Məhkəmə qərarları › İş №2(102)-4332/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4332/2023

28.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4332/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlak) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X14 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “miras əmlakın verilməsi vəzifəsinin qoyulması” tələblərə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3990/2023 saylı iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəf indən verilmiş kassasiya şikayətinə dair mülki işə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə əsasən sonuncu bu müqavilə üzrə 60 ay müddətinə 146363 (bir yüz qırx altı min üç yüz altmış üç) ABŞ dolları əmanət olaraq qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə 1 saylı əlavəyə əsasən əmanət 60 ay müddətinə aylıq 17% dərəcəsi ilə müəyyən edilmişdir. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə əsasən sonuncu bu müqavilə üzrə 78664 (yetmiş səkkiz min altı yüz altmış dörd) ABŞ dollar ı əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2008-ci il tarixli “X28” müqaviləsinə əsasən X26 kart hesabı açmışdır. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 10000 (on min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 6000 (altı min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 7000 (yed di min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 5000 (beş min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 10000 (on min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixl i “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 5000 (beş min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 6000 (altı min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdu Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 5000 (beş min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 16000 (on altı min) ABŞ dolları əmanət qoymuşdur. Cavabde h ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 5000 (beş min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 7000 (yeddi min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 8000 (səkkiz min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdur.

2. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.1953-cü il tarixdə Böyük Britaniya və X12 Krallığının vətəndaşı Colin Connorun **********00231 saylı hesabda 628687,05 (altı yüz iyirmi səkkiz min altı yüz səksən yeddi ABŞ dolları beş sent) ABŞ dolları, **********00704 saylı hesabda müvafiq olaraq 2397,92 (iki min üç yüz doxsan yeddi ABŞ dolları, doxsan iki sent) ABŞ dolları əmanəti mövcuddur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, Böyük Britaniya vətəndaşı X25un Cavabdeh ASC-dəki şəxsi hesabında olan pul vəsaitinə dair Vyetnam Respublikasının vətəndaşı İddiaçı1 verilmiş vərəsəlik şəhadətnaməsinin tanınması ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət olunması, habelə həmin şəhadətnamə əsasında yeni şəhadətnamənin verilməsi qanunvericiliyin göstərilən tələblərinə z idd olması bildirilmişdir. 4. 15 oktyabr 2012-ci il tarixli sənəddən görünür ki, 100 Borough yolu, Middlesbrough, İngiltərə, TS1, 5HJ ünvanında fəaliyyət göstərən İngiltərə və Uels üzrə səlahiyyətli notarius X20 təsdiq etmişdir ki, sənədə əlavə edilmiş Noc İddiaçı1nun qanuni müvəkkili X18 tərəfindən ona təqdim edilmişdir: 1. 08 fevral 2012-ci il tarixli Colin Connora məxsus ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş nüsxəsi 2. 21 sentyabr 2012-ci il tarixli Colin Connora məxsus vərasət 3. 17 sentyabr 2001-ci il tarixli Colin Connor və İddiaçı1 ilə əlaqədar Vyetnamda verilmiş nikah haqqında şəhadətnamə. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “miras əmlakın verilməsi və zifəsinin qoyulması” tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Böyük Briyaniya və X12 Krallığının vətəndaşı, mərhum Colin Connonın “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin depozit hesabında olan pul məbləğinin iddiaçılar, mərhumun həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2 və İddiaçı3-ın etibarnamə üzrə nümayəndəsi, inzibatçı X15 verilməsi vəzifəsinin “Bank of Baku" ASCnin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçılar, mərhum Böyük Britaniya və X12 Krallığının vətəndaşı olmuş Colin Connorun həyat yoldaşı İddiaçı1, övladları İddiaçı3 və İddiaçı2, Colin Connorun vəfatından sonra onun vərəsələri qismində Colin Connorun Cavabdeh ASC-də olan və onun dep ozit hesablarına yerləşdirdiyi məbləğlərin alınması ilə bağlı Cavabdeh ASC-nin rəhbərliyinə müraciət etmişdir. Onları Azərbaycan Respublikasında təmsil edən, İngiltərə Yüksək Məhkəməsi tərəfindən mərhumun bütün əmlakının idarə edilməsi üzrə İnzibatçı təyin olunmuş cənab X11muşdur. O, cənab Colin Connorun əmlakının idarə edilməsi üzrə İnzibatçısı qismində 23 yanvar 2019-cu il tarixdə Bank of Baku ASC-yə müraciət edərək depozit hesabında olan məbləğin götürülməsi ilə əlaqədar müraciət etmiş və xx.xx.2019-cu il tarixdə bu müraciətə imtina cavabı almışdır. Colin Connor ölkəmizdə “TTE- Petrofak” Limited şirkətinin Azərbaycan, Respublikasındakı filialında əmək fəaliyyəti göstərmiş və onun illik əmək haqqısı 109 723,23 (bir yüz doqquz min yeddi yüz iyirmi üç dollar iyirmi üç sent) ABŞ dolları təş kil etmişdir. Qeyd edir ki, X25 Azərbaycan Respublikasının dövlət büdcəsinə hər il 31 376,04 (otuz bir min üç yüz yetmiş altı dollar dörd sent) ABŞ dolları məbləğində vergi ödəmişdir. X25 13 dekabr 2008-ci il tarixində Cavabdeh ASC-nin Mərkəz Filialında “X28” Müqaviləsi bağlamış və məlumatımıza görə elə həmin ərəfələrdə ABŞ dolları ilə əmanət hesabları açmış və əmanət Müqavilələri bağlamışdır. Lakin həmin Əmanət Müqavilələri əlində olmadığından əmanət hesablarında məbləğin miqdarı barədə tam məlumata malik deyil. Amma əlində olan bəzi bank sənədlərinin surətlərinə və mərhumun əlyazması ilə Böyük Britaniya və X12 Krallığının vətəndaşı X25 25 dekabr 2011-ci il tarixində dünyasını dəyişmiş və bu fakt İngiltərə və Uels İntestate orqanı tərəfindən qeydiyyata alınmışdır. 19 oktyabr 2018ci il tar ixində 100 Borough Küçəsi, Midelsbro, İngiltərə, TS1 2HJ ünvanında qeydiyyata alınmış İngiltərə və Uels üzrə fəaliyyət göstərən səlahiyyətli dövlət notariusu X21 tərəfindən X25un həyat yoldaşı, Vyetnam Sosialist Respublikasının vətəndaşı İddiaçı1 Xgoc adına Vərəsəlik haqqında Notarius Şəhadətnaməsi verilmişdir. Colin Connor ilə İddiaçı1 arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmışdır. Onların həmin nigahdan xx.xx.1998-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 adlı övladları dünyaya gəlmişdir. X3 əsasən X25un bütün əmlakı həyat yoldaşı İddiaçı1 və övladları 14 sentyabr 2001-ci il tarixli İddiaçı2 və 01 oktyabr 1998-ci il təvəllüdlü İddiaçı3 tərəfindən qəbul edilmişdir. 30 sentyabr 2017-ci il tarixində 53D/5 X29 küçəsi, Phuon 2, Vung Tau şəhəri, Vyetnam Sosiali st Respublikasında qeydiyyatda olan 01 oktyabr 1998-ci il təvəllüdlü İddiaçı3 və 14 sentyabr 2001-ci il təvəllüdlü İddiaçı2 atalarından miras qalmış əmlakları almaq və miras ilə bağlı məsələləri həll etmək üçün qanuni nümayəndə kimi anaları İddiaçı1 Ümimi Etibarnamə ilə təyin etmişlər. İddiaçıların qanun üzrə nümayəndəsi cənab Singh tərəfindən banka, Colin Connora məxsus əmanət hesabındakı məbləğlə və pulun vərəsə kimi iddiaçılar tərəfindən götürülməsi məqsədilə müraciət olunsa da bank müxtəlif bəhanələr gətirərək həmin məbləğ barədə məlumatların verilməsindən imtina etmişdir. Belə ki, Cavabdeh ASC-nin X19, xanım İddiaçı1 təmsilçisi olan İddiaçı X15 ünvanladığı 23 yanvar 2019-cu il tarixli sorğu məktubuna 8092 nömrəli, 07 may 2019-cu il tarixli cavabında göstərmişdir ki, xanım Ngocun miras əmlakı üçün müraciət edilən şəxsin həqiqi və yeganə vərəsə olması barədə şübhələri mövcuddur. Bu səbəbdən də miras əmlak üzrə səlahiyyətli şəxsin nümayəndəsi kimi çıxış etməsindən əmin olmadıqlarından müraciəti müsbət cavablandıra bilmirlər.İngiltərə qanunvericiliyi iki növ vərəsəliyi qəbul edir: qanun üzrə vərəsəlik və vəsiyyət üzrə vərəsəlik. Qanunvericiliyə müvafiq olaraq qanun üzrə vərəsəlik qaydası miras əmlakın vərəsələr arasında növbəlilik qaydasında bölünməsini aşağıdakı kimi nəzərdə tutur. -əgər, miras qoyan onunla birgə yaşamış həyat yoldaşı və ya vətəndaş tərəfdaşına malikdirsə, onda belə həyat yoldaşı (tərəfdaş) şəxsi istifadədə olan bütün daşınar obyektləri və 250000 funt sterlinq məbləğində məcburi mirası alır. Miras əmlakın qalan hissəsi bərabər paylara bölünür - bir pay hə yat yoldaşına (tərəfdaşına) keçir, 2-ci pay onun uşaqları arasında bərabər bölünür. Əgər miras əmlakın dəyəri 250000 funt sterlinqdən azdırsa, belə əmlak tam olaraq həyat yoldaşına (tərəfdaş) keçir. Əgər miras qoyanın uşaqları yoxdursa, onda əmlak həmçinin tam olaraq həyat yoldaşına (təırəfdaş) keçir: -əgər miras qoyan həyat yoldaşına (tərəfdaşına) malik deyilsə, onda əmlak bərabər hissələrlə onun uşaqları arasında bölünür. Uşaq və nəvələrinin olmaması halında, belə əmlak onun valideynlərinə, daha sonra qanunvericiliklə müəyyən olunmuş növbəlilik ardıcıllığı ilə qan qohumlarma keçir (qardaş və bacı, nənə və baba, və digərləri). Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nüma yəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Böyük Britaniya və X12 Krallığının vətəndaşı, 24 iyun 1953-cü ildə Middlesbrough şəhərində doğulmuş Colin Connor bir müddət Cavabdeh ASC-nin müştərisi olmuş, müəyyən vaxtdan sonra onunla əlaqə kəsilmişdir. Daha sonra, 2011-ci ildən etibarən Banka həmin müştərinin vəfat etməsi və ondan qalan miras əmlakın verilməsi ilə bağlı müraciətlər daxil olmağa başlamışdır. X7 miras əmlakın həqiqi qanuni vərəsələrinə çatmasını təmin etmək üçün daxil olan müraciətlər ciddi şəkildə araşdırılmışdır. Miras əmlakı əldə emək niyyəti ilə Bankımıza müraciət edən şəxslərin şübhəli davranışı bizi həmin şəxslərə münasibətdə daha ehtiyatlı mövqe tutmağa vadar etmişdir. Araşdırma nəticəsində müraciət edən şəxslərin bununla bağlı lazımi səlahiyyətə malik olmama ları müəyyən edilmiş, müştərimizin vərəsələrinin deyil, hansısa başqa şəxslərin maraqları üçün fəaliyyət göstərmələrinə dair əsaslı şübhələr yaranmışdır. Həmin miras əmlakla bağlı müştərinin bacısı olduğu iddia edilən şəxsdən, arvadı olduğu iddia edilən Vyetnam Sosialist Respublikasının vətəndaşı olan şəxsdən, onun nümayəndəsi olduğunu bildirən Böyük Britaniya və X12 Krallığının vətəndaşı X10, eləcə də Azərbaycan Respublikasının vətəndaşları olan bir neçə şəxsdən birbaşa və ya elektron poçt vasitəsilə müraciətlər daxil olmuş, miras əmlakın onlara verilməsi tələb edilmişdir. Müştəriyə dair bank sirri təşkil edən məlumatların yayılmasına yol verməmək üçün, müvafiq səlahiyyəti təsdiq edən sənədlər lazımi qaydada təqdim edilmədiyi müddətdə müraciətin müsbət cavablandırılmayacağı bildirilmişd ir. Müraciət edən şəxslərdən yalnız cənab X18 qismən tələb olunan qaydada (mötəbərliyi tam təsdiq edilməmiş müvafiq səlahiyyətini təsdiq edən sənədlərlə) müraciət etdiyindən, onunla görüş keçirilmiş və müzakirə aparılmışdır. Miras əmlakın qorunması və bank sirr təşkil edən məlumatların yayılmasının qarşısını almaq üçün yalnız cənab Singhin özü ilə müzakirə aparılması zəruri hesab edilmiş və onunla birlikdə Böyük Britaniya və X12 Krallığından gələn tərcüməçi kimi təqdim etdiyi şəxsin görüşdə iştirakı məqsədəuyğun hesab edilməmişdir. Qeyd edək ki, tərcüməçi kimi təqdim edilən həmin şəxsin qardaşı da daha əvvəl miras əmlakın ona təqdim edilməsi tələbi ilə Banka müraciət etmiş, araşdırma nəticəsində onun zəruri səlahiyyətlərə malik olmaması və ümumiyyətlə adının qeyri-şəffaf fəaliyyətlərdə hal landığı müəyyən edilmişdir. Görüş zamanı cənab Singh artıq Azərbaycanda qalmağa vaxtının olmadığını, təcili olaraq ertəsi gün ölkəsinə qayıtmalı olduğunu bildirmiş, onunla əlaqə saxlamaq üçün elektron poçt ünvanını təqdim etmiş və hətta miras əmlakın birbaşa xaricdə olan bank hesabına köçürülməsini tələb etmişdir. Buna baxmayaraq, o iki gündən sonra bir neçə kənar şəxslə Banka yaxınlaşaraq, ictimai asayişi pozan və Bankdaxili iş prosesinə mane olan hərəkətlərə yol vermiş, Bankı əsassız olaraq müştərinin əmlakını mənimsəməkdə, həmin vəsaiti vermək istəməməkdə ittiham etmişdir. Qeyd edilənlər X13 şəxsiyyəti, səlahiyyəti və təqdim edilmiş sənədlər barədə onlarda təbii şübhələr doğurmuş, onun müştərimizin vərəsələrinin deyil, hansısa başqa şəxslərin maraqları üçün fəaliyyət göstərməsi qənaətin ə gəlməyə əsas vermişdir. Onlar Bank olaraq müştərimizin vəsaitinin onun tam qanuni vərəsələrinə çatdırılmasında maraqlıdır. Miras əmlakın həcminin böyük olması onları daha ehtiyatlı olmağa vadar edir. Qeyd edilənlər əsasında hesab edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində təsbit edilmiş “əcnəbinin ölümündən sonra Azərbaycan Respublikasının ərazisində qalmış əmlakına vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır” müddəası bu məsələlərin məhz yuxarıda qeyd edilən Təlimata uyğun olaraq həll edilməsini və vərəsəlik hüququ barədə şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində olan notariuslar tərəfindən verilməli olmasını nəzərdə tutur. Bu halda ölmüş şəxsin yaşadığı ölkədə onun mirasına dair vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi əhəmiyyət kəsb etmir. Bununla bağlı mövqeyimizi əsaslandıran digər səbəb ondan ibarətdir ki, təqdim edilmiş xarici dövlətdə rəsmiləşdirilmiş vərəsəlik şəhadətnaməsindən miras əmlakın dəqiq miqdarı və konkret olaraq Cavabdeh ASC-də olan hansısa əmlaka şamil edilməsinə dair heç bir qeydə rast gəlinmir. Bu baxımdan, şəhadətnamədə qeyd edilən miras əmlakla bağlı Bankın öhdəliyini müəyyən edilə bilmir. Məlum olduğu kimi, əmanətçi təxminən 10 ildən çoxdur ki, vəfat edib və o gündən də əmanət məbləği uğrunda “qızğın və gərgin mübarizə başlayıb”. Bu vəsaiti əldə etmək üçün Banka daha kimlər müraciət etməyib?! Amma həmin şəxslərin həm şübhəli davranışlarına, həm də lazımi hüquqi əsasa malik olmadıqlarına gör ə onlara vəsaitin ödənilməsinə müsbət rəy verilməyib. Bu dövrdə Banka doğru-dürüst sənəd təqdim edən və bu günədək müraciət etməkdə davam edən bir nəfər vardır ki, o da C.Connorun arvadı olduğu deyilən (Banka təqdim olunan nikah haqqında şəhadətnamənin həqiqiliyinə əmin ola bilmirik) Vyetnam Respublikasının vətəndaşı İddiaçı1 Ngoh- un (sağ olub-olmadığını bilmirik) etibarnamə (əlavə olunur) üzrə səlahiyyətli nümayəndəsi qismində çıxış edən (etibarnamənin özünün də qüvvədə olubolmadığı dəqiqləşdirilməlidir) X18 adlı Britaniya vətəndaşı olan şəxsdir. Bu günədək Singh Bakıya (Banka) iki dəfə gəlib. Birinci dəfə Connorun bacısı ilə birlikdə, lakin öyrənəndən sonra ki, AR qanunvericiliyinə görə ölən şəxsin bacısı birinci növbəli vərəsə deyildir, tələb olunan sənədlərin siyahısını alaraq geri dö nmüşdür, ikinci dəfə isə sənədlərlə birlikdə gəlib Banka yazılı müraciət etmişdir. Əslində ilk baxışdan Singhin davranışlarında qeyri-adi bir məqam yoxdur. Amma, həm onu Banka gətirən və daim ətrafında olan şəxslərin kimliyi və şübhəli davranışları, həm də bir sıra digər hallar onları ehtiyatlı olmağa vadar edir. Belə ki, İddiaçı1 Ngohun (C.Connorun arvadı iddia olunan şəxsin) və uşaqlarının (artıq hər ikisi yetkinlik yaşına çatıb) bu günədək Bankla yalnız Connor öldükdən sonra qısa müddətə şəxsən əlaqə qurması və təxminən son bir neçə il ərzində heç bir əlaqə yaratmaması. Şübhə yaranır ki, bəlkə də həmin şəxs artıq heç həyatda yoxdur, yaxud Connor ölənədək nikaha xitam verilmişdi. Belə olduqda, İddiaçı1 Ngoh ümumiyyətlə vərəsə qismində cıxıs edə bilməz: İddiaçı1 Ngohun uşaqlarının C.Con norla nikahdan əvvəl doğulması. Ehtimal yaranır ki, həmin uşaqların Connora ümumiyyətlə hər hansı hüquqi bağlılıqları olmayıb. Belə olduada. həmin şəxslər ümumiyyətlə vərəsə qismində cıxıs edə bilməzlər. Bu günədək Bankda C.Connora birbaşa və davamlı bank xidməti göstərən əməkdaşların dediyinə görə, C.Connor Banka daim bir dostu ilə birlikdə gəlib-gedirmiş. Həmin dostu hazırda da Bankın müştərisidir və onun dediyinə görə, Connorun Britaniyada da arvadı və usaqları olub. Ehtimal olunur ki, onların ümumiyyətlə, Connorun Bankdakı əmanətindən xəbərləri yoxdur. Amma Singh həmin şəxslərin mövcudluğundan danışmır. Singhin özünü hüquqşünas və vəkil kimi təqdim etməsi, lakin sənədlərdə mühasib şirkətinin sahibi kimi görünməsi (hüquqi bilikləri də zəifdir) və daha çox işbaz və saxtakar (məsələn, Ban ka son gəlişində növbəti günə Londona geridönüş biletinin olması səbəbindən təcili və növbədənkənar qəbul olunmasını xahiş etmişdi, lakin, iki gün sonra gəlib səs-küy salaraq müraciətinin cavabının ona verilməsini tələb edirdi, halbuki, hələ müraciətini Banka təqdim edərkən ona bildirilmişdi ki, cavabın həmin müddətə verilməsi mümkün deyildir) təsiri bağışlaması. Singhin tərcüməçisi kimi təqdim etdiyi şəxsin (həmin şəxs Nyukaslda X25un bacısının qonşusu olub) və həmin şəxsin qardaşı X8 əmanəti əldə etmək üçün xüsusi canfəşanlıq göstərmələri (M.Qəniyev hətta Singhdən etibarnamə alaraq (sadəcə, etibarnaməni səhvən vərəsəlik işlərinin aparılması üçün deyil, bilavasitə Singhi şəxsən təmsil etmək üçün alıb) işlə bağlı Ədliyyə Nazirliyinə müraciət etmişdir);. Yuxarıda göstərilən səbəblərdən mira sın təsadüfi şəxsə verilməsinin qarşısını almaq və Bankı mümkün risklərdən qorumaq məqsədilə Bank tərəfindən AR Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə müvafiq sorğularla müraciətlər edilmişdir, lakin cavablar məzmununa görə əsasən bir-birinə yaxın və qanunun mahiyyətinə, o cümlədən notariat və məhkəmə praktikasına zidd olmuşdur. Hətta bank sirrinin toxunulmazlığının təmin olunması düşüncəsi ilə sorğularda əmanətçi barədə hər hansı konkret qeyd əks olunmasa da, Ədliyyə Nazirliyinin cavabında söhbətin Connordan və İddiaçı1 Ngoh-dan getdiyi konkret təsbit olunub. Təbii olaraq sual yaranır ki, Ədliyyə Nazirliyi Bankın illər əvvəl ölmüş əmanətçisini və onun arvadını haradan tanıyır?!. Bildiririk ki, ötən məhkəmə iclaslarında iddiaçının vəkili ziddiyyətli ifadələri ilə yadda qalmış, hətta Bankı məhkəmə qərardadının icrasından imtina etməsi və tələb olunan məlumatların təqdim edilməməsində günahlandırmışdır. Belə ki, o, məhkəmə iclasında Bank tərəfindən təqdim edilən miras əmlakın miqdarı barədə olan məlumatla razılaşmadığını, vəsaitin məbləğinin daha çox olmalı olduğunu bildirmiş və bunda təkid etmiş, son iclasda isə (xx.xx.2023-cü il tarixində keçirilmiş) hakim tərəfindən təkrar ekspertiza keçirilməsi təklifinə qətiyyətlə etiraz edərək, Bank tərəfindən təqdim olunan məlumatlarda qeyd edilən məbləğlərlə razılaşdığını vurğulamışdır. Halbuki, əvvəlki iclaslarda hər vəchlə məbləğlərlə razı olmadığını dilə gətirmiş və vəsatətlər verərək məhkəmədən müvafiq müqavilələrin, ödəniş tapşırıqlarının və s. Bankdan tələb e dilməsi barədə xahişlər etmiş, əmanətin faizlərinin hesablanma üsullarının və s. müəyyənləşdirilməsi üçün təkidlər etmişdir. Lakin, nə səbəbdənsə, son iclasda təqdim olunan məbləğlərlə birmənalı şəkildə razılaşdığını bildirmiş, hətta hakim tərəfindən “sizin bu sözləriniz məhkəmə iclas protokolunda əks etdirilir” xəbərdarlığını da tələsik qəbul edərək, Bankdan sözü gedən əmanətlə bağlı sanki “nə qədər pul ala bilsək qənimətdir” düşüncəsini açıq-aydın sərgiləmişdir. Bu məqam özü də, yuxarıda qeyd elədiklərimizlə birlikdə bizi şübhəyə salan nüanslardandır. Göründüyü kimi, əmanət məbləğinin həcminin böyük olması, təbii olaraq həmin vəsaitə olan maraqların da çox olmasına gətirib çıxarmış, bu isə öz növbəsində əmanəti qorumaq vəzifəsinə sadiq qalan Bankın işini kifayət qədər çətinləşdirmişdir. Qeyd edilənləri, həmçinin bu məsələ ilə bağlı kifayət qədər araşdırılmamış və əsaslı şübhələr yaradan məqamların çoxluğunu nəzərə alaraq, müvafiq məhkəmə tapşırığının verilməsini, habelə aidiyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq, vərəsəlik şəhadətnaməsinin yerli notariuslar tərəfindən verilməsinin təmin edilməsini məqəsədəuyğun hesab edirik. Yuxarıda göstərilənlərə əsasən, X25un "xxxx" Açıq Səhmdar Cəmiyyətinin depozit hesabında olan pul məbləğinin iddiaçılar, mərhumun həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2, İddiaçı3ın etibarnamə əsasında nümayəndəsi, X5 Singhə verilməsi vəzifəsinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

8. Bakı Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 28 mart 2023-cü il tarixli, 2(005)-50/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbi təmin edilmiş, Böyük Briyaniya və X12 Krallığının vətəndaşı, mərhum Colin Connonın “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin depozit hesabında olan pul məbləğinin iddiaçılar, mərhumun həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2 və İddiaçı3ın etibarnamə üzrə nümayəndəsi, inzibatçı X15 verilməsi vəzifəsinin “Bank of Baku" ASC-nin üzərinə qoyulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyinə görə işin mübahisə olunmayan halları ondan ibarətdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə Colin Connor arasında müxtəlif tarixlərdə “Bank Əmanəti müqaviləsi” bağlanmışdır. Hər iki tərəf müqavilələr üzrə öz üzərilərinə öhdəliklər götürmüşdür. Həmin müqavilələr üzrə qoyulan vəsait iddiaçı tərəf indən indiyə qədər çıxarılmamış və hazırda mərhumun qanun üzrə vərəsələri tərəfindən Cavabdeh ASC-dən tələb olunmaqdadır. Digər tərəfdən, Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1953-cü il tarixdə Böyük Britaniya və X12 Krallığının vətəndaşı Colin Connorun **********00231 saylı hesabda 628687,05 (altı yüz iyirmi səkkiz min altı yüz səksən yeddi ABŞ dolları beş sent) ABŞ dolları, **********00704 saylı hesabda müvafiq olaraq 2397,92 (iki min üç yüz doxsan yeddi ABŞ dolları, doxsan iki sent) ABŞ dolları əmanəti mövcuddur. Tərəflər qeyd olunan məbləğləri mübahisələndirməmişlər.

10. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli vərəsəlik haqqında notarius şəhadətnaməsinə əsasən iddiaçılar X25un əmlakı üzrə vərəsə sayılmışlar. İddia ərizəsində g östərilən hallar Böyük Britaniya və X2vericiliyinə uyğun olaraq tərtib edilmiş apostil, vərəsəlik şəhadətnəməsi, ümumi etibarnamə və nikah haqqında şəhadətnamə ilə təsdiq olunmuşdur. xx.xx.2017-ci il tarixdə verilmiş etibarnamədən isə müəyyən olunur ki, İddiaçı3 və İddiaçı2 anaları olan İddiaçı1 atalarından qalan miras ilə əlaqədar olaraq onların qanuni nümayəndəsi olaraq təyin etmişlər. Eyni zamanda İddiaçı1 X1i müvəkkili təyin edilmişdir. X18 tərəfindən Vəkil1 iddia ərizəsini imzalamaq həvalə edilmişdir. Etibarnamə imzalanan gündən xitam verilənədək qüvvədədir. Göstərilən sənədlər kifayət qədər əsas verməsinə baxmayaraq cavabbeh bank X25un depozit hesabında olan və airas əmlakın kütləsinə aid olan pul məbləğini iddiaçıların numayəndəsinə verməkdən imtina etməkdə haqlı olmamışdır.

11. Məh kəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsi, Mülki Məcəllənin 944.1, 946.1, 953, 1133.1, 1133.2, 1146, 1243, 1246, 1274, 1321.1, 1321.2, 1321.3-cü maddələri, “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” xx.xx.1961-ci il tarixli Konvensiyaya, “Beynəlxalq Xüsusi Hüquq haqqında” Qanunun 17.1, 17.2, 17.3, 18, 29.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür. Xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Qanunvericilikdə “xar ici dövlətlərin digər aktları” dedikdə, hansı aktların nəzərdə tutulması qeyd edilməmişdir. X18 tərəfindən vərəsəlik işi ilə bağlı bir sıra sənədlər müvafiq dövlətin məhkəmə orqanı tərəfindən təqdim edilmişdir. Həmin sənədlərin birində isə birbaşa şəkildə onun məhkəmə tərəfindən təsdiq edilməyən surətinin (tərcümədə nüsxəsi kimi qeyd edilib) hüquqi əhəmiyyətə malik olmadığı qeyd edilmişdir. Bu baxımdan belə qənaətə gəlir ki, xarici dövlətlərin məhkəmə orqanları tərəfindən qəbul edilmiş istənilən akt (o cümlədən vərəsəlik işi ilə bağlı) Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmalıdır. Digər tərəfdən, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən, əcnəbinin ölümündən sonra Azərbaycan Respublikasının ərazisində qalmış əmlak barəsində vərəsəlik h üququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır. Həmin qanun əsasında qəbul edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda isə qeyd edilir ki, əcnəbinin ölümündən sonra Azərbaycan Respublikasının ərazisində qalmış əmlakın qorunması ilə, habelə bu cür əmlak barəsində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar hərəkətlər "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bu Təlimatda ifadə olunmuş qaydalar üzrə aparılır. Təlimatda həmçinin qeyd edilir ki, notariuslar Azərbaycan Respublikasının miras əmlakın mühafizəsi haqqında normalar ehtiva edən beynəlxalq müqavilə bağladığı xarici dövlətin vətəndaşının ölümü haqqında məlumat aldıqda, müvafiq müqaviləni rəhbər tutaraq, ölənin Azərbaycan Respublikasının ərazisində əmlakı olduğu hallarda miras əmlakın qorunması üçün lazımi tədbirlər görür, miras əmlakın miqdarını və dəyərini müəyyən edir, vərəsələri aşkar edir, vəsiyyətnamənin olub-olmadığını yoxlayır. Qeyd edilənlər əsasında hesab edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində təsbit edilmiş “əcnəbinin ölümündən sonra AzərbaycanRespublikasının ərazisində qalmış əmlakına vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır” müddəası bu məsələlərin məhz yuxarıda qeyd edilən Təlimata uyğun olaraq həll edilməsini və vərəsəlik hüququ barədə şəhadətnamənin A zərbaycan Respublikasının ərazisində olan notariuslar tərəfindən verilməli olmasını nəzərdə tutur. Bu halda ölmüş şəxsin yaşadığı ölkədə onun mirasına dair vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi əhəmiyyət kəsb etmir. Bununla bağlı mövqelərini əsaslandıran digər səbəb ondan ibarətdir ki, təqdim edilmiş xarici dövlətdə rəsmiləşdirilmiş vərəsəlik şəhadətnaməsindən miras əmlakın dəqiq miqdarı və konkret olaraq Cavabdeh ASC-də olan hansısa əmlaka şamil edilməsinə dair heç bir qeydə rast gəlinmir. Bu baxımdan, şəhadətnamədə qeyd edilən miras əmlakla bağlı Bankın öhdəliyini müəyyən edə bilmir. Məlum olduğu kimi, əmanətçi təxminən 10 ildən çoxdur ki, vəfat edib və o gündən də əmanət məbləği uğrunda “qızğın və gərgin mübarizə başlayıb”. Bu vəsaiti əldə etmək üçün Banka da ha kimlər müraciət etməyib?! Amma həmin şəxslərin həm şübhəli davranışlarına, həmdə lazımi hüquqi əsasa malik olmadıqlarına görə onlara vəsaitin ödənilməsinə müsbət rəy verilməyib. Bu dövrdə Banka doğru-dürüst sənəd təqdim edən və bu günədək müraciət etməkdə davam edən bir nəfər vardır ki, o da C.Connorun arvadı olduğu deyilən (Banka təqdim olunan nikah haqqında şəhadətnamənin həqiqiliyinə əmin ola bilmirlər) Vyetnam Respublikasının vətəndaşı İddiaçı1 Ngoh-un (sağolub-olmadığını bilmirlər) etibarnamə (əlavə olunur) üzrə səlahiyyətli nümayəndəsi qismində çıxış edən (etibarnamənin özünün də qüvvədə olubolmadığı dəqiqləşdirilməlidir) X18 adlı Britaniya vətəndaşı olan şəxsdir. Bu günədək Singh Bakıya (Banka) iki dəfə gəlib. Birinci dəfə Connorun bacısı ilə birlikdə, lakin öyrənəndən sonra ki, Azərbaycan Respublikası qanunvericiliyinə görə ölən şəxsin bacısı birinci növbəli vərəsə deyildir, tələb olunan sənədlərin siyahısını alaraq geri dönmüşdür, ikinci dəfə isə sənədlərlə birlikdə gəlib Banka yazılı müraciət etmişdir. Əslində ilk baxışdan Singhin davranışlarında qeyri-adi bir məqam yoxdur. Amma, həm onu Banka gətirən və daim ətrafında olan şəxslərin kimliyi və şübhəli davranışları, həmdə bir sıra digər məqamlar bankı ehtiyatlı olmağa vadar etmişdir. Belə ki: 1) İddiaçı1 Ngohun (C.Connorun arvadı iddia olunan şəxsin) və uşaqlarının (artıq hər ikisi yetkinlik yaşına çatıb) bu günədək Bankla yalnız Connor öldükdən sonra qısa müddətə şəxsən əlaqə qurması və təxminən son bir neçə il ərzində heç bir əlaqə yaratmaması. Şübhə yaranır ki, bəlkə də həmin şəxs artıq heç həyatda yoxdur, yaxud Connor ölənədək nikaha xitam verilmişdi. Belə olduqda, İddiaçı1 Ngoh ümumiyyətlə vərəsə qismində çıxış edə bilməz; 2) İddiaçı1 Ngohun uşaqlarının C.Connorla nikahdan əvvəl doğulması. Ehtimal yaranır ki, həmin uşaqların Connora ümumiyyətlə hər hansı hüquqi bağlılıqları olmayıb. Belə olduqda, həmin şəxslər ümumiyyətlə vərəsə qismində çıxış edə bilməzlər; 3) Bu günədək Bankda C.Connora birbaşa və davamlı bank xidməti göstərən əməkdaşların dediyinə görə, C.Connor Banka daim bir dostu ilə birlikdə gəlib-gedirmiş. Həmin dostu hazırda da Bankın müştərisidir və onun dediyinə görə, Connorun Britaniyada da arvadı və uşaqları olub. Ehtimal olunur ki, onların ümumiyyətlə, Connorun Bankdakı əmanətindən xəbərləri yoxdur. Amma Singh həmin şəxslərin mövcudluğundan danışmır; 4) Singhin özünü hüquqşü nas və vəkil kimi təqdim etməsi, lakin sənədlərdə mühasib şirkətinin sahibi kimi görünməsi (hüquqi bilikləri də zəifdir) və daha çox işbaz və saxtakar (məsələn, Banka son gəlişində növbəti günə Londona geri dönüş biletinin olması səbəbindən təcili və növbədənkənar qəbul olunmasını xahiş etmişdi, lakin, iki gün sonra gəlib səs-küy salaraq müraciətinin cavabının ona verilməsini tələb edirdi, halbuki, hələ müraciətini Banka təqdim edərkən ona bildirilmişdi ki, cavabın həmin müddətə verilməsi mümkün deyildir) təsiri bağışlaması; 5) Singhin tərcüməçisi kimi təqdim etdiyi şəxsin (həmin şəxs Nyukaslda X25un bacısının qonşusu olub) və həmin şəxsin qardaşı X9 əmanəti əldə etmək üçün xüsusi canfəşanlıq göstərmələri (M.Qəniyev hətta Singhdən etibarnamə alaraq (sadəcə, etibarnaməni səhvən vərəsəlik iş lərinin aparılması üçün deyil, bilavasitə Singhi şəxsən təmsil etmək üçün alıb) işlə bağlı Ədliyyə Nazirliyinə müraciət etmişdir); 6) Yuxarıda göstərilən səbəblərdən mirasın təsadüfi şəxsə verilməsinin qarşısını almaq və Bankı mümkün risklərdən qorumaq məqsədilə Bank tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə müvafiq sorğularla müraciətlər edilmişdir, lakin cavablar məzmununa görə əsasən bir-birinə yaxın və qanunun mahiyyətinə, o cümlədən notariat və məhkəmə praktikasına zidd olmuşdur. Hətta bank sirrinin toxunulmazlığının təmin olunması düşüncəsi ilə sorğularda əmanətçi barədə hər hansı konkret qeyd əks olunmasa da, Ədliyyə Nazirliyinin cavabında söhbətin Connordan və İddiaçı1Ngohdan getd iyi konkret təsbit olunmuşdur.

14. Cavabdehin sadalanan hallara əsasən apellyasiya şikayəti təmin olunması və apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 19 iyun 2023-cü il tarixli, 2(103)-3990/2023 nömrəli qətnaməsi ilə (hakimlər – G.T.Axundov (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. xx.xx.2018-ci il tarixli vərəsəlik haqqında notarius şəhadətnaməsinə əsasən iddiaçılar X25un əmlakı üzrə və rəsələri sayılmışlar. İddiaçı iddia ərizəsində göstərdiyi halları Böyük Britaniya və X2vericiliyinə uyğun olaraq tərtib edilmiş apostil, vərəsəlik şəhadətnəməsi, ümumi etibarnamə və nikah haqqında şəhadətnaməyə əsasən təsdiq etmişdir. İşdə olan xx.xx.2017-ci il tarixdə verilmiş etibarnamədən müəyyən olunur ki, İddiaçı3 və İddiaçı2 anaları olan İddiaçı1-u atalarından qalan miras ilə əlaqədar olaraq onların qanuni nümayəndəsi olaraq təyin etmişlər. Eyni zamanda İddiaçı1 X1i müvəkkili təyin etmişdir. X18 tərəfindən Vəkil1 iddia ərizəsini imzalamaq həvalə edilmişdir. Etibarnamə imzalanan gündən xitam verilənədək qüvvədədir. Həmin sənədlərin mötəbərliliyini şübhə altına almağa əsaslar yoxdur.

17. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən olan miras əmlakın verilməsi barədə vərəsəlik şəhadətnaməsi Azərbaycan Respublikası ərazisində olan notariuslar tərəfindən verilməli olması, ölmüş şəxsin yaşadığı ölkədə verilmiş vərəsəlik şəhadətnaməsində “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətində olan əmanətlə bağlı məlumatlar əks etdirilməməsi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası tərəfindən xx.xx.2004-cü il tarixdə ratifikasiya edilmiş “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” xx.xx.1961-ci il tarixli Konvensiyayanın tələblərinə görə iddaçının təqdim etdiyi sənədlərin əlavə olaraq tanınmasına və yaxud Azərbaycan Respublikasındla fəaliyyət göstərən notariuslar tərəfindən yenidən Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə zərurət yoxdur. 18. xx.xx.2018-ci il tarixli vərəsəlik haqqında notarius şəhadətnaməsinə əsasən iddi açılar Colin Connorun əmlakı üzrə vərəsə sayılmışlar. Böyük Britaniya və X2vericiliyinə uyğun olaraq tərtib edilmiş apostil, vərəsəlik şəhadətnəməsi, ümumi etibarnamə və nikah haqqında şəhadətnaməyə əsasən təsdiq etmişdir. xx.xx.2017-ci il tarixdə verilmiş etibarnamədən isə müəyyən olunur ki, İddiaçı3 və İddiaçı2 anaları olan İddiaçı1 atalarından qalan miras ilə əlaqədar olaraq onların qanuni nümayəndəsi olaraq təyin etmişlər. Eyni zamanda İddiaçı1 X1i müvəkkili təyin etmişdir. X18 tərəfindən Vəkil1 iddia ərizəsini imzalamaq həvalə edilmişdir. Həmin etibarnamə imzalanan gündən xitam verilənədək qüvvədədir.

19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 946.1, 953.1, 953.2, 1133.1, 1243.3 və 1245-ci maddəl ərinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununa, “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” xx.xx.1961-ci il tarixli Konvensiyaya istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya, o cümlədən apellyasiya məhkəməsi qətnaməni qəbul edərkən, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, habelə düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün fakti ki halları araşdırmamışdır. Belə ki, məhkəmə cavabdehin qeyd etdiyi, iddiaçı tərəfin X25un qanuni vərəsələri olmaları faktının Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən təsdiq edən hər hansı əsasa malik olmamaları, habelə miras qoyan şəxslə hüquqi bağlılığını təsdiq edən sənədlərin əsaslı olmaması faktlarına hüquqi qiymət verməmiş, məhkəmə prosesi zamanı həmin şəxslərin Colin Connordan qalan əmanət üzrə miras əmlaka malik olması faktının əsaslı olması sübuta yetirilməmişdir. Bundan başqa, tərəfimizdən verilən, işin hərtərəfli, tam və obyektiv həlli məqsədilə, X25a bank xidmətləri göstərmiş, eləcə də X5 Singh və bu əmanətin əldə edilməsi ilə bağlı Banka müraciət edən digər (məsələn, Colin Connorun bacısı) üçüncü şəxsləri qəbul edib görüşlər keçirmiş aidiyyəti bank əməkdaşl arının şahid qismində işə cəlb edilməsi və müvafiq normativ hüquqi aktların məzmununda olan qeyri-müəyyənliklərin dəqiqləşdirilməsi və tətbiqi təcrübəsində aşkar edilən ziddiyyətlərin aradan qaldırılması məqsədilə, müvafiq normaların şərh edilməsi üçün sənədlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə vəsatətlərin heç biri məhkəmə tərəfindən təmin edilməmişdir. Əlavə olaraq bildiririk ki, yuxarıda qeyd olunanlar ətraflı formada, detallı şəkildə (bütün maddi və prosessual pozuntular göstərilməklə) apellyasiya şikayətimizdə qeyd olunaraq, Nərimanov rayon məhkəməsinin qətnaməsindən yuxarı Bakı Apellyasiya Məhkəməsinə müraciət olunmuş, xx.xx.2023-cü il tarixinə təyin olunan ilk (və son) iclasda şikayətimizdə qeyd etdiyimiz bütün hallar geniş şəkildə məhkəmə k ollegiyasının nəzərinə çatdırılmış, yol verilən bütün pozuntu və nöqsanlar tam təfərrüatı ilə məhkəməyə təqdim olunsa da, apellyasiya məhkəməsi heç bir dəlilə hüquqi qiymət vermədən əsassız şəkildə şikayətimizin təmin edilməməsi barədə qətnamə qəbul edildiyini elan etmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarını kobud surətdə pozmaqla qəbul etdiyi qətnamə ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyasıməhkəməsinə göndərilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı iddiaçıların etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(103)-3990/2023 nömrəli qətna məsinin dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

24. Maddə 946.1. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank pra ktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin.

25. Maddə 953.1. Əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq ed ilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır.

26. Maddə 953.2. Bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirir. Adlı bank kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin ərizəsi üzrə bank ona yeni bank kitabçası verir. İtirilmiş adsız sənədli bank kitabçası üzrə hüquqların bərpası adsız qiymətli kağızlar üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

27. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üz rə və ya hər iki əsasla keçir.

28. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

29. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” xx.xx.1961-ci il tarixli Konvensiyası

30. Maddə

2. Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür.

31. Maddə

3. İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunu

32. Maddə 29.1. Vərəsəlik üzrə münasibətlər miras qoyanın öz vəsiyyətnaməsində vətəndaşı olduğu ölkənin hüququnu seçdiyi hallar istisna olmaqla, onun son daimi yaşadığı ölkənin hüququ ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. M əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları, o cumlədən “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” xx.xx.1961-ci il tarixli Konvensiyayanın normalarını düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu ba xımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir. Kassasiya instansiya məhkəməsi bu qiymətləndirmə ilə razılaşır.

43. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən v ə MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3990/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar