Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4333/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər Vəkil1 Babaəli oğlunun və Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)- xx/18) İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 qarşı “кredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd olunmuşdur. Həmin qətnamədən həm İddiaçı, həm də Cavabdeh3 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov-sədrlik edən və məruzəçi, V.Baxışova və N.Cəfərov, iş № 2(103)-xx/18) apelyasiya şikayətləri təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi İddiaçı və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişlər. İşin halları: İddiaçı cavabdehlər C avabdeh1na, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2014-cü ildə 43 saylı xüsusi notariat kontorunda 3N-42 saylı reyestr nömrəsi ilə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 2014-cü ildə hamilə vəziyyətdə olarkən anası Cavabdeh3 tərəfindən 43 saylı xüsusi notariat kontoruna gətirilərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 4094 məhəllə, 6 saylı evi 18500 manata Cavabdeh2 satılması barədə müqaviləyə qol çəkdirilmişdir. Sonradan iddiaçının həyat yoldaşı X1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək həmin alıq-satqı müqaviləsinin etibarsız sayılmasını xahiş etmiş, Sabunçu Rayon Məhkəməsi də xx xxx 2016-cı il tarixli qətnaməsi və Bakı Apel lyasiya Məhkəməsinin MK-nin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxx 2014-cü il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız sayılmışdır. xx xxx 2017-ci il tarixdə Cavabdeh1 notariusu X2 iddiaçıya 1099 saylı məktub ünvanlamışdır. Həmin məktubun məzmunundan görünür ki, guya iddiaçı Cavabdeh2 ilə evin alqı-satqısı olan gün, yəni 21.01.2014-cü il tarixli 3N-42 saylı reyestrdə 20.000 məbləğində pul borc alınması barədə kredit müqaviləsi bağlamışdır. Cavabdehlər tərəfindən iddiaçının hamilə olmağı, ağır vəziyyətdə olmağı səbəbindən aldadılmış və kredit müqaviləsinə imza etdirilmişdir. İddiaçının bu kredit müqaviləsindən heç bir məlumatı yoxdur, ancaq bu barədə iddiaçıya 2017-ci ilin dekabr ayında rəsmi məlumat verilə ndən sonra məlumatı olmuşdur. Axı necə ola bilər ki, xx xxx 2014-cü il tarixdə iddiaçı Cavabdeh2 evini 18500 manata satır və həmin gün də Cavabdeh2 20.000 manat pul borc götürür. Digər tərəfdən də Cavabdeh2 həmin evi bir müddət sonra 47613 manata başqa bir şəxsə satmışdır. Göründüyü kimi bağlanmış bu kredit müqaviləsi tam qanunsuzdur və etibarsız sayılmalıdır. 21.01.2014-cü il tarixli əqdi iddiaçı cavabdeh notariusun iştirakı olmadan anası tərəfindən ona təqdim olunaraq imzalamışdır. Lakin, iddiaçıya yenə də evin girov qoyularaq satılması bildirilmiş, notarius da bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında hüquqlarını müdafiə etdikləri şəxslərin kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətlərində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri 43 s aylı notariat kontorunda təsdiq edilmiş xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 21.01.2015-ci il tarixədək qaytarmaq şərtilə 20.000 manat məbləğində pulu borc götürmüşdür. İddiaçının tələbi xx xxx 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması barədədir. İddiaçı tələbini kredit müqaviləsinin aldatma nəticəsində bağlandığı ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız sayaraq rədd etmiş və işin müəyyən edilən hallarına əsasən qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi kredit müqaviləsini Cavabdeh2lə könüllü şəkildə, bütün şərtlər razılaşdırılmaqla bağlamışdır. Məhkəmə baxışı zamanı iddiaçının kredit müqaviləsi bağlayarkən müqavilənin şərtləri ilə tanış olmasına hərhansı maneçiliyin törədilməsi və ya onun kimsə tə rəfindən aldadılması halı öz əksini tapmamışdır. İddiaçının kredit müqaviləsinin etibarsız hesab olunmasına əsas kimi göstərdiyi hallar (hamiləlik və s.) işə məhkəmədə baxılarkən öz təsdiqini tapmadığından (həmçinin, əqdin etibarsız hesab olunması üçün əsas olmadığından) iddianın təmin olunması üçün əsas kimi qəbul oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş və mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə m üqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli vəçoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması iləşifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan b ağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitə lər tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı tərəfindən iddia tələbinin əsaslılığını təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim edilmədiyindən birinci instansiya məhkə məsi iddia tələbi rədd etməkdə haqlı olmuşdur. İddia tələbində və apellyasiya şikayətində iddiaçı hamilə vəziyyətindən istifadə edilməsinə, eyni gündə həm evin alqı-satqı müqaviləsi və borc müqaviləsinin bağlanmasına istinad etmişdir. Lakin iddiaçı tərəf və Cavabdeh3 borc müqaviləsində göstərilən məbləğin həmin gündə alındığını, lakin həmin gün alqı-satqı müqaviləsinin də bağlandığını göstərmişlər. Belə olan halda aşkar olaraq müəyyən olunmuş olur ki, müqavilə üzrə borc verən öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği digər tərəfə vermiş, borc alan isə həmin məbləği qəbul etmiş, lakin şərtləşdirilmiş vaxtda borcun geri qaytarılmasını təmin etməmişdir. Məhkəmə iclasında araşdırılmış hallar borc müqaviləsində verilmiş pulun alqı-satqı ilə bağlı olması müəyyən olunmamışdır. Digər tə rəfdən, müqavilənin notariat qaydasında bağlanılması bunun iddiaçının könüllü iradəsi əsasında baş verdiyini təsdiq edir. Nəzərə alınmalıdır ki, şəxsin hamilə vəziyyətdə olması onun fəaliyyət qabiliyyətində hər hansı məhdudlaşdırılmanın yaranmasına imkan verməmişdir. Əgər iddiaçının vəziyyəti daha ağır olmuş olsa idi, müqavilə bağlanması üçün iradə ifadəsini həyata keçirməyə fiziki imkanı olmaz, belə vəziyyətdə olan şəxs isə ümumiyyətlə həmin gün notariat kontoruna getməli deyildir. Lakin o, həmin gün notariat kontoruna getmiş və orada notariusun hüzurunda müqavilənin rəsmləşdirilməsində şəxsən iştirak etmişdir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd etmişdir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Hazırkı halda göstərilən ünsürlərin birini və ya bir neçəsini qüsurlu hesab etməklə əqdlərin etibarsızlığına dair nəticəyə gəlmək üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətlərinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqlar ı faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yü kü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şi kayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınıniş üzrə xx xxx 2018-ci il tarixli, 2 (103)xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4333/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4333/2019
18.06.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver