Məhkəmə qərarları › İş №2(102)-4318/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4318/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4318/2021 01.07.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1786/2017 saylı, 28 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev) İddiaçı Cavabdehna qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-804/2021 saylı, 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) məhkəmə aktı hüquq və vəzifələrinə toxunan “xxxx” ASC tər əfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1786/2017 saylı, 28 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, şikayət iddiaçının nümayəndəsi və vəkili olaraq Vəkil tərəfindən imzalansa da, iş materiallarına onun nümayəndə kimi səlahiy yətlərini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa geri qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinin tələbinə əsasən qeyd olunan hallar mövcud olduqda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, kassasiya şikayəti icraata qəbul olunmamalı və iş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı adından Vəkil tərəfindən imzalanmış kassasiya şikayəti icraata qəbul edilməsin. Mülki iş verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar