Məhkəmə qərarları › İş №2(102)-4336/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4336/2019

07.06.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4336/2019 07.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 vəkili xxx oğlu və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli, 2(103)7218/2018 saylı qətnaməsindən Cavabdeh1 və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(010)-374/2018 saylı qətnaməsi ilə ( sədrlik edən, hakim E.Z.Ağayev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdan payların müəyyən edilməsi” barədə iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1la Cavabdeh2 arasında “Hyundai SantaFe” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 01 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə görə Cavabdeh1 5.000 manat pulun tutulub Cavabdeh2 qaytarılması və avtomobilin ½ hissəsinə iddiaçının mülkiyyət hüqununun tanınması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli, 2(103)7218/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Ş.Vəliyev sədrlik edən, məruzəçi, X.Ə.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, “Hyundai SantaFe” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış 01 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin ½ hissəsinə mülkiyyət hüqununun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh xxxun vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin t ələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlməyi üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh1 vəkili xxxun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli avtomobilin iddiaçı ilə Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olmasına, sonuncunun həmin avtomobili iddiaçının razılı olmadan bacısı Cavabdeh2 satmasına, alqı-satqı müqaviləsinin mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına və beləliklə də iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1, 33. 3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 10 may 2005-ci il tarixdə iddiaçı rəsmi nikah əsasında Cavabdeh1la ailə qurmuş və onların birgə nikahından 09 iyun 2005-ci ildə xxx, 03 iyul 2008-ci ildə xxxadlı iki uşaqlar ı doğulmuşdur. 18 oktyabr 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən “Hyundai SantaFe” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobil daşınar əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. 01dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 avtomobili 5.000 manata bacısı Cavabdeh2 satmışdır. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçı cavabdehlərə qarşı iddia qaldıraraq mübahisəli avtomobilə dair alqısatqı müqaviləsi bağlanarkən, ondan razılıq alınmamasını əsas tutub, həmin avtomobilə dair cavabhehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, avtomobilin ½ hissəsinə mülkiyyət hüqu nunun tanınmasını iddia edir. Göründüyü kimi mübahisəli avtomobilin birgə nikah dövründə əldə edilməklə idiaçı ilə Cavabdeh1 ümumi birgə mülkiyyəti sayılması və sonuncunun həmin avtomobili iddiaçının razılığı olmadan 5.000 manata bacısı Cavabdeh2 satması faktı, işin mübahisə olunmayan halıdır. Cavabdeh tərəf özü də izahatlarında, iddia ərizəsinə etiraz ərizəsində bu faktı inkar etməmişlər. Cavabdeh1 kassasiya şikayətində avtomobilin iddiaçının xəstəliyi ilə əlaqədar olaraq məhz onun təklifi və razılığı ilə cavabdeh Vüsalə Hüsenliyə satıldığını və iddiaçının avtomobilin satılmasından məlumatlı olduğunu və buna faktiki olaraq razılıq verdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsində göstərilir ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Eyni zamanda həmin Məcəllənin 33.4-cü maddəsində göstərilir ki, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notraiat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Sadalanan maddələrin mənasından da göründüyü kimi ər-arvaddan birinin qeydiyyata alınan əqd bağlaması üçün digər tərəfin məhz notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur. Hazırkı işdə isə iddiaçının belə bir razılığı yoxdur. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının mübahisəli avtomobilin satılması barədə faktiki məlumatlı olması, onun qeydiyyata alınan avtomobil üzərində sərəncam vermək barədə notraiat qaydasında təsdiq edilən yazılı razılığına bərabər tutula və əqdin etibarlı sayılması üçün əsas hesab edilə bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etməsini yaxlayıb, işin faktiki hallarını nəzərə alıb hesab edir ki, iddia ərizəsini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hall ara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prose ssual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRA RA ALDİ: Cavabdeh1 və vəkili xxx oğlunun kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli, 2(103)-7218/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar