Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-433/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Mirvari City” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cezik Murata qarşı ilkin; Cezik Muratın qaşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət, məhkəmə aktının rəsmi qaydada verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “Mirvari City” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cezik Murata qarşı “pulun qaytarılması” tələbinə dair ilkin, Cezik Muratın “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3219/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 1. “Mirvari City” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və razılaşma protokolu üzrə ödənilməmiş 17.000 manat əsas borc, ödənişin gecikdirilməsinə görə iddianın verildiyi günə hesablanmış 3.723 manat dəbbə pulu, hüquqi y ardıma görə vəkilə ödənilmiş 310 manat və iddianın qaldırılması üçün ödənilmiş 154 manat dövlət rüsumu olmaqla, cəmi 21.187 manat məbləğində pul vəsaitinin Cezik Muratdan (bundan sonra – cavabdeh) onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sifariş etdiyi 100 ədəd dəmir qapını təhvil almaqdan imtina etdiyi üçün 13.389,26 manat gömrük rüsumu, 4250 manat daşınma haqqı (tır pulu), 8 ədəd qarantiya qismində saxladığı qapıları tam yararsız vəziyyətdə qaytardığı üçün 26.000 manat olmaqla, cəmi 43.639 manat məbləğində vurulmuş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4504/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hak im Həqiqət Mahmudova) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3219/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Elşən Kazımov və Namiq Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, ilkin iddia tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 17.000 manat məbləğində əsas, 1000 manat cərimə, 310 manat vəkil xərci olmaqla cəmi 18.310 manatın alınaraq iddiaçıya verilməsi, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (154+77= 231) 231 manat dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçıya verilməsi qərara alınmışdır.
6. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti müddət ötürülməklə verildiyindən ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qətnamənin surəti cavabdeh tərəfindən 5 iyul 2023-cü il tarixdə imza edilərək, qəbul olunmuşdur. Cavabdeh kassasiya şikayətini elektron kabinet vasitəsi ilə 18 oktyabr 2023cü ildə vermiş, qanunla müəyyən olunmuş 2 aylıq şikayət vermə müddəti ötürülmüş, şikayətə müddətin bərpa olunmasına dair vəsatət əlavə edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Res publikası MülkiProsessual Məcəlləsinin (bundan sonra – MPM) 405.0.1, 408.1.4, 408.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh (vəkil Kamandar Hüseynov) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad məhkəmə tərəfindən ona göndərilməmiş, təhvil verilməmişdir. Belə ki, o, Türkiyə Respublikasının vətəndaşı olmaqla, daimi yaşamaq icazəsi ilə 02.12.2021-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi, ev 55 ünvanında qeydiyyatdadır və yaşayır. Bu ünvana məhkəmə tərəfindən qətnamə göndərilməmişdir. Məhkəmə qətnam əni Bakı şəhəri, Xətai rayonunda yerləşən ona aidiyyəti olmayan ünvana göndərmiş, göndərilən zərfin üzərində “qapı bağlı” qeydinin yazılmasına baxmayaraq qəbul edilən qrafada “Cezik Murata” yazısı qeyd edilmiş və ona aid olmayan bir imza çəkilmişdir. Bütün bunlardan aydın olur ki, məhkəmə sözügedən qətnaməni yaşayış yeri üzrə ona göndərməmiş, qətnamə təhvil verilməmişdir. Beləliklə, qətnaməni poçt vasitəsi ilə deyil, 17.10.2023-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul etmiş, növbəti gün kassasiya şikayəti vermiş, müddətlərlə bağlı heç bir pozuntuya yol verməmişdir.
12. Kassasiya şikayəti MPM-in 134.1.5, 135.1, 135.2, 135.3, 135.4, 135.5, 405.0.1, 408.1.4, 408.5-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 3-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
14. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.
15. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
16. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
17. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadı ğı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
19. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
20. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
21. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni həm cavabdehin əcnəbi kimi rəsmi qeydiyyatda olduğu ünvana (Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, ev 55), həm də iddiaçı ilə aralarında bağlanmış 13.08.2021ci il tarixli alqı-satqı müqaviləsində özünün göstərdiyi ünvana (Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156, ev 3, mənzil 14) göndərmişdir. İkinci ünvana göndərilmiş məhkəmə sənədi qapı bağlı ol duğu üçün rabitə orqanı tərəfindən geri qaytarılmış, birinci ünvana göndərilmiş məhkəmə bildirişi isə ünvan sahibi tərəfindən 05.07.2023-cü il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmiş və xəbərnamənin kötüyü məhkəməyə qaytarılmışdır. Qətnamədən sonuncunun kassasiya şikayəti prosessual müddəti ötürməklə 18.10.2023-cü il tarixdə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilməsi müddətini ötürülmüş hesab edərək kassasiya şikayətini geri qaytarmışdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Kassasiya şi kayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarında məhkəmə sənədinin tərəfin qeydiyyatda olduğu və yaşadığı ünvana rəsmi qaydada verilməsi barədə sübutların olduğu vəziyyətdə məhkəmə sənədini almaması barədə dəlili sübut etmək yükü bunu mübahisə edən tərəfin üzərinə düşür. Tərəfin həmin halı sübut etməməsi, yaxud bunu şübhə altına alan hər hansı ilkin sübutlara istinad etməməsi yalnız subyektiv mülahizələr əsasında məhkəmə sənədinin rəsmi qaydada verilməməsi barədə nəticəyə gəlməyə əsas verə bilməz. Çünki MPM-in 135.3 və 135.5-ci maddələri məhkəmə sənədinin tərəfin yaşadığı ünvanda onun özünə deyil, yetkinlik yaşına çatmış ailə üzvlərinə verilməsini də həmin sənədin rəsmi qaydada verilməsi hesab edir.
25. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyi şdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qər Cavabdeh Cezik Murat tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3219/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.