Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-433/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası X5 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası X5 Komitəsinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: hərracın etibarsız hesab edilməsi, dövlət əmlakının hərracdan satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X3 və vəkili xxxoğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il i tarixli, 2(103)3043/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi və İddiaçı arasında bağlanmış xx xxxx 1992-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 1küçəsində yerləşən qeyri-yaşayış sahəsi xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək iddiaçıya icarəyə verilmişdir. Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin xx xxxxxx 1995-ci il tarixli 2 nömrəli əmri ilə, bir qrup işçilərin xahişi nəzərə alınaraq, Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin nəzdində təsərrüfat hesablı “ünvan 4” icarə müəssisəsi təsis olunmuş, həmin müəssisə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1994-cü il tarixli, 721 nömrəli sərəncamı ilə qeydiyyata alınmış və 8 nömrəli pavilyon onlara icarəyə verilmişdir. İdarənin ünvan 2 qəsəbəsindəki “ünvan 3 şadlıq evi, 8 nömrəli pavilyon və 5, 8, 9, 17, 23 nömrəli obyektlər əsas vəsaitləri ilə bərabər “ünvan 4” icarə müəssisəsinin balansına verilmiş və göstərilən obyektlərin işçiləri ora köçürülmüşlər. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx xxxxx 1997-ci il tarixli şəhadətnamələrə əsasən, Bakı şəhəri Əzizbəyov rayonu Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin “ünvan 3 şadlıq evinin avadanlıqları: dəmir qapı, kondisionerlər, televizor İddiaçı satılmışdır. “ünvan 3 şadlıq evi İddiaçı sahiblik və istifadəsində olunmaqla, kommunal və digər ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının X5 Komitəsinin xx xxxxxxxx 2016-cı il tarixli 125 nömrəli sərəncamı ilə təsdiq olunmuş Kiçik dövlət müəssisəsinin (obyektinin) özəlləşdirmə planına əsasən ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının X5 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin “ünvan 3 şadlıq evinin start (satış) qiyməti 179000 manat, güzəştli satışa yönəldiləcək hissəsi 15%, hərraca çıxarılacaq hissəsi 85% olmaql a hərraca çıxarılması qərara alınmışdır. Satılan obyektin əmək kollektivinin və onlara bərabər tutulan şəxslərin 1 nəfərdən ibarət olması, əmək kollektivi tərəfindən vəkil edilmiş şəxsin İddiaçı olması qeyd olunmuşdur. Azərbaycan Respublikası X5 Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi xx xxxxxxx 2016-cı il tarixli bildirişlə İddiaçı ünvan 1 ünvanında yerləşən “ünvan 3 şadlıq evi müəssisəsinin özəlləşdirilməsi ilə əlaqədar 01 oktyabr xx xxxxxxx 2016-cı il tarixlərdə müəssisənin güzəştli satışının keçirilməsi, müəssisənin start satış qiymətinin 179000 manat olması, güzəştli satışa yönələcək hissəsinin 26860 manat olması, güzəştli satışda iştirak etdiyi halda 26850 manatın 30% hissəsini 8055 manatı ödədikdə 70 % hissəsi 18795 manatın güzəşt edilərək bağışlanacağı, bu məbləğin müə ssisənin start (satış) qiymətinin 179000 manat dəyərindən çıxılacağı barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının X5 Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli məktubla ünvan 1 ünvanında yerləşən “ünvan 3 şadlıq evinin xx xxxxxx 2016-cı il tarixində keçirilən hərracda iştirak etmək hüququndan istifadə etmədiyi, göstərilən obyektin hərracının alıcı olmaması səbəbindən baş tutmaması, obyektin xx xxxxxx 2016-cı il tarixdə təkrar hərraca çıxarılması barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası X5 Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib olunmuş xx xxxxx 2019-cu il tarixli, 13/01 nömrəli hərrac protokoluna və Azərbaycan Respublikası X5 Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2019cu il tarixli, 4333 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin “ünvan 3 şadlıq evi xx xxxxxxxx 2016-cı il tarixli, 125 nömrəli sərəncama əsasən ilkin satış qiyməti 89500 manat olmaqla hərraca çıxarılmış və həmin qiymətə Cavabdeh2 tərəfindən alınmışdır. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (“ünvan 3 şadlıq evi) üzərində Cavabdeh2 mülkiyyət hüququ xx xxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası X5 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərba ycan Respublikası X5 Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X5 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin hərracın nəticələri haqqında xx xxxxx 2019-cu il tarixli yekun protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən “ünvan 3 şadlıq evi xx xxxx 1992-ci ildən iddiaçının istifadəsinə verilmiş, şadlıq evinin avadanlıqları isə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx xxxxx 1997-ci il tarixdə ona satılmış və buna dair şəhadətnamələr verilmişdir. Həmin şadlıq evi 1992-ci ildən faktiki olaraq iddiaçının sahiblik və istifadəsində olduğundan bütün kommun al və digər ödənişlər onun tərəfindən ödənilmişdir. O, 1992-ci il tarixdən “Aydınlıq" şadlıq evini direktor, daha sonra isə icarədar kimi idarə edir. ünvan 1 ünvanında yerləşən “ünvan 3 şadlıq evi hərrac vasitəsi ilə satılmışdır. Alıcının hüquqlarının dövlət qeydiyyatının dayandırılması və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ərizə ilə Azərbaycan Respublikasi X5 Komitəsinə ərizə ilə müraciət etmişdir. Lakin şifahi olaraq bildirilmiş ki, bu məsələ məhkəmə qaydasında həll olunmalıdır. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “ünvan 3 şadlıq evindən qarşılıqlı iddia üzrə cavabdehin çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçıya təhvil veri lməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən “ünvan 3 şadlıq evi xx xxxxx 2019-cu il tarixdə 4333 nömrəli müqaviləyə əsasən Azərbaycan Respublikası X5 Komitəsi tərəfindən ona satılmışdır. Qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən istifadə edilir. Obyektin sahibi olduğu halda, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin birinci mərtəbəsini icarəyə verərək, ikinci mərtəbəsini isə özü istifadə edərək gəlir əldə edir. Bununla da qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyət hüquqları pozulur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)2728/2019 nömrəli qətnaməsi ilə (hakim R.N.Quliyev) ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməklə, İddiaçı ünvan 1 ünvanında yerlə şən “ünvan 3 şadlıq evindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi ilə İddiaçı arasında bağlanmış xx xxxx 1992-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1küçəsində yerləşən qeyri-yaşayış sahəsi sonuncuya icarəyə verilmişdir. Qeyd olunan icarə müqaviləsi müddət müəyyən edilməklə bağlanmış və xx xxxxxx 1992-ci il tarixdə onun müddəti başa çatmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən icarə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir və müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə də xitam verilir. Göründüyü kimi İddiaçı mövqeyinin təməlini təşkil edən xx xxxx 1 992-ci il tarixli icarə müqaviləsinin müddəti xx xxxxxx 1992-ci il tarixdə başa çatmış, iddiaçı müvafiq şadlıq evinin hərraca çıxarılması zamanı qüvvədə olan hər hansı bir icarə müqaviləsinin mövcud olduğunu sübuta yetirə bilməmiş və məhkəməyə belə bir icarə müqaviləsi təqdim edə etməmişdir. Nəticə etibarı ilə, ünvan 1 ünvanında yerləşən “ünvan 3 şadlıq evi hərraca çıxarılarkən iddiaçı müvafiq şadlıq evinin icarəçisi olmadığından cavabdeh Azərbaycan Respublikası X5 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi ünvan 1 ünvanında yerləşən “ünvan 3 şadlıq evinin hərraca çıxarılması və özəlləşdirilməsi zamanı qeyd olunan əmlakı 100% dəyəri ilə icarəçiyə təklif etmək öhdəliyi daşımamışdır. İddiaçı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda təsbit olunmuş hüququndan istifadə edərək, əvvəllər icarəçisi olduğu əmlakı hərrac yolu ilə əldə etməmişdir. Belə ki, bu hüququnun həyata keçirilməsinə təminat yaratmaq məqsədilə cavabdeh Azərbaycan Respublikasının X5 Komitəsi tərəfindən İddiaçı xx xxxxxx 2016-cı il tarixli məktub ünvanlanmışdır. Qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası X5 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən təşkil olunan hərrac qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirildiyindən, hərracın yekunları haqqında xx xxxxx 2019-cu il tarixli, 13/01 nömrəli hərrac protokolu tərtib olunmaqla, ünvan 1 ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin “ünvan 3 şadlıq evi 89500 manata Cavabdeh2 tərəfindən alındığından və bu barədə xx xxxxx 2019-cu il tarixli, 4333 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlandığından, qeyri-yaşayış sahəsi Cavabdeh2 adına qeydiyyata aldığından və sonuncu şadlıq evinin mülkiyyətçisi olduğundan, onun əmlakını başqasının (hazırki mülki iş üzrə qarşılıqlı iddiada cavabdeh İddiaçı) qanunsuz sahibliyindən geri tələb etmək hüququ vardır. b) Apelyasiya instansiyası məhkəməsində icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)2728/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kolle giyasının xx xxxx 2020-ci il i tarixli, 2(103)-3043/2020 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və F.F.Babayevdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda qəzetlərdə elanlar verilmişdir. İddiaçı hərrac barədə məlumatlı olmadığına istinad etsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən hərhansı sübut təqdim etməmiş, əksinə əmlakın hərracının keçiril əcəyinə dair bildirişi ünvan sahibi poçt xəbərnaməsinə imza edərək qəbul etmiş və bu da onun hərracın keçirilməsi barədə məlumatlı olduğunu sübut edir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3043/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılm ışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, mübahisəli əmlak 2016-ci ildə ilkin olaraq hərraca çıxarıldığı zaman iddiaçıya heç bir məlumat verilməmiş, yalnız təkrar hərrac barədə məlumatı olmuşdur. Həmçinin xx xxxxx 2019-cu il tarixli hərrac barəsinə də mənə heç bir məlumat verilməmiş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası X5 Komitəsinin nümayəndəsi X6 və vəkili xxxoğlu kasasiya şikayətinə etira z edərək, rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, Cavabdeh2, habelə cavabdeh Azərbaycan Respublikası X5 Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmişlər. İddiaçının vəkili X1 məhkəməyə ərizə ünvanlayaraq iddiaçının xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiy indən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası K onstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində dövlət əmlakının özəlləşdirilməsinin üsulları göstərilmişdir ki, onlara özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı (16.1.1-ci maddə), hərraclar vasitəsilə satışı (16.1.4-cü maddə) və icarəyə verilmiş dövlət əmlakının satışı (16.1.6-cı maddə) aid edilmişdir. 17.1-ci maddəsinə əsasən özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə a lmaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur. 17.2.1-ci maddəsinə əsasən özəlləşdirilən dövlət müəssisələrin səhmlərinin və ya hissələrinin satışında güzəştlər əsas iş yeri həmin müəssisə hesab edilən işçilərə aid edilir. 22.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. 25.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi kütləvi informasiya vasitələrində həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir. 31.1.1-ci maddəsinə əsasən bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 4.1-ci maddəsinə əsasən özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı Dövlət əmlakının özəlləşdirilməsinin üsullarından biridir. 4.6.1-ci maddəsinə əsasən İİ Dövlət Proqramı təsdiq edilənədək icarə müqaviləsinə müvafiq olaraq satınalma hüququ ilə icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi qaydaları İİ Dövlət Proqramı və digər normativ hüquqi aktlarla müəyyən edilir. İcarəyə verilmiş dövlət əmlakının satışı tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərindən (satınalma hüququndan, icarə müddətindən və s.) asılı olaraq müxtəlif üsullarla həyata keçirilir. 4.6.2-ci bəndinə əsasən İİ Dövlət Proqramı qəbul edilənədək bağlanmış və müvafiq qaydada X5 Komitəsində qeydiyyatdan keçmiş icarə müqaviləsi əsasında fəaliyyət göstərən kiçik müəssisələrin dəyərinin (obyektin start qiymətinin) 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilir, 85%-i isə ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunur. 4.6.5-ci bəndinə əsasən özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amillər nəzərə alınmaqla X5 Komitəsi tərəfindən icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata ke çirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıl arı ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq olunmalı maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, habelə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmuşdur. Belə ki, ilk iddianı rədd edən birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı ilə bağlanmış icarə müqaviləsinin müddəti bitmiş və əmlak hərraca çıxarılarkən o, icarədar olmamış, həmçinin iddiaçı hərrac barədə məlumatlandırılmış, lakin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda təsbit olunmuş hüququndan istifadə etməmişdir. Apelyasiya instansiyası məhkəməsi isə ümumi cümlə ilə birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmış və hərracın qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilməsinə, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilməsinə, eyni zamanda qəzetlərdə elanlar verilməsinə istinad etməklə, apelyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verməyərək, onu təmin etm əmişdir. Halbuki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi və İddiaçı arasında bağlanmış xx xxxx 1992-ci il tarixli icarə müqaviləsinin müddəti xx xxxxxx 1992-ci il tarixdə onun müddəti başa çatsa da, sonrakı dövrlərdə, hazıradək mübahisələndirilən qeyri-yaşayış sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsində olmuş, o cümlədən 1997-ci ildə şadlıq evinin avadanlıqları iddiaçının mülkiyyətinə verilmişdir. Digər tərəfdən iddiaçının qeyri-yaşayış sahəsinin özəlləşdirilməsində iştirak etmək hüququ yalnız icarəçi olmaqla deyil, müəssisənin əmək kollektivinin üzvü kimi yaranmışdır. Belə ki, üçüncü şəxsin təqdim etdiyi sənədlərdən də müəyyən olunur ki, “ünvan 3 şadlıq evi kimi müəssisənin 1 nəfər işçisi kimi İddiaçı qeydə alınmışdı r. Belə olan halda “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının tələblərinə uyğun olaraq iddiaçının mübahisələndirilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsində güzəştli şərtlərlə iştirak etmək hüququnun olmasına apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. İddiaçının qeyd olunan hüququnun təmin edilməsi ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərdən fərqli olaraq, mübahisələndirilən hərracın keçirilməsi ilə bağlı məlumatın rəsmi kütləvi informasiya vasitələrində “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 25.1-ci maddəsinə uyğun olaraq dərc edilməsinə dai r sənədlər iş materiallarında mövcud deyildir. İşdən görünür ki, iddiaçıya xx xxxxxxx 2016-cı il - xx xxxxxxx 2016-cı il tarixlərdə müəssisənin güzəştli satışının keçirilməsi və müəssisənin start satış qiymətinin 179000 manat olması barədə, sonradan isə xx xxxxxx 2016-cı il tarixində keçirilən hərracda iştirak etmək hüququndan istifadə etmədiyi və göstərilən obyektin hərracının alıcı olmaması səbəbindən baş tutmaması, obyektin xx xxxxxx 2016-cı il tarixdə təkrar hərraca çıxarılması barədə məlumatlar verilmişdir. Lakin işdə xx xxxxxx 2016-cı il tarixdə təyin edilmiş hərracın nəticələri barədə heç bir məlumat mövcud deyildir. Həmçinin məhkəmələr nəzərə almamışlar ki, mübahisələndirilən hərrac iddiaçının məlumatlandırıldığı təkrar hərracdan təxminən 2 il 5 aydan sonra, xx xxxxx 2019-cu il t arixdə keçirilmiş və əmlakın satış qiyməti (dəyəri 100 % olmaqla) iddiaçıya güzəştli şərtlərlə təklif olunduğu satış qiymətindən əhəmiyyətli dərəcədə aşağı olmaqla müəyyən edilmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Bab ayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul e tdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisələndirilən qeyri-yaşayış sahəsinin xx xxxxx 2019-cu il tarixdə hərracdan satılması ilə qanunvericiliyin tələblərinə riayət olunması, iddiaçının həmin hərrac barədə məlumatlandırılması, əmlakın satış qiymətinin hansı meyarlarla müəyyən edilməsinə dair sübutların təqdim edilməsi cavabdehlərə və üçüncü şəxsə təklif edilməli, həmçinin mübahisələndirilən alqı-satqı müqaviləsinin Cavabdeh2 ilə üçüncü şəxs Azərbaycan Respublikası X5 Komitəsi arasında bağlandığı halda, həmin Komitənin cavabdeh qismində cəlb olunmaması məsələsinə hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il i tarixli, 2(103)-3043/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan
Məhkəmə qərarları › İş №2(102)-433/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-433/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver