Məhkəmə qərarları › İş №2(102)-432/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-432/2020

23.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-432/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1, vəkili Nümayəndə, İddiaçı və vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(046)148/2019, hakim İ.B.Fəttahov) iddiаçı İddiaçı cаvаbdehlər Cavabdeh1 və Göyçay rayon rayon X6rşı iddiası qismən təmin edilmiş,iddiaçının mərhum qaynanası X3 miras qalmış Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evinin oğlu X12 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, X7 mərhum nənəsi X3 miras qalmış Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-2317/2019, hakimlər M.R.Hüseynov, G.Q.Abbasov, R.R.Rəfiyev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin lə ğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. X10 xx xxxxxx 2006-cı il tarixdə vəfat etmişdir. X4 oğlu X13 isə xx xxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. X13 ilə İddiaçı birgə nikahlarından xx xxxxxx 1982-ci il tаrixdə Rövşən adlı uşaqlaır doğulmuşdur. Göyçay rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli 40 nömrəli sərəncamı ilə X12 1-ci qrup əlil və daun xəstəsi olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs kimi anası İddiaçı qəyyumluğuna verilmişdir. xx xxxxx 2018-ci il tarixdəİddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barə də ərizə verərək, mərhum qaynanası X3 miras qalmış Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evinin oğlu X12 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi bаrədə qətnаmə qəbul eidlməsini xаhiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara, o cümlədən iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsinə düzgün hüquqi qiymət verilməmişdir. İddiaçının vəkili kassasiya şik ayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəmə sinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 101 nömrəli fərdi yaşayış evinin mərhum qaynanası X3 miras qaldığına, həmin miras əmlaka fəaliyyət qabiliyyətli olmayan hesab edilmiş oğlunun qanun üzrə birinci növbə vərəsə olduğuna, lakin notariat orqanı tərəfindən miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilmədiyinə istinad edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı miras qoyanın ondan əvvəl vəfat etmiş vərəsəsi X8 Qasımovun qanuni nümayəndəsidir. Qanun üzrə vərəsələrin dairəsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin tələblərinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Valideynlərin (övladlığa götürənlər) nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243-cü maddəsinin tələblərinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyin i şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qanunla müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Rövşən Yaqubov anası ilə bərabər mərhum nənəsindən miras qalmış mübahisəli fərdi yaşayış evinə sahiblik etməklə mirası qəbul etmişdir. Cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halı, Rövşən Yaqubovun miras əmlaka sahiblik etməsini istisna edən konkret sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar