Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4322/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və vəkili Vəkil, Cavabdeh2 oğlunun və vəkili X2 iştirakı ilə, İddiaçı “X5 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh2 oğluna və “xxxx” MMCyə qarşı “borcun vaxtında qaytarılmamasına görə bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan faizlərin, banka dəymiş maddi zərərin və əldən çıxmış fa yda qismində vurulmuş maddi zərərin tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “X5 Azərbaycan” QSC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim R.Həsənov) xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-dən müştərək qaydada Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edlilmiş 74548,84 (yetmiş dörd min beş yüz qırx səkkiz manat səksən dörd qəpik) AZN məbləğində borcuna uyğun olaraq həmin gündən etibarən Mərkəzi Bankın dərəcələrinə uyğun olaraq hesablanmış ümumilikdə 18985.74 (on səkkiz min doqquz yüz səksən beş manat yetmiş dörd qəpik) manat məbləğində maddi zərər və əldən çıxmış faydanın əvəzi tutularaq “X5 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-dən müştərək qaydada tutularaq dövlət xeyrinə ödənilməsi qət edilmişdir.. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli (sədrlik edən A.İmanov, hakimlər E.Rəhimov və V.Sadıqov) qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı “X5 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh2 oğluna və “xxxx” MMC-yə qarşı borcun vaxtında qaytarılmasına görə bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesabl anan faizlərin, banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində vurulmuş maddi zərərin tutulması tələbinə dair iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “X5 Azərbaycan” QSC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “X5 Azərbaycan” QSC cavabdehlər Cavabdeh2 oğluna və “xxxx” MMC-yə qarşı “borcun vaxtında qaytarılmamasına görə bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan faizlərin, banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində vurulmuş maddi zərərin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh2 müştərək (birgə) qaydada Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 74518.84 AZN (yetmiş dörd min beş yüz on səkkiz manat 84 qəpik) məbləğində pul vəsaitinin vaxtında qaytarılmamasına görə qətnamənin qəbul edildiyi tarixdən başlayaraq Azərbaycan R espublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan illik faiz borcunun, Banka dəymiş maddi zərərin və əldən çıxmış fayda qismində zərərin, dövlət büdcəsinə köçürülmüş 30 AZN dövlət rüsumunun tutularaq «X5 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi «iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 oğlundan və “xxxx” MMC-dən Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 74548,84 AZN (yetmiş dörd min beş yüz qırx səkkiz manat səksən dörd qəpik) məbləğində borcuna uyğun olaraq hesablanmış ümumilikdə 18985,74 AZN manat məbləğində maddi zərərin və əldən çıxmış fayda əvəzinin cavabdehlərd ən müştərək qaydada tutularaq «X5 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, xxxx” MMC ilə “X5 Azərbaycan” QSC arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən xxxx” MMC-yə 36 ay müddətinə, illik 15% olmaqla 80000 AZN (səksən min manat) məbləğində kredit verilmişdir. Həmçinin o da mübahisə olunmur ki, Cavabdeh2 oğlu ilə “X5 Azərbaycan” QSC arasında xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə ilə Cavabdeh2 borcalan “xxxx” MMC-nin bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı “X5 Azərbaycan” QSC-n in cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 oğluna qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, iddiaçı “X5 Azərbaycan” QSC-nin xeyrinə cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh2 oğlundan müştərək qaydada 69163,26 manat əsas kredit borcu, 4789,47 manat faiz borcu, 327.11 manat cərimə borcu, 9 manat poçt xidməti xərci və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 74518,84 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli rəyindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 oğlundan və “xxxx” MMC-dən Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edlilmiş 74548,84 AZN (yetmiş dörd min beş yüz qırx səkkiz manat səksən dörd qəpik) məbləğində borcun vaxtında banka qaytarılmamasına görə 2015-2017-ci illər üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq həmin borca hesablanan illik faiz borcunun miqdarının cəmi 20351,83 manat təşkil edir. İddiaçının nümayəndəsi bildirir ki, «X5 Azərbaycan» QSC və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 36 ay müddətinə, illik 15% olmaqla 80000 AZN (səksən min manat) məbləğində kredit ayrılmışdır. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh2 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərinə götürmüşlər. «X5 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan “xxxx” MMC kredit müqaviləsinin şərtlərini pozaraq istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmişlər və bu günədək borcu ödəməmişlər. İddiaçının cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-yə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində “borcun qaytarılması və digər tələblərə dair” iddia qaldırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “X5 Azərbaycan” QSC-nin xeyrinə, cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada 69163,26 manat əsas kredit borcu, 4789,47 manat faiz borcu, 527,11 manat cərimə borcu, 9 manat poçt xidmət xərci, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 74518,84 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Xəzər rayon tcra Şöbəsinə yönəlmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin borclular tərəfindən qanunvericiliklə müəyyən olunmuş vaxtda könüllü icrası üçün İcra məmuru tərəfindən borclulara müvafiq bildirişlər verilməsinə baxmayaraq icra sənədi cava bdehlər tərəfindən üzrsüz səbəbdən icra edilməmiş və cavabdehlər kredit müqaviləsi üzrə yaranmış ödənişləri etməkdən birtərəfli qaydada imtina etmişlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehlər həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehlər kredit şərtlərini pozaraq, krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışlar. Bu da, iddiaçının maddi zərər çəkməsinə səbəb olan amillərdən biridir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə əsas məbləği və ona hesablanmış faizləri vaxtında qaytarmış olsaydı, iddiaçı həmi n vəsaiti dövriyyəyə buraxaraq gəlirlər əldə edə bilərdi. Hesab edir ki, Bank kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi tələb edə bilər. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarı ilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əld ən çıxmış fayda şəklində zərər vurmuş olur. Cavabdeh2 oğlu bildirir ki, iddiaçı Bankla qətnamə ilə müəyyən edilmiş borc məbləğinin ödənilməsi barədə danışıqlar aparmış və banka təklif etmişdir ki, ya şirkətin istifadəsində olan maşınların satılmasına vaxt verilsin və satışdan əldə edilmiş əmlak hesabına banka olan borcunu ödəsin, ya da mülkiyyətində olan “Lexus” markalı avtomobilin oğurlandığı üçün sığorta şirkəti tərəfindən ona ödəniləcək məbləğ hesabına borcunu ödəsin. Bankda buna razılaşmış və sığorta şirkəti tərəfindən hesabına köçürülən məbləğdən borcun hamısını tutmuşdur. Hətta bank tərəfindən borcun tam ödənilməsi barədə xx.xx.2019-cu il tarixli məktub da icra şöbələrinə göndərilmişdir. Həmçinin bank hazırkı qətnamə ilə müəyyən edilmiş məbləği də, hesaba köçürülən puldan tutmaq im kanında olsa da, bunu etməmişdir. Bu isə onu bir daha göstərir ki, cavabdeh olaraq borcun ödənilməsindən qəsdən yayınmamışdır. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qətnaməsində öhdəliyin tam icra olunması gününədək hər hansı fazilərin, maliyyə sanksiyalarının hesablanmalı olduğu göstərilməmişdir. Kollegiya hesab edir ki, qətnamə çıxarılandan sonrakı dövr üçün adi və cərimə faizlərinin hesablanması yalnız o halda mümkün ola bilərdi ki, bu hal məhkəmə qətnaməsndə dəqiq göstərilmiş olsun. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıra raq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarından göründüyü kimi Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 və “xxxx” MMC-dən müştərək qaydada iddiaçı Bankın xeyrinə 74518,84 manat məbləğində pul vəsaitinin tutulması qət edilsə də cavabdehlər qətnamənin icrasından boyun qaçırmış və həmin vəsaiti iddiaçı Banka ödəməmişlər. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdi rdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış və hazırkı mübahisəyə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsi nin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X5 Azərbaycan” QSC-nin kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixliqətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4322/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4322/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver