Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4327/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlunun sədrliyi və məruzəsi ilə, Əsgərov Qürbət Ağa oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı1 vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rаyоn Məhkəməsinin (hаkim K.Süleymаnоv) 12 dekаbr 2016-cı il tаrixli qətnаməsinə əsаsən, ilk iddianın qismən təmin edilməsi, Cavabdeh Azərbaycan Resp ulikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 19369 ABŞ dolları və ******* rubl alınaraq İddiaçı1 verilməsi, İddiaçı1 iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh İddiaçı1 ona qarşı müqavilənin ləğv edilməsi və əmlakının geri qaytarılması barədə iddiasının təmin edilməməsi, İddiaçı2 105000 ABŞ dolları məbləğində maddi ziyanın və 50000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 30 manat məbləğində dövlət rüsumu xərcinin 15 manatının özünə aid edilməsi, 15 manatının isə Cavabdeh alınaraq ona verilməsi, Cavabdeh iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 30 manat məbləğində dövlət rüsumu xərcinin özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şükürov sədrlik edən, məruzəçi, E.Hüseynov və R.Əliyev) Şəki Rаyоn Məhkəməsinin 12 dekаbr 2016-cı il tаrixli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev, V.İbayev və G.Quliyev) Cavabdeh kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 apel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli, 2(107)-215/2019 saylı qətnaməsi ilə (hakimlər A.Mahmudov sədrlik edən, məruzəçi, E.Hüseynov və V.Məlik ov) İddiaçı1 və onun nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, hazırki iş üzrə Şəki Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tаrixli, 2(075)-12468/2016 saylı qətnaməsi qismən- yəni “ilk iddianın qismən, Cavabdeh Azərbaycan Respulikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 19369 ABŞ dollarının alınaraq İddiaçı1 verilməsi hissəsində ləğv edilməsi, bu hissədə yeni qətnamə qəbul olunaraq iddia tələbinin həmin hissəsi təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tаrixli, 2(075)-12468/2016 saylı qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı2 və İd diaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu 1 saylı Dövlət Notariat Kontorunda X3 üzvləri ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, AN-İ seriyalı, ******* nömrəli və AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş daşınmaz əmlakla bağlı bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi, həmin daşınmaz əmlakların geri qaytarılması, 450 baş qoyunun İddiaçı1 qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə2 sonradan iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən tələb etdiyi 450 baş qoyunun əvəzinə 435 ba ş qoyunun, 19 baş keçinin, 1 baş sağmal inəyin, 1 baş 3 aylıq inək danasının və 1 baş atın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 30 iyun 2016-cı il tarixdə məhkəməyə daxil olmuş iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 ona qarşı əqdin etibarsızlığı və əmlakının geri qaytarılması barədə iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 ona qarşı iddiası təmin edildiyi halda qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 birgə qaydada 105000 ABŞ dolları məbləğində maddi ziyanın və 50.000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İd diaçı1 nümayəndəsi Nümayəndə2 və nümayəndəsi (vəkili) Nümayəndə1 18 oktyabr 2016-cı il tarixli məhkəmə iclası zamanı məhkəməyə təqdim etdikləri iddia tələbinin həcminin artırılması barədə ərizələrində, Cavabdeh adı ilə bağlanmış olan 10 iyul 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin, həmçinin, 10 iyul 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin və 10 iyul 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin, həmçinin bu müqavilələr əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərin daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı, 15 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın, o cümlədən daşınmaz əmlakın Dövlət Reyes tri Xidmətinin Hüquqların dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı, 17 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın, həmçinin daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı, 17 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdehin qanunsuz sahibliyində olan 435 baş qoyunun, 19 baş keçinin, 1 baş inəyin, 1 baş dananın və 1 baş atın alınıb İddiaçı1 qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə1 15 noyabr 2016-cı il tarixli məhkəmə iclası zamanı məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsində Cavabdeh adı ilə bağlanmış olan 10 iyul 2014-cü il tarixli, AN -İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin, həmçinin, 10 iyul 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin və 10 iyul 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin və bu müqavilələr əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərin daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı, 15 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın, o cümlədən daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı, 17 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın, həmçinin daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət r eyestrindən ******* saylı, 17 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, o cümlədən satış vaxtı ferma ilə satılmış 243 baş qoyunun ona qaytarılması, o cümlədən əlindən çıxmış fayda üzrə 2 (iki) il ərzində qoyunlardan əldə edəcəyi 200 baş qoyunun ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə1 15 noyabr 2016-cı il tarixli məhkəmə iclası zamanı məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsində Cavabdeh ondan aldığı 120000 manat məbləğində pulunun alınıb İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da 15 noyabr 2016-cı il tarixli məhkəmə iclası zamanı məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə əri zə təqdim edərək, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 ona qarşı müqavilənin ləğv edilməsi və əmlakın geri qaytarılması barədə iddialarının təmin edilməməsi, cavabdehlər İddiaçı2 və İddiaçı1 hər birindən 105000 ABŞ dolları məbləğində maddi ziyanın və 50000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Şəki Rayon Məhkəməsinin 2 (075)-6495/2016 nömrəli qərardadına əsasən həmin mülki iş iki icraata ayrılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı1 və vəkili Nümayəndə1 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə MPM-nin 387, 388, 390-cı maddələrinin tələblərini pozmuşdur. İşin hallarına obyektiv qiymət verilməmiş, təqdim edilmiş şikayətə hüquqi qiymət verilməmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsinin qismən təmin edilmiş qarşılıqlı iddiaya münasibətdə ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş edrilər. Cavabdeh və vəkili Əliyev Emil Namiq oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, qətnamədə göstərilən hallarla işin materialları arasında ziddiyyət olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, sübutların qəbul edilibedilməməsinin səbəbləri izah edilməmişdir. Aşağı instansiya məhəkəmələri şahid ifadələrinin məzmununu şərh etmədən, sübutları əlaqələndirmədən, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın surətdə göstərmədən iddia tələbin in qismən təmin edilməsi barədə nəticəyə gəlinmişlər.Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edrilər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili X2 verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, digər tərəfin kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflə rin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki, tərəflərin mübahisələndirdiyi ekskavator həqiqətən də 17.02.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən İddiaçı1 adına sənədləşdirilmiş, (həmin müq avilədə traktorun dəyəri 1500 manat göstərilmişdir), iki gün sonra isə qeyd olunan “EK-18” markalı, rəngi sarı, buraxılış ili 2006, mühərrik 240-221153, zavod nömrəsi 2260, qeydiyyat nömrəsi 55-K-052 olan ekskavator “xxxx” QSC ilə İddiaçı1 arasında 19 fevral 2014-cü il tarixdə 07M00000404 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka (girov) qoyulmuş və həmin vaxt ipoteka predmeti olan traktor 16472 manat 40 qəpik dəyərində qiymətləndirilmişdir. İşin bu halında sual yaranır, necə olur ki, 17.02.2014-cü il tarixə 1500 manata olan traktor, iki gündən sonra 19.02.2014-cü il tarixdə 16472 manat 40 qəpiyə qiymətləndirilir. Kredit verən təşkilatlar, o cümlədən də sözügedən “xxxx” QSC heç də öz kredit mənafeyi baxımından, təminat olaraq nasaz, yararsız əmlakı girov götürməz və ya əmlakı real dəyəri ndən dəfələrlə yuxarı qiymətləndirməz. Çünki bu ən azından kredit verən orqanın ziyanına olmaqla yanaşı, onun gələcək təminatı üçün də uğurlu sayıla bilməz və onun gələcək fəaliyytinə və imicinə kölgə sala bilər. Məhz bu baxımdan da məhkəmə kollegiyası 19 fevral 2014-cü il tarixli, 07M00000404 nömrəli ipoteka müqaviləsində göstərilmiş məbləği 16472 manat 40 qəpiyi daha real və ağlabatan hesab edir, müqaviləni və traktorun dəyəri ilə bağlı orada göstərilmiş qiyməti daha mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim olunmuş Su-Tikinti idarəsi ilə Cavabdeh arasında aparılmış sənədləşməyə tənqidi yanaşaraq qeyd edir ki, əvvəlki və 17.02.2014-cü il tarixli alqı-satqı müqaviləsindəki traktorla bağlı qiymətlər real həqiqəti əks etdirməməklə yanaşı formal (simvol ik) olaraq göstərilmişdir. Nəhayət məhkəmə kollegiyası tərəflərin mübahisəlndirdiyi ekskavatorun dəyərini müəyyən etdikdən sonra həmin dəyərin 2014-cü il tarixdə dollara ekvivalentini müəyyən etməyi zəruri hesab etmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən istifadə edilməklə (https://cbar.az/currencies/19.02.2014.xml) baxış keçirilmiş və müəyyən edilmişdir ki, 19.02.2014-cü il tarixdə 1 ABŞ dollarının manata məzənnəsi 0.7844 kimi olmuşdur. Belə olan halda həmin tarixə 16472 manat 40 qəpik dollara münasibətdə təqribən 20.000 ABŞ dollardan yuxarı olmuşdur. Beləliklə də iddiaçı tərəfindən Cavabdeh göndərilmiş ABŞ dollarına sonuncu tərəfindən ekskavator alınaraq, şifahi tapşırıq müqaviləsinin tələblərinə uyğun olmaqla İddiaçı1 mənafeyi naminə xərcl ənməsi müəyyən edilmişdir. Cavabdeh tərəf də məhkəmə kollegiyasının iclasında yalnız ona göndərilmiş dollara ekskavator alınmasını mübahisələndirmiş, onun adına gələn rubla isə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli, 2(102)-6341/2018 nömrəli qərarında da “İddiaçı1 tərəfindən Cavabdeh 2012-2016-cı illərdə “Zolotaya Korona” sistemi ilə 20.369 ABŞ dolları və ******* rubl məbləğində pul köçürülməsi və sonuncuya ödənilməsi işin mübahisəsiz halları kimi qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi aşağıdakı maddi hüquq normalarlna istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi ö hdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinin tələbinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; 778.2-ci maddəsinin tələbinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayə ndəliyə aid müddəalar qüvvədə olur; 778.3-cü maddəsinə görə əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir; 779.1-ci maddəyə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qə sdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.; 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Məhkəməkollegiyasıhesabedirki,apellyasiyainstansiyası məhkəməsi tərəfindənqəbuledilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Məhkəməkollegiyasıİddiaçı1 kassasiyaşikayətinindəlillərinəhüquqiqiymətverərəkhesabedirki, pozuntu kimi təqdim edilən dəlillər insan və vətəndaş hüquqlarının təmin edilməsi və işin mahiyyətinə təsir edə bilməsi bax ımından maddi və ya prosessual hüquq pozuntusu kimi qiymətləndirilə bilməz, eləcə də, sadalanan hallar istər iddianın, istərsə də kassasiya şikayətinin əsaslı olmasının təsdiqi üçün hüquqi əsas deyildir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu ü çün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında gö stərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Məhkəmə kollegiyasıCavabdeh kassasiyaşikayətinindəlillərinədə hüquqiqiymətverərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarı da göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya kollegiyası əlavə olaraq qeyd edir ki, hər iki kas sasiya şikayətində qeyd edilən işin faktiki halları ilə bağlı dəlillərə səlahiyyətinə aid olmaması əsası ilə qiymətin verilməsini mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Odur ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayətləri təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4327/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4327/2019
19.06.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver