Məhkəmə qərarları › İş №2(102)-432/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-432/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-432/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi və lizinq obyektinin qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “X8” QSC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-112/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış 4xx/xx/2010-02 saylı, xx.xx.2013-cü il tarixli “Daxili lizinq müqaviləsinə” əsasən, cavabdeh “Ford Cargo 2530” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yükboşaldan avtomaşını 36 ay müddətinə QSC-dən lizinqə götürmüşdür. Müqaviləyə əlavə edilmiş “xxxx”nə görə, lizinqalan olan cavabdeh lizinqverən QSC-yə lizinqin başlanma tarixi olan xx.xx.2013-cü il tarixdə, habelə xx.xx.2014 və xx.xx.2014-cü il tarixlərdə 1.715 manat, qalan aylarda isə hər ay 1.502 manat olmaqla hissə-hissə ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli Təhvil-Təslim Aktı” ilə, həmin avtomaşın QSC tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdehin müqavilə öhdəliklərini pozduğunu bildirərək aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4xx/xx/2010-02 saylı “Daxili lizinq müqaviləsi üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan 16.781 manat məbləğində əsas borcun, 3.555 manat məbləğində cərimə faizi borcunun cavabdehdən tutularaq QSC-yə ödənilməsi, QSC-yə məxsus olan 1 ədəd “Ford Cargo 2530” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yükboşaldan avtomaşının cavabdehdən geri alınaraq QSC-yə verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq QSC-yə ödənilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müqavilənin xxxxnə əsasən cavabdeh ilk ay 1.715 manat, sonrakı aylar üçün 1.502 manat məbləğində olan lizinq ödənişlərini QSC-yə ödəməli idi. Lakin cavabdeh cəmi 6.388 manat məbləğində lizinq ödənişini etmiş, qalan məbləği ödəməkdən yayınmışdır. Beləliklə də, cavabdehin müqavilə üzrə cari lizinq ödənişləri borcu 16.781 manat, cərimə faizi borcu 3.555 manat, cəmi borcu 20.336 manat təşkil edir.

4. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Rzayev) xx xxxxxx 2015-ci il tarixli, 2(001)1928/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cava bdehdən 16.781 manat əsas borcun, 711 manat cərimənin, cəmi 17.492 manatın tutularaq İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsini, lizinq obyektinin – QSC-yə məxsus olan yük boşaldan avtomaşının cavabdehdən alınaraq QSC-yə verilməsini, iddianın qalan hissədə rədd edilməsini, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 86%-nin cavabdehə aid edilməsini, bu məqsədlə 26 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı QSC-yə ödənilməsini qət etmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh lizinq müqaviləsini şəxsən imza etdiyindən və lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan əsas borc və cərimənin bir hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli və lizinq obyekti olan İddiaçı1-yə məxsus olan 1 ədəd “Ford Cargo 2530” markalı yük boşaldan maşını (qeydiyyat nişanı **-JM-***) Cavabdeh geri alınaraq İddiaçı1-yə verilməlidir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı1-yə əsas borcu olduğu halda 16.781 manat olduğu halda cavabdehdən 3.555 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək məbləğdir. İşin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) xx xxxxx 2018-ci il tarixli, 2(103)-3122/18 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1928/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov) 2(102)-5638/2018 nömrəli iş üzrə xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

10. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiy a instansiyası məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən və iş üçün mühüm əhəmiyyət kəsb edən dəlillərə qiymət verməmiş, həmin dəlillərə formal yanaşmışdır. Belə ki, cavabdeh müqavilənin predmeti olan 1 ədəd “Ford Cargo 2530” markalı yük özüboşaldan maşını əvvəlcə onun sürücüsü olmuş X2 aldığını, Pərvizin maaşını satmaqla 21860 manat pulunu ələ keçirdiyini, Banka Pərvizin və öz adından 26532 manat pul ödənilməsini, lakin qəbzlərin bir neçəsini itirdiyini göstərməklə apelyasiya şikayətində İddiaçı1-dən və X6 edilməsi Agentliyindən müvafiq sənədlərin sorğu edilib məhkəmə tərəfindən götürülməsini xahiş etmişdir. Eyni zamanda apellyasiya instansiyası “Lizinq alanın məsuliyyəti” adlanan AR MM-nin 750-ci maddəsinin tələblərini də nəzərə almamışdır. Həmin normanın tələbinə görə də “.... tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır”. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-112/20 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2015-ci il tarixli qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, əsas borcun ödənilməsi məqsədi ilə 16.781 (on altı min yeddi yüz səksən bir) manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 711 (yeddi yüz on bir) manat məbləğində pulun, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi – 26 (iyirmi altı) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, Lizinq obyekti olan İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə məxsus 1 ədəd “Ford Cargo 2530” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yük boşaldan maşının Cavabdeh geri alınaraq İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh Daxili lizinq müqaviləsi üzrə QSC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun QSC-yə iddia ərizəsində göstərilən məbləğdə borcları yaranmışdır. İddi açı QSC tərəfindən cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Cavabdeh, avtomaşını ona satmış X3 avtomaşına görə hissə-hissə omaqla, ümumilikdə 16.500 manat pul ödədiyini bildirsə də, lizinq obyekti olan avtomaşın P.Qarayevin deyil, iddiaçı QSC-nin mülkiyyətində olan əmlakdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2013-cü ilin avqust ayının ortalarında lizinqin əməkdaşları ona 3 aydır maşının axtarışda olduğunu və səbəbinin isə 3 aydır pulunun ödənilməməsi ilə bağlı olduğunu izah etmişlər. O, 53 60 manatı Pərviz Qarayevə ödəmək üçün verdiyini söyləsə də, ödəniş olmadığından maşını alıb duracağa qoymuşlar. Cavabdeh məcburiyyət qarşısında qalaraq xx.xx.2013-cü il tarixdə Pərviz Qarayevə banka ödəniş edilməsi üçün bu dəfə də, 4000 manat pul vermişdir. Pulu banka ödəyəndən sonra maşını geri qaytarmışlar. Bundan sonra Pərviz Qarayev cavabdehi İddiaçı1-yə apardı və onunla iddiaçı arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanılmış, cavabdehə yalnız 15 aylıq xxxx verilmişdir. Cavabdehin savadsızlığından istifadə edən iddiaçı, oxumadan müqaviləyə imza etdirmiş, müqavilənin şərtləri, maşının qiyməti ona izah olunmamış, müqavilənin surəti cavabdehə verilməmişdir. Pərviz Qarayevin və cavabdehin adından iddiaçıya ümumilikdə 34 000 manat pul ödəmişdir. Göründüyü kimi, cavabdehin müqavilə üz rə ödəməli olduğu pulu artıqlaması ilə ödəmişdir və borcu qalmayıb. Cavabdeh və nümayəndəsi həm apellyasiya şikayətində, həm də məhkəmə iclasında lizinq obyektinin lizinq müqaviləsi bağlandıqdan 6 ay sonra iddiaçı tərəfindən cavabdehdən alındığını, nəqliyyat vasitəsinin iddiaçıda olduğunu və qətnamə ilə nəqliyyat vasitəsinin ondan alınaraq iddiaçıya verilməsinin cavabdehin hüquqlarının ciddi şəkildə pozulması və iddiaçının əsassız varlanmasına zəmin yaradılması ilə nəticələnəcəyini bildərsələr də, apellyasiya instansiyası məhkəməsi nəqliyyat vasitəsinin iddiaçıda olub-olmadığını araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

16. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh kassasiya şikayətində özü-özünü təkzib edən və həqiqətə uyğun olmayan ifadələr işlədir, işdə olan çoxsaylı sübutları öz fərziyyələri ilə təkzib etməyə çalışır. İş üzrə materiallarla tanış olduqda açıq aydın məlum olur ki, onun istinad etdiyi normaların bu işə heç bir aidiyyəti yoxdur. Bakı Apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, məhkəmə düzgün hüquqi nəticəyə gəlmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

18. Cavabdeh məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəl ləsi:

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

24. Maddə 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqısatqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir.

25. Maddə 748-1.8. Lizinq mü qaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

26. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kass asiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

33. Tərəflər arasında bağlanmış 4xx/xx/2010-02 saylı, xx.xx.2013-cü il tarixli “Daxili lizinq müqaviləsindən” görünür ki, cavabdeh yuxarıda qeyd edilən “Ford Cargo 2530” markalı, **-JM*** dövlət qeydiyyat nişanlı yük boşaldan avtomaşını 36 ay müddətinə QSC-dən lizinqə götürmüşdür.

34. Həmin müqaviləyə əlavə edilmiş “xxxxndən görünür ki, lizinqalan olan cavabdeh lizinqverən QSC-yə lizinqin başlanma tarixi olan xx.xx.2013-cü il tarixdə, habelə xx.xx.2014 və xx.xx.2014cü il tarixlərdə 1.715 manat, qalan aylarda isə hər ay 1.502 manat olmaqla hissə-hissə ödəniş etməyi öhdəsinə götürmüşdür. 35. xx.xx.2013-cü il tarixli Təhvil-Təslim Aktından” görünür ki, həmin avtomaşın QSC-dən tərəfindən cavabdehə təhvil verilmişdir.

36. İddiaçı QSC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin QSC-yə 16.781 manat məbləğində əsas borcu, 3.555 manat məbləğində faiz borcu yaranmışdır.

37. Sənədlərdən görünür ki, iddiaçı QSC cavabdehə yazılı xəbərdarlıq məktubları göndərməkl ə borcun ödənilməsini tələb etmişdir.

38. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5679 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyini almışdır. Həmin rəydən görünür ki, iş materiallarında olan sənədlərə (maliyyə arayışı və ödəniş qəbzləri) əsasən xx.xx.2013-cü il tarixli, 4xx/xx/2010-02 nömrəli lizinq müqaviləsi üzrə cavabdehin xx.xx.2015-ci il tarixə iddiaçı QSC-yə olan borcu 20.336 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc – 16.781 manat, faiz borcu – 3.555 manat.

39. Cavabdeh borcu tam ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh yuxarıda qeyd edilən Daxili lizinq müqaviləsi üz rə QSC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun QSC-yə iddia ərizəsində göstərilən məbləğdə borcları yaranmışdır. İddiaçı QSC tərəfindən cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, iddiaçı, ərizə ilə məhkəməyə müraciət etmək və bu zaman dövlət rüsumuna görə 30 manat ödəmək məcburiyyətində qalmışdır.

41. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh yuxarıda qeyd edilən Daxili Lizinq müqaviləsi üzrə QSC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinin hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış “Daxili lizinq müqavi ləsi üzrə yaranmış borc öhdəliyinin icrasının tələb edilməsi barədə QSC-nin iddiası əsaslıdır. Çünki, yuxarıda qeyd edildiyi kimi, lizinq alan olan Cavabdeh həmin müqavilə üzrə iddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi aşkardır.

43. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən X4” şərtləri pozulmaqla vaxtında ödənişlər edilmədiyi üçün iddia “lizinq obyektinin geri qaytarılması” hissəsində də əsaslıdır.

44. Avtomaşını ona satmış X3 16.500 manat pul ödəməməsi, həmin məbləğin nəzərə alınmalı olması barədə cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, lizinq obyekti olan avtomaşın P.Qarayevin deyil, iddiaçı QSC-nin mülkiyyətində olan əmlakdır. Belə olan halda cavabdehin bu dəlili iddia tələbinin təmin edilməsinin q arşısını ala bilməz. Cavabdeh, ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı ona zərər vurmuş şəxsə qarşı iddia irəli sürmək hüququna malikdir.

45. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-112/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar