Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4339/2020 13.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-571/2019, hakim K.F.Əmirxanova) İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair ilkin və Cavabdeh1 İddiaçı qarşı mənzillərin qaytarılması tələbinə dair qarşılıqlı iddiaları rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1370/2020, hakimlər A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ilkin iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 54.000 ABŞ dolla rı və 136.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi və həmin pul məbləğinin Cavabdeh1 adına rəsmiləşdirilmiş Cavabdeh2 MMC-nin ünvan 1 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 191,4 kv.m, 4 otaqdan ibarət 109 saylı mənzilə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Sumqayıt şəhəri, Sülh və Dostluq küçəsi 36-cı məhəllədə inşa edilmiş binada yerləşən iki ədəd, ümumilikdə sahələri 252 kv.m olan mənzillərlə bağlı İddiaçıla bağlanmış müqavilələrin ləğv edilməsi və mənzillərin qaytarılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara və təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə-ilkin iddianın təmin edilməməsi hissəsində yoxlamışdır. İddiaçı Cavabdeh1 54000 ABŞ dolları və 136000 manat pulun tutulması və həmin pulun mübahisəli mənzilə yönəldilməsi barədə tələbi onunla əsaslandırılır ki, iddiaçı Cavabdeh1 Azərbaycan Respublikasının ərazisində nağd pul və əmlaklar vermiş və tərəflər ar asında razılaşmaya əsasən, iddiaçının verdikləri müqabilində cavabdeh özünə məxsus mübahisəli mənzilə dair 362/2 saylı, xx.xx.2016-cı il tarixli müqavilənin və pay haqqının iddiaçının adına dəyişdirilməsinə etiraz etmədiyi və gələcəkdə onun bu mənzilə və hüquqi şəxsə qarşı hər hansı maddi iradə və tələbinin olmayacağı barədə notariat qaydada ərizə vermişdir. Lakin, sonradan cavabdeh onu aldatmış və həmin ərizəni ləğv etmiş, iddiaçının pullarını isə ona qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki mübahisə üzrə tərəflər arası nda yazılı müqavilə mövcud deyil. Eyni zamanda cavabdeh aralarında iddiaçının istinad etdiyi şərtlərlə müqavilə bağlandığını qəbul etmir, əslində razılaşmanın iddiaçı ilə Ramin adlı şəxs arasında əldə edildiyini, iddiaçıdan hər hansı məbləğdə pul və ya əmlak almadığını bildirir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli mənzil daşınmaz əmlakdır və belə əmlaka dair alqı-satqı müqaviləsi ilə bağlı qanunla müəyyən edilmiş forma tələbi (yazılı və notariat təsdiq) mövcuddur. Beləliklə, iddiaçı ilə cavabdeh arasında öhdəliyin əmələ gəlməsinə əsas verən müqavilə bağlanmamışdır. Bu halda, iddianın təmin edilməsi üçün tələbin qanuni əsası olmalıdır. İddiaçının cavabdehdən pul tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2, 1097.1, 1091-1092-ci maddələri təşkil edə bilər. Bunun üçün iddiaçı müvafi q olaraq tələb etdiyi əmlakın (pulun) onun mülkiyyəti olduğu və cavabdehin qanunsuz sahibliyində olduğunu və ya cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona zərər vurulduğunu və ya cavabdehin qanuni əsas və ya müqavilə əsası olmadan onun əmlakı hesabına əsassız varlandığını sübuta yetirməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunun tələb olunan dispozisiya şərtlərinin həqiqətən mövcud olduğu barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Mübahisəli mənzilin pay dəyərinin Cavabdeh1 tərəfindən tam ödənilməsi barədə Cavabdeh2 MMC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışı istisna olmaqla təqdim olunmuş bütün digər yazılı sübutlar kserosurətlərdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən qeyri-mötəbərdir. Bu baxımdan idd ia tələbi özü-özlüyündə əsassızdır və təmin oluna bilməz. Bununla bərabər, mülki prosessual qanunvericilik işin tərəflərin mübahisəsiz qaydada qəbul etdiyi faktiki hallarının – işin mübahisəsiz hallarının müəyyən olunmasını istisna etmir. Bunun üçün isə ilk növbədə iddiaçı tələbin əsasında duran faktiki hallarla bağlı öz mövqeyini ifadə etməli və cavabdeh tərəfin izahatları əsasında işin mübahisəsiz halları müəyyən edilməlidir. Baxılan iş üzrə iddiaçı nə iddia ərizəsində, nə də məhkəməyə təqdim etdiyi şifahi və yazılı izahatlarında iddia tələbinin əsasını təşkil edən faktları və hadisələri təsvir etməmişdir. İddiaçının işin faktiki halları üzrə mövqeyi yalnız cavabdehin sadaladığı bəzi faktlara etirafedici (mübahisəsiz) faktlar kimi qiymət verilməsi ilə məhdudlaşmışdır. Bu isə məhz iddiaçı nın passivliyi səbəbindən tərəflərin izahatları əsasında işin mübahisəsiz hallarını birmənalı müəyyən etməyə imkan verməmişdir. Eyni zamanda Cavabdeh1 hazırkı iş üzrə verdiyi heç bir şifahi və yazılı izahatında iddiaçıdan pul və ya əmlak aldığını etiraf etməmiş, əksinə bunu dəfələrlə təkzib etmişdir. Yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında mübahisə yaranmasına səbəb olan və onların izahatlarında istinad etdikləri bütün əmlaklar daşınmaz əmlaklar və ya reyestrdə qeydə alınmalı olan daşınar əşyalar olduğundan tərəflərin izahatları əsasında həmin əmlaklara dair alqı-satqı müqavilələrinin bağlandığını və ya bu əmlakların özgəninkiləşdirildiyini müəyyən etmək mümkün deyil. Cavabdeh1 yazılı etirazlarında (qarşılıqlı iddia ərizəsində) iddiaçıya məxsusluğu ehtimal olunan mənzil və avtomob illərin üçüncü şəxslərin xeyrinə özgəninkiləşdirildiyini təsdiq etsə də, həmin əmlakların dəyəri qismində alınmış pulun ona verildiyini heç bir izahatında təsdiq etməmişdir. Yalnız iddiaçıya məxsus bəzi əmlaklara dair Cavabdeh1 adına etibarnamələrin verildiyi sonuncunun iddiaçı qarşısında 54.000 ABŞ dolları və 136.000 manat pul öhdəliyinin yaranmasını təsdiq edən sübut kimi qəbul oluna bilməz. Mübahisəli mənzilə dair cavabdehin adına müqavilənin tərtib olunması da cavabdehin əmlak əldə etməsi kimi qiymətləndirilə bilməz. Çünki iş üzrə həm iddiaçı tərəf, həm Cavabdeh2 MMC, həm də Cavabdeh1 mübahisəli mənzilə dair sonuncu ilə bağlanmış müqavilənin etibarsız olduğunu qəbul edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 iddiaçıdan pul aldığını və ya onun əmlakı hesabına digər şəkildə varlandığını etiraf etmədiyi üçün yalnız cavabdehin verdiyi izahatlar əsasında iddia təmin oluna bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4339/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4339/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver