Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4330/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və ”FERİD-L” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4330/2023 (Açar sözlər: cavabdehin maraqlarına toxunmaması əsası ilə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və ”FERİD-L” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və dəymiş zərər” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1917/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 (vəkil Nümayəndə4) tərəfindən verilmiş kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı1 Cavabdeh1 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və dəymiş zərər” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, Səməd Vurğun küçəsi, Diş poliklinikası ilə üzbəüz yerləşən Nəsimi parkında 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtükl ü) ümumi dəyəri 30.000 (otuz min) manat olan İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionunun cavabdehin qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində iddianın tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Sumqayıt Şəhər birinci mikrorayon Səməd Vurğun küçəsi, Nəsimi adına parkda, Diş poliklinikası ilə üzbəüz yerləşən “avtodromdakı” 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30.000 manat olan İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionunu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tairxan oğlunun qanunsuz sahibliyindən alınaraq iddiaçılar İddiaçı2 MMC və İddia çı1 geri qaytarılması və vurulmuş zərərə görə 10.000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1848/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı2 MMC-nin mülki iş üzrə iddiaçı qismində, Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi qərara alınmışdır.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərində birinci mikrorayon Səməd Vurğun küçəsi, Diş poliklinikası ilə üzbəüz yeləşən Nəsimi parkında 6 ədəd elektriklə işləyən, 10 x 20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30.000 (otuz) min manat olan olan İddiaç ı2 MMC-nin balansında olan əyləncə attraksionunu avtodrom İddiaçı1 qohumu olan Vüqar adlı şəxs ona bağışlamışdır ki, oradan gələn gəlirlə iddiaçının ailəsinə köməklik və dəstək olsun. Bu yaxınlarda həmin yeri işlətməyə köməklik edən qohumu tərəfindən iddiaçıya bildirilmişdir ki, Zaur adlı şəxs iddiaçının ailəsinə məxsus həmin yeri zəbt etmişdir. Bildirir ki, həmin əmlak İddiaçı2 MMC-nin balansındadır və iddiaçıya məxsusdur, həmin əmlaka görə iddiaçı tərəfindən vergi ödənilir. Bu hadisə ilə əlaqədar iddiaçı Cavabdeh1lə əlaqə saxlamışdır və onda Zaur adlı şəxsin onun adını hallandıraraq iddiaçıya məxsus MMC-nin balansında olan əmlakın sahibinin İlham olduğunu, nümayəndəsini hədələdiyini söyləmiş, cavabında o bildirmişdir ki, həmin yer guya onun bacısının qudası olan Zaur adlı şəxsə məxsusdur və həmin avtomobilləri də o, öz pulu ilə alıb, hansı ki, həmin avtomobilləri Vüqar öz pulu ilə alaraq həmin parkda fəaliyyət göstərmişdir. Bu mübahisə bir neçə müddət davam etdiyindən və iddiaçıya məxsus əmlakı həmin şəxslər qanunsuz olaraq işlətdiyindən iddiaçının nümayəndəsi olan və hal hazırda MMC-nin hüquqşünası Nümayəndə1 həmin ünvana gəlmiş və Zaur adlı şəxsdən MMC-yə məxsus əmlakları qanunsuz işlətdiklərini bildirərək həmin avtomobilləri ona təhvil verərək ərazini boşaltmalarını tələb etmişdir. Cavabdeh1 qohumu olan Zaur adlı şəxs isə tələbi icra etmək əvəzinə Nümayəndə1 təhqir edərək hədələməyə başlamışdır. Bu səbəbdən də əraziyə dəvət edilən polis əməkdaşları Nümayəndə1 izahatını almağa başlayanda Cavabdeh1 də həmin yerə gəlmiş və polis əməkdaşları ona bu hadisə ilə bağlı sual ve rəndə Cavabdeh1 etiraf etmişdir ki, həmin avtomobillər həqiqətən də Vüqarın vəsaiti hesabına alınıb. Göründüyü kimi cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı1 və ”FERİDL” MMC iş üzrə subyektiv hüququ olmayan tərəflərdir. Qarşı tərəf iddia ərizəsində qeyd olunan əmlakın onlara məxsus olmasını və həmin əmlakın cavabdehdə olmasını sübut etməlidir, amma bununla bağlı hər hansı sübut yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, iddianı sübut etmək də iddiaçının üzərinə düşür. Ona görə də hesab edir ki, qaldırılmış iddia tam əsassızdır. İkinci məsələyə gəlincə, ilkin iddia ərizəsi İddiaçı1 tərəfindən qaldırılmışdır və həmin iddia tələbində qeyd edilmişdir ki, əmlakı ona Vüqar adlı şəxs həmin əmlakdan gələn gəliri götürmək məqsədilə bağışlamışdır. Lakin iddia ərizəsində göstərilənlərlə sənədləri yoxladıqda ziddiyyətin olduğu görünür. Alğı-satqı müqaviləsi təqdim edilmişdir ki, həmin alğı-satqı müqaviləsi əsasında İddiaçı1 ”FERİD-L” MMC-dən təsis payını alır və iddia ərizəsində göstərilənlərə əsasən, ”FERİD-L” MMC guya hazırda Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan attraksionun və attraksionda olan maşınların sahi bidir. Tərəfindən qarşı tərəfə də sual verilmiş, işdə olan sənədlərə də baxmış, amma ”FERİD-L” MMC-nin balansına daxil edilmiş avadanlıqların Cavabdeh1 istifadəsində olan əmlak olmasına dair hər hansı sübut yoxdur. Ümumiyyətlə, ”FERİD-L” MMC-nin balansında 30.000 manat dəyərində əmlakın olmasına dair işdə hər hansı sübut da yoxdur. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, ”FERİD-L” MMC məhkəməyə müraciət edilməmişdən bir neçə gün qabaq, 2023-cü ilin yanvar ayında Vergilər İdarəsinə müraciət edərək 30.000 manat dəyərində əmlakı olduğunu bildirmiş və həmin əmlakın balansına daxil edilməsini xahiş etmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi isə həmin məsələnin onun səlahiyyətində olmadığını bildirmişdir. Eyni zamanda tərəf bəyannamə təqdim etdiyini, bəyannamədə 30.000 manat dəyərində əmlakı olmasını qeyd etdiyini və 300 manat vergi ödədiyini bildirmişdir. Bəyannamədə istənilən qiymətdə əmlak yaza bilmək mümkündür. Bəyannamədə əmlakın qeyd olunması həmin əmlakın hələ balansda olması demək deyil. Hətta qəbul edilsə ki, ”FERİD-L” MMC-nin balansında 30.000 manat dəyərində hər hansı əmlak var, amma bu ona əsas vermir ki, tərəf həmin əmlakı əsas gətirərək Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq əmlakının onlarda olduğunu bildirərək həmin əmlakın onlar tərəfindən qaytarılmasını tələb etməlidir. Bunun özünün sənədləşməsi, hüquqi əsası olmalıdır, mühasibatlıq qaydasında sənədləşmənin forması, hüquqi təsnifatı var. Bütün bu proseslərin isə heç biri keçirilməmişdir. Bundan başqa, iş materiallarında alğı-satqı müqaviləsi var ki, həmin alğı- satqı müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanılmışdır və həmin müqavilədə təsisçinin təsis payının 500 manat olduğu qeyd olunur. Əgər, doğrudan da, 2022-ci ilin avqust ayında 30.000 manat dəyərində əmlak balansa daxil edilmişdirsə, onda müqavilədə 30.500 manat dəyərində əmlak yazılmalı olardı. Həmçinin alğı-satqı müqaviləsi bağlanan zaman notariat ofisi hüquqi şəxsin reyestrindən çıxarış tələb edir ki, alğı-satqı müqaviləsinin predmeti olan əmlakın balansında hansı əmlak var. Belə ki, həmin 30.000 manat dəyərində əmlakın olması isə qeyd edilməmişdir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, müqavilə formal olaraq bağlanılmışdır ki, ”FERİD-L” MMC İddiaçı1 adına keçsin. Hazırda da formal müqavilə əsasında Cavabdeh1 qarşı iddia qaldırılır. Qaldırılmış iddianın heç bir hüquqi əsası yoxdur, iddiada qeyri-dəqiqlik var. İddia ərizəsində “6 ədəd maşın və dam örtüyü olan attraksion, 30.000 manat dəyərində” yazılmışdır. Attraksionun tikintisi illərdir başa çatmışdır. Maşınların dəyəri, bəlkə də, 30.000 manatdan da yuxarıdır. İddia cavabdehə qarşı qaldırılmışdır, cavabdehlərin əmlakının dəyəri isə 150.000 manatdır. Əgər tərəf 30.000 manat dəyərində əmlak tələb edirlərsə, həmin 30.000 manat dəyərində əmlak haradadırsa, gedib o əmlakı tələb edə bilər. İddianın heç bir hüquqi əsası yoxdur, tərəf öz iddiasının əsaslığını təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. İş materiallarında imzasız, möhürsüz əmr var, həmin əmr də 2022-ci ilin avqust ayında verilmişdir, əmlakın bu əmrlə balansa daxil edilməsi mümkün deyil. Bu iddia, mahiyyətindən də görünür ki, əvvəlcə dən planlaşdırılmış iddiadır. Nadir və Vüqar adlı şəxslər Cavabdeh1 və qeyri şəxsdən pul vəsaiti əldə etmək üçün 2022-ci ilin avqust ayında guya hər hansısa müəssisə təsis edir, sonra da özündən əmr verir ki, 30.000 manat dəyərində əmlak müəssisənin balansına daxil edilsin, hansı ki bunun üçün müəyyən edilmiş prosedur qaydalara riayət olunmur, yalnız 2023-cü ilin yanvar ayında Vergilər İdarəsinə müraciət olunur və daha sonra imtiyazlı şəxslə formal alğı-satqı müqaviləsi bağlanılaraq bizə qarşı iddia qaldırılır. İddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassız və sübutsuzdur. Belə ki, 10 ildən çoxdur ki, qeyd olunan ərazidə işləyir, orada başq a attraksionları da var. Cavabdeh1 qohumudur. Attraksionu özü yığmışdır və həmin attraksion 2016-cı ildən fəaliyyət göstərir. Attraksionda 6 ədəd avtomobil olmuşdur, lakin həmin avtomobillər köhnə olduğundan işlədilmir və onları bağında saxlayır. 2018-ci ildə isə avtomobilləri müasirləşdirmiş və yenilərindən istifadə etmişdir. Elə həmin vaxt qurğunu da yeniləmişdir. Qurğunu 2016-cı ildə ustası yığıb, həmin şəxsi də şahid kimi məhkəmə iclasına dəvət etmişdir. Attraksionun fəaliyyət göstərməsi üçün parkın rəhbərliyi ilə razılıq olmuşdur. Həmin obyekti parkın göstərişi ilə 2016-cı ildə yığmışdır. Sayğacdan istifadə edirlər, həmin sayğac da “Xocalı” çay evinin olmuş, həmin çay evi hazırda fəaliyyət göstərməsə də, sayğacı qalmışdır və həmin sayğacdan indi də istifadə edirlər. Obyektin VÖEN-i ol madığına görə sayğac qoymaq problemdir. Bağında olan avtomobillər 6 ədəddir, hazırda attraksionda istifadə olunan avtomobillər də 6 ədəddir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1848/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt şəhəri, birinci mikrorayon, Səməd Vurğun küçəsi, Nəsimi adına parkda, Diş poliklinikası ilə üzbəüz yerləşən “avtodromdakı” 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü ümumi dəyəri 30.000 manat olan) İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionu Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq İddiaçı2 MMC-yə geri qaytarı lması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 alınaraq İddiaçı2 MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, S.Vurğun küçəsi, Diş poliklinikası ilə üzbəüz yerləşən Nəsimi parkında Cavabdeh2 əvvəldən attraksionlar işlətmişdir. Cavabdeh2 sözügedən ərazidə uşaqlar üçün olan toqquşan maşınlar attraksionu olmuşdur. Cavabdeh2 Vüqar Şabanov və Nadir Əliyevə bütün əmlakın və attraksionların Cavabdeh1 məxsus olmasını bildirmiş, mübahisəni onunla həll etmələrini söyləmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf ilk öncə Nadir Əliyevin attraksionda işçi kimi çalışdığın ı, ona 500 manat əmək haqqı verdiyini söyləmiş, lakin nə kimi işlə məşğul olduğunu bildirmir. Nadir Əliyevin attraskionun gəlirindən əldə edilən vəsaiti mənimsədiyindən Nadiri işdən kənarlaşdırmışdır. Buna görə də Nadir Əliyev bu oyunu qurmuş və onları İddiaçı1lə üz-üzə qoymuşdur. Məhkəmə bu hissədə Cavabdeh1 izahatına tənqidi yanaşmış, qeyd etmişdir ki, Nadir 500 manat əmək haqqına işləyirdisə və Zaur onu təqsirinə görə işdən kənarlaşdırmışdırsa, Cavabdeh1 hansı səbəbdən Vüqar Şabanov və Nadir Əliyevə 7.000 manat təklif etmişdir ki, onlar bu mübahisədən əl çəksinlər? Qeyd edilən suada da cavabdeh tərəf ağlabatan cavab verə bilmir. Buna görə də məhkəmə hesab etmişdir ki, mübahisəli əmlakın sahibi 2019-cu ildən bəri Vüqar Şabanov və Əliyev Nadir olmuşdur. Əliyev Nadir də digərinin, yəni Vüq ar Şabanovun şifahi razılığı əsasında onlara məxsus ümumi əmlakı MMC yaradaraq, həmin İddiaçı2 MMC-nin balansına vermişdir. İddiaçı2 MMC sonradan İddiaçı1 satılmışdır. Məhkəmə hesab etmişdir ki, mübahisəli əmlak balansında olduğu İddiaçı2 MMC-nə məxsusdur. İddiaçı1 qanuni təmsilçi və direktor kimi İddiaçı2 MMC-ni təmsil edir. Lakin əmlak İddiaçı2 MMC-nə məxsus olduğu üçün İddiaçı1 cavabdehlərə qarşı iddia hüququ yaranmır. İddia hüququ yalnız İddiaçı2 MMC-nə məxsusdur. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Nəsimi adına Sumqayıt şəhər Mədəniyyət və İstirahət Parkı tərəfindən verilmiş 5-6-7-6/2-13/2023 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Özsüt” restoranı yaxınlığında yerləşən “Avtodrom” toqquşan maşınlar attrak sionu Cavabdeh2 tərəfindən işlədilmişdir. Polisə müraciətdən görünür ki, əmlakın İddiaçı2 MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən müəyyən hissəsinin sökülməsi barədə şikayəti Cavabdeh2 və onun oğlu Orxan Allahverdiyev vermişdir. Bütün bunlar onu göstərir ki, əmlak Cavabdeh1 qanunsuz sahibliyində deyil, Cavabdeh2 qanunsuz sahibliyindədir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
9. Qətnamədən cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə4 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətləri vermişlər.
10. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə4 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi, iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul ed ilməsi xahiş olunmuşdur.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1917/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər-Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) Cavabdeh1 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayətin Azərbaycan Respublikası MPM-nin 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 357, 361 və 363-cü maddələrinə istinad etməklə hesab etmişdir ki, birinci instansiya məhkəmənin qətnaməsi ilə Cavabdeh1 aid hissədə iddia tə ləbi təmin edilməmişdir. Mövcud iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktı ilə Cavabdeh1 üzərinə hər hansı bir öhdəlik qoyulmamış və onun mənafeləri pozulmamışdır. Başqa sözlə iddia tələbinə dair Cavabdeh1 etirazı təmin edilmişdir. Belə olan halda Cavabdeh1 məhkəmə aktından apellyasiya şikayəti vermək hüququ yaranmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
13. Qərardaddan Cavabdeh1 (vəkil Nümayəndə4) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 prosessual tərəf olaraq qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti vermək hüq uqu olan tərəfdir və qətnamənin onun mənafeyini pozması açıq aşkar görünür. Belə ki, məhkəmə qətnamədə Cavabdeh1 iddia tələbinə cavab verməli olan şəxs kimi qəbul etmiş, yalnız qətnamənin “qət etdi” hissəsində həmin əmlakın hazırda digər Cavabdeh2 istifadəsində olması səbəbindən ondan alınaraq "xxxx" MMC-yə geri qaytarılmasını qeyd etmişdir. Məhkəmə qəbul etdiyi qətnamə ilə Cavabdeh1 vəsaiti ilə yenidən qurulmuş əmlakın müqəddəratını həll edir və bu əmlakları "xxxx" MMC-nin balansında olan əmlak” kimi qəbul etmişdir. Halbuki həmin atraksion 2016-cı ildə Cavabdeh2 tərəfindən inşa olunmuş, 2019cu ildə Cavabdeh1 vəsaiti ilə atraksionda olan avadanlıqlar yeni avadanlıqlarla əvəzləşdirmişdir. Mübahisə predmeti olan bu daşınar əmlaklar üzərində dövlət tərəfindən tanınan yeganə hüquqverici sənəd “əmlakların Pasportu”dur ki, bu sənəd də Cavabdeh1 adınadır. Cavabdeh1 qəbul edilmiş qətnamədən prosessual tərəf-cavabdeh olaraq apelyasiya şikayəti vermişdir. O, hüququndan istifadə etməklə qətnaməni tam mübahisələndirmişdir. Belə ki, ona məxsus olan əmlakın iddiaçı "xxxx" MMC-nin balansında olan əmlak kimi qiymətləndirilməsi və bu əmlakın onun tərəfindən istifadəsinə verdiyi Cavabdeh2 alınması Cavabdeh1 maraqlarını və mənafeyini pozur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
19. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
20. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
21. Maddə 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
22. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir.
23. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessu al hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məh kəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadında qeyd olunmuşdur ki, birinci instansiya məhkəmənin qətnaməsi ilə Cavabdeh1 aid hissədə iddia tələbi təmin edilməmişdir. Mövcud iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktı ilə Cavabdeh1 üzərinə hər hansı bir öhdəlik qoyulmamış və onun mənafeləri pozulmamışdır. Başqa sözlə iddia tələbinə dair Cavabdeh1 etirazı təmin edilmişdir. Belə olan halda Cavabdeh1 məhkəmə aktından apellyasiya şikayəti vermək hüququ yaranmır.
31. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 iddia tələbinə cavab verməli olan şəxs kimi qəbul edilmiş, lakin qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsində həmin əmlakın hazırda digər Cava bdeh2 istifadəsində olması səbəbindən sonuncudan alınaraq İddiaçı2 MMC-yə geri qaytarılmasını qeyd etmişdir.
32. Eyni zamanda birinci instansiya məhkəməsində izahat verən Cavabdeh1 nümayəndəsi və vəkili ”FERİD-L” MMC-nin balansında 30.000 manat dəyərində əmlakın olmasına dair işdə hər hansı sübutun olmadığını, mübahisəli əmlakın Cavabdeh1 sahibliyində və Cavabdeh2 istifadəsində olmasını qeyd edərək bununla bağlı sübutları məhkəməyə təqdim etmiş, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi Cavabdeh1 onun sahibliyində olduğunu iddia etdiyi mübahisəli əmlakın, balansında olduğu İddiaçı2 MMC-yə məxsus olması barədə qənaətə gəlmişdir.
33. Apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan halların nəzərə alınmaması və birinci instansiya məhkəməsinin qətnaməsi ilə Cavabdeh1 mənafelərinin pozulmaması kimi qiymətləndirilməsi düzgün hesab edilə bilməz.
34. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi şikayəti yuxarıda göstərilən əsaslarla qeyri-mümkün hesab etmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü barədə məsələyə bu cür həddən artıq formal yanaşma, apellyasiya şikayətinə dair tələblərlə bağlı prosessual qanunvericiliyin məqsədlərinə cavab vermir.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi ilə yanaşı, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan məsələnin həll edilməsi apellyasiya instansiya məhkəməsinin səlahiyyətinə daxil olduğundan, kas sasiya şikayəti həmin hissədə əsassızdır.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş şikayətin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1917/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə göndər