Məhkəmə qərarları › İş №2(102)-432/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-432/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-432/2023 06.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyaları tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-878/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 06 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kıları müəyyən etdi: İşin halları

1. Yevlax RPŞ-nin təhqiqat bölməsinin cinayət işinin rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən geyim və məişət əşyaları: bir ədəd uşaq paltarı – 55 manat; bir ədəd ayaqqabı – 60 manat; bir ədəd uşaq donu – 8 manat; 2 ədəd parfüm – biri 50 manat olmaqla, cəmi 100 manat; 5 ədəd yataq örtük dəsti – biri 50 manat olmaqla, cəmi 250 manat; bir ədəd pərdə - 300 manat; üç ədəd döşək örtüyü – biri 20 manat olmaqla, cəmi 60 manat; yeddi ədəd yataq örtük də sti – biri 46 manat olmaqla, cəmi 322 manat; bir ədəd çilçıraq – 50 manat; bir ədəd kofta – 20 manat; bir ədəd fincan – 11 manat; bir ədəd elektrikli ət maşını – 210 manat; bir dəst ədviyyat qabları – 25 manat; qızıl zinət əşyaları: brilyant qaşlı, 750 əyarlı, 8 qram çəkisi olan qarnitur dəsti – 1,600 manat: brilyant qaşlı, 750 əyarlı, 1.20 qram çəkisi olan üzük – 250 manat, brilyant qaşlı, 750 əyarlı, 2.50 qram çəkisi olan boyunbağı (kolye formalı) – 450 manat, brilyant qaşlı, 750 əyarlı, 2.40 qram çəkisi olun sırğa – 600 manat, brilyant qaşlı, 750 əyarlı, 1.90 qram çəkisi olun qolbaq – 300 manat; 583 əyarlı, 16.30 qram çəkisi olan boyunbağı (tros) – 1,304 manat; 583 əyarlı, 16.40 qram çəkisi olan boyunbağı (tros) – 1,312 manat; 583 əyarlı, 20 qram çəkisi olan qolbaq (sünbül formalı) – 1, 600 manat; şüşə qaşlı, 583 əyarlı, 10 qram çəkisi olan üzük, tənə dəsti – 850 manat; brilyant qaşlı, 750 əyarlı, 6 qram çəkisi olan üzük dəsti – 600 manat; şüşə qaşlı, 583 əyarlı, 3 qram çəkisi olan üzük – 330 manat; 583 əyarlı, 7.27 qram çəkisi olan qolbaq – 580 manat; 585 əyarlı, 4.62 qram çəkisi olan boyunbağı (raket) – 415 manat; şüşə qaşlı, 583 əyarlı, 8.50 qram çəkisi olan üzük, tənə dəsti (meduza) – 680 manat; 583 əyarlı, 1 qram çəkisi olan tənə - 80 manat; 585 əyarlı, 7.23 qram çəkisi olan qolbaq – 650 manat; şüşə qaşlı, 583 əyarlı, 6,23 qram çəkisi olan üzük, tənə, kulon dəsti – 560 manat; şüşə qaşlı, 583 əyarlı, 8.56 qram çəkisi olan üzük, tənə dəsti – 770 manat; şüşə qaşlı, 583 əyarlı, 3.36 qram çəkisi olan üzük – 300 manat; 583 əyarlı, 6.10 qram çəkisi olan qolbaq – 550 manat; 583 əyarlı, 7.60 qram çəkisi olan üzük, tənə dəsti – 680 manat; 583 əyarlı, 30 qram çəkisi olan boyunbağı – 2,400 manat; 585 əyarlı, 6.20 qram çəkisi olan boyunbağı – 560 manat; 585 əyarlı, 5.29 qram çəkisi olan kulon – 470 manat; şüşə qaşlı, 585 əyarlı, 3.80 qram çəkisi olan üzük – 360 manat; 583 əyarlı, 29.13 qram çəkisi olan qolbaq – 2,330 manat; 583 əyarlı, 29.55 qram çəkisi olan qolbaq – 2,364 manat; 583 əyarlı, 30 qram çəkisi olan qolbaq – 2,400 manat; 583 əyarlı, 31 qram çəkisi olan qolbaq – 2,480 manat; brilyant qaşlı, 750 əyarlı, 4 qram çəkisi olan üzük – 450 manat; 585 əyarlı, 10.40 qram çəkisi olan boyunbağı – 835 manat; 585 əyarlı, 5.47 qram çəkisi olan qolbaq – 440 manat; şüşə qaşlı, 583 əyarlı, 10 qram çəkisi olan üzük, tənə dəsti – 800 manat; 585 əyarlı, 7 qram çəkisi olan b oyunbağı, kulonu ilə birgə - 630 manat; 583 əyarlı, 30 qram çəkisi olan qolbaq – 2,400 manat; 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat; 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat dəyərində əşyalarının və ya onların dəyərlərinin, həmçinin ödənilmiş 199 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onunla qonşuluqda yaşayır. Bir qonşu kimi həmişə yaxşı münasibətləri olmuşdur. O, özü geyim və məişət, həmçinin qızıl əşyalarının satışı ilə məşğul olub. Cavabdeh satması üçün ona da geyim və məişət, həmçinin qızıl əşyalarını verməyini xahiş etmişdir. Razılaşmışlar ki, həmin əşyaları Gülşənə verərsə, o da, həmin əşyaları ayrı-ayrı şəxslərə sataraq o nun pulunu verəcəkdir. Yəni əşyalar Gülşənə nisyə olaraq verilirdi. Beləliklə iddia ərizəsində qeyd edilən geyim və məişət əşyaları, habelə qızıl-ziynət əşyalarını Cavabdeh vermişdir. Həmin 43 adda qızıl əşyadan 10 adda qızılın dəyəri ödənilmişdir. 33 adda qızılın isə pulunu bu gün də ödəməməkdədir. Həmin 33 adda qızılın dəyəri isə 34,340 manatdır. Dəyəri ödənilmiş 10 adda qızılı hazırkı iddia tələbinə daxil etməmişdir. Geyim və məişət əşyalarından isə 1,471 manat borcu qalmışdır (həmin əşyalar da çox idi, bəzilərinin pulunu ödəyib, bəzilərini də münasibət pozulandan sonra gedib ondan almışdır).

4. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, həqiqətən İddiaçı müxtəlif vaxtlarda geyim, məişət və qızıl zinət əşyaları götürmüşdür ki, başqa şəxsl ərə satıb pulunu Nuranəyə ödəsin. Həmin əşyaları nisyə olaraq satmış və ödənilən məbləğləri Nuranəyə vermişdir. Hazırda onun Nuranəyə hər hansı borcu yoxdur. Belə ki, iddiaçıdan 13 adda qeyd edilən əşyaları almamış, bu əşyaların dəyəri kimi qeyd edilmiş 1,471 manat borcu da olmamışdır. Qızıl zinət əşyaları ilə bağlı iddiaçının şikayəti üzrə Yevlax Rayon Polis Şöbəsində tam ifadə vermişdir.

5. İş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş rəydə qeyd olunmuşdur ki, qızıl zinət əşyaları: brilyant qaşlı, 750 əyarlı, 8 qram çəkisi olan qarnitur dəsti – 1,000 manat: brilyant qaşlı, 750 əyarlı, 1.20 qram çəkisi olan üzük – 150 manat, brilyant qaşlı, 750 əyarlı, 2.50 qram çəkisi olan boyunbağı (kolye formalı) – 300 manat, brilyant qaşlı, 750 əyarlı, 2.40 qram çəkisi olun sırğa – 280 manat, brilyant qaşlı, 750 əyarlı, 1.90 qram çəkisi olun qolbaq – 250 manat; 583 əyarlı, 16.30 qram çəkisi olan boyunbağı (tros) – 1,304 manat; 583 əyarlı, 16.40 qram çəkisi olan boyunbağı (tros) – 1,312 manat; 583 əyarlı, 20 qram çəkisi olan qolbaq (sünbül formalı) – 1,600 manat; şüşə qaşlı, 583 əyarlı, 10 qram çəkisi olan üzük, tənə dəsti – 800 manat; brilyant qaşlı, 750 əyarlı, 6 qram çəkisi olan üzük dəsti – 660 manat; şüşə qaşlı, 583 əyarlı, 3 qram çəkisi olan üzük – 240 manat; 583 əyarlı, 7.27 qram çəkisi olan qolbaq – 582 manat; 585 əyarlı, 4.62 qram çəkisi olan boyunbağı (raket) – 415 manat; şüşə qaşlı, 583 əyarlı, 8.50 qram çəkisi olan üzük, tənə dəsti (meduza) – 680 manat; 583 əyarlı, 1 qram çəkisi olan tənə 80 manat; 585 əyarlı, 7.23 qram çəkisi olan qolbaq – 650 manat; şüş ə qaşlı, 583 əyarlı, 6,23 qram çəkisi olan üzük, tənə, kulon dəsti – 500 manat; şüşə qaşlı, 583 əyarlı, 8.56 qram çəkisi olan üzük, tənə dəsti – 685 manat; şüşə qaşlı, 583 əyarlı, 3.36 qram çəkisi olan üzük – 269 manat; 583 əyarlı, 6.10 qram çəkisi olan qolbaq – 488 manat; 583 əyarlı, 7.60 qram çəkisi olan üzük, tənə dəsti – 608 manat; 583 əyarlı, 30 qram çəkisi olan boyunbağı – 2,400 manat; 585 əyarlı, 6.20 qram çəkisi olan boyunbağı – 558 manat; 585 əyarlı, 5.29 qram çəkisi olan kulon – 477 manat; şüşə qaşlı, 585 əyarlı, 3.80 qram çəkisi olan üzük – 342 manat; 583 əyarlı, 29.13 qram çəkisi olan qolbaq – 2,330 manat; 583 əyarlı, 29.55 qram çəkisi olan qolbaq – 2,364 manat; 583 əyarlı, 30 qram çəkisi olan qolbaq – 2,400 manat; 583 əyarlı, 31 qram çəkisi olan qolbaq – 2,480 manat; brilyant qaşlı, 750 əyarlı, 4 qram çəkisi olan üzük – 450 manat; 585 əyarlı, 10.40 qram çəkisi olan boyunbağı – 936 manat; şüşə qaşlı, 583 əyarlı, 10 qram çəkisi olan üzük, tənə dəsti – 800 manat; 585 əyarlı, 7 qram çəkisi olan boyunbağı, kulonu ilə birgə - 630 manat; 583 əyarlı, 30 qram çəkisi olan qolbaq – 2,400 manat; 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat; 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat təşkil edir. Bir ədəd uşaq paltarı – 55 manat; bir ədəd ayaqqabı – 60 manat; bir ədəd uşaq donu – 8 manat; 2 ədəd parfüm – biri 50 manat olmaqla, cəmi 100 manat; 5 ədəd yataq örtük dəsti – biri 50 manat olmaqla, cəmi 250 manat; bir ədəd pərdə - 300 manat; üç ədəd döşək örtüyü – biri 20 manat olmaqla, cəmi 60 manat; yeddi ədəd yataq örtük dəsti – biri 46 man at olmaqla, cəmi 322 manat; bir ədəd çilçıraq – 50 manat; bir ədəd kofta – 20 manat; bir ədəd fincan – 11 manat; bir ədəd elektrikli ət maşını – 210 manat; bir dəst ədviyyat qabları – 25 manat təşkil edir.

6. Yevlax Rayon Məhkəməsinin (hakim T.Əliyev) 05 aprel 2022-ci il tarixli, 2(039)246/2022 saylı qətnаməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh: 1. 750 əyarlı, 8 qram çəkisi olan qarnitur dəsti – 1,000 manat; 2. 583 əyarlı, 16.30 qram çəkisi olan boyunbağı (tros) – 800 manat; 3. 583 əyarlı, 10 qram çəkisi olan qolbaq (sünbül formalı) – 800 manat; 4. brilyant qaşlı, 750 əyarlı, 6 qram çəkisi olan üzük dəsti – 600 manat; 5. şüşə qaşlı, 583 əyarlı, 3 qram çəkisi olan üzük – 330 manat; 6. 583 əyarlı, 7.27 qram çəkisi olan qolbaq – 580 manat; 7. 585 əyarlı, 4.62 qram çəkisi olan boyu nbağı (raket) – 415 manat; 8. 583 əyarlı, 1 qram çəkisi olan tənə - 80 manat; 9. şüşə qaşlı, 583 əyarlı, 6.23 qram çəkisi olan üzük, tənə, kulon dəsti – 500 manat; 10. şüşə qaşlı, 583 əyarlı, 3.36 qram çəkisi olan üzük – 269 manat; 11. 583 əyarlı, 6.10 qram çəkisi olan qolbaq – 488 manat; 12. 583 əyarlı, 7.60 qram çəkisi olan üzük, tənə dəsti – 608 manat; 583 əyarlı, 30 qram çəkisi olan boyunbağı – 1,550 manat; 14. 585 əyarlı, 6.20 qram çəkisi olan boyunbağı – 558 manat; 15. 585 əyarlı, 5.29 qram çəkisi olan kulon – 570 manat; 16. şüşə qaşlı, 585 əyarlı, 3.80 qram çəkisi olan üzük – 342 manat; 17. 583 əyarlı, 31 qram çəkisi olan qolbaq – 2,480 manat; 18. brilyant qaşlı, 750 əyarlı, 4 qram çəkisi olan üzük – 450 manat; 19. 585 əyarlı, 5.47 qram çəkisi olan qolbaq – 440 manat; 20. şüşə qaşlı, 583 əyarlı, 6 qram çəkisi olan üzük, tənə dəsti – 400 manat; 21. 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat, bu qızıl zinət əşyalarının özü, olmadıqda qeyd olunan dəyərinin alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzinin təmin edilmiş tələbə mütənasib hissədə 133 (bir yüz otuz üç) manat 62 (altmış iki) qəpik Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində qeyd edilən əşyaların mövcudluğunu, Cavabdeh satmaq üçün verməsini sübut etməlidir. Lakin, iddiaçı buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə iddia ərizəsində qeyd edilən geyim və məişət əşyalarını ümumiyyətlə almadığını, qızıl zinət əşyalarının isə bir qism inin aldığı bildirməklə həmin qızıl zinət əşyalarının dəyərini tam olaraq İddiaçı qaytardığını bildirsə də, etiraf etdiyi əşyaların pulunun qaytarmasına dair mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara dair iddiaçı və cavabdehin təqdim etdikləri əlyazmalar isə, kimin tərəfindən icra olunması, özündə nəyi ehtiva etməsini əks etdirmədiyindən sübut kimi qəbul edilə bilməz.

8. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı, iddia ərizəsində qeyd edilən, özünə məxsus əşyaları cavabdehə verdiyini bildirsə də, buna dair sübut təqdim etmədyindən, cavabdeh isə həmin əşyaların dəyərini iddiaçıya qaytarmasına dair sübut təqdim etmədiyindən, tələb yalnız cavabdehin etiraf etdiyi əşyalara aid hissədə təmin edilməlidir. Həmin əşyaların qiyməti ilə bağlı qeyd edilməlidir ki, iddiaçı əşyaların qiymət i ilə bağlı da sübut təqdim etməmişdir, bu səbəbdən həmin qiymətlər də cavabdehin etiraf etdiyi məbləğdə müəyyən olunmalıdır. Cavabdeh bir sıra qızıl-zinyət əşyalarını aldığını etiraf etsə də, onların qiymətini açıqlamadığından həmin əşyaların qiymətləri "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyində əks olunan həddə, iddia tələbində həmin əşya üçün qeyd edilən məbləğdən artıq olmamaq şərti ilə, müəyyən edilməlidir.

9. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 567, 777, 778, 779 və 782-ci, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.

11. İddiaçının apellyasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, məhkəmə iddia tələbinin bir hissədə rədd edilməsinə dair qənaətə gələrkən əsaslandırmışdır ki, “İddiaçı iddia ərizəsində qeyd edilən əşyaların mövcudluğunu, Cavabdeh satmaq üçün verməsini sübut etməlidir. Lakin, iddiaçı buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir”. Hesab edir ki, həmin əşyaların mövcudluğu iddia ərizəsi, məhkəmə istintaqındakı ifadələr, həmçinin polisdə araşdırılmış material ilə tam təsdiq edilir. Belə ki, Cavabdeh həm polisə, həm də məhkəməyə verdiyi izahatında ondan qızıl-zinyət əşyalarını almağını etiraf etmişdir. Həmçinin polisdə şahid qismində dindirilmiş X1 ona satmaq üçün qızıllar verdiyini, həmin qızılları bazarda Çingiz və Rafiq adlı şəxslərə satdığını bild irmişdir (həm Şahizənin izahatı, həm də həmin qızlların satılmasına dair çoxsaylı qəbzlər polisdə olan materiala əlavə edilmişdir). Bu xüsusatlar polisdə ifadə vermiş X6, X3 və X5 ifadələri ilə də təsdiq edilir. Hesab edir ki, həmin şəxslərin məhkəmə kollegiyasının iclasına çağırılıb dindirilməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması, eyni zamanda həqiqətə nail olunması üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin onu qeyd edir ki, iddia ərizəsində adları qeyd olunan qızıl zinət əşyalarının mövcudluğunu həmin qızılları aldığı şəxslər X9 və X10 təsdiq edə bilər. Həmin şəxslərin məhkəmə kollegiyasının iclasına çağırılıb dindirilməsi də həqiqətə nail olunması üçün mühüm əhəmiyyətə malikdir.

12. Qətnamədən həmçinin cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin ed ilmiş hissəsində ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətininin əsaslandırılması kimi qeyd etmişdir ki, məhkəmə tərəfindən prosessual hüquq normalar pozulmuşdur. Məhkəmə onun sübutlarına, gətirdiyi dəlillərə heç bir əsas olmadan hüquqi qiymət verməmişdir. Onun bank sənədləri vardır ki, həmin sənədlərdə iyul- sentyabr aylarını əhatə edən kredit müqavilələrində götürdüyü pul məbləğləri iddiaçıya yönəlib. İddiaçı özü belə bildirirdi ki, ona 4 ay ərzində hər ay pul ödəmişdir. Özünün etirafı ilə yanaşaraq ən az 7000 manatı etiraf edir. Halbuki 16000 manat ödənişi etmişdir. Şəxsin əlyazması var. Ümumi məbləğin siyahısı var. Həmin siyahı üzrə qızılların özünün bildiyi və qiymətləndirildiyi qiyməti var. Qiym ətləndirmə rəyi əsassızdır. İddiadakı qiymət əvvəl yazılıb məhkəməyə verilib, rəydəki qiymət isə sonradan alınıb. İddia ilə rəydəki qiymət elə bil ki, bir reallıqdır kimi eynən üstüstə yazılıb. Bu da rəyin qeyri formallığını ortaya qoyur. O, ödədiyi pulu, yəni 16000 manat pulu, baxmayaraq ki, iddiaçı qismən etiraf edir, ancaq məhkəmə heç təşəbbüs belə göstərmədi ki, ödənilən məbləğin ümumi həcmi müəyyən edilsin. Çünki bu şəxs həm susur, həm də 7000 manatı etiraf edir. Məhkəmə tərəfindən təqdim etdiyi borc müqavilələrinə qiymət verilməmişdir. Halbuki buradan aldığı pullar iddiaçıya verilib. Əlyazmaya diqqət yetirilsə şəxsin özü bu əlyazmanı qəbul edir. Ancaq nə çəkisi nə də çeşidi barədə heç nə bilmir. Havadan ucuz qiymətli əşyanı baha qeyd edərək cavabdehi, onu özündən asılı vəziyyətə salı b. Məhkəmə işin faktiki hallarını aydınlaşdırmamışdır. Əlyazmadakı uydurma qiymətlərin mənbəyini müəyyən etməmişdir. İddiaçıya ödənilən yekun rəqəmi aydınlaşdırılmadı. Əsassız qərar qəbul edildi. Kredit müqavilələri üzrə həmin aylarda götürülərək pul məbləğinin iddiaçıya verilməsi ilə bağlı ona ödənilən 3 ayın yekun alınan rəqəmini aydınlaşdırmamışdır. Bundan başqa iddiaçının istinad etdiyi hallara heç bir sübut olmadığı halda məhkəmə tələbi qismən təmin etmişdir.

14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər M.A.Əsədli - sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və V.İ.Məlikov) 2(107)-878/2022 nömrəli, 25 avqust 2022ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmi ş, Yevlax Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(039)-246/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş 8600 manata aid hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin təmin edilmiş, 8600 manat hissəsinə münasibətdə düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, id diaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(039)-246/2022 saylı qətnaməsi iddianın təmin edilmiş 8600 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

16. İddiaçı Cavabdeh ilə razılığa gələrək özünə məxsus əşyaları Cavabdeh satmaq üçün vermiş, sonuncu isə həmin əşyaları sataraq dəyərini ona qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür.

17. Məhkəmə ilk öncə iddiaçının apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, şikayət əsaslandırılmamış, şikayətin dəlillərini təsdiq edəcək sübutlar iş materiallarında aşkar edilməmişdir.

18. Cavabdehin apellyasiya şikayəti ilə bağlı kollegiya onu qeyd etm işdir ki, şikayət qismən əsaslıdır.

19. Birinci instansiya məhkəməsi 14.540 manat dəyərində qızıl-zinyət əşyalarına aid hissədə gəldiyi nəticə barədə heç bir araşdırma aparmamış, maddi və prosessual normalarını sadalamaqla kifayətlənmişdir.

20. Məhkəmə iş materialları ilə müəyyən etmişdir ki, cavabdeh tərəf iddiaçıdan müəyyən sayda və məbləğdə qızıl əşyaları aldığını etiraf etmiş, ancaq aldığı əşyaların pulunu iddiaçıya ödədiyini bildirmişdir. Tərəflərin izahatları və iş materialları öyrənilərkən müəyyən edilir ki, cavabdeh tərəf qızıl əşyalarının dəyəri olan 8600 manat pulu iddiaçıya ödəmişdir. Kollegiya gəldiyi qənaəti onunla əsaslandırır ki, iddiaçı tərəf həm iddia ərizəsində həm də kollegiyanın iclasında cavabdehin ona 8600 manat pul ödədiyini etiraf etmişdir. Ancaq iddiaçı tərəf 10 ad da qızıl əşyasının əvəzi olaraq həmin məbləğin nəzərə alınmadığını bildirsə də kollegiya bununla razılaşmır. Belə ki, həmin məbləğin siyahıdan kənar, yəni iddia ərizəsində göstərmədiyi qızıllardan başqa cavabdehə əlavə olaraq verdiyinə dair hər hansı bir sübut növü təqdim etməmişdir.

21. Bundan başqa kollegiya diqqəti iddiaçının izahatına çəkərək qeyd etmişdir ki, iddiaçı kollegiyanın iclasında iştirak edərək izahatında bildirmişdir ki, cavabdeh qeyd edilən qızıl əşyalarını 3 ay ərzində hər predmetə görə 50 manat ödəmək şərti ilə satmalı idi. Lap götürsək ki, cavabdehə 33 adda qızıl əşyası verilib cavabdeh iddiaçıya hər ayın sonunda 1650 manat pul ödəməli idi. Onu da 3-ə vuranda 4950 manat pul ödəmiş olmalı idi. Ancaq iddiaçı tərəf etiraf edir ki, cavabdeh ona 8600 manat pul ödəmişdir. Gör ündüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri, eyni zamanda polisdə araşdırma zamanı verdiyi izahatla, məhkəmə iclasında verdiyi izahatlar üst-üstə düşmür. Ona görə də kollegiya hesab edir ki, qətnamə 8600 manata aid hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir.

22. Daha sonra kollegiya iddianın təmin edilmiş 5940 manat (14540-8600= 5940) hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, şikayət həmin hissədə əsassızdır. Belə ki, cavabdeh şikayətində qeyd etmişdir ki, iddiaçıya 16.000 min manat pul ödəmişdir. Kollegiya qeyd edir ki, əgər cavabdeh tərəf 16000 manat pul ödədiyini etiraf edirsə (ancaq bu barədə hər hansı sübut növü təqdim etməmişdir) demək iddiaçıdan 14540 manat dəyərində qızıl əşyalarını aldığını etiraf etmiş olur. Belə olan halda kollegiya hesab ed ir ki, iddia tələbi 5940 manat dəyərində qızıl əşyasının cavabdehdən tələb edilməsində əsaslıdır. Ona görə də kollegiya hesab edir ki, şikayət həmin hissədə təmin edilə bilməz.

23. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 777, 778, 779 və 782-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 106-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, məhkəmə kollegiyası mülki iş materiallarında olan sübutların, apellyasiya şikayətlərinin dəlill ərinin tam və ətraflı şəkildə hüquqi qiymətini verməmişdir. Mülki iş materallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda, habelə həm tərəflərin məhkəməyə verdikləri izahatlardan, həm də məhkəməyə göndərdikləri etiraz və şikayətlərindən görünür ki, iddiaçı və cavabdeh arasında şifahi razılaşma (müqavilə) mövcud olmuş və tərəflər arasında mövcud olmuş həmin müqavilə “alğı-satqı müqaviləsi” olmuşdur. İş materiallarından görünür ki, cavabdeh iddiaçıdan özü üçün ilkin olaraq 50 manat olmaqla 27 ay ərzində hər ay üçün 50 manat ödəməklə qızıl-zinət əşyası almış, bundan sonra maddi imkanının olmadığı üçün həmin qızılı satmış, daha sonra mütəmadi olaraq ayrı-ayrı vaxtlarda İddiaçı qızıl -zinət əşyalarını başqa şəxslərə satmaq üçün almağa başlamışdır. Mülki işin bu halından müəyyən olunur ki, Cavabdeh İddiaçı qızılziynət əşyasını hissə-hissə ödəməklə, 27 aya hər ayda 50 manat hissə-hissə ödəmə şərti ilə almasına baxmayaraq aldığı qızıl-ziynət əşyasını satmış və iddiaçıdan aldığı əmlakın satışından əldə etdiyi pul vəsaiti ilə İddiaçı borcunu ödəməmişdir. Bu hal Cavabdeh verdiyi izahatlarda, habelə şikayət, etirazlar və məhkəmə iclas protokollarında öz əksini tapmışdır. Yəni cavabdeh iddiaçı ilə razılaşdığı şərtlər əsasında ödənişi davam etdirmişdir. Məhkəmə kollegiyası qabaqcadan nəticəyə gələrək iş üzrə yaranmış mübahisəni sübutlara söykənmədən, əvvəlcədən gəlmiş olduqları nəticəni sübut etməyə çalışaraq cavabdehin mövqeyindən çıxış edərək üç aylıq mülki dövriyyədə ödənişin necə olduğunun izah olunmasını israrla sübut etməsini iddiaçıdan məhkəmə iclasında tələb etmiş, bununla da məhkəmə qərəzsizliyinə kölgə salmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kasasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

29. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

30. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zam an vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

31. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırıl mış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-878/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar