Məhkəmə qərarları › İş №2(102)-4324/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4324/2019

19.06.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4324/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 14 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.İmanov, iş № 2(075)-3674/2018 saylı mülki iş) İddiaçı cavabdehlər “xxxx”KB ASC, Cavabdeh2MMC və Cavabdeh3nə qarşı h ərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş və İddiaçınIn dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu xərci onun özünə aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), M.Əsədli və İ.Quliyev, 2(103)-284/2019 saylı mülki iş) hazırki iş üzrə Şəki rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2MMC-nin hərracın yekunları barədə 16 may 2018-ci il tarixli 60 nömrəli protokolun və həmin protokol əsasında bağlanmış 16 may 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasın ı mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı cavabdehlər “xxxx”KB ASC,”Cavabdeh2” MMC və Cavabdeh3nə qarşı hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddiasını təmin etməyən birinci instanasiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, iş materiallarına əla və edilmiş bildiriş və xəbərnamələrin təsdiq edilmiş surətləri ilə təsdiq edilir ki, hərracın keçirilmə yerləri və vaxtları barədə iddiaçı lazımınca xəbərdar edilmiş və hərrac qanunauyğun keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. “İpoteka haqqında” ARQ-nun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir,ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir.Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir.Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildiriş də hərracın vaxtı yeri, forması, onun predmeti və keçirilmə qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5% miqdarında beh ödəməlidir. İddianı təmin etməyən apellyasiya məhkəməsi öz qətnaməsini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş “Kaspi” qəzetinin 28 fevral 2018-ci il tarixli 039 (3414) buraxılışının təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri S.Mümütaz küçəsində yerləşən əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satışının 30 mart 2018-ci il tarixdə saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materialları na əlavə edilmiş “xxxx”MMC və İddiaçı ünvanlanmış 28 fevral 2018-ci il tarixli açıq hərracın keçirilməsi ilə bağlı bildirişlərin və 07 mart 2018-ci il tarixli xəbərnamələrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 28 fevral 2018-ci il tarixli bildirişləri 12 mart 2018-ci il tarixdə şəxsən qəbul etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.Lakin iş materiallarında ikinci elanın verilməsi və ikinci bildirişin göndərilməsi barədə subut olmamasına baxmayaraq işə baxan apellyasiya instansiyası məhkəməsi işin bu halını araşdırmamış və qiymətləndirməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərrac sözügedən qanunun 42-ci maddəsində nə zərdə tutulmuş qaydada keçirilir.Hərrac təşkilatçısı ipoteka predmetinin ilkin satış qiyməti ilə,həmin qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə satış qiymətindən 15% aşağı qiymətə hərraca çıxarır. Apellyasiya məhkəməsi ikinci (təkrar) hərracla bağlı öz qətnaməsini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş ”Kaspi” qəzetinin 07-09 aprel 2018-ci il tarixli 061 (3436) buraxılışının təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satışını 07 may 2018-ci il tairxdə saat 11:00-da keçirilməsi ilə bağlı elan verilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş “xxxx”MMC və İddiaçı ünvanlanmış 07 aprel 2018-ci il tarixli açıq hər racın keçirilməsi ilə bağlı bildirişlərin və 07 aprel 2018-ci il tarixli xəbərnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 28 fevral 2018-ci il tarixli bildirişləri 20 aprel 2018-ci il tarixdə şəxsən qəbul etmişdir (bax 28 fevral 2018-ci il tarixli bildirişlər qeyd edilib, halbuki, həmin tarixdə birinci hərrac keçirilmişdir). Göründüyü kimi qanunun tələbinə əsasən birinci bildiriş hərracın küçirilməsinə 30 təqvim günü qalmış verilməli olduğu halda, iddiaçı 20 aprel 2018-ci il tarixdə hərracın keçirilməsinə 17 gün qalmış çatdırılmışdır. Bundan başqa qanunun tələbinə əsasən hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilməli və bildiriş gönədərilməli olduğu halda, nə ikinci elan verilmiş, nə də ki ikinci bildiriş göndərilmişdir. İşdə bununla bağlı heç bir sübut yoxdur. Lakin iddianın təmin edilməsi ilə razılaşan apellyasiya instnasiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını obyektiv araşdırıb qiymətləndirməmiş, əsaslandırmadan hərracın qanunauyğun keçirilməsi nəticəsinə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsı zlığına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməyən məhkəmələr hərracın qanunla müəyyən edilmiş qaydalar çərçivəsində keçirilib-keçirilməməsini obyektiv yoxlayıb qiymətləndirməmiş, əsaslandırmadan, iddianın dəlillərinə lazımi qiymət vermədən qərar qəbul etmişdir. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 14 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar