Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4334/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Nurəddin oğlunun Cavabdehnə qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən tələb etməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X7 ibarət tərkibdə, İddiaçı Nurəddin oğlunun Cavabdehnə qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1145/2023 saylı iş üzrə 26 iyul 2023-cü il tarixl i qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İŞİN HALLARİ 1. ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü İddiaçı adında xx.xx.2009-cu il tarixdən “Schmitz” markalı **-ZE-*** və “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular qeydiyyatdadır. Qeyd olunan yarımqoşqular İddiaçı adına gömrük vəsiqəsi əsasında qeydiyyata alınmışdır.
2. Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2022-3288 saylı məktuba əsasən, Agentliyin Daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində İddiaçı adına 1 ədəd AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator dövlət q eydiyyatına alınmışdır.
3. Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, X3 şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərardan görünür ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, X3 onun barəsində göstərdikləri yalandır. Belə ki, yarımqoşqular və ekskavator ona məxsus olduğundan məhkəməyə müraciət etmişdir. Eləcə də, o, Cavabdeh MMC-nin kassasından 175362 manat pulu gizli olaraq mənimsəməmiş, Ceyranbatanda yerləşən evini qohumlarının köməkliyi və öz vəsaiti hesabına tikdirmişdir. X8 onun kitabçasını ələ keçirərək çıxarışlar edib araşdırmaya qanunsuz olaraq təqdim etmişdir. Qərardan daha sonra görünür ki, X4 E.Q.Bayramovun izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. 2012-ci ild ə Çin Xalq Respublikasında olduğu zaman şəxsi ödəniş etməklə qohumu Nemətin adına olan 10V-789 dövlət nömrə nişanlı ekskavatoru almışdır. Yəni, həmin ekskavatorun pulunu özü ödəmişdir.
4. Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialı tərəfindən verilmiş xx.xx.2009cu il tarixli çıxarışa əsasən, İddiaçı fərdi sahibkar kimi vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alınmışdır.
5. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9, borclu Cavabdeh MMC-nin direktor müavini X5, baş mühasib X1, hal şahidləri X13 və X10 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən, Abşeron rayon Məhkəməsinin 16(012)-86/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, texnikaların satılması, özgəninkiləşdirilməsi və icarəyə verilməsi Cavabdeh MMC-yə və üçüncü şəxslərə qadağan edilməlidir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə qeyd olunan ünvanda olunmuş, icra sənədinin mahiyyəti MMC-nin direktor müavini və baş mühasibinə elan edilərək bununla bağlı bildiriş təqdim olunmuşdur. 6. “X2” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 150 saylı rəyə əsasən, Azərbaycan Respublikasında daxili bazar məlumatları nəzərə alınmaqla, 2008-ci il buraxılışlı, **-ZE-*** dövlət qeydiyyat nişanlı “Schmitz” markalı yarımqoşqunun orta bazar qiyməti ilə dəyəri 40000 manat, 2010-cu il buraxılışlı, **-ZG-*** dövlət qeydiyyat nişanlı “Schmtz” markalı yarımqoşqunun orta bazar qiyməti ilə dəyəri 42000 manat və AZ 10-V879 dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, XCMGXNWZ74180 markalı ekskavatorun hazırkı orta bazar qiyməti ilə dəyəri isə 20000 manat müəyyən edilmişdir.
7. İddiaçı məxsus olan xx.xx.2012-ci il tarixli ******* saylı əmək kitabçasına əsasən, İddiaçı xx.xx.2012-ci il tarixli 63 saylı əmr əsasında Cavabdeh MMC-yə direktor müavini vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2017-ci il tarixli 111 saylı əmr əsasında isə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.
8. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumata əsasən, Cavabdeh MMC - adlı qurum VÖEN: **********1 dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2005-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ0100, ünvan 2DİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra – iddiaçı və ya qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh MMC-yə (bu ndan sonra – qarşılıqlı iddia üzrə iddiaçı və ya MMC) qarşı əmlak tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşquların və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatorun (bundan sonra – mübahisəli əmlak) cavabdehin qanunsuz sahibliyindən alınaraq geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Daha sonra, iddiaçı xx.xx.2023-cü il tarixdə ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitələrinin istifadəyə tam yararlı vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixdən “Schmitz” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2010-cu il tarixdən “Schmtz” markalı **ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular, AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator iddiaçının mülkiyyətindədir. İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayısı X3 təsisçisi və direktoru olduğu MMC-də direktor müavini vəzifəsində çalışmış, həmin yarımqoşqular və ekskavatordan dayısının xahişi ilə MMC-də işlədiyi dövrdə istifadə etmişdir. Lakin sonradan, MMC-də əmək müqaviləsinə xitam verilsə də, iddiaçının razılığı olmadan mülkiyyət hüququ ilə ona məxsus olan əmlaklar qaytarılmamış, əksinə bugünədək MMC və MMC-nin direktoru və təsisçisi tərəfindən qanunsuz olaraq istifadə edilməkdədir və bu nunla da, qazanc əldə edilir. Dəfələrlə, həmin əmlakların qaytarılmasını tələb etsə də geri qaytarılmamış, onun tələblərinə məhəl qoyulmamışdır.
12. MMC “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli əmlakların hazırkı bazar qiymətinin müəyyən edilməklə həmin vəsaitin iddiaçıdan tutularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Daha sonra, MMC xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, MMC-nin vəsaiti hesabına alınmış mübahisəli əmlaklara görə isə 20000 manat olmaqla, ümumilikdə, cəmi 102000 manat pulun ilkin iddia üzrə iddiaçıdan tutularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdı r ki, MMC təsis olunan vaxtdan etibarən özünün müştərilərinə yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün müxtəlif nəqliyyat vasitələri almışdır. Həmin nəqliyyat vasitələri ilkin iddia üzrə iddiaçı Bakı şəhərində qeydiyyatda olduğu üçün onun adına qeydiyyata alınmışdır. İlkin iddia üzrə iddiaçı işdən çıxanda həmin nəqliyyat vasitələrinin böyük əksəriyyəti MMC-nin adına keçirilmiş, lakin mübahisəli əmlaklar uzun müddət istifadə olunmadığından və diqqətsizlikdən onun adında qalmışdır. Bu müddətdə MMC-nin məsul şəxsləri rəhbərliyə bildirmədiyindən həmin nəqliyyat vasitələri iddiaçının adında qalmış və bundan rəhbərliyin məlumatı olmamışdır. Təxminən üç-dörd ay bundan qabaq bu barədə rəhbərliyin məlumatı olmuş və ilkin iddia üzrə iddiaçı ilə görüşüb ona bir dayı kimi nəqliyyat vasitələrinin c əmiyyətin adına keçirməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı razılıq versə də, sonrakı günlər MMC-yə gəlməmiş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Dayısı iddiaçını böyütmüş, təhsil vermiş, toyunu etmişdir. Bu səbəbdən də iddiaçının niyyətini başa düşməmişdir. İki ədəd yarımqoşqu alman vətəndaşı, əslən türk olan Alican Arimdən, AZ 10V-789 dövlət nömrə nişanlı eskavator isə Çinin «X18 X20.Ltd» şirkətindən alınmışdır. İddiaçı MMC-yə gəlməmiş, qaçmasının səbəbi isə MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq olmuşdur. Bununla da əsas niyyəti həmin nəqliyyat vasitələrinin onun adında qalmasından istifadə edərək şantaj yolu ilə pul almaqdır. Texnika və yarımqoşqular onun vəsaiti hesabına alınmamışdır. Bunu iddiaçının özü də bilir və həmin vaxtdan MMCdə işləyən işçilər də təsdiq edə bil ər. İlkin iddia üzrə iddiaçı nəqliyyat vasitələrinin onun hesabına alındığını sübut etsə MMC həmin texnikaları ona verməyə hazırdır. Bundan başqa, iddiaçı texnikaların kimdən, nə vaxt, haradan, hansı qiymətə alındığını bilmir və Almaniyada, Çində olmamışdır. MMC-nin direktoru alman vətəndaşı və əslən türk olan Alican Arimi 2006-cı ildən böyük qardaşı Adıgözəl Bayramov vasitəsi ilə tanımış, həmin vaxtdan etibarən ondan müxtəlif nəqliyyat vasitələri, yarmqoşqular, limonad qapaqları və başqa avadanlıqlar almışdır. Bundan uzun illər sonra Alican Arimin MMC ilə olan danışıqları iddiaçı aparmışdır. Yarımqoşquların və ekskavatorun hal-hazırda, bazar qiyməti müəyyən olunmalı və iddiaçıdan alınaraq MMC-yə ödənilməlidir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət olunmuş, bu barədə araşd ırma aparılmış və xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. Araşdırma nəticəsində qəbul olunmuş qərarda texnikaların MMC-nin vəsaiti hesabına alındığı öz təsdiqini tapmışdır. Həmçinin, «X2» MMC-nin 150 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, 2008-ci il buraxılışlı, «Schmitz» markalı, **-ZE-*** dövlət nömrə nişanlı yarımqoşqunun hazırkı bazar dəyəri 40000 manat, 2010-cu il buraxılışlı, «Schmtz» markalı, **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşqunun hazırkı bazar dəyəri 42000 manat və 2012-ci il buraxılışlı, AZ 10V-789 dövlət nömrə nişanlı ekskavatorun hazırkı bazar dəyəri 20000 manat müəyyən edilmişdir.
15. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbinə etiraz edərək göstərmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, MMC qarşılıq lı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçının tələb etdiyi və onun mülkiyyətində olan texnikalar MMC-yə məxsusdur və MMC-nin vəsaiti hesabına alınmışdır. Lakin həmin texnikalar və bundan əlavə, MMC-yə alınmış digər əksər texnikalar iddiaçı Bakı qeydiyyatında olduğu üçün onun adına rəsmiləşdirilmişdir. Belə ki, texnikanın hər hansı fiziki və ya hüquqi şəxsin adına alınması üçün həmin şəxsin məhz Bakı şəhərində qeydiyyatda olması ilə bağlı hər hansı bir tələb mövcud deyildir. Əgər sözügedən texnikalar MMC tərəfindən alınmışdırsa MMC-nin deyil, iddiaçının adına alınması şübhə doğurur. Çünki vergi orqanından çıxarışdan da göründüyü kimi, MMC-nin ünvanı Abşeron rayonudur. Abşeron rayonu ilə Bakı şəhəri arasında elə böyük bir məsafə yoxdur, odur ki, texnikalar iddiaçının olduğu üçün cavabdehi n adına alınması inandırıcı deyil və həqiqəti əks etdirmir, sözügedən texnikalar MMC tərəfindən alınmamış, MMC-nin adına alınması üçün hər an məhdudiyyət mövcud olmamışdır. Texnikaların MMC-nin adına rəsmiləşdirilməsi ilə bağlı heç bir qadağa mövcud olmamışdır. Əgər həqiqətən, texnikalar MMC tərəfindən alınmışdırsa elə MMC-nin adına da qeydə alınmalı idi. Həmçinin, MMC iddia ərizəsində qeyd etmişdir ki, texnikalardan AZ 10V-789 dövlət qeydiyyat nişanlı ekskavator Çinin “X18 X21.Ltd” şirkətindən alınmışdır. Lakin MMC həmin texnikanın şirkət tərəfindən alınması ilə bağlı heç bir sənəd, elektron qaimə, pul köçürülməsi, alqı-satqı müqaviləsi və bu kimi hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin, qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, guya adları yuxarıda qeyd olunan t exnikalardan əlavə, başqa texnikalar da MMC tərəfindən alınmış və İddiaçı adına qeydiyyata alınmışdır. Həmin texnikalar iddiaçı işdən çıxanda cəmiyyətin adına qaytarılmışdır. İddiaçı hazırda, tələb etdiyi texnikaları isə öz adında saxlamış, məqsədi MMC-dən şantaj yolu ilə pul almaqdır. Əgər elədirsə, nəyə görə iddiaçı əvvəllər onun adına alınmış texnikaları da öz adında saxlamamış, ancaq onların dediyi kimi “yararsız” vəziyyətdə olan texnikaları tələb etmişdir? Saz vəziyyətdə olan texnikanı özündə saxlayıb daha yüksək pul tələb edərdi. Göründüyü kimi, cavabdehin irəli sürdüyü dəlil yarımqoşqular və ekskavatorun diqqətsizlikdən iddiaçının adında qalmasını ehtiva etməkdir. Texnikalar kiçik və gözəgörünməz əşya olmadığından diqqətdən kənarda qalması mümkün deyildir. Xidmət sahəsinin əsasını t əşkil edən bir MMC-nin heç də az dəyəri olmayan iri qabaritli texnikaları yaddan çıxarması həqiqətə uyğun deyildir. Çünki iddiaçıya məxsus mülkiyyətində olan həmin texnikalar vasitəsi ilə MMC öz müştərilərinə xidmət göstərir və gəlir əldə edirdi.
16. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 fevral 2023-cü il tarixli, 2(012)-627/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) ilkin iddia tələbinin təmin edilərək ilkin iddia üzrə iddiaçıya məxsus mübahisəli əmlakların istifadəyə tam yararlı vəziyyətdə MMC-dən alınaraq geri qaytarılması, MMC-nin qarşılıqlı iddia üzrə cavabdehə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.
17. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, ilkin iddiaçıya məxsus olan texnikaları n qanunsuz olaraq MMC-yə qalması iddiaçının qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırdığından ilkin iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir.
18. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli əmlakların MMC-nin rəhbərinin ilkin iddiaçıya olan etibarından irəli gələrək MMC-nin vəsaiti hesabına alındığını, bu səbəbdən də, iddiaçının adına formal olaraq qeydiyyata alındığını bildirsə də, göstərilən halları sübuta yetirəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, qeydiyyat şəhadətnaməsinin etibarsızlığını mübahisələndirməmişdir. Halbuki, qarşılıqlı iddia ərizəsi üzrə istinad edilən halları sübuta yetirmək vəzifəsi də məhz qarşılıqlı iddiaçının üzərinə düşmüşdür. Bununla da, qarşılıqlı iddiaçı iddia ərizəsində is tinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, mübahisə predmeti olan əmlakların ilkin iddiaçının mülkiyyətində olması öz təsdiqini tapdığından MMC-nin mülkiyyətində olmadığı əmlakların dəyərinin ilkin iddiaçıdan alınmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ bənd), 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157.2 və 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 14.2, 77.1, 107, 119.1, 124.1, 124.2, 217.4 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, 102000 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Belə ki, birinci instansiya məhkəməsində qarşılıqlı iddia üzrə cavabdeh tərəfə yuxarıda qeyd olunan nəqliyyat vasitələrinin kimdən, nə vaxt, hansı qiymətə aldığını, kimə və hansı vasitə ilə ödəniş etdiyini, Azərbaycan Respublikasına kimin necə gətirdiyi barədə suallar verilmiş, lakin qarşılıqlı iddia üzrə cavabdeh tərəf bu suallara cavab verə bilməmi şdir. Bundan başqa birinci instansiya məhkəməsində həmin “Schmitz” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və 10-V-789 dövlət nömrə nişanlı, XCMGXNWZ74180 markalı ekskovatordan başqa qarşılıqlı iddia üzrə cavabdeh tərəfdə onun adında Cəmiyyətin vəsaiti hesabına alınmış digər nəqliyyat vasitələri olmuşdurmu sualı da cavabsız qalmışdır. Məlum etmək istəyir ki, iş üçün mühüm əhəmiyyət kəsb edən qeyd olunan hallara aydınlıq gətirilməsi ilə əlaqədar Cavabdeh MMC Baş Dövlət Yol Polisinə müraciət etmiş, Baş Dövlət Yol Polisi cavab məktubunda bu cür məlumatların məhkəmə sorğusuna əsasən cavab verildiyini bildirdiyinə görə birinci instansiya məhkəməsinə Baş Dövlət Yol Polisinə sorğunun verilməsi üçün vəsatət verilmiş, lakin birinci instansiya məhkəməsi həmin vəsatəti təmin etməmiş dir. Bundan başqa yuxarıda qeyd olunan suallara qarşı tərəfin nümayəndəsi cavab verə bilmədiyi üçün və işin obyektiv araşdırılması məqsədilə qarşılıqlı iddia üzrə cavbdehin məhkəmədə iştirakının təmin olunması ilə bağlı şifahi vəsatət verilmiş, lakin birinci instansiya məhkəməsi həmin vəsatəti də təmin etməmişdir. Ən maraqlısı da odur ki, bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət olunmuş və bu barədə orada araşdırma aparılmış və 02 dekabr 2022-ci il tarixli qərar qəbul olunmuşdur. Qeyd olunan araşdırma nəticəsində qəbul olunmuş qərarında “Schmitz” markalı, **-ZE-*** dövlət nömrə nişanlı, “Schmitz” markalı, 10-ZG045 dövlət nömrə nişanlı yarımqoşquların və 10-V-789 dövlət nömrə nişanlı, XCMGXNWZ74180 markalı ekskovatorun Cavabdeh MMC-nin vəsaiti hesabına alındığı öz təsdiqini ta pdığı halda, birinci instansiya məhkəməsi həmin qərarı düzgün qiymətləndirməmiş və işə birtərəfli yanaşmışdır. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından da göründüyü kimi araşdırma zamanı İddiaçı təkrarən izahatı alınarkən o, izahatında “Schmitz” markalı, **-ZE-*** dövlət nömrə nişanlı, “Schmitz” markalı, **-ZG-*** dövlət nömrə nişanlı yarımqoşqular və 10-V-789 dövlət nömrə nişanlı, XCMGXNWZ74180 markalı ekskovatoru haradan, hansı tarixdə, kimdən, hansı məbləğdə almasını göstərə bilməmiş, sadəcə olaraq izahatında həmin nəqliyyat vasitələrinin gömrük sənədləşməsinin onun adına olduğunu bildirmişdir. Məhkəmə isə ilkin iddiaçı tərəfindən təqdim edilən sübutların mötəbərliyini araşdırmamış, sadəcə rəsmiləşdirmə sənədlərinə əsas kimi yanaşmışdır. Hesab edir ki, m əhkəmə qərar verərkən qərəzli olmuşdur. İddiaçı tərəfin təqdim etdiyi sübutların bir qisminə ümumiyyətlə qiymət verməmiş, bir hissəsini təhrif etmiş, bir hissəsinə isə işin faktiki hallarına uyğun olmayan qiymət vermiş, nəticədə qərəzli, ədalətsiz və qanunsuz qərar qəbul etməklə yanlış nəticəyə gəlmişdir.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş Alican Arim göstərmişdir ki, o, MMC-nin direktoru Elman Bayramovu tanıyır, 2007-ci ildən əməkdaşlıq edirlər. Elman Bayramovun qardaşı Adıgözəl Bayramovla uzun illər birgə işləmişlər. İddiaçını ilk dəfə 2017-ci ildə Elman Bayramovun yanında görmüşdür. Elman Bayramov ona həmin şəxsin onun bacısı oğlu olduğunu, onunla danışıb müəyyən məsələləri öyrətməsini bildirmişdir. Ondan müxtəlif nəqliyyat vasitələrini, yarımqoşquları iddiaçı deyil, Elman Bayramov almışdır. Pul ya bank hesabından köçürülürdü, ya da gələndə sürücü gətirirdi. O, iddiaçıdan mal alıb-satmamışdır. Firmanın adından Adıgözəl və Elman müəllimlə əlaqə saxlamışdır. O bəzən öz firması üzərindən, bəzən isə birbaşa Azərbaycana malları göndərirdi. O, iddiaçını 2017-ci ildə Bakıya gələndə şəxsən görmüş, Elman müəllimlə tanış olduqdan bir neçə il sonra Nemətlə telefonla danışmağa başlamışlar. O, bütün məsələri Adıgözəl müəllimlə həll edir, qiyməti də Adıgözəl müəllimlə danışmışdır.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1145/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), F.Məmmədov, L.Rəhimli) apellyasiya şikayəti təmin edilməmişdir.
24. Ape llyasiya məhkəməsi birinci instansiya məhkəməsinin ilkin iddia tələbi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edərək iddiaçıya məxsus mübahisəli əmlakların istifadəyə tam yararlı vəziyyətdə MMC-dən alınaraq geri qaytarılması qənaətinə gəlməkdə haqlı olmuşdur.
25. Məhkəmə şahid ifadəsinə qiymət verərək qeyd etmişdir ki, cavabdeh tərəfin təqdim etdiyi şahidin verdiyi ifadə mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, şahid ifadəsində nəqliyyat vasitələrini və yarımqoşquları iddiaçı tərəfindən deyil, MMC-nin direktoru Elman Bayramov tərəfindən aldığını, həmin əmlakların alınmasında E.Bayramovla əməkdaşlıq etdiyini bildirsə də, həmin ifadədə qeyd edilən halları rəsmi təsdiq edən sübutlar məhkəməyə təqdim ol unmamışdır.
26. Apellyasiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı MMC mübahisəsi gedən əşyaların məhz onun vəsaiti hesabına alınmasına dair mötəbər sübut təqdim etmədiyindən, qarşılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür.
27. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152 və 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
28. Capvabdeh və qarşılıqlı iddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
29. Kassasiya şikayətini apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil etməklə əsaslandırmışdır.
30. Cavabdeh şikayətini Mülki Məcəllənin 340.2-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021- ci il tarixli qərarına, Mülki prosessual Məcəllənin 1.1, 13.7, 82.4, 88 və 386-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İlk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir.
32. Etirazda kassasiya şikayətinin əsassız olduğu üçün təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiyası
33. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
34. Maddə 13 (İİ hissə). Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
35. Maddə 13 (İİİ hissə). Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülki Məcəllə
36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessua l Məcəllə
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə mali k olan apellyasiya instansiyası məhkəməsi tərəfindən, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir. Kassasiya instansiya məhkəməsi bu qiymətləndirmə ilə razılaşır.
52. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qarşılıqlı ididaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1145/2023 saylı iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən s