.

31. Bundan başqa məhkəmə kollegiyası qeyd etmidir ki, iş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur.

32. Buna görə də apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi “xx.xx.2019-cu il tarixli, 2647 saylı müqavilənin ləğv edilməsi” hissəsində düzgün olaraq təmin edilmişdir.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi n isyə alqısatqı müqaviləsinin cavabdehlə bağlansa da, avtomobili X1 istifadəsində olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, avtomobili kimin istifadə etməsindən asılı olmayaraq tərəflər arasında bağlanmış 2647 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən öhdəlik münasibətləri İddiaçı1 və Cavabdeh1 arasında yaranmış, nəqliyyat vasitəsi Cavabdeh1 təhvil verilmiş, sonuncu müqavilə üzrə öhdəlikləri icra etməyi öz öhdəsinə götürmüşdür.

34. Apellyasiya instansiyası məhkəməsi cavabdehin nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməs i və əmələ gəlməməsi başa düşülür. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil edir. Göstərilənlərdən əlavə qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmamışdır. Müqavilə "xxxx" MMC ilə cavabdeh arasında bağlanmışdır. Onlarında İddiaçı1 adınan müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Buna görə müqavilə etibarsız hesab edilməli idi. Bunun təsdiq edən sənəd iş materiallarında yoxdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə araşdırmanı və ədalət mühakiməsini faktlar əsa sında həyata keçirməmişdir. Məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinə istinad olunaraq cavabdehdən 1.500 manat cərimənin tutulması tamamilə absurd və ədalətsizdir. Neçə ola bilər ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsi bağlandığı halda, məhkəmə həmin müqaviləyə istinad edərək hansı ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə mövcud olmadığı halda, həmin müqaviləyə əsasən iddiaçıdan cərimə tutur. İddiaçının mülkiyyətində olan avtomobili etibanamə əsasında istifadə etmək hüququ "xxxx" MMC verilmişdir. Cavabdehə isə avtomobildən istifadə etmək üçün iddiaçı tərəfində heç bir etibarnamə verilməmişdir. Onda sual yaranır avtomobil hansı formada cavabdehin istifadəsində olmuş və etibarnamə olmadığı halda cavabdeh hansı formada avtomobildən istifadə edə bilər. Bütün bunlar məhkəmə tərəfindən araşdırılmalı idi. Belə çıxır qətnamə qanuni qüvvəyə mindiyi halda cavabdeh həm avtomobilin dəyərini ödəməli, həm də avtomobil iddiaçıya da qaytarılmalıdır. Hansı ki, cavabdehə avtomobil verilməmişdir. Bunun təsdiq edən müqavilə və etibarnamə isə mövcud deyil. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

38. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. Maddə 359.1. Əqd təmsilçi vas itəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

40. Maddə 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər.

41. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

42. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Maddə 421.1.Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

45. Maddə 421.2.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

46. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilm iş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

47. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

48. Maddə 443.5.Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

49. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

50. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

51. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi b ütün hallar üçün cavabdehdir.

52. Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

53. Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər.

54. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

55. Maddə 600.1. Alqı-satqı müq aviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir

56. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

57. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

58. Maddə 601.1.Əşyanın nisyə s atılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

61. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğ unu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

62. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlar a məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

66. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

67. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri 53.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilər ək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 54.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 55.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. 56.Belə ki, baxılan işin hallarından aydın olur ki, 23 dekabr 2 019-cu il tarixli müqavilə ilə İddiaçı1 etibarnaməsi əsasında "xxxx" MMC-nin direktoru X2 şəxsində Cavabdeh1 arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti 1 ədəd minik avtomobilin (KMHDH41EBCU540757 şassi nömrəli 2012-li «Hyundai Elantra» markalı, 99KA282 dövlət nömrə nişanlı») nisyə alqı-satqısı ilə bağlıdır. 57.Cavabdeh kassasiya şikayətində göstərir ki, "xxxx" MMC-nə verilmiş xx.xx.2019cu il tarixli etibarnamədə nisyə alqı-satqı müqaviləsi bağlamaq səlahiyyəti verilməmiş, etibarnamə yalnız nəqliyyat vasitəsini idarə etmək məqsədi ilə verilmişdir. 58.İşin araşdırılmış hallarından aydın olur ki, nisyə alqı-satqı müqaviləsi rəsmləşdirilərkən yalnız xx.xx.2019-cu il tarixli etibarnamə təqdim edilmişdir. Həmin etibarnamə ilə etibar edən yalınz nəqliyyat vastəsini id arə etmək səlahiyyətini digər tərəfə vermişdir. 59.Yuxarıda qeyd olunan maddi hüquq normalarından görünür ki, etibarnamə təmsilçiliyi üçüncü şəxslər qarşısında rəsmiləşdirən sənəddir. Təmsilçilik isə birtərəfli əqd olmaqla, təmsil edilən şəxs üçün hüquq və vəzifələrinin yaradılmasına, dəyişdirilməsinə və xitam verilməsinə dair təmsilçiyə verilmiş səlahiyyətdir. Yəni qanunun mənasına görə etibarnamə əsasında yalnız təmsil edilənin hüquqi statusunda dəyişikliklər baş verə bilər. Təsadüfi deyil ki, MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. 60.Nəzərə almaq lazımdır ki, cavabdeh eyni dəlilləri apellyasiya şikayətində də göstərmişdir. Lakin apellyasiya instansiya məhkəməsi cavabdehin həmin dəlillərinin (o cümlədən nəqliyyat vasitəs inin ona təhvil verilməsi, nəqliyyat vasitəsinin onun istifadəsində olub-olmaması, onun tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə ödənişlərin edilib-edilməməsi, nəqliyyat vasitəsinin hazırda kimin sahibliyində olması, keçən müddət ərzində cavabdehə və digər hər hansı şəxsə etibarnamə verilib-verilməməsi, verilmişdirsə etibarnamənin kimin tərəfindən və hansı müddətdə verilməsi və s.) araşdırılması ilə bağlı heç bir hərəkət etməmiş, yalnız müqavilənin qanunauyğun bağlanması, nəqliyyat vasitəsinin və ya zərərin ödənilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. 61.İşin aşkar olan halı ondan ibarətdir ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı1dur. Təqdim olunmuş müqavilənin 5.1.3-cü bəndinə əsasən «alıcıdan alqı-satqı müqaviləsinə əlavə edilmi ş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün müddətində gecikdirəcyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomoblin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirərək çəkilən xərcləri «alıcı»-dan tələb etmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək hüquqları vardır. 62.Müqavilənin 5.1.5-ci bəndinə əsasən avtomaşını geri alarkən yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin «alıcı»-dan tələb etmək və ya onun əmlakına yönəldilməsi tələbini irəli sürmək hüququ vardır. 63.Birinci instansiya məhkəməsi iddiaçının adından çıxış edən "xxxx" MMC-nin avtomaşının özgəninkiləşdirmək səlahiyyətinə malik olması nəticəsinə gəlir. Cavabdeh tərəf isə MMC-in nəqliyyat vasitəsini özgəninkiləşdirmək üçün səlahiyyətə malik olmadığını iddia edir.Cavabdeh tərəf etirazının əsası kimi etibarnamə ilə MMC-yə belə səlahiyyət verilmədiyinə istinad edir. Göstərilən vəziyyətdə səlahiyyəti olmayan şəxsin nisyə alqısatqı müqaviləsi bağlaması üçün sərəncam hüququna malik olması apellyasiya instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmalı dəlil olsa da məhkəmə belə araşdırmanın aparılmasını təmin etməmiş, nəticədə isə faktiki olaraq Mülki Prosessual Məcəlləninin 88ci maddəsinin tələbləri pozulmuşdur. 64.Digər tərəfdən alqı-satqı üzrə isə iddiaçı satılan əşyanın dəyərinin tam ödənilməməsini iddia etmişdir. Bu halda, MM-in 600.4-cü maddəsinə əsas ən iddiaçının ya verilmiş əşyanın dəyərini ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququ yaranmışdır ki, iddiaçı eyni zamanda müvafiq maddədə göstərilən hər iki tələbi irəli sürmüşdür. Lakin apellyasiya məhkəməsinin qətnaməsində MM-in 600.4-cü maddəsinin dispozisiyasına istinad etsə də, həmin maddənin hazırki mübahisəyə hansı qaydada tətbiq etməsini şərh etməmişdir. 65.Mülki Məcəllənin 600.2-ci maddəsi ilə bağlı isə məhkəmə kollegiyası izah edir ki, həmin norma Məcəllənin 600.4-cü maddəsinin tətbiqini istisna etmir. Belə ki, həmin maddənin mahiyyəti ondan ibarətdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanaraq, alıcı müqavilə üzrə öhdəliklərini müəyyən olunmuş qaydada icra etdiyi halda satılmış əşyanın qiymətinin dəyişməsinə yol verilmir. Lakin alıcı öhdəliyini icra etmədikdə satıcının 600.4-cü maddəsində nəzərdə tutulmuş tələblərdən birini irəli sürmək hüququ vardır.

66. Bu zaman isə tərəflər arasında bağlanmış müqavilə şərtlərinin qiymətləndirilməsi zəruridir. Çünki müqavilədə tərəflərin müəyyən etdikləri mühüm şərtlərdən aydın olur ki, iddiaçı müqavilənin pozulması zamanı nəqliyyat vasitəsini geri tələb etmək və nəqliyyat geri qaytarıldıqdan sonra nəqliyyat vasitəsinə zərər vurulması müəyyən olunduğu halda zərər tələbi irəli sürmək hüquq vardır. 67.Məhkəmələr iddianın təmin edərkən nəzərə almamışlar ki, nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində qalmaqda davam edir. Öhdəliyin icrasının pozulması vəziyyətində müqavilə dəyərinin tam tutulması təmin olunarsa nəqliyyat vasitəsinin cavabdehin mülkiyyətinə keçməsinin mümkünlüyü də müzak irə edilməlidir. Çünki adi vəziyyətə öhdəliyin tam icra olunması zamanı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə keçməlidir. 68.Digər tərəfdən cavabdeh tərəf bəyan edir ki, nəqliyyat vasitəsi onda deyil, başqa şəxsin istifadəsindədir. Həmin şəxs isə nəqliyyat vasitəsini məhz iddiaçı tərəfin verdiyi etibarnamə əsasında idarə edir. Bu vəziyyətdə də nəqliyyat vasitəsinin həqiqətən cavabdehdən alınması və başqa şəxsin istifadəsinə verilməsi, istifadə üçün yeni əldə edən şəxsə etibarnamə verilməsi halları da aydınlaşdırılmalı olduğu halda apellyasiya instansiya məhkəməsi belə araşdırmanın da aparılmasını təmin etməmişdir.

69. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 70.İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının t ələblərinə cavab vermir. 71.Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. 72.İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, cavabdeh tərəfin irəli sürdüyü dəlillərin aydınlaşdırılması təmin edilməli, iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. 73.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2(103)-3771/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar